Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8495/2024 31.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər X4, X5, X2, Şəhərsalma və Arxitektura Komitəsi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) qarşı “tikintiyə maneələrin aradan qaldırılması və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı “tikintiyə maneələrin aradan qaldırılması və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə vermiş, məhkəmənin qərardadı ilə İddia tələbi “Cavabdeh xx.xx.2023-cü il tarixli 5-13/1-A-104-151/2023 nömrəli məktubunun qanunvericiliyə zidd olması səbəbindən etibarsız hesab edilməsi; ünvan 1 ünvanında yerləşən, **********82-10301 reyestr nömrəli çıxarış və texniki pasporta əsasən iddiaçıya məxsus olan evinin yardımçı tikili hissəsinin yenidən qurulmasına Cavabdeh maneə törətməmək öhdəliyinin; Cavabdeh xx.xx.2023-cü il tarixli 5-13/1-A-104-151/2023 nömrəli məktubunu Qaradağ rayon İcra başçısının müavini Nadir Muradov tərəfindən imzalanmaqla iddiaçının xeyli vaxt, resurs sərf etməklə, əsəb keçirməklə 6 aya yaxın müddətdə mülkiyyət hüququndan, əmlakından istifadə etməkdən, fayda əldə etməkdən, sərəncam vermək hüququnun məhdudlaşdırılmasına görə maddi və mənəvi itkilərinin təzminatı olaraq iddiaçıya üzrxahlıq məktubunun yazılıb təqdim edilməsi öhdəliyinin; mülkiyyət sənədi ilə təsdiq olunmuş əmlaka daxil olan və 50 il əvvəl tikilmiş yardımçı tikilinin yenidən qurulması barədə müraciətinə vəzifəsindən sui-istifadə etməklə qanunvericiliyin tələblərini pozaraq rədd cavabı verilməsi haqqında cavab məktubunu hazırlayan və o məktuba rəy verən (məktub hazırlanan şöbənin müdiri, Hüquq şöbəsi və digər müvafiq şöbələr), bununla da iddiaçının və övladlarının qanuni hüquq və mənafelərinə zərər vuran Cavabdeh müvafiq əməkdaşları barəsində əmək qanunvericiliyinin tələbləri əsasında intizam tənbehi tədbiri kimi hər bir əməkdaşa töhmətin elan edilməsi, bu barədə işəgötürənin müvafiq əmr imzalaması və nüsxəsini iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdeh Qaradağ Rayon İcra Haimiyyətinin üzərinə qoyulması” formasında icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə vermiş, məhkəmənin qərardadı ilə İddia tələbi “mülkiyyətində olan 639 kv.m. torpaq sahəsində mövcud olmuş texniki pasportda təsərrüfat otaqları Liter A, mərtəbə 1, otaq nömrəsi 2, 3, 4 kimi göstərilən, yararsız vəziyyətə düşmüş tikililərin Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinin tələblərinə uyğun olaraq, bərpa edilməsinə maneə olunmasının cavabdehə qadağan edilməsini, tələbin digər hissələrdə isə (məktubun qanunsuz hesab edilməsi, üzrxahlıq məktubunun verilməsi, töhmət elan edilməsi haqqında əmrin imzalanaraq nüsxəsini iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdeh Qaradağ Rayon İcra Haimiyyətinin üzərinə qoyulması” formasında icraata qəbul edilmişdir. Məhkəmənin qərardadı ilə iddia üzrxahlıq məktubunun verilməsi, töhmət elan edilməsi haqqında əmrin imzalanaraq nüsxəsini iddiaçıya təqdim edilməsi hissəsində mümkün sayılmamışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Lökbatan qəsəbəsi döngə 1, ev 2 ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur və 1977-ci il tarixdə tikilmiş evə qeydiyyat şəhadətnaməsi verilmiş, çıxarış və texniki pasportu mövcuddur. Ev köhnə üsulla, taxta, tol,qır və başta tikinti materiallarından tikildiyi üçün xüsusi ilə evin 1 mərtəbəli olan hissəsi –texniki pasportda təsərrüfat otaqları olaraq Liter A, mərtəbə 1, otaq nömrəsi 2,3,4 kimi göstərilən hissə tamamilə yararsız hala düşmüş, tikilinin damı çökmüş, onun yenidən qurulması zərurəti yaranmışdır. Buna dair bütün sənədlərlə cavabdehə müraciət edilmiş, müraciəti təmin edilməmişdir. Cavabdeh nəzərə almamışdır ki, yaşayış evlərinin həyətyani sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kv.m olan yardımçı tikililərin tikintisinə icazə tələb olunmur, məlumatlandırma icraatı da şamil edilmir. Odur ki, məktub etibarsız hesab edilməli, yenidən qurulmaya maneə törədilməməli, maddi və mənəvi itkilərin təzminatı olaraq üzrxahlıq məktubu verilməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və üçüncü şəxs iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi mahiyyəti üzrə qiymətləndirilən hissədə onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 28 mart 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, məlumatlandırma icraatının həyata keçirilməsi yerli icra hakimiyyəti orqanının səlahiyyətlərindədir. Buna dair tikintinin icazəsi tələb edilmir. Yaşayış evlərinin həyətyani sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kv.m olan yardımçı tikililərin tikintisinə icazə tələb edilmir. Ölçülər keçəcəyi təqdirdə məlumatlandırma icraatı şamil edilir. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 17 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Lökbatan qəs, 28 May küçsində yerləşən iaşə obyekti ilə üzbəüz 40 kv.m sahədə metal konstruksiyalardan köşk quraşdırılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 31 yanvar 2024cü il tarixli məktubunda qeyd edilmişdir ki, Rəfail Salmanov küçəsi, ev 2 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair elektron çıxarış və texniki pasport verilmişdir. Cavabdehin 05 dekabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı tərəfindən torpaq sahəsində 418,60 kv.m ölçüdə tikinti işləri aparılmaqdadır. Torpaq sahəsində ticarət obyekti inşa edilmişdir. Həmin tikinti müvafiq sənədləşmə işləri görülmədən aparılmışdır. Çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 418,60 kv.m fərdi yaşayış evi və 0,063940 kv.m ölçüdə torpaq sahəsi iddiaçının paylı mülkiyyətindədir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia mahiyyəti üzrə qiymətləndirilən hissədə təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Şəhərsalma və Tikinti Məcəlləsinin: 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 74.2. Bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin;[57] 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; https://e-qanun.az/framework/46958 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Maddə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.[59] 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. [61] 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.[62] 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.[63] 80.4-1. Bu Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.[64] 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.[65] 80.6. Bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumatın şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir.[66] 80.7. Məlumatlandırma icraatı üzrə bu Məcəllənin 80.4-cü, 80.4-1-ci və 80.6-cı maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri üçün icazənin alınması tələb edilmir. Məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, cavabdehin imtinasında göstərilənlərin əksinə iddiaçının hüquqi marağı adıçəkilən Məcəllənin 79-cu maddəsinə uyğun olaraq yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikilinin həyata keçirilməsinə, daha dəqiqliklə desək mülkiyyətində olan 639 kv.m. torpaq sahəsində mövcud olmuş texniki pasportda təsərrüfat otaqları Liter A, mərtəbə 1, otaq nömrəsi 2, 3, 4 kimi göstərilən, yararsız vəziyyətə düşmüş fərdi yaşayış evinə dair tikililərin bərpa edilməsinə yönəlmişdir. Məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, iddiaçı məhz adıçəkilən 1977-ci il tarixdə inşası həyata keçirilmiş tikililərin bərpasına çalışmışdır ki, məhkəmə hesab edir ki, adıçəkilən Məcəllənin 79-cu maddəsinin tələbləri daxilində həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikilinin həyata keçirilməsinə münasibətdə iddiaçı qanuni və əsaslı müraciət təqdim etsə də, müraciətin təminindən əsassız olaraq imtina edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Məcəllənin 79-cu maddəsinin tələbləri gözlənilməklə hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikilinin inşa edilməsinə yönəlmiş 639 kv.m. torpaq sahəsində mövcud olmuş texniki pasportda təsərrüfat otaqları Liter A, mərtəbə 1, otaq nömrəsi 2, 3, 4 kimi göstərilən, yararsız vəziyyətə düşmüş fərdi yaşayış evinə dair tikililərin bərpasına yönəlmiş hərəkətlər cavabdehə qadağan edilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mahiyyəti üzrə qiymətləndirilən hissədə təmin edilsin Cavabdeh 05 dekabr 2023-cü il tarixli imtinası qanunsuz hesab edilməklə İddiaçı və digər üçüncü şəxslərin mülkiyyətində olan 639 kv.m. torpaq sahəsində mövcud olmuş texniki pasportda təsərrüfat otaqları Liter A, mərtəbə 1, otaq nömrəsi 2, 3, 4 kimi göstərilən yararsız vəziyyətə düşmüş tikililərin Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinin tələblərinə (eləcə də həmin maddədə göstərilən həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikilininin inşasına icazənin tələb olunmaması və ölçü həddləri keçmədiyi hallarda məlumatlandırma icraatının şamil edilməməsi nəzərə alınmaqla) uyğun olaraq bərpa edilməsinə maneələrin törədilməsi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-8495/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8495/2024
31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver