Məhkəmə qərarları › İş №2-1(112)-8499/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8499/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8499/2021 28.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Abdullayevanın sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işə cəlb edilməklə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə iddia tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işə cəlb edilməklə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə hazırlıq iclası 28.09.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə mübahisənin aidiyyəti məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-8499/2021 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində yaşayış yeri kimi, Gədəbəy rayonu, Qoşabulaq kəndi qeyd etmiş, eləcə də, iş materiallarında olan iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə baxış keçirilən zaman onun yaşayış yerinin Gədəbəy rayonu, Qoşabulaq kəndi olması öz təsdiqini tapmışdır. İddiaçı yaşayış yeri Gədəbəy rayonudur. Gədəbəy rayonu isə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 dekabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 16.5-ci maddəsinə əsasən bəndinə əsasən Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Eləcə də, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2- 1(104)-341/2020 saylı qərarının surətinə baxış keçirilərkən də, müəyyən edilmişdir ki, tərəflər arasında əvvəllər inzibati mübahisəyə Gəncə İnzibati-İqtisadi Məhkəməsi və Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən hüquqi qiymət verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı inzibati işin baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən «Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi müvafiq səlahiyyətli məhkəməyə göndərir». Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Gədəbəy rayonu Bakı İnzibati Məhkəməsinin dislokasiya üzrə ərazisinə aid olmadığından hazırkı iş aidiyyətı üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1, 8.2, 8.5, 80-ci və 85-ci, maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işə cəlb edilməklə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə iddia tələbinə dair 2-1(112)-8499/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. X2yeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar