Məhkəmə qərarları › İş №2-1(112)-85/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-85/2020

28.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-85/2020 28.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X59 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X12, Cavabdeh1, X13, X2, Cavabdeh3, Cavabdeh1 nümayəndəsi-vəkili X28 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, X10, İbrahimova (Dostəliyeva) Reyhanə Əbülfəs qızına, İbrahimova (Dostəliyeva) Rəna Əbülfəs qızına, Dostəliyev Zöhrab Vaqif oğluna, X21, X11, X29, X5, X24, X38, X39, Kuhi (Dostəliyeva) Gülarə Əbülfəs qızına, X16 qarşı 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə cəlb edilməklə kompensasiya verilməklə daşınmaz əmlakın boşaldılması tələbi barədə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə cəlb edilməklə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh5 59755 manat, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 72907 manat məbləğində kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrəX41 oğlu, İbrahimova (Dostəliyeva) Reyhanə Əbülfəs qızı, İbrahimova (Dostəliyeva) Rəna Əbülfəs qızı, Dostəliyev Zöhrab Vaqif oğlu, X30, X17, X44, X14, X40, X47, X48, Kuhi (Dostəliyeva) Gülarə Əbülfəs qızı, X25 cavabdehlər qismində cəlb edilmiş, iddiaçının ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı həmin əmlakın 1/24 hissəsinin mülkiyyətçisi Cavabdeh5 17706.42 manat, 1/48 hissəsinin mülkiyyətçisi X10 8853.21 manat, 1/32 hissəsinin mülkiyyətçisi İbrahimova (Dostəliyeva) Reyhanə Əbülfəs qızına 13279.81 manat, 1/32 hissəsinin mülkiyyətçisi İbrahimova (Dostəliyeva) Rəna Əbülfəs qızına 13279.81 manat, 1/96 hissəsinin mülkiyyətçisi Dostəliyev Zöhrab Vaqif oğluna 4426.60 manat, 1/96 hissəsinin mülkiyyətçisi X21 4426.60 manat, 1/96 hissəsinin mülkiyyətçisi X11 4426.60 manat, 1/32 hissəsinin mülkiyyətçisi X29 13279.81 manat, 1/32 hissəsinin mülkiyyətçisi X5 13279.81 manat, 1/96 hissəsinə X24 4426.60 manat, 1/96 hissəsinin mülükiyyətçisi X38 4426.60 manat, 1/96 hissəsinə X39 4426.60 manat, 1/32 hissəsinin mülkiyyətçisi Kuhi (Dostəliyeva) Gülnarə Əbülfəs qızına 13279.81 manat, 1/4 hissəsinin mülkiyyətçisi X16 106238.50 manat və 1/6 hissəsinin mülkiyyətçisi Cavabdeh1 70825,67 manat məbləğində kompansasiya ödənilərək fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılması barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli və 572 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarları ilə Bakı şəhəri Yasamal rayonu ərazisində yaşayış və qeyri-yaşayış sahələrinin bir qisminin dövlət ehtiyacları üçün alınması müəyyən edilmişdir. Qərarlara əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Cavabdehlərə danışıq (könüllü alğı-satqı) yolu ilə onların yaşadığı daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilmişdir. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq cavabdehlərə yaşadıqları ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azəbraycan Respublikası Qanunu və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə cavabdehlərə 72907 manat və 59755 manat kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirmişdir. Lakin, cavabdehlər təklif olunan kompensasiyanı almaqdan imtina etmişlər. Cavabdehlər məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddia ərizəsi ilə razı olmadıqlarını, qəti etiraz etdiklərini, iddia ərizəsinin təmin edilməməsini, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili və digər cavabdehlər iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, digər cavabdehlər və 3-cü şəxsin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında digər cavabdehlər və 3-cü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli, 51 saylı qərarına əsasən ünvan 1 ünvanında X6 məxsus yaşayış sahəsinin (şərti layihə nömrəsi 64-806) dövlət ehtiyacları üçün alınması ilə əlaqədar X1 rayonu 64 saylı MKİS vasitəsi ilə alan orqan İddiaçı təşkil etdiyi komissiyaya dəvət edilmiş və o, xx xxxxxx 2019-cu il tarixdə (İnşaatçılar prospekti 28 B ünvanında) Komissiya tərəfindən qəbul edilmişdir. Qəbul zamanı Yasamal rayonu, N.Nərimanov küçəsi, dalan 1, ev 2 ünvanında ona məxsus yaşayış sahəsinə görə (qanunvericiliklə nəzərdə tutulmuş bütün kompensasiya növləti və əlavələr nəzərə alınmaqla) 72907 (yetmiş iki min doqquz yüz yeddi) manat məbləğində kompensasiya təklif edilmiş, lakin X15 könüllü razılaşmadan imtina etmişdir. Aktın doğruluğunu “xxxx” MMC-nin direktoru İ.Bağırov, 64 saylı MKİS-in rəisi S.Abıyev, 64 saylı MKİS-in kargüzarı D.Yaqubova təsdiq etmişlər. Belə ki, iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli atkın surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli, 51 saylı qərarına əsasən ünvan 1 ünvanında Cavabdeh5 və X6 məxsus yaşayış sahəsinin (şərti layihə nömrəsi 64-805) dövlət ehtiyacları üçün alınması ilə əlaqədar həmin ünvana rəsmi bildiriş göndərilməsinə baxmayaraq, Yasamal rayon 64 saylı MKİS vasitəsi ilə dəfələrlə alan orqan İddiaçı təşkil etdiyi Komissiyaya dəvət edilmiş, lakin komissiyada iştirak etməmişdir. İşdə olan X6 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evi üçün “xxxx” MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatından xx xxxxxx 2019-cu il tarixli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli 51 saylı Qərarına əsasən Bakı şəhəri İddiaçı tərəfindən dövlət ehtiyacları üçün alınan, Yasamal rayonu, N.Nərimanov küçəsi, dalan 1, ev 2 ünvanında yerləşən mülkiyyətdə və istifadədə olan (N-64-806 şərti kodu ilə işarələnmiş) daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş “xxxx” MMC tərəfindən, həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla 30.06. kv.m əsas sahə üçün 1 kv.mi 1500 manatdan hesablanmaqla 45090 manat, 16.83 kv.m köməkçi sahə üçün 1 kv.m-i 1500 manatdan hesablanmaqla 25245 manat, 3.71 kv.m pilləkən sahəsi üçün 1 kv.m-i 400 manatdan hesablanmaqla 1484 manat, 4.4 kv.m tamet döşəmə sahəsi üçün 1 kv.m-i 20 manatdan hesablanmaqla 88 manat, 2 aylıq kirayə haqqı və köçmək xərci 1000 manat hesablanmaqla ümumilikdə 72907 manat məbləğində kompensasiya hesablanmışdır. İşdə olan Cavabdeh5 və X6 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evi üçün “xxxx” MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatından xx xxxxxx 2019-cu il tarixli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli 51 saylı Qərarına əsasən Bakı şəhəri İddiaçı tərəfindən dövlət ehtiyacları üçün alınan, Yasamal rayonu, N.Nərimanov küçəsi, dalan 1, ev 2 ünvanında yerləşən mülkiyyətdə və istifadədə olan (N-64-805 şərti kodu ilə işarələnmiş) daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş “xxxx” MMC tərəfindən, həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla 17.3 kv.m əsas sahə üçün 1 kv.m-i 1500 manatdan hesablanmaqla 25950 manat, 21.87 kv.m köməkçi sahə üçün 1 kv.m-i 1500 manatdan hesablanmaqla 32805 manat, 2 aylıq kirayə haqqı və köçmək xərci 1000 manat hesablanmaqla ümumilikdə 59755 manat məbləğində kompensasiya hesablanmışdır. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4397/2019 saylı, xx.xx.2019-cu il tarixli Qətnaməsinin surətindən görünür ki, ünvan 2 ünvanında X18 miras qalmış fərdi yaşayış evinin iddiaçı Cavabdeh1 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, Bakı şəhəri, Yasamal rayonu, ünvan 2 ünvanında X18 miras qalmış fərdi yaşayış evinin 1/24 hissəsinə Cavabdeh5, 1/48 hissəsinə X7, 1/48 hissəsinə X8, 1/32 hisəssinə İbrahimova (Dostəliyeva) Reyhanə Əbülfəs qızının, 1/32 hissəsinə İbrahimova (Dostəliyeva) Rəna Əbülfəs qızının, 1/96 hissəsinə Dostəliyev Zöhrab Vaqif oğlunun, 1/96 hissəsinə X19, 1/96 hissəsinə X9, 1/32 hissəsinə X3, 1/32 hissəsinə X26, 1/32 hissəsinə X2, 1/96 hissəsin X22, 1/96 hissəsinə X31, 1/96 hissəsinə X32, 1/32 hissəsinə Kuhi (Dostəliyeva) Gülarə Əbülfəs qızının, 1/4 hisssinə X4, 1/4 hissəsinə X20 və 1/6 hissəsinə Cavabdeh1 vərəsəlik payları müəyyən edilmişdir. İşdə olan Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, xx.xx.2019-cu il tarixdə daxil olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4397/2019-009 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əlavə edilmiş qiymətləndirmə cədvəlinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli, 51 saylı qərarına əsasən Bakı şəhəri İddiaçı tərəfindən dövlət ehtiyacları üçün alınan, ünvan 1 ünvanında yerləşən (64-799, 64-800, 64-801, 64-802, 64-803, 64-804, 64-805, 64-806 şərti kodu ilə işarələnmiş) Cavabdeh5, X10, İbrahimova (Dostəliyeva) Reyhanə Əbülfəs qızına, İbrahimova (Dostəliyeva) Rəna Əbülfəs qızına, Dostəliyev Zöhrab Vaqif oğluna, X21, X11, X29, X5, X24, X38, X45, Kuhi (Dostəliyeva) Gülarə Əbülfəs qızına, X16, Cavabdeh1 məxsus mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın faktiki mövcud sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş “xxxx” MMC tərəfindən, həmin əmlakın bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla (Azərbaycan Respubliaksı Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 % və digər əlavələr nəzərə alınmaqla), 181.58 kv.m əsas sahə üçün 1 kv.m-i 1500 manatdan hesablanmaqla 272370 manat, 90.57 kv.m köməkçi sahə üçün 1 kv.m-i 1500 manatdan hesablanmaqla 135859.50 manat, 3.71 kv.m pilləkən sahəsi üçün 1 kv.m-i 400 manatdan hesablanmaqla 1484 manat, 4.4 kv.m tamet döşəmə sahəsi üçün 1 kv.m-i 20 manatdan hesablanmaqla 88 manat, 5.35 kv.m təsərrüfat anbarı (H=1.36) üçün 1 kv.m-i 600 manatdan hesablanmaqla 3211.80 manat, 9.68 kv.m metlax döşəmə 1/5 üçün 1 kv.m-i 20 manatdan hesablanmaqla 193.60 manat, 1.84 kv.m açıq eyvan ½ üçün 1 kv.m-i 400 manatdan hesablanmaqla 736.00 manat, 7.53 kv.m açıq eyvan üçün 1 kv.m-i 400 manatdan hesablanmaqla 3012.00 manat, hər bir ailə üçün kirayə haqqı nəzərə alınmaqla 8000 manatdan hesablanmaqla ümumilikdə 424954.90 manat məbləğində kompensasiya hesablanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4397/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh5 17706.42 manat, X10 8853.21 manat, İbrahimova (Dostəliyeva) Reyhanə Əbülfəs qızına 13279.81 manat, İbrahimova (Dostəliyeva) Rəna Əbülfəs qızına 13279.81 manat, Dostəliyev Zöhrab Vaqif oğluna 4426.60 manat, X21 44.26.00 manat, X11 4426.00 manat, X29 13279.81 manat, X5 13279.81 manat, X24 4426.60 manat, X38 4426.60 manat, X39 4426.60 manat, Kuhi (Dostəliyeva) Gülarə Əbülfəs qızına 13279.81, X16 106238.50 manat, Cavabdeh1 70825.67 manat bölüşdürülmüşdür. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərar vermişdir. Həmin qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlaraNabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasında ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq «Daşınmaz əmlakın alınması qrupu»nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. İş materiallarından görünür ki, cavabdehlərə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51saylı 16 fevral2018-ciil tarixli qərarının təsiri altına düşür. İş materiallarından görünür ki, alan orqan İddiaçı cavabdehlərə yuxarıda qeyd edilən kompensasiyanı ödəməyə hazır olduğunu bildirmişdir. Lakin, cavabdehlər tərəfindən təklif olunan kompensasiyanı almaqdan imtina edilmiş, tərəflər arasında mübahisə yaranmış və iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusıyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-İİİQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar «Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsi «Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.» kimi redaksiyada verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında «Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.1-ci maddəsi isə «Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir kimi redaksiyada verilmişdir. Yuxarıda qeyd edilən dəyişiklik əsasında yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 248.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir: Torpağın alınmasının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; alınan torpağa sahibliyin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının; 248.2.3-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. Məhkəmə, mülki qanunvericiliyin dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın yaşayış və ya qeyri-yaşayış sahəsi, yaxud torpaq sahəsi olmasını fərqləndirməyərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində «Mülkiyyət» adı altında birləşdirməsini, odur ki, hazırki iş üzrə fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınma prosedurlarının Azərbaycan Respublikası Mülki Məcəlləsi, həmçinin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı, yəni-alan orqan İddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Eyni zamanda, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsi alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsinin yalnız məhkəmə tərəfindən müvafıq qərar qəbul edildikdən sonra həyata keçirilə bilmək imkanını nəzərdə tutmuşdur. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsində isə alan orqanın alınan əmlakla bağlı sahibliyin əldə edilməsinə dair məhkəmə qərarının icrası ilə bağlı müddəa nəzərdə tutulmuşdur. Belə ki, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinə əsasən Alan orqanın bu Qanunun 52-ci maddəsində nəzərdə tutulmuş qaydada etdiyi müraciətindən sonra torpağa sahibliyin əldə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyərək sahiblikdən imtina etmək istəməyən şəxslər barəsində məhkəmə qərarlarının icrası barədə qanunvericiliyin müvafıq müddəaları tətbiq olunur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini alan orqan İddiaçı tərəfindən alınmasının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olması, eləcə də, mübahisəli kompensasiya məbləğinin qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4397/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş mülkiyyətçilərə məxsus hissələrə mütənasib şəkildə müəyyən edilməsi məhkəmə zamanı işin halları ilə təsdiq edildiyindən, iddia təmin olunaraq, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilməli; daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı həmin əmlakın 1/24 hissəsinin mülkiyyətçisi Cavabdeh5 17706.42 manat, 1/48 hissəsinin mülkiyyətçisi X10 8853.21 manat, 1/32 hissəsinin mülkiyyətçisi İbrahimova (Dostəliyeva) Reyhanə Əbülfəs qızına 13279.81 manat, 1/32 hissəsinin mülkiyyətçisi İbrahimova (Dostəliyeva) Rəna Əbülfəs qızına 13279.81 manat, 1/96 hissəsinin mülkiyyətçisi Dostəliyev Zöhrab Vaqif oğluna 4426.60 manat, 1/96 hissəsinin mülkiyyətçisi X21 4426.60 manat, 1/96 hissəsinin mülkiyyətçisi X11 4426.60 manat, 1/32 hissəsinin mülkiyyətçisi X29 13279.81 manat, 1/32 hissəsinin mülkiyyətçisi X5 13279.81 manat, 1/96 hissəsinə X24 4426.60 manat, 1/96 hissəsinin mülükiyyətçisi X38 4426.60 manat, 1/96 hissəsinə X39 4426.60 manat, 1/32 hissəsinin mülkiyyətçisi Kuhi (Dostəliyeva) Gülnarə Əbülfəs qızına 13279.81 manat, 1/4 hissəsinin mülkiyyətçisi X16 106238.50 manat və 1/6 hissəsinin mülkiyyətçisi Cavabdeh1 70825,67 manat məbləğində kompensasiya ödənilərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi boşaldılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X37 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X27 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi bləbinə dair iddialara da baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 75-ci və 85-ci maddəsinə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilsin. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı həmin əmlakın 1/24 hissəsinin mülkiyyətçisi Cavabdeh5 17706.42 manat, 1/48 hissəsinin mülkiyyətçisi X10 8853.21 manat, 1/32 hissəsinin mülkiyyətçisi İbrahimova (Dostəliyeva) Reyhanə Əbülfəs qızına 13279.81 manat, 1/32 hissəsinin mülkiyyətçisi İbrahimova (Dostəliyeva) Rəna Əbülfəs qızına 13279.81 manat, 1/96 hissəsinin mülkiyyətçisi Dostəliyev Zöhrab Vaqif oğluna 4426.60 manat, 1/96 hissəsinin mülkiyyətçisi X21 4426.60 manat, 1/96 hissəsinin mülkiyyətçisi X11 4426.60 manat, 1/32 hissəsinin mülkiyyətçisi X29 13279.81 manat, 1/32 hissəsinin mülkiyyətçisi X5 13279.81 manat, 1/96 hissəsinə X24 4426.60 manat, 1/96 hissəsinin mülükiyyətçisi X38 4426.60 manat, 1/96 hissəsinə X39 4426.60 manat, 1/32 hissəsinin mülkiyyətçisi Kuhi (Dostəliyeva) Gülnarə Əbülfəs qızına 13279.81 manat, 1/4 hissəsinin mülkiyyətçisi X16 106238.50 manat və 1/6 hissəsinin mülkiyyətçisi Cavabdeh1 70825,67 manat məbləğində kompensasiya ödənilməklə cavabdehlər tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi boşaldılsın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar