Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-85/2023 10.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı,cavabdehin nümayəndəsi X10,üçüncü şəxs X38, üçüncü şəxs X16 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" ASC, X18, X19, X38 və X16 məhkəmə icraatına 3cü şəxslər qismində cəlb olunmaqla “əmlak kompleksi və torpaq sahəsi üzərində hüququların qeydiyyata alınmasının qanunsuz hesab edilməsi” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanında yerləşən əmlak kompleksi və 17861,9 kv.m olan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasının qanunsuz hesab edilməsi və həmin qeydlərin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-901/2021 saylı inzibati iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarına əsasən iddia tələbi qismən təmin edilmiş, DƏDRX ünvan 1 ünvanında yerləşən əmlak kompleksi və torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı hərəkətləri qanunsuz sayılaraq İddiaçı həmin qeydiyyatın ləğv edilməsi barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
3. Qərardan narazı qalan İddiaçı xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-901/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının qismən ləğv edilməsi və iddia tələbinin təmin olunmadığı hisəsində təmini haqqında qərar çıxarılmasını xahiş etmişdir.
4. İş üzrə üçüncü şəxslər X18, X19 xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-901/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının qismən ləğv edilməsi və iddia tələbinin tamamilə rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Eyni zamanda cavabdeh xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-901/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1390/2021 inzibati iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçının, cavabdehin və üçüncü şəxslərin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-901/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və işin məhkəmə icraatının davam etdirilməsi, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
7. Bakı İnzibati Məhkəməsinin hazırkı inzibati iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə icraat, iddiaçılar X29, X23, İddiaçı cavabdehlər X19, X24, X35, X18, X38, X4, X25 qarşı "xxxx" ASC müstəqil tələb irəli sürülməyən 3-cü şəxs olmaqla “müvafiq bölünmə balansın hazırlanıb "xxxx" ASC-nin qanunvericilikdə müəyyən edilmiş müddətdə səhmdarlarının ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyinin qoyulması və zərərin ödənilməsi” barədə iddia tələbinə dair Sabunçu rayon Məhkəməsinin 2(008)-2/2021 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.
8. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadına əsasən Sabunçu rayon Məhkəməsinin 2(008)-2/2021 saylı iş üzrə yekun məhkəmə aktı qüvvəyə mindiyi üçün iş üzrə icraat təzələnmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2023 saylı işi üzrə qəbul etdiyi 09 mart 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
10. 28 aprel 2023-cü il tarixdə X29 məhkəməyə vəsatət təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2-1(112)-85/2023 saylı qərarın ləğv olunmasını, iş üzrə icraatın təzələnməsini və onun üçüncü şəxs qismində işdə iştirak etmək üçün cəlb edilməsini xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2023 saylı işi üzrə qəbul etdiyi 25 may 2023-cü il tarixli qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2- 1(112)-85/2023 saylı qərarını ləğv edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2023 saylı iş üzrə icraat təzələnməsi və X29 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlbetmə qaydasında cəlb edilməsi qərara alınmışdır.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, X19 və X11 "xxxx" ASC-nin mülkiyyətində olan əmlak kompleksinə mülkiyyət hüququ, habelə 17.861,9 kv.m torpaq sahəsindən istifadə hüququnu vermiş və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparmışdır. DƏDRX tərəfindən həmin şəxslərin mülkiyyət hüququnun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 1 ünvanında yerləşən əmlak kompleksinə, habelə torpaq sahəsindən istifadə hüququnun qeydiyyatı aşağıdakı əsaslara görə əsassızdır. AR İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş 25 mart 2003-cü il tarixli müəssisə və obyektin texniki pasportundan görünür ki, əmlak kompleksinin balans saxlayıcısı (mülkiyyətçisi) Dövlət Neft Şirkəti “Xəzərdənizneftsosialtikinti” Tresti 2 saylı Tikinti Quraşdırma İdarəsidir. “Xəzərdənizneftsosialtikinti” Trestinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi ilə əlaqədar 28 mart 2003-cü il tarixdə özəlləşdirmə komissiyası yaradılmışdır. Həmin komissiyası tərəfindən hazırlanmış və təsdiq olunmuş "xxxx" ASCnin emissiya prospektində (özəlləşdirmə planında) 25 mart 2003-cü il tarixli müəssisə və obyektin texniki pasportunun surəti mövcuddur. Milli Depozit Mərkəzi tərəfindən verilmiş 16 yanvar 2007-ci il tarixli “depo hesabından çıxarış”dan görünür ki, o (iddiaçı), "xxxx" ASC-nin 560 səhminin sahibidir. "xxxx" ASC-nin üç səhmdarı, o cümlədən iddiaçı (İddiaçı) cavabdehlər X12, X17, X30, X11, X33, X1, X25 və "xxxx" ASC-yə qarşı müvafiq bölünmə balansının hazırlanıb ASC-nin qanunvericiliklə müəyyən edilmiş müddətdə səhmdarlarının ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyinin qoyulması və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmişlər. Sonra hazırkı iddiaçı həmin məhkəməyə vəsatətlə müraciət edərək iddianı təmin etmək üzrə tədbir kimi "xxxx" ASC-nin ləğv edilməsinə qadağan qoyulması, həmin qurum tərəfindən sözügedən əmlak kompleksinin, həmçinin istifadəsində olan 17.861,9 kv.m torpaq sahəsinin satılmasına qadağan qoyulması, X13 27.670 səhminə, X26 20 səhminə, X31 320 səhminə, X20 20 səhminə, X2 20 səhminə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 1 noyabr 2013-cü il tarixli 2(008)- 7839/2013 saylı qərardadı ilə vəsatət qismən təmin edilərək, X13 27.670 səhminə, X26 20 səhminə, X31 320 səhminə, X20 20 səhminə, X2 20 səhminə həbs qoyulmuş, "xxxx" ASC-nin ləğv edilməsinə qadağan qoyulması və cəmiyyətə məxsus əmlak kompleksi, həmçinin istifadəsində olan 17.861,9 kv.m torpaq sahəsinin satılmasına qadağan qoyulması barədə vəsatət rədd edilmişdir. Bundan sonra iddiaçı həmin qərardaddan şikayət verərək, onun dəyişdirilməsini, əmlak kompleksinin, həmçinin istifadəsində olan 17.861,9 kv.m torpaq sahəsinin satılmasına qadağan qoyulmasını xahiş etmişdir. Lakin Sabunçu rayon Məhkəməsinin 26 noyabr 2013-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli 2(103)-6869/2013 saylı qərardadı ilə şilkayət təmin edilmiş, müvafiq əmlak kompleksinin və istifadədə olan 1.781,9 kv.m torpaq sahəsinin satılmasına qadağa qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli 2(103)-6869/2013 saylı icra vərəqəsi Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə icraatına vermişdir. Rayon icra şöbəsi 6 fevral 2014-cü il tarixli qərarla icraata başlamış və Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsinin icrası üçün DƏDRX Bakı şəhər Ərazi İdarəsinə xx/xx- 1913/14-2 nömrəli 6 fevral 2014-cü il tarixli bildiriş göndərmişdir. DƏDRX Bakı şəhər Ərazi İdarəsinin 1 mart 2014-cü il tarixli **********84 nömrəli məktubu ilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə bildirilir ki, "ünvan 2 ünvanında yerləşən əmlak kompleksi və istifadədə olan 1.761,9 kv.m torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6869/2013 saylı 24 dekabr 2013-cü il tarixli icra vərəqəsi İdarə tərəfindən 20 fevral 2014-cü il tarixdə icra edilərək qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında sözügedən daşınmaz əmlakın üzərinə qadağa qoyulmuşdur. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 29 may 2014-cü il tarixli 2(103)-6869/2013 saylı qərardadı ilə qərara alınmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli qərardadında yol verilmiş texniki səhv düzəldilsin, texniki səhvlə yazılmış qərardadın mətnində (“müəyyən etdi” və “qərara aldı” hissələrində) “1.781,9 kv.m torpaq sahəsi” sözləri, "17.861,9 kv.m torpaq sahəsi” sözləri ilə əvəz edilsin. DƏDRX Bakı şəhər Ərazi İdarəsi 29 mart 2015-ci il tarixli **********15 nömrəli məktubu ilə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə müraciət edərək bildirmişdir ki, “ünvan 2 ünvanında yerləşən əmlak kompleksi və istifadədə olan 17.861,9 kv.m torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Lakin Şöbənin məktubu nəzərə alınaraq İdarə tərəfindən 20 fevral 2014-cü il tarixdə icra edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6869/2013 saylı, 24 dekabr 2013-cü il tarixli icra vərəqəsinə əsasən qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında üzərinə qadağa qoyulmuş torpaq sahəsinə 18 mart 2015-ci il tarixdə düzəliş edilərək 17.861,9 kv.m torpaq sahəsi üzərinə qadağa qoyulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1 avqust 2014-cü il tarixli, 2(008)-2427/2014 saylı qərardadı ilə iddiaçılar X29, X27 və İddiaçı cavabdehlər X19, X24, X35, X18, X38, X4, X25 və "xxxx" ASC-yə qarşı müvafiq bölünmə balansını hazırlanıb "xxxx" ASC-nin qanunvericilikdə müəyyən edilmiş müddətdə səhmdarlarının ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyinin qoyulması və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(008)-2427/2014 saylı mülki iş X21 və X3 hüquqi varisi işə cəlb olunana qədər dayandırılmışdır. Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin 3 aprel 2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli icra sənədi həmin məhkəməyə qaytarılmışdır. İcra şöbəsinin 3 aprel 2015-ci il tarixli qərarında göstərilir ki, DƏDRX Bakı şəhər Ərazi İdarəsi 29 mart 2015-ci il tarixli məktubu ilə icra şöbəsinə müraciət edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6869/2013 saylı 24 dekabr 2013-cü il tarixli icra vərəqəsinə əsasən qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında üzərinə qadağa qoyulmuş torpaq sahəsinə 18 mart 2015-ci il tarixdə düzəliş edilərək, 17.861,9 kv.m torpaq sahəsi üzərinə qadağa qoyulmuşdur. Bununla da, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6869/2013 saylı 24 dekabr 2013-cü il tarixli icra sənədi icra olunduğundan, Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Lakin sonradan məlum olmuşdur ki, DƏDRX X6 və X7 mülkiyyətinə ünvan 2 ünvanında yerləşən əmlak kompleksini və torpaq sahəsini vermişdir. Belə ki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi 11 aprel 2019-cu il tarixli məktubu ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə bildirmişdir ki, “12 mart 2019-cu il tarixli 3056/17 saylı sorğulara baxılmışdır. Bununla əlaqədar olaraq qeyd olunur ki, müvafiq əmlak kompleksinin (kompleksin yerləşdiyi torpaq sahəsi istifadə hüququna əsasən qeydiyyatdan keçmişdir və hazırda kompleksin istifadəsindədir) 99,93 %-i X6, 0,07%-i isə X7 adlarına 24 iyun 2014-cü il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir”. Göründüyü kimi, DƏDRX Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013-cü il taroxli 2(103)- 6869/2013 saylı icra sənədi üzrə tələbi kobud şəkildə pozmuşdur. 21 yanvar 2020-ci il tarixdə hazırkı iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edib X19 və X7 ünvan 2 ünvanda yerləşən əmlak kompleksinin üzərində mülkiyyət, həmçinin 17.861,9 m2 torpaq sahəsinin istifadə hüquqları ilə bağlı dövlət reyestrində aparılmış qeydləri ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra o, DƏDRX-in 7 fevral 2020-ci il tarixli məktubunu almışdır. Həmin məktubda bildirilir ki, müvafiq əmlak kompleksi və torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın mübahisələndirilməsi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.3cü və 2.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. DƏDRX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli 2(103)-6869/2013 saylı icra vərəqəsinin icrası təmin edilmədiyinə görə, onun hüquqları və qanunla qorunan mənafeləri pozulmuşdur. 13 mart 2020-ci il tarixdə iddiaçı "mülkiyyət və istifadə hüquqlarının qeydə alınmasının qanunsuz hesab edilməsi və həmin qeydlərin ləğv edilməsi öhdəliyinin cavabdeh DƏDRX-ə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 16 mart 2020-ci il tarixli 2(004)-2560/2020 saylı qərardadı ilə qərara alınmışdır ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin, habelə izah olunsun ki, iddiaçı həmin iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. İddiaçı rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli qərardadının surəti 25 mart 2020-ci il tarixində əldə etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə ilkin еtirаzını оnunlа əsаslаndırmışdır ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 6 avqust 2010-cu il tarixdə "Xətai Tikinti Mexanizasiya” ASC-nin səhmdarlarının (səhmdarların 88,96%-nin iştirakı ilə) ümumi yığıncağın protokolunun 2-ci bəndinə əsasən cəmiyyətin səhmdarları Kamran Yadigarovun və Vədiyyə Rzayevanın səhmdar cəmiyyətdən ayrılması, onlara aid səhmlər müqabilində "Xətai Tikinti Mexanizasiya” ASC-yə məxsus Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanında yerləşən əmlakın onlara verilməsi ilə əlaqədar nizamnaməyə dəyişikliyin edilməsi və əmlakın təhvil-təsliminin həyata keçirilməsi qərara alınmış, həmçinin "Xətai Tikinti Mexanizasiya” ASC-yə məxsus ünvan 3 ünvanında yerləşən əmlakın səhmdarları Kamran Yadigarova və Vədiyyə Rzayevaya verilməsi ilə bağlı 10 yanvar 2011-ci il tarixli təhvil-təslim aktı tərtib olunmuşdur. Təqdim edilmiş hüquqmüəyyənedici sənədlər (protokoldan çıxarış, sərəncam, istismara icazə aktı) əsasında həmin əmlak kompleksinin üzərində 24 aprel 2014-cü il tarixdə X7 (0,07%) və X6 (99,93%) mülkiyyət hüququ tanınaraq, RX ******* seriya nömrəli dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
14. Üçüncü şəxs X19 xx.xx.2021-ci il tarixdə təqdim etdiyi iddiaya dair etirazında bildirmişdir ki, X18 və X19 12 aprel 2009-cu ildə ərizə ilə "xxxx" ASC-yə müraciət edərək, onlara məxsus səhmlərin müqabilində əmlak ayrılmasının xahiş etmişdirlər. Səhmdar Cəmiyyətin 22 may 2009-cu il tarixli ümumi yığıncağında həmin təşkilatın balansında olan Maştağa qəsəbəsində yerləşən sahənin səhmlərin bir qisminin müqabilində Kamran Yadigarova və Vədiyyə Rzayevaya ayrılması məsələsinə baxılmış və müvafiq təklifin hazırlanması məqsədi ilə Komissiya yaradılmışdır. Komissiya tərəfindən araşdırma aparılmış, ayrılması mümkün olan əmlak qiymətləndirilmiş və hazırlanmış sənədlər Səhmdar Cəmiyyətin növbəti yığıcağında bu məsələyə baxılması üçün təklif olunmuşdur. "xxxx" ASC-nin səhmdarlarının 06 avqust 2010-cu il tarixli ümumi yığıncağında Səhmdar Cəmiyyətin Maştağa qəsəbəsində yerləşən və komissiyanın arayışında göstərilmiş ümumi məbləği 75490 manat olan əmlak və onun yerləşdiyi Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanında yerləşən torpaq sahəsi səhmdarlar X15 məxsus adi adlı sənədsiz səhminin və X8 məxsus adi adlı sənədsiz səhmlərin əvəzi olaraq ayrılması qərara alınmışdır. İddiaçı həmin iclasda iştirak etmiş və həmin qərarın lehinə səs vermişdir. Həmçinin İddiaçı digər səhmdar Hafiz Babalı ilə birlikdə ərizə ilə müraciət edərək onlara məxsus səhmlərin müqabilində əmlak payı ayrılmasını xahiş etmişlər. Lakin sonradan təklif olunan əmlakla razılaşmamışlar. 10 yanvar 2011-ci ildə tərtib olunmuş Akta əsasən həmin əmlak Kamran Yadigarova və Vədiyyə Rzayevaya təhvil verilmişdir. Bundan sonra "Xalq" qəzetininin xx.xx.2010-cu il tarixli sayında "xxxx" ASC-yə məxsus səhmlərin bir qisminin dəyərinin əmlakla ödənilməsi ilə bağlı səhmdar cəmiyyətin nizamnamə kapitalının 75,49 min manat azaldılması barədə elan verilmişdir. Daha sonra Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 04/06/1-525 saylı, 28 sentyabr 2010-cu il tarixli qərarı ilə "xxxx" ASC-nin 37745 adi adlı sənədsiz səhmlərinin dövriyyədən çıxarılması rəsmiləşdirilmişdir. Milli Depozit Mərkəzi tərəfindən "xxxx" ASC-nin 37745 adi adlı sənədsiz qiymətli kağızlarının ləğv edilməsinə dair 04 noyabr 2010-ci il tarixli AKT tərtib edilmişdir. Bundan sonra müfaviq çıxarışın alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Göstərilənlərlə əlaqədar "xxxx" ASC-nin nizamnaməsində xx.xx.2010-cu ildə müvafiq dəyişiklik edilmişdir. İddiaçı 2013-cü ildə cavabdeh "xxxx" ASC-yə qarşı "əmlak və torpaq sahəsini adi adlı sənədsiz səhmdəki paylara uyğun olaraq ayrılması haqqında səhmdarların ümumi yığıncağının 06 avqust 2010-cu il tarixli qərarın etibarsız hesab edilməsi, dəymiş maddi ziyana görə 15753 manat pul tələbinə dair" iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1932/2013 saylı, 12 avqust 2013-cü il tarixli qətnaməsi ilə iddia əsassız olduğu üçün rədd edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5873/2013 saylı, 27 noyabr 2013-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1932/2013 saylı, 12 avqust 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1320/2014 saylı, 18 aprel 2014cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəmsinin 2(103)-5873/2013 saylı, 27 noyabr 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yəni, bütün məhkəmə instansiyaları səhmlərin müqabilində Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanında yerləşən əmlakın səhmdarlar X15 və X8 ayrılmasının tamamilə qanuna və Səhmdar Cəmiyyətin Nizamnaməsinə uyğun həyata keçirildiyini təsdiq etmişlər.
İİ. İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırkı iddia -öhdəliyin icrası haqqında iddiadır Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3. –ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
17. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
18. Məhkəmə hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.
19. İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etmiş, həmin müraciətə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən (cavabdehin tabe olduğu orqan)tərəfindən xx.xx.2020-ci il tarixdə imtina cavabı verilmişdır. Cavabdeh DƏDRX-in onun DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi barədə vəsatətinə əsasən, xx.xx.2020-ci il tarixli məhkəmə qərardadı ilə inzibati iş üzrə cavabdeh DƏDRX əsl cavabdeh DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır.
20. Məhkəmə cavabdehin xx.xx.2021-ci il tarixli – “iddia tələbi ilə bağlı iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti olmaması səbəbindən iddia mümkün sayılmaması barədə etirazı ilə bağlı qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ( indiki adı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) məhkəmə sərəncamını icra edərək iddiaya dair xx.xx.2020-ci il tarixli etirazında başqa əsaslar göstərməklə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının ona olan müraciətini qəbul etmiş və həmin müraciət barədə məhkəmədə qaldırılmış iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
21. İddiaçının hazırkı iddianı qaldırmaq subyektiv hüququnun mövcudluğu onunla əsaslandırılır ki, iddiaçı səhmdar olduğu "xxxx" ASC-nin əmlakının müəyyən hissəsinin üzərində cəmiyyətin digər səhmdarlar V.Rzayeva və K.Yadığarovun mülkiyyət və istifadə hüquqlarının dövlət qeydiyyatına alınması nəticəsində cəmiyyətin nizamnamə kapitalı azalmışdır. İddiaçı tərəfindən bu hal səhmdar kimi onun hüquqların pozulması kimi qiymətləndirilmişdir.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1077.1-ci maddəsinə əsasən, səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır.
23. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
24. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
25. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X38 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
26. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X29 iddia tələbinin əsaslı olduğundan təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
27. Məhkəmə proses iştirakçılarının izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
İş materiallarında olan:
Milli Depozit Mərkəzinin xx.xx.2007-ci il tarixinə olan məlumatına əsasən, emitent "xxxx" ASC-nin nizamnamə kapitalı 502992,0 manatdır, qiymətli kagızların ümumi miqdarı 251 496 ədəd, qiymətli kagızın ( səhmin- sənədsiz adı səhm formasında) – 2 manatdır. Depo hesabından çıxarışa əsasən İddiaçı 560 ədəd qiymətli kagızın sahibidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6869/2013 saylı 24 dekabr 2013-cü il tarixli qərardadına əsasən, İddiaçı şikayəti təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1 noyabr 2013-cü il tarixli 2(008)- 7839/2013 saylı qərardadının "cəmiyyətə məxsus Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanında yerləşən əmlak kompleksi, həmçinin istifadəsində olan 1.781,9 kv.m torpaq sahəsinin satılmasına qadağan qoyulmasına dair ərizənin təmin edilməməsi” hissəsində ləğv edilməsi və Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 1 ünvanda yerləşən əmlak kompleksinin və istifadədə olan 1.781,9 kv.m torpaq sahəsinin satılmasına qadağa qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6869/2013 saylı 29 may 2014-cü il tarixli qərardadına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli qərardadında yol verilmiş texniki səhv düzəldilməsi, texniki səhvlə yazılmış qərardadın "müəyyən etdi” və "qərara aldı” hissələrində "1.781,9 kv,m torpaq sahəsi” sözlərinin "17.861,9 kv.m torpaq sahəsi” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Nərimanov rayon İcra şöbəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6869/2013 saylı icra vərəqəsinə əsasən iş üzrə icraaata başlanılması qərara alınmışdır. Nərimanov rayon İcra şöbəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı xx.xx.2014-cü il tarixli bildirişinə əsasən icra vərəqəsində qeyd olunan “1.781,9 kv.m torpaq sahəsinin satılmasına qadağa qoyulması” barədə tələbin 10 gün müddətində icra edilməsi üçün bildiriş göndərilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2427/2014 saylı 1 avqust 2014cü il tarixli qərardadına əsasən, iddiaçılar X16, X14 və İddiaçı cavabdehlər X12, X17, X30, X11, X34, X1, X25 və "Xətai Tikinti Mexanizasiya” ASC-yə qarşı müvafiq bölünmə balansının hazırlanıb "Xətai Tikinti Mexanizasiya” ASC-nin qanunvericiliklə müəyyən edilmiş müddətdə səhmdarlarının ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyinin qoyulması və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(008)-2427/2014 saylı mülki işin X21 və X3 hüquqi varisi işə cəlb olunana qədər dayandırılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmurunun "İcra sənədinin məhkəməyə qaytarılması haqqında” 03 aprel 2015-ci il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6869/2013 saylı 24 dekabr 2013-cü il tarixli icra sənədi xx.xx.2015-ci il tarixdə icra olunduğundan, həmin məhkəməyə qaytarılmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 11 aprel 2019-cu il tarixli məktubuna əsasən bildirilmişdir ki, 12 mart 2019-cu il tarixli 3056/17 saylı sorğulara baxılmışdır. Bununla əlaqədar olaraq qeyd olunur ki, ünvan 6 ünvanında yerləşən əmlak kompleksinin (kompleksin yerləşdiyi torpaq sahəsi istifadə hüququna əsasən qeydiyyatdan keçmişdir və hazırda kompleksin istifadəsindədir) 99,93%-i X6, 0,07%-i isə X7 adlarına 24 iyun 2014-cü il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İddiaçı ünvanlanmış 27 fevral 2020ci il tarixli məktubunda bildirilmişdir ki, 21 yanvar 2020-ci il tarixli müraciətinizə baxılmışdır, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanında yerləşən ümumi sahəsi 5251,7 kv.m olan əmlak kompleksi xüsusi mülkiyyət hüququ üzrə X6 (99,93 %) və X7 (0,07 %) adına qeydiyyatdan keçmişdir. Məhkəmənin sorğusuna əsasən ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olmuş sənədlər təqdim edilmişdir: "xxxx" ASC-nin yaradılması haqqında 92 saylı xx.xx.2003-cü il tarixli sərəncamı, "xxxx" ASC-nin ümumi yığıncağının xx.xx.2010-cu il tarixli protokolu, Qiymətli Kagızlar üzrə Dövlət Komitəsinin arayışı, X5 və X7 DƏRDX-nin Bakı Ərazi İdarəsinə ərizəsi, Əmlak kompleksi kimi müəssisənin texniki pasportunun surətləri . Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1320/2014 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə İddiaçı və vəkili Heydərov Nemət Əliş oğlunun kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2013-cü il tarixli, 2(103)-5873/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışıdr. Qərarda göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 12 avqust 2013-cü il tarixli, 2(011)-1932/2013 saylı qətnaməsi ilə (sədrlik edən, hakim L.O.Talıbova) İddiaçı cavabdeh "xxxx" Açıq Səhdar Cəmiyyətinə qarşı “əmlak və torpaq sahəsinin adi adlı sənədsiz səhmdəki paylara uyğun olaraq ayrılması haqqında səhmdarların ümumi yığıncağının 06 avqust 2010-cu il tarixli qərarının etibarsız hesab edilməsi, dəymiş maddi ziyana görə 15.753 manat pul tələbinə dair” iddiası təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2013-cü il tarixli, 2(103)-5873/2013 saylı qətnaməsi ilə (hakimlər A.A.Abdullayeva sədrlik edən, məruzəçi, N.M.Abbasov və İ.K.Xəlilov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 avqust 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
İİİ. Məhkəmənin mövqeyi
Məhkəmə iddiaçının tələbi ilə bağlı aşağıdakıları qeyd edir.
28. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
29. Azəbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
30. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir.
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununu daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2-ci maddəsində göstərilmişdir: “2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2 .2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.”
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.1.-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
33. İddia tələbinə görə, cavabdeh tərəfindən ünvan 8 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəsinin mülkiyyət hüququ ilə, torpaq isə istifadə hüququ ilə X6(99,93 %) və X7 (0,07%) adlarına aparılmış dövlət qeydiyyatı qanunsuz olduğundan ləğv edilməlidir.
34. Məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilmiş dövlət qeydiyyatı aşagıdakı sənədlərə əsasən aparılmışdır: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 31 mart 2003-cü il tarixli, 92 nömrəli "xxxx" açıq səhmdar cəmiyyətinin yaradılması barədə” sərəncamı, "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının 06 avqust 2010-cu il tarixli protokolu, "xxxx" ASC-nin texniki pasportu, X6 və X7 ərizələri.
35. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 31 mart 2003-cü il tarixli, 92 nömrəli "xxxx" açıq səhmdar cəmiyyətinin yaradılması barədə” sərəncamına əsasən, Cəmiyyət “Xəzərdənizneftsosialtikinti” trestinin və onun struktur bölmələrinin bazasında yaradılmış, nizamnamə kapitalı ********** manat (indiki 502992 manat) müəyyən edilmiş, nizamnamə kapitalına uyğun olaraq hər birinin nominal dəyəri 10000 manat (hazırkı məzənnə ilə 2 manat) olmaqla 251496 ədəd sənədsiz adi səhm buraxılması qərara alınmışdır.
36. "xxxx" açıq səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının 06 avqust 2010-cu il tarixli protokolunun 2-ci bəndinə əsasən, Cəmiyyətin Maştağa sahəsində yerləşən və müvafiq Komissiyanın arayışında göstərilmiş ümumi məbləği 75490,0 manat olan əmlak və onun yerləşdiyi Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanındakı 17861,9 kv.m torpaq sahəsi (istifadə məqsədilə sərəncamına verilməklə) səhmdar X9 dövlət qeydiyyat nömrəsi DP00171616 olan 25 adi adlı sənədsiz səhminin və X5 dövlət qeydiyyatı nömrəli DP00181914 olan 37720 adlı sənədsiz səhminin payı olaraq onlara ayrılması və Nizamnamədə dəyişiklik edilməsi qərara alınmışdır.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. Həmin Məcəllənin 103.1. –ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin nizamnamə kapitalı cəmiyyətin səhmdarlar tərəfindən əldə edilmiş səhmlərinin nominal dəyərindən təşkil olunur... Səhmdar cəmiyyətinin yaradılması zamanı pul olmayan əmlakın dəyəri təsis yığıncağının qərarı ilə, səhmdar cəmiyyəti yaradıldıqdan sonra isə - səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə müəyyən edilir. Həmin Məcəllənin 103.5.-ci maddəsinə əsasən, əgər ikinci və hər növbəti maliyyə ili başa çatarkən cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azalmasını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Sahəvi qanunlarda nəzərdə tutulmuş hallar istisna olmaqla, əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir Həmin Məcəllənin 106-1.1.-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Həmin Məcələnin 106-1.3.-ci maddəsinə əsasən( 106-1.3.1- 106.1.3.9) səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq;cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək;cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək;106-1.3.5. cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək;cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək;. cəmiyyətin xalis mənfəətindən dividend almaq; cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq. bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq. Həmin Məcəllənin 107.1-107.1.5-ci maddələrinin mənasına görə səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncagıdır.Cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək; cəmiyyətin illik hesabatlarını, mühasibat balanslarını, mənfəət və zərər hesablarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək; cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək və sair səhmdarların ümumi yığıncagının müstəsna səlahiyyətinə aiddir.
38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1 maddələrinin şərh edilməsinə dair ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qənaətinə görə səhmlər Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri üçün “mülkiyyət” hesab olunur. Səhm təsdiqləyir ki, onun sahibi müəssisənin nizamnamə kapitalındakı payının mülkiyyətçisi olaraq müvafiq hüquqlara malikdir.” Göründüyü kimi, səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin nizamnamə kapitalındakı payının mülkiyyətçisi kimi, cəmiyyətin əmlakının müəyyən hissəsini, yalnız cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra hüququna malikdir. İşə baxılan zaman iddiaçının və üçüncü şəxslərin səhmdarları olduqları və daşınmaz əmlakı səhmdarlar V.Rzayeva və K.Yadigarovun adlarına dövlət qeydiyyatına alınmış "xxxx" ASC-nin ləğv prosesində olması müəyyən edilməmişdir. Qeyd edilmiş qanun normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mübahisəli əmlak kompleksi və torpaq üzərində V.Rzayeva və K.Yadigarovun müəyyən sənədləri ilə yaranması təsdiq edilmiş hüquqlarının dövlət qeydiyyatına alınması qanunsuz hesab edilməlidir. Belə ki, reyestrdə müvafiq əmlak kompleksi ilə bağlı üçüncü şəxslərin hüquqları bunun üçün qanunvericiliklə, yəni “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı biri olmadan qeydiyyata alınmışdırlar.
39. Beləliklə, inzibati məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı iddia tələbində haqlıdır.
40. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı ünvan 9 ünvanında yerləşən əmlak kompleksi və 17.861,9 kv.m olan torpaq sahəsi üzərində hüququların qeydiyyata alınmasının qanunsuz hesab edilməsi və həmin qeydlərin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməlidir.
42. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
43. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
44. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ :
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanında yerləşən əmlak kompleksi və 17.861,9 kv.m olan torpaq sahəsi üzərində hüququların qeydiyyata alınmasının qanunsuz hesab edilməsi və həmin qeydlərin ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova