Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-850/2025 03.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X6 (üçüncü şəxslər X12 və X13) qarşı “qərarın ləğv edilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh X6 (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 02 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X12 və X13 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb eilmişlər. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhər sakini X4 ona torpaq ayrılması ilə əlaqədar X6 ərizə ilə müraciət etmişdir. Həmin müraciət əsasında X3 xx.xx.2004-cü il tarixli, 1327/1 nömrəli qərarına əsasən X2 fərdi ev tikintisi üçün X3 ərazi hüdudlarında 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında Məhərrəmov Mehman ilə X10 arasında torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur. X14 tərəfindən həmin torpağın alqı-satqısına əsasən onun dəyəri olan 2.400.000 azm məbləğində pul vəsaiti Bələdiyyənin hesabına köçürülmüşdür. Daha sonra Mehman Məhərrəmov ərizə ilə X6 müraciət edərək ona ayrılmış torpaq sahəsinin İddiaçı adma keçirilməsini bələdiyyədən xahiş etmişdir. Bələdiyyə tərəfindən həmin ərizəyə baxılmış və xx.xx.2006-cı il tarixli 1110 nömrəli Sərəncamla qeyd edilən torpaq sahəsi iddiaçının adına keçirilmişdir. Həmin tarixdən etibarən qeyd edilən əraziyə sahiblik və istifadə hüququnu həyata keçirməkdə davam edir. Bundan əlavə qeyd edilən ünvanın elektrik enerjisi ilə təchiz olunması üçün Azərişıq ASC ilə müqavilə bağlanmışdır. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, onun adına verilmiş Sərəncam Bələdiyyənin 02 nömrəli, xx.xx.2023cü il tarixli qərarı ilə ləğv edilmişdir. Həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, adıçəkilən qərara diqqət yetirdikdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin məktubuna əsasən iddiaçıya aid sərəncamın sənədləşdirilməsi zamanı nöqsanların aşkar olunduğu qeyd edilmişdir. Lakin həmin nöqsanların nədən ibarət olması, eləcə də bu nöqsanların formal xəta olub- olmamasının müəyyənləşdirmək üçün hər hansı bir addımın atılıb-atılmaması qərarda öz əksini tapmamışdır. Bununla yanaşı bələdiyyə qərarı qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət edilib edilməməsi öz əksini tapmamışdır. Bələdiyyə tərəfindən qərr qəbul edilərkən inzibati icraat aparılmamışdır. Cavabdeh məhkəməyə iddia tələbinə qarşı etirazını təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçı inzibati orqan tərəfindən onun barəsində qəbul olunmuş əlverişsiz inzibati aktı mübahisələndirir, deməli, İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. İddia müddətinə gəldikdə, iş materiallarından mübahisəli qərarın hansı tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilməsi müəyyən edilmir. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü madəsinə əsasən həmin Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Mübahisəli inzibati akt xx.xx.2023-cü ildə qəbul edilmiş, iddiaçı xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmiş, cavabdeh həmin qərarın daha əvvəl iddiaçıya təqdime dilməsi barədə sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddia mümkün iddiadır. İddianın əsaslılığına gəldikdə, məhkəmə qeyd edir ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən X3: -xx.xx.2004-cü il tarixli 1327/1 saylı sərəncamından görünür ki, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudlan daxilində, Binəqədi qəsəbə ərazisində 600 kv.metr boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X1 alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır; - xx.xx.2006-cı il tarixli 1110 saylı sərəncamından görünür ki, X3 ərazi hüdudlarında Bakı şəhər sakinləri X1 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 600 kv.metr torpaq sahəsinə sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini İddiaçı adına keçirilmişdir. - xx.xx.2004-cü il tarixli 934/1 saylı sərəncamından görünür ki, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi ərazisindən 600 kv.metr boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X5 alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin 3-16-9/2-Z- 22077-1853-6/2023 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş Üzeyir Zeynalovun etibarnamə üzrə nümayəndəsi Əliağa İsmayılovun X3 xx.xx.2004-cü il tarixli sərəncamı ilə Üzeyir Zeynalovun mülkiyyətinə ayrılmış 600 kv.metr torpaq sahəsinin digər şəxsə satılması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından və Birinci vitse- prezidentinin Katibliyindən Ədliyyə Nazirliyinə daxil olmuş müraciətləri araşdırılmışdır. Məlum olmuşdur ki, X3 xx.xx.2004-cü il tarixli, 1327/1 saylı qərarı ilə Mehman Məhərrəmova fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış 0,06 ha torpaq sahəsi sonradan bələdiyyənin xx.xx.2006-cı il tarixli, 1110 saylı qərarı ilə İddiaçı adına qanunvericiliyin tələblərinə zidd olaraq rəsmiləşdirmişdir. Məktubda X3 xx.xx.2006-cı il tarixli, 1110 saylı qərarının ləğv edilməsi təklif edilmişdir. X3 xx.xx.2023-cü il tarixli 2 nömrəli qərarından görünür ki, həmin təklif əsasında iddiaçının adına rəsmiləşdirilmiş xx.xx.2006-cı il tarixli sərəncam ləğv olunmuş, iddiaçının istifadə və sahiblik hüququnda olan 600 kv.metr torpaq sahəsinə olan hüquqları itirilmiş hesab edilmişdir. İşdə olan X3 14 may 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı vətəndaş X1 adına olan qərarı əvvəlcə etibarnamə ilə, sonradan X3 1110 saylı xx.xx.2006-cı il tarixli sərəncamla öz adına dəyişmişdir. Lakin sənədləşmədə aşkar olunmuş qüsurlara əsasən Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin 3-16-9/2-Z-22077-1853-6/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə qeyd olunan sərəncamın qısa müddətə bələdiyyə üzvlərinin müzakirəsinə çıxarılaraq ləğv olunması göstərişi verilmişdir. Sərəncam ləğv olunaraq tərəflər məlumatlandırılmışdır. İdddiaçı hazırda bələdiyyənin xx.xx.2023-cü il tarixli qərarını mübahisələndirir. Məhkəmə qeyd edir ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - Maddə 3.1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi) həyata keçirir. - Maddə 5.0. İnzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır: - 5.0.1. bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda; - 5.0.2. hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciəti daxil olduqda. - Maddə 6.1. Bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktları qəbul edildiyi tarixdən 3 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində (bundan sonra – informasiya sistemi) yerləşdirməlidirlər: 6.1.3. bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar; -maddə 7.1. Bu Qanunun 5.0.2-ci maddəsində nəzərdə tutulmuş müraciət ərizəçinin hüquqlarının və ya qanuni mənafelərinin pozulduğu, yaxud ona bu barədə məlum olduğu gündən 6 ay ərzində verilə bilər. -maddə 8.4. İnzibati nəzarəti həyata keçirən orqan inzibati nəzarət icraatı nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu müəyyən etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə təklif təqdim edərək informasiya sistemində müvafiq aktın qarşısında qeyd edir. Bələdiyyə tərəfindən həmin təklifə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. İşin hallarından görünür ki, inzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciət əsasında iddiaçıya torpaq sahəsinin ayrılması barədə xx.xx.2006-cı il tarixli qərarın ləğv edilməsi barədə təklifi cavabdehə göndərmiş, cavabdeh də həmin inzibati aktın qanuniliyini yoxlayaraq onun ləğv edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə cavabdehin bu qərarını qanuni hesab edir. Belə ki, işdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 10/1970/2025 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki: -qərardadın birinci sualı üzrə: baxış zamanı təqdim olunan 527 m2 torpaq sahəsinin koordinatları aşağıdakı kimi müəyyən edilmişdir: - 399539.008, 4478941.474, - 399562.735, 4478949.729, - 399569.253, 4478930.195, - 399545.576, 4478921.278; -qərardadın ikinci sualı üzrə: İddiaçı ayrılmış torpaq sahəsinin eskizində tərpənməz dayaq nöqtələrindən məsafələr, koordinatlar, miqyas olmadığından, baxış zamanı təqdim olunmuş torpaq sahəsinin ona ayrılmış, eskizdə göstərilən 600 m2 torpaq sahəsinin yerləşmə yerinə uyğun gəlib-gəlmədiyini müəyyən etmək mümkün olmamışdır; -qərardadın üçüncü sualı üzrə:İddiaçı ayrılmış 600 kv.metr torpaq sahəsinin eskizində göstərilən torpaq sahəsinin yerləşmə yeri işdə olan X2 ayrılmış 600 kv.metr torpaq sahəsinin planında göstərilən torpaq sahəsinin yerləşmə yeri ilə eynilik təşkil etmədiyi müəyyən olunmuşdur. İddiaçı ayrılmış 600 kv.metr torpaq sahəsinin eskizində torpaq sahəsinin 1 tərəfdən Binəqədi-Biləcəri yolu ilə sərhəd olduğu qeyd olunsa da, X2 ayrılmış 600 m2 torpaq sahəsinin planında ona ayrılmış 600 m2 torpaq sahəsinin Binəqədi-Biləcəri yolundan xeyri aralı məsafədə olduğu müəyyən olunur; -qərardadın dördüncü sualı üzrə: İşdə olan X2 ayrılmış 600 kv.metr torpaq sahəsinin planında göstərilən torpaq sahəsinin yerləşmə yeri X8 ayrılmış 600 kv.metr torpaq sahəsinin eskizində göstərilən torpaq sahəsinin yerləşmə yeri ilə eynilik təşkil etmədiyi müəyyən olunmuşdur. Belə ki, X8 ayrılmış 600 kv.metr torpaq sahəsinin eskizində torpaq sahəsinin 1 tərəfdən Binəqədi-Biləcəri yolu ilə sərhəd olduğu qeyd olunsa da, X2 ayrılmış 600 m2 torpaq sahəsinin planında ona ayrılmış 600 m2 torpaq sahəsinin Binəqədi-Biləcəri yolundan xeyri aralı məsafədə olduğu müəyyən olunmuşdur. --qərardadın beşinci sualı üzrə: X8 ayrılmış torpaq sahəsinin eskizində tərpənməz dayaq nöqtələrindən məsafələr, koordinatlar, miqyas olmadığından, baxış zamanı təqdim olunmuş torpaq sahəsinin ona ayrılmış, eskizdə göstərilən 600 m2 torpaq sahəsinin yerləşmə yerinə uyğun gəlib-gəlmədiyini müəyyən etmək mümkün olmamışdır; --qərardadın altıncı sualı üzrə: İş materiallarında X9 ayrılmış 600 kv.metr torpaq sahəsinin eskizi olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. --qərardadın yedinci sualı üzrə: X10 tərəfindən tərtib edilmiş torpaq sahələrinin eskizlərində tərpənməz dayaq nöqtələrindən məsafələr, koordinatlar, miqyas olmadığından, baxış zamanı təqdim olunmuş torpaq sahəsinin hansı eskizə uyğun gəldiyini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, istinad olunanlardan görünür ki, iddiaçıya torpaq sahəsi X2 ayrılmış 600 kv.metr torpaq sahəsinin onun adına keçirilməsi yolu ilə ayrılsa da, iddiaçının hazırda ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi X2 ayrılmış torpaq sahəsi deyil. İşdə olan Binəqədi rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında qərarından da görünür ki, əvvəllər X10ndə işləyən şəxslər iddiaçıya ayrılmış torpaq sahəsinin yerinin sonradan dəyişdirilməsini qəbul etmiş, lakin bununla bağlı hər hansı bir sənədləşmə işi aparılmamışdır. Belə olan halda işin göstərilən hallarını nəzərə alan məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixli 1110 saylı qərar ilə iddiaçıya ayrılmış torpaq sahəsi onun hazırda iddia etdiyi torpaq sahəsi olmadığından mübahisəli sahəyə hər hansı bir hüququ yaranmamışdır. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh qanunsuz inzibati aktı ləğv etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə gəldikdə, həmin normaya əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Qeyd edilməlidir ki, İİQ-nın 67.12-ci maddəsində “aktın ləğv olunmasını şərtləndirən halların məlum olduğu gün” dedikdə, inzibati orqanın həmin halı bildiyi və ya bilməli olduğu gün başa düşülür. Burada inzibati orqanın aktın ləğv olunmasını şərtləndirən halı bildiyi gün, səlahiyyətli şəxs tərəfindən qanun pozuntusunun tam şəkildə aşkar edildiyi gündür. Məhkəmə hesab edir ki, cavabdeh orqanın işin hazırkı halını bildiyi gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubu hesab edilməlidir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. İş üzrə 100 (yüz) manat məhkəmə ekspertizası xərci İddiaçı tutularaq dövlət büdcəsinə (X7, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-850/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-850/2025
03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver