Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8500/2022 12.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X3, cavabdehin nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşından, yəni 28 fevral 2020-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx xxxxxx 1963-cü ildə Naxçıvan MR Ordubad rayonunda doğulmuşdur. 1980-ci ildə Azərbaycan Neft və X11- Kəşfiyyat fakültəsinin “Hidrogeologiya və Mühəndis geologiyası” ixtisası üzrə əyani şöbəsinə daxil olmuş, 1985-ci ildə institutu bitirmişdir. Onun əmək stajı xx.xx.1980-ci il təhsil aldığı müddət də daxil olmaqla xx.xx.2006-cı ilə qədər zərərli işlə birlikdə 25 ildən artıqdır, ümumi əmək stajı 40 ildən yuxarı təşkil edir. O, xx.xx.1982-ci ildə “Qaradağneft” NQÇİ-nin QY və ƏTS-nə yardımçı fəhlə peşəsinə işə qəbul olunmuş, xx.xx.1985-ci il tarixdə işdən azad edilmişdir. Lakin cavabdeh həmin müddəti nəzərə almamış və onun güzəştli şərtlərlə iş stajında 15 günün çatmadığını bildirmişdir. Bu barədə onun həmin təşkilatdan möhürlə təsdiqlənmiş arxiv arayışı vardır. Əgər həmin arayış nəzərə alınarsa onun iş stajı 25 il 16 gün təşkil edir. Onun güzəştli şərtlərlə pensiya hüququ 57 yaşında yarandığı üçün cavabdeh orqanın imtina cavabında göstərdiyi, guya qanunvericiliyə uyğun olaraq hesablanmış pensiya kapitalı məbləği ona aid edilə bilməz. Həmin dövrdə, yəni 28 fevral 2020-ci il tarixdə pensiya kapitalı həmin dövrün minumum əmək haqqına uyğun hesablanırdı. Belə olan halda, həm zərərli işlərdə iş stajı, həm pensiya kapitalı, həm də ümumi iş stajı ona güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. Bu zaman hansı dövrdə müraciət etməyindən asılı olmayaraq ona müraciət etdiyi dövrün deyil, pensiya hüququnun yarandığı dövrün qanunvericiliyi tətbiq edilməlidir. Ona görə ki, cavabdeh orqanın imtina məktubunda göstərdiyi maddi hüquq normaları onun vəziyyətini ağırlaşdırır, ağırlaşdırıçı hallarda isə qanunun geriyə qüvvəsi şamil oluna bilməz. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X4 iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X9 izahatında bildirdi ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun xx.xx.2006-cı ilədək ümumi iş stajı 25 ildən az, yəni 24 il 11 ay 15 gün təşkil edir (xx.xx.1980-xx.xx.1985, xx.xx.1985xx.xx.2001 və xx.xx.2002-xx.xx.2005-ci il arasındakı dövrlər). Məhz bu səbəbdən ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi tətbiq edilə bilməz. İddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 51840,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 36236,53 manatdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkarı verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, Sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (24 il 11 ay 15 gün (xx.xx.1980-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.2001-ci il və xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq Sizə münasibətdə 51840,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36236,53 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft və Sənayə Universitetinin 01-892 saylı, xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, M.Əzizbəyov adına X15 Ordenli Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədlərini əsas tutaraq bildiririk: X7 1980-cı ildə Geoloji-kəşfiyyat fakültəsinin “Hidrogeologiya və Mühəndisi geologiyası” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuşdur (Əmr: № 012/737, xx.xx.1980-cı il). İddiaçı 1985-ci ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir (Əmr: № 012/878, xx.xx.1985-ci il). NV № 968559 seriyalı diplom verlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2017-ci il tarixli, RA-019/3009 saylı arxiv arayışından görünür ki, 1963-cü ıl təvəllüdlü X8 həqiqətən Ə.C.Əmirov adına NQÇİ-nın arxiv fondunda olan sənədlərə əsasən 456/k saylı xx.xx.1982-ci il tarixli əmrə əsasən xx.xx.1982-ci il tarixdən “Qaradağneft” NQÇİ-nin QY və ƏTS-nə yardımçı fəhlə peşəsinə işə qəbul edilmişdir. 347/k saylı xx.xx.1985-ci il tarixli əmrə əsasən xx.xx.1985-ci il tarixindən öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2022-ci il tarixli, 18/8-023 saylı arayışından görünür ki, İddiaçı həqiqətən Milli Geoloji Kəşfiyyat Xidmətində aşağıdakı kimi işləmişdir: 09 sentyabr 1985-ci ildə Termal suların axtarışı və kəşfiyyatı ekspedisiyasının Xəzəryanı hidrogeoloji kəşfiyyat partiyasına texnik vəzifəsinə qəbul olunub (əmr № 131/k, xx.xx.1985-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublilkası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320 №li qərarının 2 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı (2010100) 1. Dağ mədən işləri, 1) Açıqda dağ mədən işləri və yer səthində işlər bölməsinə (2010100b - b) rəhbərlər və mütəxəssislər - 2010100b-20612 hidrogeoloqlar, sahə hidrogeoloqları) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 01 noyabr 1987-ci ildə həmin partiyaya hidrogeoloq vəzifəsinə keçirilmişdir (əmr № 263, xx.xx.1987-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320 №li qərarının 2 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı (2010100) 1. Dağ mədən işləri, 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bölməsinə (2010100b - b) rəhbərlər və mütəxəssislər - 2010100b-20612 hidrogeoloqlar, sahə hidrogeoloqları) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 01 iyun 1998-ci ildə köçürmə yolu ilə Hidrogeologiya və Mühəndis-Geologiyası İdarəsinin Xəzəryanı hidrogeoloji rejim partiyasına hidrogeoloq vəzifəsinə qəbul edilmişdir (əmr № 38 a, xx.xx.1998-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320 №li qərarının 2 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı (2010100) 1. Dağ mədən işləri, 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bölməsinə (2010100b - b) rəhbərlər və mütəxəssislər - 2010100b-20612 hidrogeoloqlar, sahə hidrogeoloqları) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 04 dekabr 2000-ci ildə Xəzəryanı hidrogeoloji rejim partiyasının rəisi vəzifəsinə keçirilmişdir (əmr №67/k, xx.xx.2000-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320 №li qərarının 2 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı (2010100) 1. Dağ mədən işləri, 1) Açıqda dağmədən işləri və yer səthində işlər bölməsinə (2010100b-24097 sahə rəisləri, onların müavinləri (köməkçiləri)) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 01 yanvar 2001ci ildə Xəzəryanı hidrogeoloji rejim dəstəsinin rəisi vəzifəsinə təsdiq olunmuşdur (əmr № 7-k, xx.xx.2001-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320 №li qərarının 2 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı (2010100) 1. Dağ mədən işləri, 1) Açıqda dağmədən işləri və yer səthində işlər bölməsinə (2010100b-24097 sahə rəisləri, onların müavinləri (köməkçiləri)) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 17 dekabr 2001ci ildə Hidrogeologiya və Mühəndis-Geologiyası İdarəsinin ləğvi ilə əlaqədar işdən azad olunmuşdur (Ləğv etmə komissiyasının 18 dekabr 2001-ci il 1 №-li qərarı). 15 fevral 2002ci ildə Kompleks Hidrogeologiya və X1 X5 partiyasının rəisi vəzifəsinə qəbul edilmişdir (əmr № 1918/k, xx.xx.2002-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320№li qərarının 2 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı (2010100) 1. Dağ mədən işləri, 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bölməsinə (2010100b-24097 sahə rəisləri, onların müavinləri (köməkçiləri)) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 05 yanvar 2009-cu ildə Təbii suların kadastrı qrupunun rəhbəri vəzifəsinə təyin edilmişdir (əmr № 131/k, xx.xx.2009-cu il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1- 3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə pensiyalar təyin edilməsinə aiddir. 05 yanvar 2010-cu ildə Yeraltı suların monıtorıngi və kadastrı partiyasının kadastr dəstəsinin rəisi vəzifəsinə keçirilmişdir (əmr № 01\k, xx.xx.2010-cu il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə pensiyalar təyin edilməsinə aiddir. 01 aprel 2011-ci ildə Yeraltı suların axtarışı partiyasının Lerik dəstəsinin rəisi vəzifəsinə keçirilmişdir (əmr № 09\k, xx.xx.2011 -ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə pensiyalar təyin edilməsinə aiddir. 02 aprel 2012-cı ildə Termal sular partiyasının Orta Kür çökəkliyi dəstəsinin rəisi (14-cü dərəcə ilə) rəisi vəzifəsinə təsdiq olunmuşdur (əmr №61/k, xx.xx.2012-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə pensiyalar təyin edilməsinə aiddir. 12 aprel 2019-cu ildə Kompleks Hidrogeologiya və X1 ləğvi ilə əlaqədar Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir (əmr № ETSN-ni xx.xx.2019-cu il tarixli, 285\ü saylı əmri). 16 iyul 2019-cu ildə Milli Geoloji Kəşfiyyat Xidmətinin Kompleks monitorinq və hidrogeoloji tədqiqatlar İdarəsinin layihə rəhbəri (16-cı dərəcə ilə) təyin edilmişdir (əmr № 99\k, xx.xx.2019-cu il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 2 yanvar tarixli 12 №li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verə istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1- Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə pensiyalar təyin edilməsinə aiddir. 01 dekabr 2020-ci ildə Hidrogeologiya və Mühəndis geologiyası qrupunun layihə rəhbəri (16-cı dərəcə ilə) vəzifəsinə təyin edilmişdir (əmr № 330\k, xx.xx.2020-ci il) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №li qərarını “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrini və göstərişlərinin siyahısının”- 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə pensiyalar təyin edilməsinə aiddir. İş materiallarında olan xx.xx.1985-ci ildə verilmiş NV seriyalı 968559 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1980-ci ildə M.Əzizbəyov adına X15 ordenli Azərbaycan Neft və kimya instituna daxil olmuş, 1985-ci ildə hidrogeologiya və mühəndisi geologiya ixtisası üzrə tam kursu bitirərək ona Dövlət İmtahan Komissiyasının xx.xx.1985ci il tarixli qərarı ilə dağ mühəndisi hidrogeoloq ixtisası verilmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1985-ci ilədək M.Əzizbəyov adına Neft və kimya institunda təhsil almışdır, xx.xx.1985-ci ildə Termal suların axtarışı və kəşfiyyatı ekspedisiyasının Xəzəryanı hidrogeoloji kəşfiyyat partiyasına texnik vəzifəsinə qəbul olunmuş, xx.xx.1987-ci ildə həmin partiyaya hidrogeoloq vəzifəsinə keçirilmiş, xx.xx.1998-ci ildə Dərin Qazma müəssisəsinin Xəzəryanı hidrogeoloji kəşfiyyat partiyasının ləğvi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, köçürmə yolu ilə Hidrogeologiya və Mühəndis geologiya idarəsinin sərəncamına göndərilmişdir, xx.xx.1998-ci ildə köçürmə yolu ilə Hidrogeologiya və Mühəndis- Geologiyası İdarəsinin Xəzəryanı hidrogeoloji rejim partiyasına hidrogeoloq vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci ildə Xəzəryanı hidrogeoloji rejim partiyasına partiya rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci ildə Xəzəryanı hidroloji rejim dəstəsinin rəisi vəizfəsinə təsdiq olunmuşdur, xx.xx.2001-ci ildə işdən azad edilmiş, xx.xx.2002-ci ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti Kompleks Hidrogeologiya və X2 X5 partiyasının rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci ildə Ekspedisiyanın strukrut bölmələrinin təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq X5 partiyası Xəzəryanı geoloji tədqiqatlar partiyası adlandırılmışdır, xx.xx.2009-cu ildə Təbii suların kadastrı qrupunun rəhbəri vəzifəsinə təyin edilmiş, xx.xx.2010-cu ildə Təbii suların monitorinqi və kadastrı partiyasının kadastr dəstəsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2011-ci ildə Yeraltı suların axtarışı partiyasının Lerik dəstəsinin rəisi vəizfəsinə təyin edilmiş, xx.xx.2012-ci ildə Ekspedisiyanın Azərbaycan Terminal Suları partiyasının Orta Kür çökəkliyi dəstəsinin rəisi (14-cü dərəcə ilə) vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu ildə işdən azad edilmiş, xx.xx.2019-cu ildə Xidmətin Kompleks monitorinq və hidrogeoloji tədqiqatlar idarəsinin layihə rəhbəri (16-cı dərəcə ilə) vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci ildə işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1985-ci ilədək Neft və kimya institunda təhsil almışdır. Təhsil müddəti də daxil olmaqla xx.xx.2006-cı il tarixədək iddiaçı 25 il 1 ay 22 gün ümumi sığorta stajına malikdir (xx.xx.1980-xx.xx.1985 (təhsil), xx.xx.1985-xx.xx.1985, xx.xx.1985xx.xx.2001, xx.xx.2002-xx.xx.2006). Göründüyü kimi, xx.xx.2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək Termal suların axtarışı və kəşfiyyatı ekspedisiyasının Xəzəryanı hidrogeoloji kəşfiyyat partiyasında texnik, xx.xx.1987-ci ildən xx.xx.1998-ci ilədək həmin partiyada hidrogeoloq, xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilədək Hidrogeologiya və Mühəndis-Geologiyası İdarəsinin Xəzəryanı hidrogeoloji rejim partiyasında hidrogeoloq, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək Xəzəryanı hidrogeoloji rejim partiyasının rəisi, xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək Xəzəryanı hidrogeoloji rejim dəstəsinin rəisi, xx.xx.2002-ci ildən xx.xx.2009-cu ilədək Kompleks Hidrogeologiya və X1 X5 partiyasının rəisi vəzifələrində işləmişdir (xx.xx.2006-cı ilədək cəmi 20 il 1 ay 26 gün). Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: İ Bölmə - Dağ-mədən işləri, Bənd 1. Açıqda dağ-mədən işləri və yer səthində işlər, Yarımbənd b) rəhbərlər və mütəxəssislər, kod 2010100b—20612 hidrogeoloqlar, sahə hidrogeoloqları, kod 2010100b—24097 sahə rəisləri, onların müavinləri (köməkçiləri). Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 20 il 1 ay 26 gün). İddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Cavabdeh orqan imtina məktubunda bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının əlavə olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləği olan tələbə cavab verməsi, onu digər şəxslərə, yəni ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinə ziddir. Belə ki, ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyası hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması alternativi nəzərdə tutulmuşdur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 8.0.8-ci maddəsinə əsasən normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət prinsipi əsasında həyata keçirilir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-8500/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8500/2022
12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver