Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8502/2022 08.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********3788 №li “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC hüquqi şəxs kimi xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır və bu barədə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən kommersiya qurumunun dövlət qevdiyyatı haqqında xx.xx.2018-ci il tarixli şəhadətnamə verilmişdir (VÖEN **********). “Ləman Med'' MMC-nin Bakı şəhəri, Xətai rayonu, Afıyəddin Cəlilov 26, məhəllə 1212 ünvanında yerləşən Tibb Mərkəzində sağlam arıqlatma-dietoloq xidməti göstərir. Tərəflərindən sahibkarlıq fəaliyyəti hazırki vaxtadək qanuni olaraq həyata keçirilmiş və heç bir kobud pozuntuya yol verilməmişdir. xx.xx.2022-ci il tarixində bir xanım Tibb Mərkəzində qeydiyyatçıya yaxınlaşaraq, həkim qəbuluna yazılmaq istədiyini bildirmiş və həkim qəbulunun ödənişi olaraq 50 manat nağdsız şəkildə qeydiyyatçıya təqdim etmişdir. Həmin şəxsdən qeydiyyat üçün lazımi sənədlər və ödənişi POS-terminal vasitəsilə etməsi tələb edildikdə həkim qəbulundan sonra bütün bunları edəcəyini deyərək həkim otağına daxil olmuşdur. Bundan sonra həkim otağından çıxıb “indi ərimi gətirirəm” deyib kənarlaşmışdır. Bu hadisədən bir neçə dəqiqə sonra Bakı şəhəri LGBİ-nin 2 əməkdaşı Tibb Mərkəzinə gələrək, POSterminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsi halının aşkar edildiyini bildirərək, bununla bağlı xx.xx.2022-ci il tarixli, DVX seriyalı, 013434 nömrəli əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında və POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə plastik kartlar vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi haqqında məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2022ci il tarixli, DVX seriyalı, 000513 nömrəli aktlar tərtib etmişdir. Həmin aktlara əsasən Bakı şəhəri LGBİ-nin rəis müavini, baş vergi xidməti müşaviri X12 tərəfindən xx.xx.2022-ci il tarixli, **********3788 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş və “Ləman Med“ MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1.14-cü maddəsinə əsasən POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS- terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 (bir min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Hesab edirlər ki, İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********3788 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, klinikada ödəniş etmiş şəxsin klinikada nə şifahi nə də yazılı izahatı alınmamışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixli, DVX seriyalı, 000513 nömrəli aktda göstərilmişdir ki, cavabdeh İdarənin nümayəndələri Ramin Yaqubov və Ziya Mirzəliyevin iştirakı ilə POS-terminallar quraşdırılmış obyektlərdə plastik kartlar vasitəsilə nağdsız ödənişlərin qəbulu hallarına nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti həyata keçirilərkən 19 aprel tarixində saat 12:00-da müştəri tərəfindən həkim qəbulu üçün 50 manat məbləğində ödənişin plastik kartla edilməsi təklif olunsa da, guya Tibb Mərkəzinin qeydiyyatçısı X7 tərəfindən POS-terminalın işləməməsi bildirilərək ödənişin plastik kartla edilməsindən imtina edilmişdir. Halbuki akt tərtib olunarkən, eləcə də şəxs klinikada olarkən vergi xidmətinin əməkdaşları ümumiyyətlə orada olmamışlar. İddiaçı Tibb Mərkəzində "xxxx" ASC-nin “İçərişəhər” filialı tərəfindən verilmiş V1F0339658-“Verifone X990” markalı POSterminal quraşdırılmış, xx.xx.2022-ci ildə vergi orqanında qeydiyyata alınmış və hər zaman işlək vəziyyətdə olmuşdur. Eyni zamanda İddiaçı Tibb Mərkəzinin binasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınmış görüntülərdən aydın olur ki, həkim qəbuluna yazılmaq adı ilə mərkəzə daxil olmuş xanım Vergi Xidmətinin əməkdaşları tərəfindən gətirilmişdir. Həmin görüntülərin əlavə edildiyi disk qoşma olaraq iddia ərizəsinə əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli, DVX seriyalı, 000513 nömrəli aktda “Ləman Med" MMC-nin nümayəndəsi qismində göstərilən və imza edən Əzizağa Süleymanovun həmin vaxt İddiaçı MMC-nın adından çıxış və imza etməklə bağlı səlahiyyətləri olmamış, Ə.Süleymanova əvvəlcə verilmiş etibarnamənin müddəti bitmiş olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri LGBİ tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli **********0308300 №-li etirazda göstərilmişdir ki, Bakı şəhəri LGBİ-nin xx.xx.2022-ci il tarixli **********0532 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən ünvan 2 ünvanında yerləşən İddiaçı MMC-də Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) üzrə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 50 manat məbləğində ödənişin plastik kartla qəbul etməkdən imtina olunduğu aşkar edilmiş və qeyd olunan hal xx.xx.2022-ci il tarixli 000513 saylı aktla rəsmilşdirilmişdir. Müvafiq ödəniş məbləği nağd şəkildə qəbul edilmiş lakin NKA çeki təqdim edilməmişdir. Qeyd olunan hal isə vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli 013434 saylı aktla rəsmilədirilmişdir. Hər iki aktın sürəti vergi ödəyicisinin nümayəndəsi Əzizağa Süleymanov tərəfindən imzalanaraq qəbul edilmişdir. Qeyd olunan hal özlüyündə iddiaçı tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasını təsdiq edir. Belə ki, Vergi Məcəlləsinin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3-cü maddəsinə əsasən təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Nəticə olaraq vergi ödəyicisi barədə xx.xx.2022-ci il tarixli **********3788 saylı qərar qəbul edilməklə 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddia ərizəsində qeyd edilir ki, aktları imza edən şəxsin etibarnaməsinin müddəti keçdiyindən o, nümayəndə kimi qəbul edilə və aktı qəbul edə bilməzdi. xx.xx.2018-ci il tarixli etibarnaməyə əsasən 10 il müddətinə onun adından imza atmaq səlahiyyəti də daxil olmaqla müxtəlif hüquqlar Əzizağa Süleymanova etibar edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri LGBİ-nin nümayəndəsi X13 iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aaşağıda qeyd olunanlarla əsaslandırır. İlkin olaraq məhkəmə iddianın mümkünlüyünə münasibət bildirir. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1- ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı barəsində Bakı şəhəri LGBİ tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar xx.xx.2022-ci il tarixinə aiddir. İddiaçı isə həmin qərarı mübahisələndirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə (iddia ərizəsi məhkəməyə göndərilməsi üçün sürətli poçt xidmətinə xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur) müraciət etmişdir. Beləliklə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməmişdir. İddia tələbi mahiyyəti üzrə əsassızdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərinin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, İddiaçı MMC xx.xx.2017-ci ildə (VÖEN: **********) dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Z.Əliyeva, ev 55, qanuni təmsilçisi X4 qeyd olunmuşdur. Bakı şəhəri LGBİ-nin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********0532 №li qərarı ilə İddiaçı MMC-yə məxsus ünvan 4 ünvanında yerləşən klinika fəaliyyət növü ilə məşğul olan obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhəri LGBİ-nin “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2022-ci il tarixli, DVX 013434 nömrəli aktdan görünür ki, Bakı şəhəri LGBİ-nin xx.xx.2022-ci il tarixli, **********0532 №li qərarına əsasən İdarənin əməkdaşları X9 və X11 tərəfindən İddiaçı MMC-yə məxsus olan Xətai rayonu, Afiyəddin Cəlilov 26, məhəllə 1212 ünvanda yerləşən Tibbi Mərkəzdə etibarnamə əsasında nümayəndə X2 iştirakı ilə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına operativ vergi nəzarəti həyata keçirilərkən müəyyən olunmuşdur ki, əhali ilə pul hesablaşmalarının aparılmasında NKA-dan istifadə olunur. xx.xx.2022-ci il tarixdə saat 12:02-də müştəri tərəfindən həkim qəbulu üçün 50,00 (əlli) manat pul ödənilmişdir. Lakin ödəniş müqabilində qeydiyyatçı X7 tərəfindən nəzarət kassa aparatına çek vurulmamış və verilməmişdir. X-hesabatı çıxarılmış və vurulmamış 50,00 (əlli) manat məbləğ saat 12:25də 58 №-li çeklə NKA-ya bərpa edilmişdir. X- hesabatı və bərpa çeki akta əlavə olunmuşdur. Yoxlama zamanı NKA-dan əvvəlki günün Z- hesabatı olmadığı müəyyən olunmuşdur. Qeyd olunan aktla İddiaçı MMC VM-nin 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərini pozduğu üçün ona VM-nin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. “POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminalların quraşdırılmış obyektlərdə plastik kartlar vasitəsilə nağdız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2022-ci il tarixli DVX seriyalı 000513 №-li aktın surətindən müəyyən olunur ki, Bakı şəhəri LGBİ-nin xx.xx.2022ci il tarixli, **********0532 №li qərarına əsasən İdarənin əməkdaşları X9 və X11 tərəfindən İddiaçı MMC-yə məxsus olan Xətai rayonu, Afiyəddin Cəlilov 26, məhəllə 1212 ünvanda yerləşən Tibbi Mərkəzdə etibarnamə əsasında nümayəndə X2 iştirakı ilə POSterminalların quraşdırılması və POS-terminalların quraşdırılmış obyektlərdə plastik kartlar vasitəsilə nağdız ödənişlərin qəbulu hallarına nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti həyata keçirilərkən, xx.xx.2022-ci il tarixdə saat 12:01-də müştəri tərəfindən həkim qəbulu üçün 50,00 manat məbləğ plastik kartla (POS terminalla) ödənilməsi təklif olunmuş, lakin qeydiyyatçı X7 pos terminalın işləmədiyini bildirərək, ödənişi plastik kartla (pos-terminalla) qəbul edilməsindən imtina etmişdir. Qeyd olunan aktla İddiaçı MMC VM-nin 16.1.11-1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində Posterminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “Pos-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə” 2012-ci il 4 oktyabr tarixli 219 saylı qərarının 5-ci bəndinin tələblərini pozmuş və buna görə də VM-nin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********3788 №li qərarı ilə İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1.14-cü maddəsinə əsasən POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırıllması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması qərara alınmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhər LGBİ tərəfindən qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3788 saylı qərarın ləğvini tələb edir və bunu onunla əsaslandırır ki, iddiaçı barəsində tətbiq olunmuş maliyyə sanksiyasının əsasında duran hal, yəni POS-terminal quraşdırılmış obyektdə nağdsız ödənişlərin qəbulundan imtina halına yol verilməmişdir. Belə ki, obyektdə xx.xx.2022-ci ildə vergi orqanında qeydiyyata alınmış V1F0339658-“Verifone X990” markalı POS-terminal quraşdırılmışdır. Məhkəmə iclasında izahat vermiş Bakı şəhəri LGBİ-nin Operativ vergi nəzarəti idarəsinin 2-ci operativ nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi X11 izahatında göstərmişdir ki, iddiaçıya məxsus tibb müəssisəsində qanunvericiliyin tələblərinə uyğun olaraq operativ vergi nəzarəti keçirərkən, şərti müştəri qismində onlarla birlikdə gəlmiş Bakı şəhəri LGBİ-nin əməkdaşı (xanım) tərəfindən xx.xx.2022-ci il tarixdə saat 12:01-də həkim qəbulu üçün 50,00 manat məbləğin plastik kartla (POS terminalla) ödənilməsi təklif olunmuş, lakin qeydiyyatçı pos terminalın işləmədiyini bildirərək, ödənişi plastik kartla (pos-terminalla) qəbul edilməsindən imtina etmişdir. 12:02-də müştəri tərəfindən həkim qəbulu üçün 50,00 (əlli) manat pul ödənilmiş, lakin ödəniş müqabilində qeydiyyatçı X7 tərəfindən nəzarət kassa aparatına çek vurulmamış və verilməmişdir. Bundan sonra onlar (o və digər əməkdaş X9) müəssisəyə daxil olmuşlar. Müəssisənin etibarnamə ilə səlahiyyətli nümayəndəsi özünü X1 tədim edən şəxsin iştirakı ilə, özlərini təqdim etdikdən və operativ vergi nəzarətinin həyata keçirilməsinə dair qərarı təqdim etdikdən sonra, qeydiyyatçıdan pos terminalın olub-olmadığını soruşduqda, sonuncu onlara qutuda (istifadə olunmamış halda) pos terminalı təqdim etmişdir. Müəssisəyə aid NKA-ya nəzarət keçirilərkən kassa aparatında ümumiyyətlə kassa lentinin olmadığı, çek vurulmadığı müəyyən olunmuş, kassaya lent taxıldıqdan sonra X-hesabatı çıxarılmış və vurulmamış 50,00 (əlli) manat məbləğ saat 12:25-də 58 №-li çeklə NKA-ya bərpa edilmişdir. Xhesabatı və bərpa çeki akta əlavə olunmuşdur. Yoxlama zamanı NKA-dan əvvəlki günün Z- hesabatı olmadığı müəyyən olunmuşdur. Cavabdeh Bakı şəhəri LGBİ tərəfindən şahid qismində məhkəməyə dəvət olunmuş Bakı şəhəri LGBİ-nin Operativ vergi nəzarəti idarəsinin Monitorinq və sahə vergi xidməti müşaviri X9 da məhkəmə iclasında X5 verdiyi izahata uyğun izahat vermişdir. Məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarın əsaslı olubolmaması Vergi Məcəlləsinin müddəaları əsasında müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; - 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Əlavə olaraq qeyd olunmalıdır ki, operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarəti keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi, nəzarəti həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürülməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmış malların siyahıya alınmaı VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göründüyü kimi qanunvericlik vergi orqanına vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi yoxlamasının keçirilməsi üçün tam səlahiyyət verilmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, cavabdeh ona verilmiş səlahiyyətlər çərçivəsində İddiaçı MMC-yə məxsus olan Xətai rayonu, Afiyəddin Cəlilov 26, məhəllə 1212 ünvanda yerləşən Tibbi Mərkəzdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) operativ vergi nəzarəti təyin etmişdir. Məhkəmə bildirir ki, cavabdehin prosessual cəhətdən qəbul etmiş olduğu qərarda hər hansı bir nöqsan mövcud olmamaqla yanaşı, həmin qərar aşağıdaki qanunvericiliyin müddəalarına görə əsaslıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 15.1.15-ci maddəsinə əsasən bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən fəaliyyət növləri ilə məşğul olan vergi ödəyicisi tərəfindən nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmək vergi ödəyicisinin hüququdur. - 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir. - 16.1.11-1-ci maddəsinə əsasən nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını və (və ya) “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. - 50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. -50.8-ci maddəsinə əsasən Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN-i; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği); 50.8.6. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X19); 50.8.10. ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr); 50.8.14. çekin növü (satış, geri qaytarma və ya ləğvetmə); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar. - 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması”Qaydasının: - 2.3-cü bəndinə əsasən vergi ödəyicisinin kassasına nağd pul vəsaitləri malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əldə edilən pul vəsaitlərindən, bank hesablarından məxaric edilmiş pul vəsaitlərindən, təsisçidən və digər şəxslərdən alınmış borclardan, verilmiş borcların (o cümlədən, təhtəlhesab şəxslərə verilmiş vəsaitlərin) qaytarılmasından, malların (işlərin, xidmətlərin) təqdim edilməsinə görə alınmış avanslardan, məhkəmə qərarları əsasında həyata keçirilmiş ödənişlərdən, işçi heyətinə artıq ödənilmiş pul vəsaitlərinin qaytarılmasından və s. mənbələrdən mədaxil edilir. Qeyd olunan pul vəsaitlərinə görə tərtib edilən kassa mədaxil orderində pul vəsaitlərinin təyinatı göstərilir. - 3.19-cu maddəsinə əsasən pul vəsaitlərinin hərəkəti bu Qaydaya uyğun olaraq uçot sənədləri (kassa kitabı, kassa mədaxil və məxaric orderləri, qəbzlər, çeklər, bank ödəniş sənədi, elektron qaimə-faktura, alış aktları, elektron alış aktları, təhvil-qəbul aktları və digər təsdiqedici sənədlər) ilə rəsmiləşdirilmədikdə və ya həmin sənədlər mövcud olmadıqda, bu hallar pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması kimi qiymətləndirilir. Vergi münasibətlərini tənzimləyən qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından məlum olur ki, “nağd pul hesablaşmaları” dedikdə malların təqdim edilməsinin, işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin nağ pul ödəmələri hesabına aparılması başa düşülür. Qeyd olunmalıdır ki, VM-də bitmiş siyahısı müəyyən edilən fəaliyyət növləri istisna olmaqla, nağd pul hesablaşmaları yalnız nəzarət-kassa aparatları vasitəsi ilə həyata keçirmək, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və ya ciddi hesab blanklarında qanunvericilikdə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək, istismar zamanı nəzarət-kassa aparıtının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək vergi ödəyicilərinin əsas vəzifələrindən biri hesab edilir. Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması dedikdə nəzarətkassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericilikdə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmaların aparılması, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsi və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsi, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulması başa düşülür. Göstərilən əməllər vergi nəzarətinin təşkili ilə bağlı qaydalara qəsd edir. Əməlin obyektiv cəhətini nağd pul hesablaşmalarının aparılması qaydalarının yuxarıda sadalanan pozuntularında özünü göstərir.Pozuntunun subyekti nağd pul hesablaşmaları aparan fiziki və hüquqi şəxslər, subyektiv cəhəti isə qəsd və ya ehtiyatsızlıq formasında özünü göstərən təqsirdir. Bu cür pozuntulara görə VM-də maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində Pos-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “Posterminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə” 2012-ci il 4 oktyabr tarixli 219 saylı qərarının 5-ci bəndində göstərilmişdir ki: 5.2. Sifarişçi öz təşəbbüsü və ya kart istifadəçisinin istəyi əsasında təsərrüfat subyektində bu Qaydaların tələblərinə uyğun quraşdırılmış POS-terminalda əməliyyatın aparılması üçün ödənişə qəbul edilən kart (kartlar) barədə kart istifadəçisinin məlumatlandırılmasını təmin edir. 5.3. POS-terminal vasitəsilə ödənişin qəbul edilməsi zamanı kart istifadəçisinə elektron və ya kağız daşıyıcıda özündə ən azı aşağıdakı məcburi rekvizitləri əks etdirən qəbzin (məlumatın) təqdim edilməsi təmin edilir və ya qəbzin (məlumatın) asanlıqla əldə edilməsi imkanı yaradılır: 5.3.1. bank ekvayerin və (və ya) xidmət mərkəzinin adı; 5.3.2. sifarişçinin adı və VÖEN-i; 5.3.3. qəbzin nömrəsi; 5.3.4. əməliyyatın tarixi (gün, ay, il) və vaxtı (saat, dəqiqə); 5.3.5. POS-terminalın kodu; 5.3.6. ödənişin məbləği və valyutası; 5.3.7. kartın təhlükəsizlik tələbləri çərçivəsində icazə verilən rekvizitləri; 5.3.8. avtorizasiya kodu. 5.8. Sifarişçi nağdsız ödənişlərin (o cümlədən təmassız ödənişlərin) fasiləsiz qəbul edilməsi üçün POS-terminalın işlək vəziyyətdə olmasını təmin edir və hər hansı texniki nasazlıq baş verdikdə, bu barədə bank ekvayeri dərhal məlumatlandırır. Şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiq etdikdə məlum olur ki, vergi orqanı tərəfindən iddiaçı barəsində qəbul edilən qərarın əsasında əhali ilə pul hesablaşmalarının aparılmasını zamanı pozuntuya yol verilməsi səbəbindən POS-terminaldan istifadə edilməsindən (nağdsız ödənişlərin qəbulundan) imtina olunması təşkil edir. Əlbəttə nəzərə alınmalıdır ki, bununla bağlı pozuntuya yol verdikdə, qanunvericilik vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsini şərtləndirmişdir. İş materiallarında olan sənəndləri şahidlərin ifadələri ilə birgə təhlil etdikdə məlum olur ki, iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsinin əsasında duran hal - POSterminal quraşdırılmış obyektdə nağdsız ödənişlərin qəbulundan imtina halına yol verilməsi təşkil edir ki, bu halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmişdir. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğundan cavabdeh iddiaçı müəssisəyə maliyyə sanksiyası tətbiq etdiyi zamanı obyektiv həqiqəti əks etdirdirən halların nəzərə alındığını sübuta yetirmiş, bununla da qanuni inzibati akt qəbul etmişdir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-8502/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8502/2022
08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver