Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8507/2024 11.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 (altmış) yaşı tamamlandığı xx.xx.2018-ci il tarixindən hesablananaraq fərqinin birdəfəlik ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlətlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, hazırda 66 (altmış altı) yaşı vardır. xx.xx.1976-cı il tarixindən etibarən (44 il) əmək fəaliyyəti ilə məşğul olur. Belə ki, əmək fəaliyyəti müddətinin əhəmiyyətli bir hissəsini (təxminən 15 il 9 ay 17 gündən çox müddətini) insan sağlamlığı üçün olduqca zərərli olan peşə fəaliyyəti ilə məşğul olmuşdur. Belə olan halda onun güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ xx.xx.2018-cu il tarixindən yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunan kişilər 57 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən qanuna və digər əlaqədar normativ hüquqi aktlara əsaslanaraq güzəştli şərtlərlə əmək pensiyasının 60 (altmış) yaşım tamamlandığı xx.xx.2018-ci il tarixdən hesablanması barəsində təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, həmin Mərkəzin xx.xx.2024-cü il tarixli imtina məktubu verilmişdir. Məktubu poçt vasitəsi ilə 14 mart 2024cü il tarixdə rəsmi olaraq almışdır. Həmin imtina məktubunda Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanununun 9.1 maddələrinin müddəalarına yanlış şərh vermişdir. Bunun əsasında da onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az hesablamışdır. Bununla da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun XŞTM filialı süründürməçiliyə yol verərək, qanuni tələblərini icra etməmişdir. Lakin o, bununla razı deyil. Ona görə ki, hər şeydən əvvəl onun əmək kitabçası üzrə əmək fəaliyyəti müddəti xx.xx.1976-ci il tarixindən hesablanır. Bu isə 44 (qırx dörd) ildən artıq əmək fəaliyyəti müddəti deməkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"-nın 10.2-ci bəndi əsasında onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Məlum məsələdir ki, “Gəmi boru çilingəri” insan sağlamlığı üçün olduqca zərərli və təhlükəli peşə sahəsidir.
3. Cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, “sizə 29 iyun 2022-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şətliərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən, 60 yaşınızın tamamlandığı xx.xx.2018-ci il tarixinə sizin ümumi iş stajınız 25 ildən az (23 il 10 ay 15 gün (xx.xx.1976-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1994-cü il, xx.xx.2000-xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 5 il 10 ay) təşkil edir. 25 il stajınızın tamamlandığı xx.xx.2019-cu il tarixinə isə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 28480.00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24172,81 manat təşkil edirdi. Qeyd olunanları nəzərə alaraq, sizə təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşınızın tamamlandığı tarixdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
4. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı Eyvazov X1 Filiala müraciət edərək ona 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının müraciətinə Mərkəzi Filialda baxılmış və Mərkəzi Filialın müraciətə cavab olaraq iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-E- 46948/2024 nömrəli məktubda bildirilmişdir ki, ona 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir İddiaçıya 29 iyun 2022-ci il tarixdən Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, iddiaçının 60 yaşının tamamlandığı xx.xx.2018-ci il tarixa onun ümumi iş stajı xx.xx.1976-xx.xx.1977-ci il, xx.xx.1977xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1994-cü il, xx.xx.2000-xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonra 5 il 10 ay daxil olmaqla ümumilikdə 23 il 10 ay 15 gün təşkil edir və qanunvericilikdə tələb olunan 25 il sığorta stajından azdır. Həmçinin iddiaçının 25 il ümumi iş stajının tamamlandığı xx.xx.2019-cu il tarixdə isə fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 28480,00 manat hesablandığı halda fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24172,81 manat təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının onun 60 yaşının tamamlandığı tarixdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
5. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N saylı xx.xx.2019cü il tarixli arayışında qeyd olunur ki, İddiaçı həqiqətən xx.xx.1976-cı il (əmr № 241) tarixdən xx.xx.1994-cü il tarixədək (əmr № 287) N №-li hərbi hissədə “Gəmi boru çilingəri” vəzifəsində işləmişdir. “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin SiyahısT’nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 11-ci bölməsinin 6-cı bəndinə əsasən Qazanxana gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri ilə məşğul olan “Gəmi boru çilingəri” 15 (on beş) il 9 (doqquz) ay 17 (on yeddi) gün iş stajı ilə İddiaçı güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. İddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 №-li Qərarının 11.6-cı bəndində “Gəmi boru çilingəri”, göstərilən peşələr üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. xx.xx.1997-ci il tarixdən Xəzər Gəmi Təmiri zavodu dəyişdirilərək N №-li hərbi hissə olub. xx.xx.2014-cü ildə Müdafiə Nazirinin müvafiq əmrinə əsasən, N nömrəli hərbi hissə • N nömrəli hərbi hissənin tabeliyinə daxil edilmişdir. xx.xx.2014-cü ildə Müdafiə Nazirinin müvafiq əmrinə əsasən, N nömrəli hərbi hissə N nömrəli hərbi hissənin tabeliyinə daxil edildiyinə görə N nömrəii hərbi hissənin bütün sənədləri fəhlə və qulluqçuların şəxsi (T-2) kartaları N nömrəli hərbi hissənin arxivinə verilmişdir.
6. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N saylı xx.xx.2020ci il tarixli arayışında qeyd olunur ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək və xx.xx.1979 -cu il tarixdən xx.xx.1994-cü il tarixədək N №-li hərbi hissədə “gəmilərdə boru kəməri çəkən çilingəri” vəzifəsində işləmişdir. İddiaçı ümumi iş stajından 15(on beş) il 9 (doqquz) ay 17( on yeddi) günü. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə güzəştli şərtlərə görə pensiya hüququ verən 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 11-ci bölməsinin 6- cı bəndinə əsasən Qazanxana gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri ilə məşğul olan " Gəmilərdə boru kəməri çəkən çilingəri" (11.6 səhifə 54 koduna uyğun olaraq) 15 (on beş) il 9(doqquz) ay 17 (on yeddi) gün iş stajı ilə İddiaçı güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. xx.xx.1997-ci il tarixdən Xəzər gəmi təmiri zavodu dəyişdirillərək N №-li hərbi hissə olub.
7. İddiaçının İT-İ ******* nömrəli əmək kitabçasının notarial təsdiqindən görünür ki, iddiaçı 01.09.75 ci ildən 19.07.76 cı ilə qədər müddətdə 14 saylı Texniki Universitetdə təhsil almış, xx.xx.1976-cı ildə 8 saylı sexə 1 dərəcəli çilingər vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1977-ci ildə orduya çağırılmaq səbəbi ilə işdən azad olunmuş, xx.xx.1979-cu ildə 1 saylı sexə gəmilərdə boru kəməri çəkən ikinci dərəcəli çilingər vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1979-cu ildə and içmə olmuş, xx.xx.1981-ci ildə üçüncü dərəcə verilmiş, xx.xx.1984-cü ildə 8 saylı sexə gəmilərdə boru kəməri çəkən üçüncü dərəcəli çilingər vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1986-cı ildə gəmilərdə boru kəməri çəkən dördüncü dərəcəli çilingər ixtisası təqdim olunmuş, xx.xx.1988-ci ildə əməyin ödənilməsi ilə bağlı yeni tariflərin tətbiq olunması ilə əlaqədar olaraq boru kəməri çəkən dördüncü dərəcəli çilingər ixtisasına təsdiq olunmuş, xx.xx.1991-ci ildə gəmilərdə boru kəməri çəkən beşinci dərəcəli çilingər ixtisası təqdim olunmuş, xx.xx.1994-cü ildə öz xahişinə əsasən zavoddan kənarlaşdırılmış, 05.01.200-ci ildə ikinci dərəcəli atıcı vəzifəsinə HM qəbul olunmuş, xx.xx.2000-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75 maddəsinin 2”a” bəndinə müvafiq olaraq tərəflərin razılaşmasına əsasən tutduğu vəzifəsindən kənarlaşdırılmışdır.
8. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı 29 iyun 2022-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 28 il 15 gün (1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 18 il 15 gün (xx.xx.1976-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1979-cu il (hərbi xidmət dövrü), xx.xx.1979-xx.xx.1994-cü il, xx.xx.2000-xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər)) güzəştli iş stajı isə 15 il 9 ay 17 gün (xx.xx.1976-xx.xx.1977-cı il, xx.xx.1979xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər) təşkil edir.
9. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi güzəştli şərlətlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.
10. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
11. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən:
14. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 9.1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən: Axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır.
16. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İddiaçıya 29 iyun 2022-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib.
17. İddiaçının hazırkı tələbi 60 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablananaraq yaranmış fərqin birdəfəlik ödənilməsidir.
18. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçasına əsasən 60 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixinə ümumi iş stajı 25 ildən az (23 il 10 ay 15 gün (xx.xx.1976-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1994cü il, xx.xx.2000-xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 5 il 10 ay) təşkil edir.
19. Həmçinin iddiaçının 25 il stajının tamamlandığı xx.xx.2019-cu il tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 28480.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24172,81 manat təşkil edir.
20. Beləliklə, iddiaçının 60 yaşı tamamlandığı xx.xx.2018-ci il tarixə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ümumi iş stajı mövcud deyil, 25 il stajının tamamlandığı xx.xx.2019-cu il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 28480.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24172,81 manat təşkil edir.
21. Bu səbəbdən də, iddiaçının 60 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən cavabdehin imtinası qanunsuz hesab edilə bilməz. İddia əsassız hesab edilməli və rədd edilməlidir.
22. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
23. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
24. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Ləman Musayeva