Məhkəmə qərarları › İş №2-1(112)-851/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-851/2020

21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-851/2020 21.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsinə qarşı ünvanlı sosial yardımın dayandırılması barədə qərarın ləğv edilməsi və ona ünvanlı sosial yardımın verilməsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona hər ay təqdim edilən ünvanlı sosial yardımın dayandırılması haqqında qərarın ləğv edilməsi, ona hər ay ödənilməli olan 300 manat məbləğində ünvanlı sosial yardımın verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5090/2017 saylı, 26 sentyabr 2017-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsi əsl cavabdehlə əvəz edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5090/2017 saylı, 29 noyabr 2017-ci il tarixli qərardadına əsasən iddia tələbi mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-484/2018 saylı, 01 fevral 2018-ci il tarixli qərardadına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-5090/2017 saylı, 29 noyabr 2017-ci il tarixli qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2322/2018 saylı, 27 aprel 2018-ci il tarixli qərarına əsasən iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2322/2018 saylı, 27 aprel 2018-ci il tarixli qərarına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2322/2018 saylı, 27 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-234/2019 saylı, 30 aprel 2019-cu il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 2-1(103)-1683/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli qərardadına əsasən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2322/2018 saylı, 27 aprel 2018-ci il tarixli qərarı ləğv edilmişdir. İş yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dörd il sosial yardım almış, 5-ci ilə gəldikdə isə bildirmişlər ki, internet vasitəsi ilə “VEMTASLA” sənədlər qəbul edilir. O da bütün sənədləri yığıb 2016-cı ilin aprel ayından müraciət etməyə başlamışdır. Üç dəfə müraciəti qəbul edilməmişdir. Nəticədə o, bununla bağlı nazirliyə müraciət etmiş, müraciəti xx.xx.2016-cı il tarixdə qəbul edilmiş, ona mesaj vasitəsilə avqust ayının 24-ü bildiriş gəlmiş və həmin bildirişdə göstərilmişdir ki, ona iki il müddətinə ayda 148.47 (yüz qırx səkkiz manat, 47 qəpik) manat məbləğində ünvanlı sosial yardım təyin edilmi.dir. O, bundan sonra dekabr ayına 5 ay müddətində 148.47 (yüz qırx səkkiz manat, 47 qəpik) manat məbləğində olan yardımı almışdır. Hətta yeni illə əlaqədar olaraq ona ərzaq yardımı da verilmişdir. 2017-ci ilin yanvar-fevral ayında ona təyin olunan həmin sosial yardım verilməmişdir. O, bununla bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Orada Ömər adlı nümayəndə ona bildirmişdir ki, onun pulları veriləcəkdir, narahat olmasın. Bundan sonra mart ayında da verilməmişdir. Lakin, ona yenə bayramla əlaqədar olaraq ərzaq yardımı edilmişdir. Aprel ayında yenə o, müraciət etmiş, ona yenə Ömər bildirmişdir ki, ona ödənilən ünvanlı sosial yardımdan imtina edilmişdir. Səbəbini soruşduqda isə bildirmişlər ki, onun 0.22 ha pay torpağı var. Lakin, buna baxmayaraq, o, 2-ci qrup əmək qabiliyyətsiz əlil olduğu üçün həmin torpaqdan istifadə edə bilmədiyini bildirmişdir. Həm də həmin torpaq mülkiyyət olaraq nənəsinə məxsusdur. O isə 5 ay müddətində bu yardımı nəyə görə kəsmədiklərini və bununla bağlı nəyə görə yanvar ayında rəsmi imtina cavabı verilmədiyini bildirmişdir. Onlar isə bununla bağlı heç bir cavab verə bilməmişlər. Ona bildirmişlər ki, o, yenidən VEMTAS ilə müraciət etsin və həmin torpağın rəsmi olaraq orda qeyd etsin və ona yenidən sosial yardım təyin edilsin. Ancaq buna baxmayaraq ona bildirmişlər ki, 5 ay müddətində almadığı sosial yardım hesablanmayacaq, yalnız müraciət etdiyi gündən hesbalanacaq. O, isə buna qəti şəkildə etiraz etmiş və razılaşmamışdır. Bundan başqa hər ailənin minimum gəliri 115 manat olduğu halda onun ailəsinin 460 manat gəliri olmalıdır, ancaq buna baxmayaraq, o, 55 manat pensiya alır, yoldaşı 3-cü qrup gözdən əlil 47 manat pensiya alır. Ailəsinin gəliri ümumi 102 manatdır. Bununla onun ailəsi real olaraq dolana bilməz, maddi cəhətdən çətinlik çəkirlər. Buna görə də ona minimum olaraq 300 manat sosial yardım təyin edilməli idi. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin izahatına əlavə olaraq bildirdi ki, ona hər ay ödənilməli olan 300 manat məbləğində ünvanlı sosial yardımı ona görə tələb edir ki, 2016-cı ildə Azərbaycan Respublikasının hər bir vətəndaşının yaşayış minimumi 116 manat təşkil etmişdir. O da bu halı əsas götürmüşdür. Onun ailəsi 4 nəfərdən ibarətdir. Həmin şəxslərin sayına uyğun olaraq 4 nəfərə 116 manatdan 464 manat təşkil edir. Onun da 2016-cı ildə rəsmi gəliri 102 manat təşkil edirdi. 55 manat arvadı, 47 manat isə sosial müavinət almışdır. Həmin 464 manatdan 102 manat gəliri çıxdıqda 362 manat məbləğində pul vəsaiti qalır. Həmin məbləğdən 62 manatə aylıq kommunal xərclərə çıxıldıqda ona ödənilməli olan sosial yardım 302 manat təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, cavabdeh nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ünvanlanmış “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” 3de172e8781f4746a42af003db22d751 nömrəli bildirişin surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixli, **********93201 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından ailənin mülkiyyətində olan torpaq sahəsi barədə məlumatın təqdim edilməməsi səbəbindən imtina edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli, 14/4209 saylı məktubun surətindən görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, ailəsini təmsil edən şəxs qismində X10 və X16 (VEMTAS-a) xx.xx.2016-cı il tarixli müraciəti əsasında ailəsinə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək VEMTAS tərəfindən avtomatlaşdırılmış qaydada aylıq 148.47 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Lakin daxil etdiyi məlumatların yoxlanması nəticəsində ailənin mülkiyyətində olan torpaq sahsəi barədə məlumatın təqdim edilmədiyi aşkarlanmışdır. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunmasından VEMTAS tərəfindən avtomatlaşdırılmış qaydada imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 № 403386 nömrəli TSEK-də müayinə aktından çıxarışın surətindən görünür ki, İddiaçı ikinci qrup uşaqlıqdan müddətsiz əlillik təyin edilmişdir. Əmək qabiliyyəti yoxdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DSMF Salyan rayon şöbəsi tərəfindən verilmiş 000699 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı İİ qrup uşaqlıqdan əlildir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 № 023454 nömrəli TSEK arayışının surətindən görünür ki, X1 üçüncü qrup ümumi görmə ilə əlaqədar müddətsiz əlillik təyin edilmişdir. İşdə olan Vİ-ЖГ № 472300 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X4 arasında 22 fevral 2000-ci il tarixdə Salyan rayon VVAQ şöbəsində nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DSMF Salyan rayon şöbəsi tərəfindən verilmiş 027435 saylı vəsiqənin surətindən görünür ki, X5 İİİ qrup ömürlük əlildir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, iddiaçı X2 27 iyun 2001-ci il təvəllüdlü X9 və 24 may 2004-cü il təvəllüdlü X13 adlı iki övladı vardır. İşdə olan “Torpağa mülkiyyət hüququna dair” J – 769, Kod 80903018 nömrəli dövlət aktının surətindən görünür ki, Salyan rayonu Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə X6 və onun ailə üzvləri X8, İddiaçı, X3 və Ağayev Böyükağa Əliağa oğluna kənd təsərrüfatı məhsullarının istehsalı üçün cizgidə göstərilən sərhəd daxilində 1.02 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün torpaq sahəsi ayrılmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı İİ qrup və onun arvadı X5 ümumi görmə ilə əlaqədar üçüncü qrup müddətsiz əlildir. İddiaçı 2016-cı ilin avqust ayında “VEMTAS” vasitəsi ilə ona ünvanlı sosial yardımın təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Ona və ailəsinə xx.xx.2016-cı il tarixdən 2 il müddətinə “VEMTAS” tərəfindən avtomatlaşdırılmış qaydada aylıq 148.47 manat məbləğində ünvanlı sosial yardımı təyin edilmişdir. İddiaçı məhkəmə iclasında vermiş olduğu izahatında göstərilmişdir ki, həmin tarixdən o, bir neçə ay müddətinə təyin edilmiş ünvanlı sosial yardımı almışdır. Lakin daha sonra rəsmi xəbərdarlıq edilmədən ona təyin edilmiş ünvanlı sosial yardım dayandırılmışdır. Buna əsas olaraq daxil etdiyi məlumatların yoxlanılması nəticəsində ailənin mülkiyyətində olan torpaq sahəsi barədə məlumatın təqdim edilmədiyinin aşkarlandığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, göstərilən halın mövcud olması iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.4.2-ci bəndinə əsasən çəlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Həmin Qaydalarının 3.7.7-ci maddəsinə əsasən ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilir. Göründüyü kimi ailənin 2 və daha çox eyni təyinatlı daşınmaz əmlakı olduqda ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsi üçün əsasdır. Hazırki iş materiallarında olan sənədlər əsasında iddiaçının ailəsinin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlakın olduğu müəyyən edilməmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 30 iyul 2017-ci il tarixli, 07/02 saylı arayışdan görünür ki, İddiaçı hazırda ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. İddiaçının özünün qeydiyyatsız "xxxx" MTK-da yerləşən mənzildə yaşadığı müəyyən edilsə də, həmin mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədin olması iş materialları ilə müəyyən edilmir. Həmçinin iş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” J – 769, Kod 80903018 nömrəli dövlət aktına əsasən iddiaçının paylı mülkiyyətində torpaq sahəsinin olması müəyyən edilmişdir. Həmin torpaq sahəsi Salyan rayonu Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə iddiaçının nənəsi X6 və onun ailə üzvlərinə ayrılmışdır və həmin ailə üzvlərinin siyahısında iddiaçının da adı qeyd olunmuşdur. Torpaq sahəsi paylı mülkiyyətdə olmaqla, kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmışdır və Salyan rayonunda yerləşir. Məhkəmə hesab edir ki, göstərilən əmlaklar eyni təyinatlı olmamaqla, mənzilin ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə kiminsə adına qeydiyyata alınması müəyyən edilməmişdir. Torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlı olmaqla, iddiaçının paylı mülkiyyətindədir və Salyan rayonunda yerləşir. İddiaçının özü isə Bakı şəhərində yaşamaqla, ikinci qrup uşaqlıqdan müddətsiz əlildir və əmək qabiliyyətli yoxdur. Göründüyü kimi qaydalara əsasən ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsi üçün əsasdır. Hazırki iş materialları ilə həmin halın mövcud olması öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur və iddiaçı ona ünvanlı sosial yardımın verilməsinin dayandırılması barədə qərarın ləğv edilməsi tələbində haqlıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının ona hər ay ödənilməli olan ünvanlı sosial yardımın 300 manat məbləğində müəyyən edilməsi tələbi də əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmin Qaydaların 5.9-cu bəndinə əsasən ailə üzvünün aldığı cari transfertlərə bütün növ pensiyalar, sosial müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla), təqaüdlər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla), qrantlar, kompensasiya xarakterli ödənişlər, aliment, sığorta ödənişi, borc (o cümlədən kredit), həmçinin natural formada alınan sosial transfertlər aiddir. Həmin Qaydaların 5.23-cü bəndinə əsasən ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdə ona ünvanlı sosial yardımın verilməsi üçün müraciət etmiş, həmin tarixli qərarla müraciətin təmin edilməsindən yuxarıda göstərilən əsasla imtina edilmişdir. Qanunvericliyin tələblərinə əsasən ünvanlı dövlət sosial yardımı dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımıdır. Aztəminatlı ailə dedikdə isə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur. Ehtiyac meyarı dedikdə, ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunan hədd nəzərdə tutulur. İddiaçı 2016-cı il tarixə olan ehtiyac meyarının 117 manat təşkil etdiyini və ailə tərkibinin 4 nəfərdən ibarət olduğunu göstərmişdir. 2016-cı il üçün ehtiyac meyarının həddi 117 manat müəyyən edildiyindən, həmin ailənin ehtiyac meyarının məcmusu 117*4=468 manat təşkil etmişdir. Həmçinin iddiaçı 2-ci dərəcəli əlil, onun arvadı 3-cü dərəcəli əlil olduğundan onlara aylıq ümumilikdə 102 manat məbləğində əlilliyə görə pensiya ödənilmişdir. Bu halda ailəyə 468- 102=366 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilə bilər və həmin məbləğdən qaydalarda müəyyən edilmiş digər xərclər nəzərə alındıqda (ev telefonu, mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği) məhkəmə hesab edir ki, iddiaçı tərəfindən onun ailəsinə aylıq 300 manat məbləğində ünvanlı sosial yardımın hesablanaraq ödənilməsi tələbində haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-cimaddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia)inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2016-сi il tarixdə ünvanlı sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar ləğv edilməli və İddiaçı hər ay ödənilməli olan 300 manat məbləğində ünvanlı sosial yardımın ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsi tərəfindən İddiaçı xx.xx.2016-сi il tarixdə ünvanlı sosial yardımın təyin olunmasının dayandırılması barədə qərar ləğv edilsin və İddiaçı hər ay ödənilməli olan 300 (üç yüz) manat məbləğində ünvanlı sosial yardımın ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. X19

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar