Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-851/2021 20.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi, eyni zamanda vəkili X1 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi ev 34, mənzil 62; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 18 saylı Vəkil Bürosu, vəkil), cavabdehin nümayəndəsi X4 (Ünvan: Sumqayıt şəhəri, MİK-17, Ev 21, mənzil 50; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hüquq idarəsinin hüquqşünası) iştirakları ilə, iddiaçı - İddiaçı MMC-nin cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul olunmuş 19.02.2020 tarixli **********258800 saylı, 19.02.2020 tarixli **********249800 saylı, 19.02.2020 tarixli **********261600 saylı, 19.02.2020 tarixli **********269200 saylı, 19.02.2020 tarixli **********29200 saylı, 19.02.2020 tarixli **********262300 saylı, 19.02.2020 tarixli **********253300 saylı qərarların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 20.10.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 20.10.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul olunmuş 19.02.2020 tarixli **********29200 saylı qərarın ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin 19.02.2020 tarixli **********258800 saylı qərarına əsasən İddiaçı MMC-nin 2017-ci ilin 4-cü rübü üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı üzrə 596,06 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik üzrə 3.484,01 manat vergi borcu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin 19.02.2020 tarixli **********249800 saylı qərarına əsasən İddiaçı MMC-nin 2017-ci ilin dekabr ayı üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı üzrə 1072,90 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik üzrə 0 manat vergi borcu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin 19.02.2020 tarixli **********261600 saylı qərarına əsasən İddiaçı MMC-nin 2018-ci ilin 4-cü rübü üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı üzrə 575,18 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik üzrə 4.310,15 manat vergi borcu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin 19.02.2020 tarixli **********269200 saylı qərarına əsasən İddiaçı MMC-nin 2018-ci ilin 4-cü rübü üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı üzrə 267,07 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik üzrə 5.537,38 manat vergi borcu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin 19.02.2020 tarixli **********29200 saylı qərarına əsasən İddiaçı MMC-nin 2018-ci ilin 4-cü rübü üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı üzrə 267,07 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik üzrə 5.537,38 manat vergi borcu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin 19.02.2020 tarixli **********262300 saylı qərarına əsasən İddiaçı MMC-nin 2019-cu ilin 2-ci rübü üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı üzrə 365,08 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik üzrə 5.095,27 manat vergi borcu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin 19.02.2020 tarixli **********253300 saylı qərarına əsasən İddiaçı MMC-nin 2019-cu ilin iyun ayı üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı üzrə 657,14 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik üzrə 2.688,21 manat vergi borcu müəyyən olunmuşdur. Yuxarıda sadalanan qərarlar qanunsuz və əsassızdırlar. Belə ki, qərarlarda qeyd olunan vergi dövrlərində müvafiq bəyannamələr təqdim olunmuşdur. Onların yalnış və həqiqətə uyğun olmamasına, vergilərin az hesablanmasına dair mötəbər sübutlara istinad olunmamışdır. Bu səbəbdən də hesab edirik ki, mübahisələndirilən qərarlar ləğv olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasənverginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı Booking.com B.V şirkətinin qeydiyyatda olduğu X2 Administrasiyasından daxil olmuş məlumatlara həmin platformadan 2017- ci il üzrə 46889,7 manat, 2018-ci il üzrə 45247,3 manat, 2019-cu ıl üzrə 28719,5 manat gəlirin əldə edilməsi qeyd olunmasına baxmayaraq vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrdə 2017-ci il üzrə 48270,5 manat, 2018-ci il üzrə 38570,4 manat, 2019-cu il üzrə 3155,7 manat dövriyyənin göstərilməsi, o cümlədən elektron ticarət üzrə dövriyyənin 0,0 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Eyni zamanda qeyd edilən dövrlərdə Booking.com B.V şirkəti vasitəsilə əldə olunan gəlirlərdən ödənilən komissiyon haqlarından ödəmə mənbəyindən vergilər və qeydiyyata alınmayan qeyrirezidentə ödənilmiş məbləğə hesablanmış ƏDV məbləğləri tutulmamış və bununla bağlı müvafiq bəyannamələr təqdim edilməmişdir ki, bu aa vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə 21.01.2020-ci il tarixli **********946000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci din 4-cü rübü üçün ödəmə mənbəyində tutulan vergi üzrə 596,06 manat, 2018-ci ilin 4-cü rübü üçün ödəmə mənbəyində tutulan vergi üzrə 575,18 manat, 2019-cu ilin 2-ci rübü üçün ödəmə mənbəyində tutulan vergi üzrə 365,08 manat, 2017-ci ilin dekabr ayı üçün qeydiyyata alınmaya qeyri-rezidentə ödənilmiş məbləğə görə hesablanmış mam dəyər vergisi 1072,90 manat, 2019-cu ilin iyun ayı üçün qeydiyyata alınmaya qeyri-rezidentə ödənilmiş məbləğə görə hesablanmış əlavə dəyər vergisi üzrə 657,14 manat və 2018-ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi üzrə 267,07 manat əlavə vergi məbləğləri hesablanmış, uu barədə vergi ödəyicisinə 19.02.2020-ci il tarixli **********258800 nömrəli, **********2616Uü nömrəli, **********249800 nömrəli, **********253300 nömrəli, **********262300 nömrəli, **********269200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Eyni zamanda bildiririk ki, vergi ödəyicisinə 19.02.2020-ci il tarixli **********29200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəilə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödəniiməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcı lari ndakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqan, tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilər: vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə ƏKS etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 37.4-ci maddəsinə əsasən Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Həmin məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Qeyd edilənlərə əsasən, həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermişdir və onun ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul olunmuş 19.02.2020 tarixli **********258800 saylı, 19.02.2020 tarixli **********249800 saylı, 19.02.2020 tarixli **********261600 saylı, 19.02.2020 tarixli **********269200 saylı, 19.02.2020 tarixli **********29200 saylı, 19.02.2020 tarixli **********262300 saylı, 19.02.2020 tarixli **********253300 saylı qərarların ləğv edilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Booking.com B.V şirkətinin qeydiyyatda olduğu X2 Administrasiyasından daxil olmuş məlumatlara həmin platformadan 2017-ci il üzrə 46889,7 manat, 2018-ci il üzrə 45247,3 manat, 2019-cu il üzrə 28719,5 manat gəlirin əldə edilməsi qeyd olunmasına baxmayaraq vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrdə 2017-ci il üzrə 48270,5 manat, 2018-ci il üzrə 38570,4 manat, 2019-cu il üzrə 3155,7 manat dövriyyənin göstərilməsi, o cümlədən elektron ticarət üzrə dövriyyənin 0,0 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Eyni zamanda qeyd edilən dövrlərdə Booking.com B.V şirkəti vasitəsilə əldə olunan gəlirlərdən ödənilən komissiyon haqlarından ödəmə mənbəyindən vergilər və qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış ƏDV məbləğləri tutulmamış və bununla bağlı müvafiq bəyannamələr təqdim edilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə 21.01.2020-ci il tarixli **********946000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci din 4-cü rübü üçün ödəmə mənbəyində tutulan vergi üzrə 596,06 manat, 2018-ci ilin 4-cü rübü üçün ödəmə mənbəyində tutulan vergi üzrə 575,18 manat, 2019-cu ilin 2-ci rübü üçün ödəmə mənbəyində tutulan vergi üzrə 365,08 manat, 2017-ci ilin dekabr ayı üçün qeydiyyata alınmaya qeyri-rezidentə ödənilmiş məbləğə görə hesablanmış mam dəyər vergisi 1072,90 manat, 2019-cu ilin iyun ayı üçün qeydiyyata alınmaya qeyri-rezidentə ödənilmiş məbləğə görə hesablanmış əlavə dəyər vergisi üzrə 657,14 manat və 2018-ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi üzrə 267,07 manat əlavə vergi məbləğləri hesablanmış, uu barədə vergi ödəyicisinə 19.02.2020-ci il tarixli **********258800 nömrəli, **********261600 nömrəli, **********249800 nömrəli, **********253300 nömrəli, **********262300 nömrəli, **********269200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəilə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödəniiməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcı lari ndakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqan, tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilər: vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə ƏKS etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 37.4-ci maddəsinə əsasən Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Həmin məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə görə inzibati orqan fiziki və ya hüquqi şəxslərin ərizəsi, özünün təşəbbüsü, habelə inzibati aktdan şikayət verildiyi halda inzibati icraata başlamalı (28-ci maddə), bu barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli (21-ci maddə), maraqlı şəxsi inzibati icraat materialları ilə tanış etməli (38-ci maddə), yazılı formada qəbul edilmiş inzibati aktı əsaslandırmalı (61-ci maddə), inzibati aktda həmin akta qarşı mümkün müdafiə vasitələrini əks etdirməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən vergi və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati aktlar əsaslıdır və ləğv oluna bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul olunmuş 19.02.2020-ci il tarixli **********258800 nömrəli, **********261600 nömrəli, **********249800 nömrəli, **********253300 nömrəli, **********262300 nömrəli, **********269200 nömrəli qərarların ləğv edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-851/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-851/2021
20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver