Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-851/2023 09.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı «iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı əmək pensiyası təyin edilməsi ilə əlaqədar ərizə ilə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş və 25 illik staj şərtləri toplamasına baxmayaraq cavabdeh tərəfindən ona (iddiaçıya) pensiya təyin edilməsindən imtina olunmuşdur. İddiaçı 5 il, yəni 1971 – 1976-cı illərdə M.Əzizbəyov adına X4 ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. 16 iyul 1976-cı il tarixdə Azərbaycan Neft və Kimya İnstitutunun elektrotermik qurğular fakültəsini elektromexanik mühəndisi ixtisası üzrə bitirmişdir. 10 avqust 1976-cı il tarixdə “Azərelektroterm” Zavodu XKB, KŞ 2-yə İİİ dərəcəli mühəndis konstruktor vəzifəsinə təyin edilmiş, 17 sentyabr 1979cu il tarixdə KŞ 2-yə İİ kateqoriyalı mühəndis konstruktor, 15 yanvar 1982-ci il tarixdə KŞ 2-yə İ kateqoriyalı mühəndis konstruktor vəzifəsinə keçirilmişdir. 8 dekabr 1982-ci il tarixdə isə, sektor müdiri vəzifəsinə keçirilmişdir. 9 fevral 1986-cı ii tarixdən Dövlətlərarası müqaviləyə əsasən “Azərelektroterm” tərəfindən Bolqarıstan Respublikasının Madara şəhərinə işləməyə ezam edilmiş və 31 mart 1988-ci il tarixədək orada əmək fəaliyyətini davam etdirmişdir. Müqavilə bitdikdən sonra yenidən “Azərelektroterm” Zavodu XKB-də sektor müdiri vəzifəsində işləmişdir. 14 may 1990-cı il tarixdə KŞ 2-yə baş konstruktor vəzifəsinə keçirilmişdir. 1 yanvar 2000-ci il tarixdə öz xahişi ilə işdən çıxmışdır. 5 yanvar 2000-ci il tarixdə Azərbaycan Respublikası “Avtomatservis və ticarət” İstehsalat Birliyinə aparıcı mühəndis vəzifəsinə işə qəbul edilmiş, 30 dekabr 2006-ci il tarixdə işdən azad edilmişdir. 2 iyul 2018-ci il tarixdə "xxxx" MMC-də texnik vəzifəsinə işə qəbul edilmiş, 1 oktyabr 2020-ci ii tarixdə "xxxx" MMC-dən pensiyası yaşına çatması ilə bağlı işdən azad edilmişdir. İlk dəfə 2018-ci ilin iyun ayının sonunda pensiya təyinatı ilə bağlı DSMF Binəqədi rayon şöbəsinə müraciət etmişdir. Müraciət etdiyi zaman onun yaşı 63 yaş 6 ay olmasına baxmayaraq («Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən həmin vaxt onun yaşı 63 il 6 ay təşkil etməli idi), DSMF-də onun sənədlərini qəbul etməkdən imtina etdilər və 2021-ci ildə pensiya təyinatının mümkün olacağı bildirilmişdir. İddiaçı 2021-ci ildə yenidən DSMF-yə (DOST xidməti vasitəsi ilə) pensiya təyinatı ilə bağlı müraciət etmişdir. Bütün sənədlər ondan qəbul olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 4 oktyabr 2021-ci il tarixli **********9 nömrəli məktubu ilə ona pensiya təyinatından imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filailının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 1 fevral 2023-cü il tarixli vəsatətində bildirilir ki, məhkəmə icraatında İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati iş vardır. İddiaçı yaşa görə pensiyanın təyin edilməsi məqsədilə 24 avqust 2021-ci il tarixdə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Müraciətinə aidiyyəti üzrə baxılaraq, 14 yanvar 2022-ci il tarixli **********1 nömrəli məktubla bildirilmişdir ki, təqdim edilmiş əmək kitabçasının surətinə əsasən 10 avqust 1976-cı il tarixdən 1 yanvar 2005-ci il tarixədək işlədiyini iddia etdiyi “Azərelektroterm” Xüsusi Konstruktor Bürosunun əməkhaqqı cədvəlləri və əmr kitabları arxivə mühafizə üçün təhvil verilmədiyindən, həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. DSMF hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçıya 13 yanvar 2023-cü il tarixli 21S12061845 nömrəli qərarla hüququnun yarandığı 7 iyun 2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İPM-in 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin oiunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Hesab olunur ki, yuxanda qeyd edilən qanunvericilik normalarının tələblərinə əsasən işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəməyə təqdim olunmuş vəsatətdə göstərilənləri təsdiqlədi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 20.1-ci maddəsinə əsaəsn hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. İPM-in 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. İPM-in 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin qənaətinə görə iddiaçının arzuladığı hərəkət, yəni ona yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən təmin edildiyindən, tərəflər arasında mübahisə mövcud olmur və bu səbəbdən də iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 67, 83-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı «iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-851/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-851/2023
09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver