Məhkəmə qərarları › İş №2-1(112)-8511/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8511/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8511/2025 04.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakarı ilə, İddiaçılar İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “müraciətə mahiyyəti üzrə baxılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1961-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə icraatın yekunlaşdırılaraq mahiyyət üzrə qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuşdur. Onun doğumunun Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1961-ci il tarixdə 2810 nömrəli aktla qeydə alınmışdır və buna müvafiq olaraq A3 (AZ) seriyalı, 080593 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Anası X13 03.1 1.1924-cü il tarixdə Bakı şəhərində doğulub. Anası əvvəllər Azərbaycan SSR-nin, sonra Rusiya Federasiyasının vətəndaşı olub. Anası xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində vəfat edib. X2 xx.xx.1932-ci il tarixdə Zaqatala şəhərində doğulub. Atası Azərbaycan SSR-nin vətəndaşı olub. xx.xx.1990-cı il tarixdə Bakı şəhərində vəfat edib. 1968-ci ildə Bakı şəhəri 160 nömrəli orta məktəbin (indiki 160 nömrəli Klassik Gimnaziya) birinci sinfinə getmişdir. 1979-cu ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1986-cı ildə Bakı Politexnik Texnikumuna daxil olaraq orada “texnikinşaatçı” ixtisasına yiyələnmişdir. 1989-cu ildə həmin məktəbi bilirmişdir. xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci ilə kimi X12 Avtomobil Deposunda çalışmışdır. xx.xx.1980-ci il tarixdən xx.xx.1987-ci il tarixədək “Azərenerjitikinti” Trestində çalışmışdır. xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan SSR-nin Çörək Məhsulları Nazirliyinin layihə-smeta bürosunda çalışmışdır. xx.xx.1978-ci il tarixdə Bakı şəhəri. Səbail rayon İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən V-.1Q (ЖГ) seriyalı. 725636 nömrəli SSRİ vətəndaşının pasportu ilə təmin edilmişdir. Elə həmin tarixdə də o ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. xx.xx.1992-ci il tarixdə həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxmışdır. xx.xx.1992-ci il tarixdə Bakı şəhəri. Nəsimi rayonu. 5- ci mikrorayon. Tağızadə küçəsi (indiki Asif Məhərrəmov), ev 26. mənzil 47 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. 1992-ci ilin mart ayında Rusiya Federasiyasının Moskva şəhərində yaşayan anasının yanına getmiş və 1999-cu ilin sentyabr ayına kimi orada yaşamışdır. 1999-cu ilin sentyabr ayında Azərbaycana geri qayıtmışdır. Azərbaycana qayıtdıqdan sonra 2000-ci ilin mart ayına qədər Bakı şəhəri. Nəsimi rayonu, 5-ci mikrorayon, Tağızadə küçəsi (indiki Asif Məhərrəmov), ev 26, mənzil 47 ünvanında yaşamışdır. 2000-ci ilin mart ayında həmin mənzil satıldığı üçün o Bakı şəhərində yaşayan bacısı X6 yaşadığı ünvana köçmüş və onunla birlikdə ünvan 4 ünvanında yaşamışdır. O, həmin ünvanda 2004-cü ilin yanvar ayına kimi yaşamışdır. 2004-cü ilin yanvar ayında o yenidən Rusiya Federasiyasının Moskva şəhərində yaşayan anasının yanına getmiş və 2023-cü ilin sentyabr ayına kimi orada yaşamışdır. O, 2004-cü ildə Rusiya Federasiyasına Azərbaycanda ona 1978-ci ildə verilmiş SSRİ vətəndaşının pasportu ilə getmişdir. Orada yaşadığı vaxtda nə Rusiya Federasiyası tərəfindən, nə də üçüncü bir dövlət tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilmişdir. O, Rusiya Federasiyasında qaçqın kimi yaşamışdır. xx.xx.2023-cü il tarixdə atasının qəbrini ziyarət etmək məqsədilə Azərbaycana qayıtmışdır. Həmin vaxt onun şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün o Azərbaycana Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyinin Konsulluq Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi'* ilə qayıtmışdır. Həmin vaxtdan etibarən bacısı X6 yaşadığı ünvan 4 ünvanında yaşayır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilmək üçün 7 saylı Bakı “’ASAN xidmət"* mərkəzində Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin regional qrupuna müraciət etdi. Lakin ona bildirilmişdir ki, şəxsiyyət vəsiqəsi ilə təmin olunmaq üçün o Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında Dövlət Miqrasiya Xidmətinin qərarını tədim etməlidir və onu Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən olunması üçün Dövlət Miqrasiya Xidmətinə yönəltdilər. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətimin müəyyənləşdirilməsini xahiş etmişdir. Sənədləri DMX tərəfindən qəbul edildikdən sonra ona Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətimin müəyyənləşdirilməsinin nəticəsinə dair qərarın xx.xx.2023- cü il tarixdə hazır olacağı barədə bildiriş təqdim edilmişdir. Lakin sonradan Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarda müraciətilə bağlı araşdırma aparıldığı, nəticəsi barədə ona əlavə məlumat veriləcəyi bildirilmişdir. Müraciətindən uzun müddət keçməsinə baxmayaq, müraciətinin nəticəsi barədə ona heç bir məlumat verilmədiyi üçün o 2024-cü ilin iyun ayında 7 saylı Bakı ASAN Xidmət Mərkəzində Dövlət Miqrasiya Xidmətinə müraciət etdi, ona bildirmişlər ki, cavab hazır deyil. O, Azərbaycanda sənədləşdirilməyinin mümkün olmadığını görüb Rusiya Federasiyası vətəndaşlığını əldə etmək üçün Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət etmişdir. Səfirlikdə onun sənədlərini icraata qəbul etmişlər, lakin Azərbaycan Respublikasının vətəndaşı hesab edilmədiyinə dair arayış təqdim edəcəyi təqdirdə Rusiya Federasiyasının vətəndaşlığına qəbul ediləcəyiylə bağlı ona məlumat vermişlər. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək "onun xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixə qədər Rusiya Federasiyası, Moskva şəhəri, Altufyev şossesi 2 ünvanında yerləşən “Vosxod” Mehmanxanasında qeydiyyatda olduğunu təsdiq edən olduğu yer üzrə qeydiyyata dair ********* saylı şəhadətnamənin və təqdim etdiyi digər arayış və məktubların surətini vətəndaşlıq mənsubiyyətimin müəyyənləşdirilməsi ilə bağlı iş materiallarına əlavə etməklə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin məyyənləşdirilməsinə dair icraatı yekunlaşdırıb, hazırkı ərizəsi Dövlət Miqrasiya Xidmətinə daxil olduğu tarixdən 20 gün müddətində onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə qərar qəbul edilməsini " xahiş etmişdir. Həmin müraciətinə Dövlət Miqrasiya Xidməti özünün xx.xx.2025ci il tarixli, 3-37/2-H- 1248-26-1-08-1459/2025 nömrəli məktubu ilə (həmin cavab məktubu bizə rəsmi şəkildə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir) aşağıdakı məzmunda cavab vermişdir: xx.xx.2023-cü il tarixli müraciətinizə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə ona əlavə məlumat veriləcəkdir". Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh orqan tərəfindən iddiaya yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaısnda iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA№0257623 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsində göstərilmişdir ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Şəhadətnamənin verilmə tarixi-xx.xx.2023-cü il, etibarlılıq müddəti xx.xx.2023-cü il tarixə qədərdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3- 37/2-H-1296-xx-xx-1382/2025 nömrəli arayışda göstərilmişdir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs,11 sentyabr 1961-ci il təvəllüdlü Rana Hajiyevaya (himayə sənədi № ***-*******69) Dövlət Miqrasiya Xidməti tərəfindən 28 yanvar 2025-ci il tarixindən 31 yanvar 2026-cı il tarixinədək ünvan 6 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş AЗ seriyalı 080593 nömrəli Doğum hgaqqında Şəhadətnamədə göstərilmişdir ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1961-ci il tarixdə 2810 saylı qeyd edilmişdir. Valideynləri X8 azərbaycanlı, X13 ermənidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi üçün xx.xx.2023-cü il tarixli Ərizə-Anketdə göstərilmişdir ki, İddiaçı Mahmud qızı onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Doğulduğu tarix xx.xx.1981-ci, doğulduğu yer Azərbaycan, milliyyəti azərbaycanlı, ailə vəziyyəti evlidir. X1 xx.xx.1932-ci il tarixdə Zaqatalada doğulmuşdur, azərbaycanlıdır. X4 xx.xx.1924-cü il tarixdə Bakıda anadan olmuşdur. İddiaçı Mahmud qızı hazırda ünvan 7 ünvanında yaşayır İddiaçı Mahmud qızı 160 nömrəli orta məktəbdə orta təhsil almışdır, ali təhsillidir, ölkədən 2004-cü il tarixdə getmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Asan 7 şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı müraciətə dair” ******* nömrəli bildirişdə göstərilmişdir ki, İddiaçı müraciəti ilə əlaqədar sorğunun qeydiyyata alındığı vaxtdan etibarən nəticəsi ilə əlaqədar 20 gün müddətində xx.xx.2023-cü il tarixədək müvafiq sənədin hazır olacağı barədə məlumatlandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə xx.xx.2023-cü il tarixdə daxil olmuş və 382667/m daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş müraciətinizə aidiyyəti uzrə baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə sizə əlavə məlumat veriləcəkdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 3-37/2-Q-10722-26-1-08- 31680/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli müraciətinizə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 3-37/2-H-11187-26-1-08- 32396/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli müraciətinizə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir. Cavabdeh Azərbaycan Respublikası Miqrasiya Xidmətinin iddiaçı tərəfə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-37/2-H-1248-26-1-08-1459/2025 nömrəli məktubunda bildirilmişdir ki, Sizin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində xx.xx.2025-ci il tarixdə 3- 37/1-H-1248-26-1/2025 daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. xx.xx.2023-cü il tarixli müraciətinizə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir. İş materiallarına əlavə edilmiş Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin xx.xx.2025-ci tarixli 20973 nömrəli məktubunda göstərilmişdir ki, Rusiyanın Azərbaycandakı səfirliyindən daxil olmuş məlumata əsasən, qeyd olunan diplomatik nümayəndəlik İddiaçı Mahmud qızının mülki və hüquqi statusunun dəqiqləşdirilməsi üçün Azərbaycanın səlahiyyətli orqanları ilə sıx əlaqə saxlanılır. Lakin bugünə kimi müvafiq nəticələr çıxarmağa imkan verəcək cavablar alınmayıb. Lazımi məlumatlar əldə edildikdən sonra gələcək tədbirlər barədə səfirlik tərəfindən məlumat veriləcəkdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər Hazırkı iddiaçı müraciətinə baxılaraq mahiyyəti üzrə cavab verilməsini xahiş edir. İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddia mahiyyəti üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Mahmud qızı vətəndaşlığı olmayan şəxs olmaqla AA№0257623 nömrəli etibarlılıq müddəti xx.xx.2023- xx.xx.2023-cü il tarixədək olan qayıdış şəhadətnaməsi ilə Azərbaycan Respublikasına gəlmiş, hazırda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan şəxs olmaqla sonuncu dəfə Dövlət Miqrasiya Xidməti tərəfindən 28 yanvar 2025-ci il tarixindən 31 yanvar 2026-cı il tarixinədək ünvan 6 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. İddiaçı Rusiya Federasiyası ərazisinə qayıtmaq istədiyindən müvafiq ölkənin vətəndaşlığına dair sənədlə təmin olunması üçün həm Rusiya Federasiyasının səlahyyətli orqanına, həm də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin xx.xx.2025-ci tarixli 20973 nömrəli məktubunda İddiaçı Mahmud qızının mülki və hüquqi statusunun dəqiqləşdirilməsi üçün Azərbaycanın səlahiyyətli orqanının verəcəyi cavabdan asılı olduğu və yalnız bundan sonra vətəndaşlığın olub-olmaması məsələsinə münasibət bildiriləcəyi qeyd edilmişdir. İddiaçının cavabdeh Dövlət Miqrasiya Xidmətinə etdiyi müraciətlərlə bağlı iddiaçıya ünvanlandığı xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli 3-37/2-Q-10722- 26-1-08-31680/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-37/2-H-11187-26-1-08-32396/2023 nömrəli, xx.xx.2025-ci il tarixli 3-37/2-H-1248-26-1-08-1459/2025 nömrəli məktublarında eyni məzmunda iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparıldığı və nəticəsi barədə əlavə məlumat veriləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”na görə: -3.4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 3.4.1. 2 ədəd 3x4 sm ölçüdə fotoşəkil; 3.4.2. tərcümeyi-hal; 3.4.3. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə); 3.4.4. pasportun və ya şəxsiyyətini təsdiq edən digər sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.5. doğum haqqında şəhadətnamənin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.6. yetkinlik yaşına çatmamış uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti; 3.4.7. şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.8. övladlığa götürülmə halında əcnəbi uşağın və ya vətəndaşlığı olmayan uşağın övladlığa götürülməsi barədə sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.9. bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan hallarda müvafiq razılıq ərizələri; 3.4.10. bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti. 3.4-1. Bu Qaydanın 3.4-cü və 3.6–3.8-ci bəndlərində nəzərdə tutulan (bu Qaydanın 3.2-ci bəndinin ikinci cümləsi nəzərə alınmaqla) sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi bu Qaydanın 3.3-cü bəndinə münasibətdə müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir. -3.11. Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. -3.12. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar sorğu bu Qaydaya uyğun təqdim edilmədikdə, habelə toplanılmış sübutlar yetərli olmadıqda və əlavə sübutların toplanılmasına ehtiyac olduqda, bu Qaydanın 3.11-ci bəndində nəzərdə tutulmuş müddət Dövlət Miqrasiya Xidmətinin əsaslandırılmış qərarı ilə 20 günədək uzadıla bilər və müddət uzadıldıqda, bu barədə Dövlət Miqrasiya Xidməti tərəfindən sorğu verən tərəfə məlumat verilir. -3.13. Sorğunun baxıldığı müddətdə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün zəruri olan sübutlar aşkar edilmədikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun: -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; -20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. -20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -28.1-ci maddəsiə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. -28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. -52.1-ci maddəsinə görə səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. -52.2-ci maddəsinə görə Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. -52.3-cü maddəsinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. -52.4-cü maddəsinə əsasən bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. -52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Beləliklə, sadalanan normalardan görünür ki, vətəndaşlıq mənsubiyyətinə tanınma ilə bağlı müraciətə baxılması xüsusi qaydada -“Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”na görə müraciətin daxil olduğu vaxtdan azı 20 gün, ən çoxu əlavə 20 gün olmaqla yuxarı həddi 40 gün ərzində baxılmalı və müvafiq mahiyyəti üzrə cavab verilməli olduğu halda cavabdeh orqan nəinki qeyd edilən xüsusi müddətləri pozaraq həmin müddət çəçivəsində deyil, eləcə də “İnzibati icraat haqqında” Qanunla tənzimlənən icraatın aprılmasının mümkün olduğu ən çoxu 90 günlük icraat müddətini pozmuş və iddiaçının müraciətinə müsbət və ya mənfi həll edilməsindən asılı olmayaraq icraatın yekununa dair qərarını (və ya arayışı) təqdim etməmişdir. Halbuki, iddiaçının da qeyd etdiyi kimi hazırkı halda Dövlət Miqrasiya Xidmətinin onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilib-edilməməsi məsələsi üzrə qərarın verilməsi (müraciətin təmin və ya rəddindən asılı olmayaraq) onun üçün hüquqi nəticə yaradır. Belə ki, iddiaçı vətəndaşlıq mənsubiyyəti müəyyən edildiyi halda ona verilmiş arayış əsasında Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin ediləcək və yaxud mənsubiyyətin tanınmasından imtina edildiyi halda ona imtina barədə inzibati akt formasında qərar təqdim edildikdən sonra iddiaçı üçün nüvafiq olaraq vətəndaşlığının müəyyən edilməsi məsələsinə baxmaq artıq Rusiya dövlətinin səlahiyyətli orqanlarına aid olacaqdır. Başqa sözlə, inzibati orqanın inzibati icraatı yekunlaşdırıb müraciətə mahiyyəti üzrə münasibət bildirməsi hər iki halda iddiaçı üçün hüquqi nəticə yaradır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə cavabdeh orqan iddiaçının vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı müraciətinə mahiiyyəti üzrə cavab verməyərək hərəkətsizlik göstərmiş, qanunvericiliyin yuxarıda sadalanan normalarından irəli gələn müraciətə baxmaq və ona müvafiq qaydada cavab vermək vəzifəsini pozmuşdur. Odur ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə müraciəti üzrə inzibati icraatın yekunlaşdırılaraq mahiyyət üzrə müvafiq qərar qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Miqrasiya İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar