Məhkəmə qərarları › İş №2-1(112)-8514/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8514/2021

22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8514/2021 22.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İlkin iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutulması barədə iddia tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh pensiyanın bərpa olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair qarşılıqlı iddialarına dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavabdeh X2 qarşı Cavabdeh artıq ödənilmiş 16738.78 manat pensiya məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azerbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərə çatdırırlar ki, ona vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər .qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmir üzrə dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndinin (1.1.2) fəhlələr yarımbəndində (a) yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri (çilingərlər) peşəsi nəzərdə tutulmuşdur. Vaxtilə cavabdehə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə 25.05.1981- 01.08.1983-cü il və 01.08.1985-15.03.1991-ci il tarixləri arasındakı dövrlər ərzində “Bakıtuneltikinti”nin 3 nömrəli Tikinti İdarəsində yeraltı quraşdırıcı çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi yeraltı quraşdırıcı çilingər peşəsi yuxarıda qeyd olunan yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri peşəsinə uyğun deyil. Bu səbəbdən də, 1 yanvar 2006-cı il tarixədək cavabdehin güzəştli iş stajı yoxdur. Araşdırma zamanı yuxarıda göstərilənlərə əsasən ona 01.02.2016-cı il tarixindən Fondun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkar olunmuşdur. Qeyd olunanlara əsasən Fondun Daxili nəzarət departamenti tərəfindən ona 01.02.2016-30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16738,78 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq 05.03.2021-ci il tarixli **********6 nömrəli məktubla ona artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması xahiş edilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Cavabdeh isə iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, onun güzəştli şərtlərlə pensiya təminatının 1 №-li siyahıya əsasən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, 1980-ci ildə Bakı Metro Tikintidə yeraltı işlərdə, tunel qazma işlərində işə başlamışdır. 80 metr dərinlikdə yeraltında ağır, xüsusilə ağır iş şəraitdə işlədiyi nəzərə alınaraq, 2016-cı ildə güzəştli şərtlərlə pensiya çıxmışdır. 2021-ci ildə onun güzəştli şərtlərlə verilən pensiyası ona xəbərdarlıq edilmədən dayandırılmışdır. Bununla bağlı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 09.02.2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 05.03.2021-ci il tarixli, **********6 saylı məktubla ona cavab göndərmişdir. Cavabda qeyd olunmuşdur ki, ona güzəştli şərtlərlə təyin olunan pensiya qanuni deyil və onun pensiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2-ci siyahıya aid iş sahəsini əhatə edir. Halbuki, onun işlədiyi peşə və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin təqdim etdiyi arayışda (14.07.2021, A/118) onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1-ci siyahıya və hətta birinci başlığa aid edilən peşələr arasındadır. Üstəlik güzəştli şərtlərlə pensiya təyinatı üçün tələb olunan əmək stajı artıqlaması ilə öz əksini tapır. Lakin, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı israrla onun əmək fəaliyyətini 2-ci siyahıya daxil etməyə çalışır. Onun sosial sığorta şəhadətnaməsində 60.000 (altmış min) manat kapital yığımı var. Qanuna əsasən işçinin pensiya kapitalı ona ödənilən məbləğdən çoxdursa, o halda işçiyə ödənilən artıq pensiya onun kapitalı hesabına geri qaytarılır. Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi Filial ona öz haqqı olan halal pensiyasını ödəməyi bir kənara, üstəlik onu məhkəməyə verib guya ona artıq ödənilmiş 17.000 (on yeddi min) manat vəsaitin geri qaytarılması tələbini qoyur. Görünən odur ki, onun haqqı olan pensiyası cavabdehin maraqları dairəsindədir. Məhz bu səbəblə, müxtəlif qeyri-qanuni yollara baş vuraraq, onun güzəştli şərtlərlə qazandığı pensiyasını əlindən almağa çalışır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarını və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsini nəzərə alıb, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan qarşılıqlı iddia tələbi dəqiqləşdirilərək, ona təyin olunmuş güzəştli şərtlərlə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa olunması və dayandırıldığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında işirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddialar mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddialar düzgün cavabdehlərə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq iddiaların mahiyyətinə gəlincə hesab edir ki, ilkin iddia əsassız hesab edilməklə rədd edilməli, qarşılıqlı iddia isə əsaslı hesab edilməklə təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Cavabdeh ünvanlanmış 05.03.2021-ci il tarixli, **********6 nömrəli “Pensiya ödənişinin dayandırılması haqqında” məktubun surətindən görünür ki, bildirilmişdir ki, ona vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddşsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayına güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmir üzrə dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndinin (1.1.2) fəhlələr yarımbəndində (a) yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri (çilingərlər) peşəsi nəzərdə tutulmuşdur. Vaxtilə ona pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə 25.05.1981-01.08.1983-cü il və 01.08.1985- 15.03.1991 -ci il tarixləri arasındakı dövrlər ərzində “Bakıtuneltikinti”nin 3 nömrəli Tikinti İdarəsində yeraltı quraşdırıcı çilingər peşəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi yeraltı quraşdırıcı çilingər peşəsi yuxarıda qeyd olunan yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri peşəsinə uyğun deyil. Bu səbəbdən də, 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajı yoxdur. Araşdırma zamanı yuxarıda göstərilənlərə əsasən ona 01.02.2016-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkar olunmuşdur. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə X5 Departamenti tərəfindən ona 01.02.2016-30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16738,78 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq ona artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1959-cu il təvəllüdlüdür. İşdə olan Cavabdeh məxsus 12.04.1977-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, 01.09.1976-16.08.1977-ci illərdə təhsil almış, 16.08.1977-cı il tarixdən 06.10.1977-ci il tarixədək işləmiş, 21.10.1977-15.10.1979-cu illərdə hərbi xidmətdə olmuş, 19.11.1979-cu il tarixdən 21.02.1980-ci il tarixədək, 06.03.1980-ci il tarixdən 07.06.1980-ci il tarixədək şagird kimi qəbul edilmiş, 07.06.1980-ci il tarixdən 15.03.1991-ci il tarixədək, 16.03.1991-ci il tarixdən 11.01.1993-cü il tarixədək, 15.01.1993-cü il tarixdən 01.04.1996-cı il tarixədək, 09.01.2006-cı il tarixdən hal-hazıradək müxtəlif peşələrdə işləmişdir. İşdə olan Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş A/188 nömrəli, 14 iyul 2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü, Cavabdeh həqiqətən, 06.03.1980-ci il tarixində şit maşinisti peşəsi üzrə təhsil almaq üçün “Bakıtuneltikinti” İdarəsinin Tədris məntəqəsinə daxil olmuş (Əmr № 13/UP. 06.03.1980-ci il), 07.06.1980-ci il tarixində təhsilini tunel-tikinti işlərində hərəkətdə olan şit maşinisti ixtisası üzrə bitirmişdir (Əmr № 31/UP, 07.06.1980-ci il). 07.06.1980-ci il tarixdən “Bakıtuneltikinti" İdarəsinin 2 №-li Tikinti-Quraşdırma İdarəsinə yeraltı şəraitində 4-cü dərəcəli şit maşinisti (tunel-qazma işlərində yeraltı çuqun həlqələrin və beton həlqə blokların quraşdırılması və sökülməsi işləri üzrə) peşəsinə qəbul edilmişdir (Əmr № 73/OK, 12.06.1980-ci il). İş şəraiti növbəli (4 növbəli, gecə və gündüz), 25.05.1981 -ci il tarixdən 4-cü dərəcə ilə yeraltı keçid mexanizm və komplekslərinin (qazma qurğularının) quraşdırıcı çilingəri peşəsinə keçirilmişdir (Əmr № 90/OK. 26.05.1981- ci il), 01.08.1983-cü il tarixdən 4-cü dərəcə ilə yeraltı şəraitində şit maşinisti peşəsinə keçirilmişdir (Əmr № 63/K, 03.08.1983-cü il), 01.06.1984-cü il tarixdən 4-cü dərəcə ilə yeraltı şəraitində quraşdırıcı çilingər peşəsinə keçirilmişdir (Əmr №38/K, 05.06.1984-cü il), 01.08.1985-ci il tarixində 5-ci dərəcə verilmişdir (Əmr №152/K, 08.08.1985-ci il).15.03.1991-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr № 22/J1C, 13.03 1991-ci il). 15.03.1993-cü il tarixdən “Azərtunelmetrotikinti” İstehsalat Birliyinin 2 №-li Tikinti- Quraşdırma İdarəsinə 4-cü dərəcə ilə yeraltı qazmaçı peşəsinə qəbul edilmişdir (Əmr № 4, 13.03.1993-cü il). 01.04.1996-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 38-cı maddəsinin 1 -ci bəndinə əsasən (ştatların ixtisarı ilə) işdən aaad edilmişdir (Əmr № 13. 25.01.1996-cı il). 09.01.2006-cı il tarixdən “Azərtunelmetrotikinti” SC-nin 2 saylı Tunel Tikinti İdarəsinə 5-ci dərəcə ilə yeraltı qaynaqçı peşəsinə qəbul edilmişdir (Əmr № 03/K 06.01.2006) 01.12.2006-cı il tarixdən yerüstü əmək şəraitinə keçirilmişdir (Əmr №216/K 29.11,2006-cı il), 26.01.2010-cu il tarixdən 6-cı dərəcə verilmişdir (Əmr №08/K 28.01.2010-cu il), 26.06.2012-ci il tarixdən 6-cı dərəcə ilə yeraltı şəraitində quraşdırıcı çilingər peşəsinə keçirilmişdir (Əmr №74/K, 25.06.2012-ci il), 31.07.2014-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad olunmuşdur (Əmr №137/85-K, 31,07.2014-cü il). 01.08.2014-cü il tarixdən “Bakı Metropoliteni" QSC-nin Tikinti Departamentinin 2 saylı Tunel Tikinti dəstəsinə 6-cı dərəcə ilə yeraltı şəraitində quraşdırıcı çilingər peşəsinə qəbul edilmişdir (Əmr № K-483, 0T7Ö8.2014-cü il), 01.07.2017-ci il tarixdən 1 saylı Tunel və Ümumi Tikinti işləri üzrə dəstəsinə 6-cı dərəcə ilə yeraltı şəraitində quraşdırıcı çilingər peşəsinə keçirilmişdir (Əmr № Ş-5134, 05.07.2017-ci il), 01.04.2021-ci il tarixdən Birləşmiş emalatxanaların Maşın və mexanizmlərin təmiri sahəsinə 6-cı dərəcə ilə çilingər peşəsinə keçirilmişdir (Əmr №B-78. 31.03.2021-ci il) və hal-hazırda həmin peşədə işləyir. Cavabdeh ağır və zərərli yeraltı şəraitində işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı ”nın 1-ci Dağ-mədən işləri bölməsinə aid edilmişdir 31.07.1986-cı il tarixli 76/R saylı əmrə əsasən “Bakıtuneltikinti" İdarəsinin 2 №-li Tikinti-Quraşdırma İdarəsi ləğv olunmuş, 3 №-li Tunel-Quraşdırma İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.01.1992-ci il tarixli 2 №-ii Sərəncamına əsasən “Bakıtuneltikinti” İdarəsinin bazası əsasında “Azərtunelmetrotikinti” İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.11,1993-cü il tarixli 77 saylı Sərəncamına əsasən “Azərtunelmetrotikinti” istehsalat Birliyi “Azərtunelmetrotikinti" Dövlət şirkəti adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 16.07.1998-ci il tarixli 857 saylı Sərəncamına əsasən “Azərtunelmetrotikinti” Dövlət şirkəti “Azərtunelmetrotikinti” SC adlandırılmışdır Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş 40N-10/3-1328 nömrəli, 25.10.2021-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh “Bakıtuneltikinti” İdarəsinin 2 №-li Tikinti-Quraşdırma İdarəsində 25.05.1981-ci il tarixdən 01.08.1983-cü il tarixinədək yeraltı keçid mexanizm və komplekslərinin (qazma qurğularının) quraşdırıcı çilingəri, 01.06.1984-cü il tarixdən 15.03.1991-ci il tarixədək yeraltı şəraitində quraşdırıcı çilingər peşələrində çalışdığı əmək şəraiti ağır və zərərli yeraltı şəraitinə aiddir. Quraşırıcı çilingər peşəsinin əmək şəraiti, xarakteristikası və funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1-ci Dağ-mədən işləri bölməsinin 1.1.2-ci Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər hissəsinin a) fəhlələr bəndində əks olunan yeraltı dağ-keçid avadanlığının elektrik çilingəri (çilingərlər) peşəsinin əmək şəraiti, xarakteristikası və funksiyaları ilə eynilik təşkil edir. Beləliklə, məhkəmə ilk öncə ilkin iddiaya münasibətdə qeyd edir ki, Filialın iddiaçının pensiya ödənişinin dayandırılması ilə bağlı dəlili ondan ibarət olmuşdur ki, Cavabdeh tərəfindən ona pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə 25.05.1981-01.08.1983-cü il və 01.08.1985-15.03.1991-ci il tarixləri arasındakı dövrlər ərzində “Bakıtuneltkinti”nin 3 nömrəli Tikinti İdarəsində yeraltı quraşdırıcı çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmir üzrə dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işləlr bəndinin (1.1.2) fəhlələr yarımbəndində (a) yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri (çilingərlər) peşəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, Cavabdeh işlədiyi yeraltı quraşdırıcı çilingər peşəsi yuxarıda qeyd olunan yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri peşəsinə uyğun deyil. Bu səbəbdən də, 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajı yoxdur. Məhkəmə tərəfindən Filialın ilkin iddia ərizəsində göstərilən dəlilləri araşdırılmış, aidiyyəti üzrə müvafiq quruma sorğu göndərilmiş, həmçinin iş materialları hərtərəfli araşdırılaraq belə bir qənaətə gəlinmişdir ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli, 2-703/20 saylı “Əmək pensiyalarının təyin edilməsi və ya yenidən hesablanması ilə bağlı işlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsi nəticəsində belə mübahisələrə baxılarkən məhkəmələrdə aparılan araşdırmanın qaydasına və həcminə dair bir sıra məsələlərin dəqiqləşdirilməsi barədə” icmal məktubunda qeyd edilmişdir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının görüdüyü iş, tutduğu vəzifə və mlaik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğ (eyniliyi) işin konkret halları (iddiaçının tutuduğu vəzifə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən icmal məktubundakı mövqeyini nəzərə alaraq, məhkəmə tərəfindən iddiaçının iş yerindən alınmış hazırki iş üzrə mübahisəli dövrlərdə işlədiyi peşənin xarakteristikası və funksiyaları barədə məlumatdan görünür ki, Cavabdeh “Bakıtuneltikinti” İdarəsinin 2 №-li Tikinti-Quraşdırma İdarəsində 25.05.1981-ci il tarixdən 01.08.1983-cü il tarixinədək yeraltı keçid mexanizm və komplekslərinin (qazma qurğularının) quraşdırıcı çilingəri, 01.06.1984-cü il tarixdən 15.03.1991-ci il tarixədək yeraltı şəraitində quraşdırıcı çilingər peşələrində çalışdığı əmək şəraiti ağır və zərərli yeraltı şəraitinə aiddir. Quraşırıcı çilingər peşəsinin əmək şəraiti, xarakteristikası və funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1-ci Dağ-mədən işləri bölməsinin 1.1.2-ci Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər hissəsinin a) fəhlələr bəndində əks olunan yeraltı dağ-keçid avadanlığının elektrik çilingəri (çilingərlər) peşəsinin əmək şəraiti, xarakteristikası və funksiyaları ilə eynilik təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi 25.05.1981-ci il tarixindən 01.08.1983-cü il tarixinədək yeraltı keçid mexanizm və komplekslərinin (qazma qurğularının) quraşdırıcı çilingəri, 01.06.1984-cü il tarixdən 15.03.1991-ci il tarixədək yeraltı şəraitində quraşdırıcı çilingər peşələrinin adları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1-ci Dağ-mədən işləri bölməsinin 1.1.2-ci hissəsinin müvafiq bəndlərində nəzərdə tutulmasa da, onun işlədiyi peşənin xarakteristikası və funksiyaları 1.1.2-ci hissəsinin a) fəhlələr bəndində əks olunan yeraltı dağ-keçid avadanlığının elektrik çilingəri (çilingərlər) peşəsinin əmək şəraiti, xarakteristikası və funksiyaları ilə eynilik təşkil etdiyindən, həmin dövrlər iddiaçının güzəştli iş stajına daxil edilməlidir. Digər tərəfdən məhkəmə Filialın Cavabdeh 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının olmamasına istinad etsə də, iddiaçının pensiya hüququ “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə əsasən deyil, 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinin tələblərinə əsasən əldə edilmişdir. Məhkəmə tərəfindən qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edilir ki, qarşılıqlı iddianın predmetini iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa olunması və dayandırıldığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi təşkil etdiyindən, ilkin iddia üzrə isə artıq məhkəmə tərəfindən iddiaçıya təyin olunmuş pensiya ödənişinin dayandırılması ilə bağlı dəlillərə hüquqi qiymət verilərək, dayandırılma ilə bağlı dəlillər əsassız hesab edildiyindən, eləcə də, məhkəmə araşdırması zamanı iddiaçının 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən (axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır) güzəştli şərtlərlə pensiya hüqunun olması öz təsdiqini tapdığından, qarşılıqlı iddia əsaslı hesab edillməklə təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçası, şəxsiyyət vəsiqəsi, "xxxx" QSC tərəfindən verilmiş A/188 nömrəli, 14 iyul 2021-ci il tarixli, 40 N-10/3-1328 nömrəli, 25 oktyabr 2021-ci il tarixli arayışlardan müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla, 05.01.2016-cı il tarixdə 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd edilən maddəsinin tələbinə əsasən müəyyən edilmiş yaş həddinə - 57 yaşına çatmış və həmin vaxt onun 25 ildən artıq ümumi və 12 ildən 6 aydan artıq xüsusi əmək stajı olmuşdur. Beləliklə, cavabdeh inzibati orqan apardığı icraat zamanı işin yuxarıda qeyd edilən hallarına düzgün qiymət verməmiş, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırılma aparmış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə qanunsuz və əsassız olaraq iddiaçının pensiya ödənişini dayandırmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi əsassız hesab edilməklə rədd edilməli, qarşılıqlı iddia tələbi isə əsaslı hesab edilməklə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İlkin iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh təyin olunmuş güzəştli şərtlərlə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa olunması və dayandırıldığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar