Məhkəmə qərarları › İş №2-1(112)-8515/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8515/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8515/2024 04.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrlərin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və əmək haqqının xalis məbləğinin ona ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin iddiaçıya vermiş olduğu xidməti cəza (töhmət), 19 mart 2024-cü il tarixli 3-13- 17/Ə(ş/h)385/2024 saylı nömrəli əmrlərinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün orta əmək haqqının xalis (bütün tutulmalar çıxıldıqdan sonra, yekun məbləği rəqəmlə göstərməklə) məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və işçinin işdən qanunsuz çıxarılması hallarına qarşı birbaşa əlaqədar orqan olduqları üçün Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və X8 Xidmətinin Bakı şəhər idarəsinin cəlb olunmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin X5 Şöbəsində MMX üzrə mühafizəçi vəzifəsində işləyirdi. O, həmin vəzifə üzrə əmək fəaliyyətinə 2011-ci ildən etibarən başlamışdır. İşlədiyi müddət ərzində barəsində heç bir intizam tənbehi tətbiq olunmamış, daima işində məsuliyyətli olmuş və verilən tapşırıqları vaxtında icra etmiş, hər zaman xidmət etdiyi orqanın şərəfli adını yüksək tutmağa səy göstərmişdir. Nümunəvi ailə başçısı olmaqla, hazırda iki azyaşlı övlad sahibidir. 2023-cü ilin sonlarında X1 neqativ hallar barədə Baş Mühafizə İdarəsinin rəhbərliyinə bir məlumat xarakterli məktub göndərdi. Daha öncə qəbulunda olduğu zaman, baş idarə rəhbərliyi özü söyləmişdir ki, iş yerinizdə hər hansı bir neqativ hallar olarsa, şəxsən onu hər hansı üsulla olur olsun məlumatlandırın. İddiaçı da öz növbəsində o sözdən yola çıxaraq birbaşa baş idarə rəhbərliyinə ərizə ilə mövcud vəziyyət haqqında məlumat verdi. Müraciəti əsasında baş idarə rəhbərinin göstərişi ilə təşkilati inspeksiya şöbəsi məsələni yerində araşdırmaq üçün Kürdəmir və Ağsu rayonlarına bir nümayəndə ezam etdi. Şöbə tərəfindən müraciəti ilə bağlı “araşdırma” aparılıb rəhbərliyə məruzə edildi. Məruzədə müraciətinin əsassız olduğunu baş idarə rəhbərliyinə öz isdədikləri “qayda” ilə əsaslandıraraq onun üçün intizam tənbehi (töhmət) verilməsi istənilib. Bu istək əsasında baş idarə rəhbərinin əmri ilə birbaşa töhmət verilib. İddiaçı da öz növbəsində neqativ hallarla bağlı bildirdiyi müraciətə cavab olaraq verilmiş töhmətlə razılaşmayaraq, statusca mülki işçi (fəhlə) hesab olduğu üçün, qanuni prosedur qaydası olaraq X8 Xidmətinə “e-Sosial" tətbiqi vasitəsi ilə rəsmi qaydada etiraz ünvanladı. Bu səbəbdən 08 mart 2024-cü il tarixində Baş Mühafizə İdarəsinə çağrılaraq yuxarıda qeyd olunan məsələlərlə bağlı baş idarə rəhbərliyinin qəbuluna salındı. Qəbul zamanı bildirildi ki, ‘‘X6 çalışdığın üçün güc strukturunun sənə verdiyi əmrlə bağlı dövlətin hər hansı bir mülki qurumuna şikayət edə bilməz. Statusca mülki işçi olmağı da buna əsas vermir. Get, iş yoldaşların necə gecə növbəsində, istirahət günlərində işləyir, sən də onlar kimi o qaydada xidmətinə çıx.” Bu da onun əmək müqaviləsinə ziddir. Halbuki, əmək müqaviləsində iş vaxtı həftəlik 40 saatdan artıq olmamaqla, yalnız gündüz növbəsi işləməli olduğu göstərilmişdir. Qəbulun yekunu olaraq, ona “hamı necə, sən də elə işləməlisən” göstərişi verildi. Növbəti iş həftəsində, 11 mart 2024-cü il tarixində Ağsu rayonunda yerləşən xidmətin bölünməsi yerinə gələrək, həmişəki kimi səhər saat 08:30 radələrində orada oldu. Bildirildi ki, axşam saat 17:00-da gecə növbəsinə gəlməlidir. O, də öz növbəsində belə bir iş rejiminin onun əmək müqaviləsində göstərilən şərtlərə uyğun olmadığını bildirdi. Beləcə həftə içi 5 (beş) gün müqavilənin şərtlərinə uyğun olaraq, qanunamüvafıq şəkildə iş bölgü yerinə getdiyinə baxmayaraq, xidmətə yazmaqdan imtina edib geri qaytarırdılar. Odur ki, sübut olaraq xidməti bölgü yerinə getdiyini əks etdirən 2 (iki) video material çəkmişdir. Həmin müddət ərzində iş bölgüsü (“razvod”) edilən zaman, komandir heyəti öz səlahiyyətlərindən “istifadə” edərək kollektivə bildirirdilər ki, “Abasov xidmətə çıxmaqdan imtina edir” və bu səbəbdən əleyhinə akt tərtib etmək üçün boş bir “A4” vərəqinə qanunsuz olaraq imzalar çəkdirilirdi. Mart ayının 18-i, həftənin bazar ertəsi günü yenidən iş bölgüsü yerinə getdi. Ötən həftədə olduğu kimi, həmin gündə eyni proses təkrarlandı. Növbəti gün, 19 mart 2024-cü il tarixində komandir heyəti kollektivi onunla birgə toplayaraq səhər təlimatı zamanı əməkdaşlara əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq işdən qovulmağı haqqında olan 3-13-17/Ə(ş/h)385/2024 saylı nömrəli əmri səsli şəkildə elan etdilər. Əmr elan olunan zaman belə aydın oldu ki, əmək müqaviləsində nəzərdə tutulan vaxtlardan kənar vaxtda işə cəlb edilməyinə olan etirazı “xidmətə gəlməməyi kimi nəzərə alınmış”, həmçinin baş idarədə qəbulda olduğu zaman “kəmərdən istifadə etməməyi”, üzünü görmədiyi “həmkarlar birliyinin birgə qərarı” və bütün bunlar “baş idarənin nüfuzuna xələl gətirilmək” kimi qiymətləndirilərək müqaviləmə xitam verilib.

3. Cavabdeh X5 Şöbəsinin iddiaçının müraciətinə imtinasında bildirilmişdir ki, “İşlədiyiniz müddətdə Baş Mühafizə İdarəsi tərəfindən Sizə verilmiş xidməti cəza (töhmət) müvafiq qaydada mübahisəli məsələlər olduqda yalnız adiyyati orqanlara təqdim oluna bilər”.

4. Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin 19 mart 2024-cu ıl tarixli 3-13- 17/Ə(ş/h)385/2024 nömrəli əmrindən çıxarışa əsasən İddiaçı 19 mart 2024-cu ıl tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) X5 Şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsindən azad edilmişdir.

5. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, BMİ-nin xx.xx.2024-cü il tarixli, Əş/h-385- 24 saylı əmri ilə X5 Şöbəsinin mülki mühafizəçisi X7 X6 xidmətdən xaric edilmişdir. Belə ki, iddiaçı Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin X4 Şöbəsində xx.xx.2011-ci il tarixdən etibarən Mülki Mühafizə xidməti üzrə mühafizəçi vəzifəsinə təyin edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh müvafiq əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən hazırkı iddiaçı X7 ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Bununla da müəyyən edilir ki, iddiaçı X7 ilə cavabdeh Azərbaycan Respublikası Cavabdeh arasında əmək münasibətləri mövcud olmuşdur. Məhkəmə mübahisələri üzrə cavabdeh qurumun inzibati orqan olub-olmamasından asılı olmayaraq, iddiaçı dövlət qulluğunda (o cümlədən dövlət qulluğunun xüsusi növü və s.) vəzifə tutmadığı halda, əmrin ona aid hissədə mübahisələndirilməsi tələbi üzrə hazırkı mübahisə publik deyil, mülki xarakterli qiymətləndirilir. Odur ki, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s” tələbinə dair iddiasının mümkün sayılmaması xahiş edilir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İİ. İddianın mümkünlüyü

8. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

9. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

10. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianı mümkün saymır:

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən:

4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

13. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-i maddəsinə əsasən əmmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 70-ci maddəsinə görə əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

14. Əmək qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, əmək müqaviləsinin ləğv olunması barədə əmrin (sərəncam, qərar) ləğvi ilə əlaqədar mübahisələr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən həll edilə bilər. Belə olan halda, əmək müqaviləsinin ləğv edilməsi və əmək münasibətləri ilə bağlı öhdəliklərə xitam verilməsi ilə əlaqədar məhkəmə mübahisələrinə mülki qanunvericiliyin tələbləri qaydasında mülki mühakimə icraatı qaydasında baxılır.

15. Məhkəmə müəyyən edir ki, cavabdeh inzibati orqan olsa belə, ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, iddiaçı ilə arasındakı əmək münasibətlərindən irəli gəlir. Belə ki, Cavabdehndə iddiaçının dövlət qulluğunda (o cümlədən dövlət qulluğunun xüsusi növü və s.) vəzifə tutması halı yox, onunla bağlanmış əmək müqaviləsinə əsasən yalnız əmək münasibətləri mövcud olmuşdur.

16. Odur ki, iddiaçıya müvafiq ərizə ilə ümumi məhkəməyə (Ağsu rayon məhkəməsinə) müraciət etmək hüququ izah olunsun.

17. Məhkəmə xüsusilə qeyd edir ki, iddia mümkünlük qaydalarına riayət edilmədən qaldırıldığından ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəməyə göndərilməsi zəruri hesab edilməmişdir.

18. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

19. İddia mümkün sayılmadığından iş üzrə inzibati məhkəmə icraatına cəlbetmə ilə bağlı iddia tələbinin vəsatət xarakterli ikinci hissəsinə münasibət bildirilməmişdir.

20. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar