Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-852/2021 08.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmə binasında (Bakı şəhəri, H.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsi tərəfidən qəbul olunmuş 18.02.2020-ci il tarixli **********345500 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin 18.02.2020 tarixli **********345500 saylı qərarına əsasən İddiaçı MMC bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqında görə 1.349,11 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik üzrə 3.438,15 manat təşkil edir. Bildirirlər ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, qeyd olunan rübdə "İddiaçı” MMC-nin fəaliyyəti olmamışdır. Belə ki, İddiaçı MMC-nin əsas fəaliyyətini təmin edən ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın icarəsi haqqında 14 aprel 2014-cü il tarixli, 3M-260 reyestr nömrəli “icarə müqaviləsi” 21 noyabr 2018-ci il tarixli 3M-924 reyestr nömrəli “icarə müqaviləsinin ləğvi haqqında” sazişə əsasən ləğv edilmişdir. Eyni zamanda qərarın aid edildiyi rübdə Cəmiyyətin fəaliyyəti dayandırılmış, heç bir təsərrüfat fəaliyyəti olmamışdır. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul olunmuş 18.02.2020 tarixli **********345500 saylı qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Baş İdarənin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18.02.2020-ci il tarixli **********345500 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh irəli sürülən iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara, hüquq normalarına və Mülki Prosessual Məcəllənin 47.2-ci və İnzibati Prosessual Məcəllənin 47.2 və 48.2-ci maddəsinə əsaslanaraq etiraz edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Vergi Məcəlləsinin 37.1 -ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 37.4-ci maddəsinə əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Bildirirlər ki, iddiaçı tərəfindən Booking.com B.V şirkətinə 2019-cu ilin müvafiq dövrləri üzrə ödənilmiş xidmət haqqı məbləğlərindən (ÖMV və qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə) ƏDV-nin hesablanmadığı və bəyannamələrin müvafiq sətirlərində əks etdirilmədiyi müəyyən edilmiş bu da, kənarlaşmanın yaranmsına səbəb olmuşdur. Belə ki, iddiaçınin 2019-cu ilin ilk 6 ayı ərzində Booking platforması vasitəsi ilə 58961,16 manat gəlirin əvəzində Booking platformasına xidmət haqqı ilə əlaqədar ödəniş edərək ödənilmiş məbləğin Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən ÖMV-yə cəlb edilmədiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 169.1-ci maddəsinə görə, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə, bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb edilir. Qeyri-rezidentin ƏDV öhdəliyinin yerinə yetirilməsi prosesi agent qaydasında baş verir: Vergi Məcəlləsinin 169.2-ci maddəsində göstərilir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan hər hansı şəxs bu maddənin məqsədləri üçün vergi agenti sayılır. Vergi agenti isə Vergi Məcələsinə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir. Qeyd edilənlərlə ələqədar iddiaçıya 21.01.2020-ci il tarixli **********863900 saylı Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğur səbəbi ilə bağlı əsaslandırılmış izahat, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cı maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin iyun ayı üçün qeydiyyatc alınmaya qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisi üzrə 1349,11 manat vergi hesablanmış və bu barədə vergi ödəyicisinə 18.02.2020-ci il tarixi **********345500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarınır hesablanması barədə" Qərar göndərilmişdir. Bundan başqa, iddiaçı 18.03.2020-ci il tarixdə Vergilər Nazirliyinə müraciət edərək 18.02.2020-ci il tarixli **********345500 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Müraciətə cavab olaraq, həmin qərara əsasən hesablanmış vergi məbləğnin ləğv edilməsinə əsas verən dəlilər və əsaslandırılmlış izahat təqdim edilmədiyindən kameral vergi yoxlamas ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsi ilə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatların və sənədlərin təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 83.2.4-cu maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansi digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardir. Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 77-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmçinin Vergi Məcəlləsinin 78-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Əvvəlki məhkəmə hazırlıq icraatı iclasında iddiaçınln nümayəndəsi vəkil X2 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X3 iddiaya dair verilmiş yazılı etirazda göstərilənlərdən əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən Booking.com platformasına xidmət edərək hər sifariş üzrə göstərilən xidmətə əsasən 15 % komissiya ödənilmiş, lakin həmin əməliyyatlar üzrə ödəmə mənbəyindən vergi ödənilməmiş və bəyənnamədə də öz əksini tapmamışdır. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Həmin Məcəllənnin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Qanunun tələbi baxımından inzibati orqan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 21 yanvar 2020-ci il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubdan görünür ki, vergi orqanı tərəfindən aparılan araşdırma zamanı iddiaçıya Booking.com B.V şirkətinin qeydiyyatda olduğu X4 Administrasiyasından daxil olmuş məlumatlarda həmin platformadan 2018-ci il üzrə 52142,50 manat, 2019-cu il üzrə 58961,20 manat gəlirin əldə edilməsi qeyd olunmasına baxmayaraq iddiaçı tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2018-ci il üçün üçün 18331,53 manat, 2019-cu il üçün üçün 21953,02 manat dövriyyənin göstərilməsi, o cümlədən elektron ticarət üzrə dövriyyənin 0,0 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olması bildirilərək, qeyd edilən dövrlərdə Booking.com B.V şirkəti vasitəsilə əldə olunan gəlirlərdən ödənilən komissiyon haqlarından ödəmə mənbəyindən vergilər və qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış ƏDV məbləğləri tutulmamış və bununla bağlı müvafiq bəyannamələr təqdim edilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirildiyi, qeyd olunanalarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş və ya cari vergi bəyannamələrinin, qeyd olunan dövrlər üzrə bank hesablarından çıxarışların, ətraflı izahat məktubu və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin 5 gün ərzində təqdim olunması tələb olunmuşdur. İş materialllarından müəyyən edilir ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18.02.2020-ci il tarixli **********345500 saylı Qərarı ilə İddiaçı MMC-də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaq şərtilə vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi, sığorta haqqı və ya cari vergi ödəməsi məbləğindən 0,1 faizi məbləğində faiz tutulması əsası ilə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında Qərar qəbul edilmişdir. Məhkəmə hazırkı məhkəmə icraatında əldə olunan sübutlar və gətirilən dəlillərə mövcud qanunvericiliyin aşağıda sadalanan normalarının tələbi baxımından qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən əsaslı olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarınır hesablanması barədə" əsaslı qərar qəbul edilmişdir. Belə ki, 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisini vəzifələri sırasına daxildir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarıdır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Göründüyü kimi qeyd edilən uyğunsuzluqlarla ələqədar iddiaçıya 21.01.2020-ci il tarixli **********863900 saylı Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluqlar səbəbi ilə bağlı əsaslandırılmış izahat, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cı maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin iyun ayı üçün qeydiyyata alınmaya qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisi üzrə 1349,11 manat vergi hesablanmış və bu barədə vergi ödəyicisinə 18.02.2020-ci il tarixi **********345500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarınır hesablanması barədə" Qərar göndərilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsi tərəfidən qəbul olunmuş 18.02.2020-ci il tarixli **********345500 saylı qərarın məhkəmə qaydasında ləğv edilməsini tələb edir. Məhkəmə iddiaçının tələbinin əsası olaraq qeyd olunan rüb ərzində "İddiaçı” MMCnin fəaliyyətinin dayandırıldığı, heç bir təsərrüfat fəaliyyəti olmadığına dair arqumentini əsassız hesab edir. Belə ki, məhkəmə tərəfindən iddiaçıya məxsus şəxsi hesab vərəqəsinə baxış keçirilərkən cəmiyyətin fəaliyyətdə olduğu, göstərdiyi xidmətə əsasən ödənilən xidmət haqqı məbləğlərindən ƏDV-nin hesablanmadığı və buna müvafiq olaraq ödəmə mənbəyindən vergiyə cəlb olunmadığı müəyyən edilmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəllənin 125.1.5-ci maddəsinə görə qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan rezident müəssisəsinin və ya sahibkarın muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlərlər, o cümlədən bu Məcəllənin 13.2.16.3-cü, 13.2.16.10-cu (Azərbaycan Respublikasında saxlanılan və ya istifadə edilən əmlak üçün alınan royalti şəklində gəlir istisna olmaqla), 13.2.16.12-ci (Azərbaycan Respublikasındakı daşınmaz əmlakın icarəyə verilməsindən əldə edilən gəlir istisna olmaqla) və 13.2.16.14-cü maddələrində göstərilən xidmətlərdən alınan gəlir və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlərlərdən 10 faiz miqdarında vergi tutulur. Məhkəmə cavabdehin nümayəndəsi X1 izahatında qeyd etdiyi iddiaçı tərəfindən Booking.com platformasına xidmət edərək hər sifariş üzrə göstərilən xidmətə əsasən 15 % komissiya ödənilməsi məsələsini booking.com internet səhifəsindən araşdırarkən müəyyən etmişdir ki, booking.com platformasının komissiya faizinin hər ölkəyə görə dəyişdiyi, qlobal komissiya nisbətinin ortalaması, sənayedəki ən aşağı göstəricilər arasında 15% və əmlakı növünə və ya yerə görə dəyişir. Məhkəmə cavabdehin vergi agenti hesab edilən İddiaçı MMC tərəfindən ona ödənilən xidmət haqqından 15% komissiyanın Booking.com tərəfindən çıxılmaqla ödənilməsi mülahizəsinin ağlabatan olduğu qənaətinə gəlməklə əsaslı hesab edir. Həmin Məcəllənin 169.1-ci maddəsinə görə ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə, bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. Həmin Məcəllənin 169.2-ci maddəsinə görə ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan hər hansı şəxs bu maddənin məqsədləri üçün vergi agenti sayılır. Həmin Məcəllənin 169.3-cü maddəsinə görə bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi agenti qeyri-rezidentə ödənməli olan məbləğə ƏDV hesablamalı və ödəməlidir. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 169.4-cü maddəsinə görə vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDVnin məbləğini əvəzləşdirmək hüququnu verən elektron vergi hesab-fakturadır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-852/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-852/2021
08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver