Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8523/2025 15.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dəmir yol xəstəxanası cərrahiyyə şöbəsinin epikrizində (forma 27-də) göstərilən xəstəliklərinə görə İİ qrup əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə xx.xx.2024-cü il tarixli göndəriş tarixindən 10 gün müddətində əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin) müəyyən edilməsi” kimi dəyişdirilmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1974-cü ildə Goranboy rayonunda anadan olmuşdur. xx.xx.1992-ci il tarixdə Xətai Rayon Hərbi Komissarlıq tərəfindən hərbi xiddmətə çağrılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək xidmət keçmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissənin tərkibində xidmət keçmişdir. Füzuli rayon istiqamətində gedən döyüşlərdə xx.xx.1994-cü il tarixdə xəsarət almışdır. 1994-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi nəticəsində Xəstəliyin səbəbinin diaqnozu və müəyyən edilməsi (yaralar, koitus, xəsarətlər) Sağ çiyin qurşağının yarasından (8.4.1994) açılan güllənin nəticələri kürək sümüyünün parçalanmış sınığı, travmatik pleksit və acherasiya ilə sağ brakiyal pleksusun budaqlarının zədələnməsi (8.4.1994) yaraların ilkin cərrahi müalicəsi, ağır sağ limfunksiyası diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən, İddiaçı aldığı travmanın hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı öz təsdiqini tapmışdır. Əlillik dərəcəsinin qiymətləndirilməsi zamanı ona 1994-cü il tarixdən 1996-cı il tarixədək müddətli 1 il müddətində Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı öz təsdiqini tapmışdır, İİ-ci dərəcəli əllilik təyin edilmişdir. Uzunmüddətli stasionar müalicələr müsbət effekt verməmişdir, ona görə də xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar (müddətsiz əmək qabliyyəti yoxdur) İİ-ci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əyani baxışa çağrılmışdır, qoyulan diaqnoz: Sağ bazu nahiyyəsinin dəlib keçən güllə yarası. Sağ kürək sümüyünün çox qəlpəli sınığımdan pleksit.Sağ y/atrafın funksiya pozğunluğu. Əlilliyin müəyyən olunması meyarı: İİ -ci dərəcəli əlillik => DİGƏR: Sağ bazu nahiyyəsinin dəlib keçən güllə yarası.Sağ kürək sümüyünün çox qəlpəli sınığından s/v. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar Müddətsiz, Əmək qabiliyyətsizdir, lakin xüsusi yaradılmış şəraitdə işləyə bilər İİ-ci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə əlilliyinin təkrar qiymətləndirilməsi zamanı cavabdeh inzibati orqan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən “Sağ bazu nahiyyəsinin dəlib keçən güllə yarası. Sağ kürək sümüyünün çox qəlpəli sınığından s/v.Sağ tərəfli pleksif” diaqnozu təyin edilmişdir. Lakin 5 il müddətinə yüngül işlərdə işləyə bilməklə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ-cü dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti xx.xx.2024-cü il tarixinədək müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixdə keçirilən qiymətləndirmə zamanı cavabdeh inzibati orqan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2025-ci il tarixdə imtina cavabı verilmişdir. Səbəb: Diaqnoz əlillik alaməti təyin etməməsi. Ətraflı: “Dioqnoz əlillik əlaməti təyin etmir” barədə qarar qəbul edilmişdir. Sağ çiyin qurşağının odlu silah yaralanmasından sonrakı vəziyyət. Sağ kürək sümüyünün bitişmiş sınığından sonrakı vəziyyət. Sağ bazu oynağının kaskin yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 5 daraca). Sağ yuxarı ətrafın dərin süst parezi (azələ gücü 0-2 bal). Sağ yuxarı ətrafın hərəki funksiyasının mühüm dərəcədə pozulması. Sensonevral ağıreşitmə İİİ dərəcə. Əlillik əlaməti təyin etməməsi səbəbindən təkrar əlilliyin təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və buna görə də ona təyin edilmiş əlillik dərəcəsi bərpa edilməlidir.
4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbi barədə inzibati iş üzrə bildiririk ki, Zaur Müzəddin oğlunun (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 812 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ bazu kələfinin zədələnməsi, kürək sümüyünün sınığı ilə nəticələnən güllə yaralanması. Sağtərəfli travmadan sonrakı pleksit, sağ yuxarı ətrafın funksiyasının pozulması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına sağ yuxarı ətrafında sarğı və hər iki qulağında eşitmə cihazı ilə daxil olmuş, sağ yuxarı ətrafda ağrıdan şikayətlənmişdir. Təqdim edilmiş EMQ müayinə nəticəsinə əsasən yalnız median sinirin zədələnməsi qeyd edilmiş, (klinik əlamətlər ilə uyğun) bu da əlillik təyinatına əsas verməmişdir. Müayinə zamanı sağ çiyində çox kiçik, kürək nahiyəsində kobud, sağ saiddə iki ədəd çapıq izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst olmuşdur. Nevroloji statusunda yuxarı ətraflarda əzələ inkişafı paralel, sağ çiyin qurşağında cüzi asimmetriya qeyd edilmiş, reflekslər sağtərəfli cüzi sönük, atrofiya, parez müşahidə edilməmişdir. Vətəndaş nevroloji müayinənin aparılmasına tam icazə verməmiş, ağrılarının olduğunu söyləmişdir. X9 xx.xx.2024-xx.xx.2024-cü il tarixli 3990 nömrəli Çıxarışında diaqnoz “Sinir köklərinin və kələflərinin zədələnməsi. Sağ çiyin qurşağının odlu silah yaralanmasından sonrakı vəziyyət. Sağ yuxarı ətrafın dərin süst parezi. Nevrasteniya. Sensonevral ağıreşitmə İİİ dərəcə. Sağ çiyin kürək nahiyəsinin güllə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Təqdim etdiyi, xx.xx.2024-cü il tarixli Beyinin MRT müayinəsinin nəticəsi “Serebral strukturlar patologiyasızdır. Hər iki maksillar sinusda, etmoid hücrələrdə, frontal sinusun hər iki yarısında, sfenoid sinusun sağ yarısında mukozal qalınlaşmalar, sağ maksillar sinusda kiçik ölçülü retension kista” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli ********** AB30766/24 nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sağ kürək sümüyü üzərində, sağ bazu oynağının ön səthlərində dartıcı çapıq toxumaları, sağ kürək sümüyünün bitişmiş sınığı, sağ bazu oynağının kəskin yaxınlaşdırıcı kontrakturası (uzağlaşma 5˚), sağ bazu kələfinin zədələnməsi, sağ yuxarı ətrafla aktiv hərəkətinin olmaması, edə bilməməsi, funksiyasının pozulması, daimi ağrı sindromu ilə” kimi qeyd olunmuşdur. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli Sağ bazu oynağının AP proyeksiyada Rentgenoqramma müayinəsinin nəticəsi “Sağ kürək sümüyü qanadı infaretirunda lokal sümük deformasiyası və 5 mm ölçülü sümük defekti aşkar edilir: Posttravmatik dəyişiklik” kimi qeyd edilmişdir. X8 xx.xx.2024-cü il tarixli EMQ müayinəsinin nəticəsi “Hər iki yuxarı ətraf incələndi. Median motor sinir sağdan keçiricilik sürətinin enməsi, distal latansın uzanması ilə qeydə alındı, Median sensor sinir sağdan amplitudun enməsi ilə qeyd olundu. Ulnar motor sensor sinirlər bilateral normal dəyərlərlə qeyd olundu. Radial motor sinir sağdan sol ətrafla müqayisədə amplitudun enməsi ilə qeyd olundu. Radial sensor sinir cavab potensialı sağdan alınmadı. Soldan normal dəyərlərlə qeyd olundu. İynə EMQ-si EDC, EİP, ABP, FCU, Deltoid, biseps əzələlərindən aparıldı. İradi aktivlik zamanı geniş, polifazik, seyrəlmiş MÜP-lər izlənildi. Spontan aktivlik zamanı EDC və EİP-də denevrasiya potensialları (fibpoz) qeyd olundu. Bu göstəricilər sağdan Median motor sensor sinirin demielinizasiyası. Radial motor sensor sinirin sağdan aksonal neyropatiyası ilə uyumludur” kimi qeyd olunmuş, yalnız median sinirin zədələnməsi təsdiqlənir, bu da əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq 50db, sol qulaq 50db” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
5. TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2015-ci il tarixdə aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Diaqnoz: Sağ bazu nahiyəsini dəlib keçən güllə yarası. Sağ kürək sümüyünün çox qəlpəli sınığından s/v. Sağ tərəfli pleksit. Sağ y/ətrafın funksiya pozğunluğu; Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər- Sağ bazu nahiyəsini dəlib keçən güllə yarası. Sağ kürək sümüyünün çox qəlpəli sınığından s/v.” ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Diaqnoz: Sağ bazu nahiyəsini dəlib keçən güllə yarası. Sağ kürək sümüyünün çox qəlpəli sınığından s/v. Sağ tərəfli pleksit; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.2.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2)” 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqonozun əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 3-17-4/3-3-1095/2025 saylı 14 fevral 2025-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
7. Bakı şəhər sakini xx.xx.1974-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 812 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ bazu kələfinin zədələnməsi, kürək sümüyünün sınığı ilə nəticələnən güllə yaralanması. Sağtərəfli travmadan sonrakı pleksit, sağ yuxarı ətrafın funksiyasının pozulması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına sağ yuxarı ətrafında sarğı və hər iki qulağında eşitmə cihazı ilə daxil olmuş, sağ yuxarı ətrafda ağrıdan şikayətlənmişdir. Təqdim edilmiş EMQ müayinə nəticəsinə əsasən yalnız median sinirin zədələnməsi qeyd edilmiş, (klinik əlamətlər ilə uyğun) bu da əlillik təyinatına əsas verməmişdir. Müayinə zamanı sağ çiyində çox kiçik, kürək nahiyəsində kobud, sağ saiddə iki ədəd çapıq izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst olmuşdur. Nevroloji statusunda yuxarı ətraflarda əzələ inkişafı paralel, sağ çiyin qurşağında cüzi asimmetriya qeyd edilmiş, reflekslər sağtərəfli cüzi sönük, atrofiya, parez müşahidə edilməmişdir. Vətəndaş nevroloji müayinənin aparılmasına tam icazə verməmiş, ağrılarının olduğunu söyləmişdir. X9 xx.xx.2024-xx.xx.2024-cü il tarixli 3990 nömrəli Çıxarışında diaqnoz “Sinir köklərinin və kələflərinin zədələnməsi. Sağ çiyin qurşağının odlu silah yaralanmasından sonrakı vəziyyət. Sağ yuxarı ətrafın dərin süst parezi. Nevrasteniya. Sensonevral ağıreşitmə İİİ dərəcə. Sağ çiyin kürək nahiyəsinin güllə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Təqdim etdiyi, xx.xx.2024-cü il tarixli Beyinin MRT müayinəsinin nəticəsi “Serebral strukturlar patologiyasızdır. Hər iki maksillar sinusda, etmoid hücrələrdə, frontal sinusun hər iki yarısında, sfenoid sinusun sağ yarısında mukozal qalınlaşmalar, sağ maksillar sinusda kiçik ölçülü retension kista” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli ********** AB30766/24 nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sağ kürək sümüyü üzərində, sağ bazu oynağının ön səthlərində dartıcı çapıq toxumaları, sağ kürək sümüyünün bitişmiş sınığı, sağ bazu oynağının kəskin yaxınlaşdırıcı kontrakturası (uzağlaşma 5˚), sağ bazu kələfinin zədələnməsi, sağ yuxarı ətrafla aktiv hərəkətinin olmaması, edə bilməməsi, funksiyasının pozulması, daimi ağrı sindromu ilə” kimi qeyd olunmuşdur. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli Sağ bazu oynağının AP proyeksiyada Rentgenoqramma müayinəsinin nəticəsi “Sağ kürək sümüyü qanadı infaretirunda lokal sümük deformasiyası və 5 mm ölçülü sümük defekti aşkar edilir: Posttravmatik dəyişiklik” kimi qeyd edilmişdir. X6 xx.xx.2024-cü il tarixli EMQ müayinəsinin nəticəsi “Hər iki yuxarı ətraf incələndi. Median motor sinir sağdan keçiricilik sürətinin enməsi, distal latansın uzanması ilə qeydə alındı, Median sensor sinir sağdan amplitudun enməsi ilə qeyd olundu. Ulnar motor sensor sinirlər bilateral normal dəyərlərlə qeyd olundu. Radial motor sinir sağdan sol ətrafla müqayisədə amplitudun enməsi ilə qeyd olundu. Radial sensor sinir cavab potensialı sağdan alınmadı. Soldan normal dəyərlərlə qeyd olundu. İynə EMQ-si EDC, EİP, ABP, FCU, Deltoid, biseps əzələlərindən aparıldı. İradi aktivlik zamanı geniş, polifazik, seyrəlmiş MÜP-lər izlənildi. Spontan aktivlik zamanı EDC və EİP-də denevrasiya potensialları (fibpoz) qeyd olundu. Bu göstəricilər sağdan Median motor sensor sinirin demielinizasiyası. Radial motor sensor sinirin sağdan aksonal neyropatiyası ilə uyumludur” kimi qeyd olunmuş, yalnız median sinirin zədələnməsi təsdiqlənir bu da əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq 50db, sol qulaq 50db” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
7. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyularaq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 həvalə edilmişdir: iddiaçı canlı müayinə olunmaqla onda
1. XBT 10 kodu T92.6 “Yuxarı ətrafın əzilməsinin və travmatik amputasiyanın nəticələri” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, 13.3.1-13.3.21 qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir?
2. XBT 10 kodu G54.0 “Bazu kələfinin zədələnməsi” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, aşakıdakı qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 6.9.1. bazu kələfi (dominant ətrafın nəzərə alınması ilə); 6.9.2. mil və qoltuqaltı sinirlər (dominant ətrafın nəzərə alınması ilə); 6.9.3. mil və dirsək sinirləri (dominant ətrafın nəzərə alınması ilə); 6.9.4. mil və orta sinirlər (dominant ətrafın nəzərə alınması ilə); 6.9.5. dirsək və orta sinirlər (dominant ətrafın nəzərə alınması ilə); 6.9.6. mil, dirsək və qoltuqaltı sinirlər (dominant ətrafın nəzərə alınması ilə)
3. XBT 10 kodu M24.6 “Oynağın ankilozu” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, 13.3.1-13.3.21 qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir?
4. XBT 10 kodu G81-G83 “serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya)” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, 6.5.1.1-6.5.1.6 qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir?
5. XBT 10 kodu H60-H95 “Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri” aşkar edilirmi? Əgər aşkar edilirsə, aşağıdakı qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 9.1.1. 7 yaşa qədər anadangəlmə və ya qazanılmış eşitmənin zəifliyi və ya eşitmənin tam itirilməsinə yaxın azalması, yanaşı nitq pozuntuları ilə (bir qayda olaraq, ömürlük nitq qabiliyyətinin ağır pozulması); 9.1.2. daha sonra qazanılmış (8-18 yaşlarında) eşitmənin tam itirilməsi, ağır nitq pozuntuları ilə (çətin başa düşülən uca nitq, söz ehtiyatının məhdudluğu); 9.1.3. eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, digər tərəf üzrə İV dərəcə; 9.1.4. eşitmə zəifliyi İV dərəcə, ikitərəfli; 9.1.5. eşitmənin ikitərəfli tam itirilməsi; 9.1.6. psixi pozulmalarla müşayiət olunan eşitmənin tam itirilməsi və nitqin tam olmaması
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2025-ci il tarixli məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli, T 473/2025 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir: 1-6. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi müayinədən keçirilərkən “Respublika Klinik Xəstəxanası”na Bera testindən keçməyə göndərilmiş və müayinədən sonra ona “Sol tərəfli 3-4-cü dərəcəli xroniki neyrosensor ağıreşitmə, sağ tərəfli 3-cü dərəcəli xroniki neyrosensor ağıreşitmə” diaqnozu qoyulmuşdur. - Onun tibbi sənədlərinə əsasən adına “X10” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İ00194898CFP nömrəli Forma TQS №-088 göndərişdə XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: T92.4-yuxarı ətrafın sinirinin travmasının nəticələri, sağ çiyin qurşağının odlu silah yaralanmasından sonrakı vəziyyət. Ağırlaşmalar: G54.0-bazu kələfinin zədələnməsi, G83.2-yuxarı ətrafın monoplegiyası, sağ yuxarı ətrafın dərin süst parezi (əzələ gücü 0-2 bal), M24.5-oynaqların kontarkturası, sağ bazu oynağının kəskin yaxınlaşdırım kontrakturası (uzaqlaşma 5 dərəcə), sağ yuxarı ətrafın hərəki funksiyasının mühüm dərəcədə pozulması, H90.3-eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, sensonevral ağıreşitmə İİİ dərəcə. Yanaşı xəstəliklər: S42.1-kürək sümüyünün sınığı, sağ kürək sümüyünün bitişmiş sınığından sonrakı vəziyyət, Z73.6-əmək qabiliyyətinin azalaması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, sağ yuxarı ətrafın aktiv hərəkətin olmaması, funksiyanın pozulması” diaqnoz ona stasionarda şikayətləri, anamnestik və kliniki, laborator instrumental müayinələri əsasında müəyyən edildiyindən və xəstəliklər ağırlaşaraq xroniki hala keçdiyindən onların varlığını hazırda da inkar etmək mümkün deyildir. - Qeyd edilən xəstəliklərin meyarlara görə qiymətləndirilməsi və qərardadda ekspertiza qarşısında qoyulmuş suallar əlilliyin təyininə aid olduğundan onların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
12. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.
13. Əlillik altsistemindən görünür ki, xx.xx.2025-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Həmin imtinanın səbəbi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 3-17-4/3-3-1095/2025 saylı 14 fevral 2025-ci il tarixli saylı qərarına əsasən Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
15. Hazırkı iddia məcburetmə haqqında iddiadır.
16. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
İV. Məhkəmənin mövqeyi
17. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
20. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya: - xx.xx.2015-ci il tarixdə aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Diaqnoz: Sağ bazu nahiyəsini dəlib keçən güllə yarası. Sağ kürək sümüyünün çox qəlpəli sınığından s/v. Sağ tərəfli pleksit. Sağ y/ətrafın funksiya pozğunluğu; Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər- Sağ bazu nahiyəsini dəlib keçən güllə yarası. Sağ kürək sümüyünün çox qəlpəli sınığından s/v.” ikinci dərəcəli müddətsiz əlillik təyinatı aparılmışdır. - xx.xx.2019-cu il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Diaqnoz: Sağ bazu nahiyəsini dəlib keçən güllə yarası. Sağ kürək sümüyünün çox qəlpəli sınığından s/v. Sağ tərəfli pleksit; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.2.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2)” 5 il müddətinə üçüncü dərəcəli əlillik təyinatı aparılmışdır. - xx.xx.2025-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Sağ çiyin qurşağının odlu silah yaralanmasından sonrakı vəziyyət. Sağ kürək sümüyünün bitişmiş sınığından sonrakı vəziyyət. Sağ bazu oynağının kaskin yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 5 daraca). Sağ yuxarı ətrafın dərin süst parezi (azələ gücü 0-2 bal). Sağ yuxarı ətrafın hərəki funksiyasının mühüm dərəcədə pozulması. Sensonevral ağıreşitmə İİİ dərəcə” diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası diaqonozun əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilməsi olmuşdur.
21. Göründüyü kimi, iddiaçı xx.xx.2019-cu il tarixdə DTSERA-da əyani müayinə olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3. bəndinə uyğun olaraq 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı aparılmışdır.
22. Sonuncu dəfə Tibbi-sosial ekspert komissiyası tərəfindən əyani müayinə olunmuş, həmin əyani müayinənin nəticələrinə uyğun olaraq xx.xx.2025-ci il tarixdə Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
23. Qərardan narazı qalan iddiaçı Komissiyanın qərarının ləğv edilməsi və əlilliyinin ləğv edildiyi tarixdən etibarən təyin edilməsini xahiş edir.
24. Qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi nəticəsinə onda mövcud olmuş xəstəliklərin hazırda aşkar olunmaması – klinik olaraq öz təsdiqini tapmaması əsas gətirilmiş, həmçinin təqdim edilmiş EMQ müayinə nəticəsinə əsasən “yalnız median sinirin zədələnməsi”, beyinin MRT müayinəsinin nəticəsi “Serebral strukturlar patologiyasızdır. Hər iki maksillar sinusda, etmoid hücrələrdə, frontal sinusun hər iki yarısında, sfenoid sinusun sağ yarısında mukozal qalınlaşmalar, sağ maksillar sinusda kiçik ölçülü retension kista” və audiometriya müayinəsinin nəticəsi olan “Sağ qulaq 50db, sol qulaq 50db” əlillik təyinatına əsas verməmişdir.
25. Həmin xəstəliklərin isə hazırda onda olub-olmamasının müəyyən edilməsi zərurəti ilə əlaqədar qəbul edilmiş qərardad nəticəsində Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 tərəfindən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 473/2025 saylı saylı ekspert rəyində öz təsdiqini tapmışdır ki, iddiaçıda hal-hazırda “Sol tərəfli 3-4-cü dərəcəli xroniki neyrosensor ağıreşitmə, sağ tərəfli 3-cü dərəcəli xroniki neyrosensor ağıreşitmə” xəstəliyi mövcuddur. Onda olan xəstəliklər məhkəmə-tibbi müayinəsi və stasionarda şikayətləri, anamnestik və kliniki, laborator instrumental müayinələri əsasında müəyyən edilərək “X10” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli göndərişdə XBT 10 kodu ilə qeyd edilmiş həmin diaqnozlar (Əsas diaqnoz: T92.4; Ağırlaşmalar: G54.0, G83.2, M24.5, H90.3; Yanaşı xəstəliklər: S42.1, Z73.6) ilə təsdiq edilmişdir.
26. Beləliklə, iddiaçıya dair tərtib olunan Forma 88-də əks olunmuş xəstəliklər inkar edilməmiş, əksinə ağırlaşdığı qeyd olunmuş, ekspertiza nəticəsində aşkar olunmuş “Sol tərəfli 3-4-cü dərəcəli xroniki neyrosensor ağıreşitmə, sağ tərəfli 3-cü dərəcəli xroniki neyrosensor ağıreşitmə” xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 9-cu bənd - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri – 9.1-ci yarımbənd – “Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri H60- H95” əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.
27. Məhkəmə hesab edir ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır.
28. Odur ki, iddia təmin edilməli, cavabdehin əlilliyin təyinatından imtina barədə qərarı ləğv edilməli, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə xx.xx.2024-cü il tarixli göndəriş əsasında əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin) təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
29. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
30. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə xx.xx.2024-cü il tarixli göndəriş tarixindən 10 gün müddətində əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin) müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva