Məhkəmə qərarları › İş №2-1(112)-8524/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8524/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8524/2025 03.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiya məbləğinini ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiya məbləğinini ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Filial tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, 3-17-1/2-X-27236/2025 nömrəli cavab məktubunun qanunsuz hesab edilməsi və buna səbəb olan qərarın ləğv olunması, cavabdeh təşkilat tərəfindən onun pensiya ödənişinin bərpa olunması və xx.xx.2020-ci il tarixdən qətnamə qanuni qüvvəyə minənədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, DSMF-nin Bakı şəhəri Xətai rayon Şöbəsi tərəfindən ona xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə 50 yaşı tamam olan vaxtdan əmək pensiyası təyin olunmuş və xx.xx.2020-ci il tarixə kimi pensiyanı tam şəkildə almışdır. Məlumat üçün bildirir ki, cavabdeh təşkilatın **********2 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə ona pensiya ödənişi dayandırılmış və ondan 19814,11 manat məbləğində, guya artıq ödənilmiş pulun tutulması qərara alınmışdır. Qeyd olunan qərarın, ödənilmiş 19814,11 manat məbləğində pulun geri qaytarılması hissəsi tərəfindən mübahisələndirilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4272/2022 saylı qərarı ilə onun iddia tələbinin təmin olunmuş, qeyd olunan məbləğin geri qaytarılması qeyri-qanuni hesab olunmuşdur. Qərardan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilmiş həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(103)-2878/2023 saylı qərarı ilə Bakı İnzibati Məhkəmənin qərarı qüvvədə saxlanılmışdır. Daha sonra tərəfindən Bakı İnzibati Məhkəməsinə iddia tələbi ilə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul olunmuş **********2 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması, cavabdeh təşkilat tərəfindən onun pensiya ödənişinin bərpa olunması və xx.xx.2020-ci il tarixdən qətnamə qanuni qüvvəyə minən günə qədər ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 9284/2023 saylı qərarına əsasən onun iddia tələbinin təmin edilərək ona təyin olunmuş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərar qanuni qüvvəsini almış və icra edilməsi üçün cavabdeh təşkilata göndərilmişdir. Qətnamə qismən icra edilərək cəmi iki ay, 2024-cü ilin iyun ayından ona hər iki ödəniş dayandırılmışdır. O, pensiya məbləğinin yenidən dayandırılmasının aradan qaldırılması və pensiya məbləğinin ödənişinin davam etdirilməsi tələbi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi müraciət etmişdir. Həmin təşkilatdan xx.xx.2025-ci il tarixli, 3-17-1/2-x-27236/2025 saylı cavab məktubu poçt vasitəsilə ona çatdırılmadığı üçün qeyd olunan cavab məktubunu xx.xx.2025-ci il tarixdə şəxsən özü cavabdeh təşkilata gedərək oradan almışdır. Cavab məktubu ilə tanış olduqdan sonra bir daha əmin olmuşdur ki, bu birinci növbədə süründürməçilik və məhkəmə qərarının icra edilməsindən yayınma kimi qiymətləndirilməlidir. Hesab edir ki, cavab məktubu qanunsuz və əsassızdır, ləğv olunmalı və iddia tələbi tam təmin olunmalıdır.

3. Sonuncu dəfə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Filial tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-3-7798/2024 nömrəli qərarın ləğv olunması, cavabdeh tərəfindən onun pensiya ödənişinin bərpa olunması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Sərəncamın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı 24 iyul 2024-cü il və 29 iyul 2024-cü il tarixlərdə Mərkəzi Filiala müraciət edərək ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmə pensiyasının bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsindən vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin, əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Departamenti tərəfindən araşdırılmışdır. Belə ki, Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li Siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamamlanmış kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyn edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) fəhlələr yarımbəndində 11000000-16081 kodu üzrə texnoloji qurğuların operatorları vəzifəsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı İddiaçı vaxtilə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində Bakı X6nun “Azərneftyağ” İstehsalat Birliyinin təmizləmə istehsalında 34 saylı qurğuda texnoloji qurğu əməliyyatçısı, xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində isə həmin müəssisəsinin 7 saylı texnoloji sexində növbətçi-mühəndis vəzifələrində işlədiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi texnoloji qurğu əməliyyatçısı və növbətçi-mühəndis vəzifələri yuxarıda qeyd olunan texnoloji qurğuların operatorları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də, İddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı mövcud deyil. Göstərilən uyğunsuzluğa baxmayaraq İddiaçı xx.xx.2024-cü il tarixdən Xətai rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşından tamamlandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi aşkar olunmuşdur. Bu səbəbdən də, iddiaçının əmək pensiyası xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında İddiaçı xx.xx.2023-cü il tarixli 3-17-1/2-X-74545/2023 nömrəli məktubla ətraflı məlumat verilərək ona artıq ödənilmiş 19814.11 manat pul vəsaitinin hesablandığı bildirilmişdir. Eyni zamanda bildirilmişdir ki, İddiaçı əmək pensiyasının yenidən hesablanaraq artırılması və keçmiş dövr məbləğinin qaytarılması ilə bağlı daha əvvəl məhkəmədə iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2-1(112)-9284/2023 nömrəli qərarı ilə iddia təlbi pensiya məbləğinin azaldılarkən inzibati icraatın düzgün aparılmaması əsas göstərilərək təmin edilmişdir. Bununla əlaqədar, 2024-cü il aprel ayında əmək pensiyası yenidən hesablanaraq 605.23 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, əmək pensiaysı üzrə İddiaçı ödənilməli olan ümumilikdə 19154,85 manat pul vəsaiti 2024-cü ilin aprel ayından etibarən hissə-hissə (hər ay 491,15 manat) əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəinin tələblərinə uyğun olaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraat başlanılmışdır. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün iddiaçıya qanunvericliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2024cü il tarixli məktub göndərilməklə xx.xx.2024-cü il tarixədək Mərkəzi Filiala gəlməsi xahiş edilmişdir. Lakin, İddiaçı mülahizələrinin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmişdir. Bununla əlaqədar, İddiaçı əmək pensiyasının təyin edilməsinə dair qəbul olunmuş qərar ləğv olunmuş və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləği 2024-cü ilin iyun ayından dayandırılmışdır. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə məhdudlaşdırılmaqla İddiaçı artıq ödənilmiş vəsait və müvafiq məhkəmə qərarına əsasən hissə-hissə ödənilən pul vəsaiti nəzərə alınmqla xx.xx.2024-cü il tarixinə ona artıq ödənilmiş vəsait 10498,17 manat təşkil edir. Eyni zamanda, müvafiq məhkəmə qərarı əsasında fərq məbləğinin hissə-hissə ödənilən pul vəsaiti nəzərə alınmaqla xx.xx.2024-cü il tarixinə ona artıq ödənilmiş vəsait 10498,17 manat təşkil edir. Eyni zamanda, müvafiq məhkəmə qərarı əsasında fərq məbləğinin hissə-hissə ödənilməsinin davam etdirilməsi ilə əlaqədar iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği də, hər ay hissə-hissə artır. İddiaçı fərq məbləğinin ödənilməsi başa çatdırıldıqdan sonra artıq ödəmə məbləği 29653.02 manat təşkil edəcəkdir. Bildirirlər ki, İddiaçı münasibətdə sonuncu yenidən hesablama “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilmiş, iddiaçıya müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün məktub ünvanlanmış, lakin, iddiaçı bununla əlaqədar Mərkəzi Filiala gəlməmişdir.

5. Şifahi məhkəmə baxışı iclasına iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-cш il tarixli, 3-17-1/2-X-27236/2025 nömrəli “Pensiya ödənişinin dayandırılması haqqında” məktub göndərilmişdir.

8. İş materiallarına iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surəti, AO seriyalı, ******* nömrəli hərbi biletin surəti, 2 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayış əlavə edilmişdir.

9. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 05 may 2025-ci il tarixli, 3- 17-1/2-102971/2025 nömrəli məktubla İddiaçı Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

10. Məhkəmənin sorğusuna əsasən SOCAR Heydər Əliyev adına X6 tərəfindən 20 may 2025-ci il tarixli, 14-2-7/2-504/2025 nömrəli məktubla xx.xx.1962-ci il təvəllüdlü İddiaçı keçmiş “Azərneftyağ” İstehsalat Birliyində 1994-1998-ci illər üzrə xüsusi zərərli peşədə və 1998-2006-cı illərdə zərərli vəzifədə işləməsini təsdiq edən xx.xx.2025-ci il tarixli, 14-2-7/2- 495/2025 nömrəli arxiv arayışının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Sözügedən arayışa əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi Ə.Qarayev adına Bakı NEZ-da 3 №-li (neftin ilkin emalı üzrə) texnoloji sexin 34 №-li (naften turşularının distilizasiyası) üzrə texnoloji qurğusunda əməliyyatçı peşəsində işləmişdir - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il 320 №-li qərar siyahı 1.X 11000000 – 16081; xx.xx.1998-ci ildən xx.xx.2006-cı il tarixə kimi “Azərneftyağ” İstehsalat Birliyinin 7 №-li texnoloji sexində növbətçi-mühəndis vəzifəsində - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərar 320, Siyahı 2. Kod 2130301b – 22177. Qeyd: Əmr SOCAR/15-1700/8-04-001421, xx.xx.2015-ci ildə Azərbaycan Respublikası ƏM-nin 46.6 maddəsinə əsasən tərəflərin razılığı ilə Heydər Əliyev adına X6nun 19 №-li texnoloji sahənin 106 saylı qurğusuna texnoloji qurğu operatoru peşəsinə keçirilmişdir.

İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

12. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

15. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

16. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2- ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

17. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

18. İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etsə də, iddiaçı həmin qərarın mövcudluğundan məhkəmə icraatının gedişatında məlumatlı olmuş, bundan sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etməklə sözügedən qərarı mübahisələndirmiş, bununa da, prosessual müddətə riayət etmişdir.

17. Belə olan halda hazırki iddia mümkünlük şərtlərinə cavab verir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

19. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır:

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt;2.0.6. inzibati icraat fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 21.1 Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. ... 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. ... 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.

22. İş materiallarından görünür ki, iddiaçıya təyin edilmiş əmək pensiyası cavabdeh tərəfindən dayandırılarkən bu barədə inzibati akt qəbul edilsə də, iddiaçının inzibati icraatda iştirakı təmin edilməmiş, ona lazımi qaydada məlumat verilməmişdir. Belə ki, əmək pensiyasının dayandırılması barədə qərarın qəbul edilməsi ilə bağlı inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilsə də, həmin inzibati icraat materiallarında iddiaçının lazımi qaydada məlumatlandırılması, maraqlı şəxs qismində inzibati icraata dəvət edilməsi ilə bağlı sənədlərə mövcud deyildir. Ümumiyyətlə, pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Yəni, cavabdeh inzibati orqan iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakı ilə aparmadan, sonuncunun məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı qüvvədə olduğu halda onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, bununla da pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.

23. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyəcək bir araşdırma nəticəsində pensiya ödənişini dayandıra bilməz.

25. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

26. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsi) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur.

27. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

28. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

29. Məhkəmə bir daha vurğulayır ki, iddiaçıya pensiya təyin edilməsi barədə inzibati akt iddiaçı üçün əlverişli inzibati aktdır və iddiaçını belə bir əlverişli inzibati aktın nəticələrindən məhrum edən və ya məhdudlaşdıran, onun hüquqi vəziyyətini dəyişdirə biləcək istənilən tədbiri də məhz öz hüquqi formasına görə inzibati aktın qəbulu ilə həyata keçirilməlidir. Başqa sözlə, əlverişli inzibati aktın icrası hər hansı faktiki xarakterli hərəkətlə deyil, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparılmış inzibati icraatın nəticəsi kimi qəbul edilən inzibati aktla dayandırıla bilər. Bu baxımdan cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli inzibati akt olan pensiyanın təyin edilməsi qərarının icrasının dayandırılması ilə bağlı qərar qəbul etməli olduğu halda belə bir aktı qəbul etməməsi, yalnız pensiya ödənişinin dayandırılması barədə qərar qəbul etdikdən və pensiya ödənişi dayandırıldıqdan sonra iddiaçının müraciətinə cavab olaraq məktubla məlumat verməklə kifayətlənməsi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamışdır.

30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.8-ci maddəsinə əsasən, bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.

31. Hazırkı iş üzrə cavabdeh iddiaçıya pensiya ödənişinin dayandırılmasının əsası kimi sözügedən Qanunun 37.8.3-cü maddəsinə istinad etsə də, həmin maddəyə uyğun olaraq əmək pensiyasının dayandırılmasına əsas verən pensiyanın verilməsi şərtlərinə uyğun olmayan nə kimi halların müəyyən olunduğu, bu halların araşdırılması gedişində hansı tədbirlərin görüldüyü və yekun olaraq hansı nəticəyə gəlindiyi barədə nə iddiaçıya, nə də məhkəməyə məlumat verməmişdir.

32. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubun və məhkəməyə təqdim edilmiş etirazın məzmunundan göründüyü kimi, iddiaçının pensiya ödənişinin dayandırılmasına səbəb araşdırma zamanı İddiaçı vaxtilə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində Bakı X6nun “Azərneftyağ” İstehsalat Birliyinin təmizləmə istehsalında 34 saylı qurğuda texnoloji qurğu əməliyyatçısı, xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində isə həmin müəssisəsinin 7 saylı texnoloji sexində növbətçi-mühəndis vəzifələrində işlədiyinin müəyyən edilməsi, iddiaçının işlədiyi texnoloji qurğu əməliyyatçısı və növbətçi-mühəndis vəzifələrinin texnoloji qurğuların operatorları vəzifəsinə uyğun olmaması, bu səbəbdən də, İddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının mövcud olmaması, göstərilən uyğunsuzluğa baxmayaraq, İddiaçı xx.xx.2024-cü il tarixdən Xətai rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşının tamamlandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin aşkar olunması göstərilmişdir.

33. Məhkəm tərəfindən cavabdehin sözügedən dəlillərinin araşdırılması məqsədilə SOCAR Heydər Əliyev adına X5 sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq sonuncu tərəfindən daxil olmuş cavab məktubu ilə təqdim edilmiş “Güzəştli iş stajı barədə arayış”da qeyd edilmişdir ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi Ə.Qarayev adına Bakı NEZ-da 3 №-li (neftin ilkin emalı üzrə) texnoloji sexin 34 №-li (naften turşularının distilizasiyası) üzrə texnoloji qurğusunda əməliyyatçı peşəsində, xx.xx.1998-ci ildən xx.xx.2006-cı il tarixə kimi isə “Azərneftyağ” İstehsalat Birliyinin 7 №-li texnoloji sexində növbətçi-mühəndis vəzifəsində işləmişdir. Sözügedən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il 320 №-li qərarında Siyahı 1.X 11000000 – 16081 və Siyahı 2. Kod 2130301b – 22177 kodları altında güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi təsbit olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş cavab məktubu ilə iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrlərdə güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə işləməsi bir daha öz təsdiqini tapmışdır. Belə olan təqdirdə, cavabdehin inzibati icraatın başlaması üçün dəlili və etirazının əsasları bütünlüklə əsassız kimi qiymətləndirilməlidir.

34. Odur ki, mövcud məhkəmə təcrübəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-7798/2024 saylı qərarı ləğv edilsin. X1 təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2024-cü il tarixdən bərpa edilməsi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar