Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8529/2024 04.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə vuruşduğunu təsdiq edən, N saylı hərbi hissənin şəxsi heyəti barədə N2 sentyabr-dekabr N992-ci il - yanvar-dekabr N994-cü il tarixli qeydiyyat kitablarında adının-olub olmadığı barədə müvafiq arayışın verilməsi tələbi ilə əlaqədar cavabdeh inzibati orqanın hərəkətsizliyindən müdafiəsinin təmin olunmasını, N saylı hərbi hissənin şəxsi heyəti barədə N2 sentyabr-dekabr N992-ci il - yanvar- dekabr N994-cü il tarixli qeydiyyat kitablarında adının-olub olmadığının müəyyənliyi üçün müvafiq siyahının (heyətdə adı olan şəxslərin siyahısı) məhkəmə tərəfindən araşdırılmasının təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) rəsmi ərizəsilə müraciət edərək bildirmişdir ki, o, xx.xx.N962-ci il təvəllüdlü, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ilk gündən atəşkəs elan olunana kimi vuruşmuşdur. Müdafiə Nazirliyindən verilən xx.xx.2023-cü il tarixli, 4/2-8637 №-li məktubla iddiaçının N nömrəli hərbi hissə komandirinin N2 sentyabr-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il, yanvardekabr N994-cü il tarixli qeydiyyat kitablarında xidməti barədə məlumatın aşkar olunmadığı bildirilib. Müdafiə Nazirliyindən verilən xx.xx.2023-cü il tarixli arxiv arayışında isə N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, NN2 №-li əmrində, polkovnik Yaqub Rzayevin batalyonuna verilən şəxsi heyətin siyahısında adının qeyd olunduğu bildirilir, eləcə də, Müdafiə Nazirliyinin xx.xx.20N6-cı il tarixli arxiv arayışında N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, 3N №-li əmrinə əlavə olan, N №-li hərbi hissənin zabit və əsgərlərin adlı siyahısında onun aprel-may N992-ci il üçün əmək haqqı alması barədə məlumatın olduğu bildirilir. İddiaçı bildirmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ilk gündən atəşkəs elan olunana kimi N №-li hərbi hissənin tərkibində vuruşmuşdur. Şərh olunanlardan çıxış edərək, eləcə də onun, N saylı hərbi hissənin tərkibində yer aldığı barədə hərbi biletindəki qeyd nəzərə almaqla iddiaçı xahiş etmişdir ki, N nömrəli hərbi hissənin şəxsi heyəti barədə N2 sentyabr-dekabr N992-ci il - yanvar-dekabr N994-cü il tarixli qeydiyyat kitablarında adının olub-olmadığına dair arayışın verilməsi təmin olunsun. Cavadeh inzibati orqan isə ona hər-hansı cavabını verməməklə hərəkətsizlik göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Həmçinin İPM-in N3-cü maddəsinə əsasən iddiaçının ünvanına hüquqi yardım məktubu göndərilərək, iddia tələbinin dəqiqləşdirilməsi təkif edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.Nci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı iddia Azərbaycan Respublikası İnzibatiprosessual Məcəlləsinin 33.N-ci maddəsində təsbit edilən məcburetmə haqqında iddiadır. Bu qəbildən olan iddialar üçün xüsusi mümkünlük şərti iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etməsi və bunun nəticəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina edilməsi və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində hüquq və qanuni mənafelərinin pozulmasının əsaslandırılması təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair “Qərarının N.4-cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 9-cu bəndinə əsasən İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üçün tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə öhdəliyinin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s) də mövcudluğu yoxlanılmalıdır. Bununla əlaqədar qeyd edilir ki, iddiaçı öz iddia ərizəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə məlumat verilməsi üçün Müdafiə Nazirliyinə rəsmi ərizəsi ilə müraciət etdiyini və ona verilən xx.xx.2023-cü il tarixli, 4/2-8637 nömrəli cavab məktubunda barəsində N nömrəli hərbi hissə komandirinin N2 sentyabr-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il, yanvar-dekabr N994-cü il nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında xidmətinə dair məlumat aşkar edilmədiyini bildirmişdir. Göründüyü kimi Müdafiə Nazirliyi tərəfindən hər hansı hərəkətsizlik edilməmiş, müvafiq araşdırılma aparılaraq, iddiaçının xidmətinə dair arayış təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-N(NN2)- 8529/2024 nömrəli sərəncamı cavabdeh Müdafiə Nazirliyinə daxil olduqdan sonra aidiyyəti üzrə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu verilmiş və həmin sorğuya cavab almışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən daxil olmuş iddiaçı Ə.B.Zevnalovun adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli N576 nömrəli arxiv arayışı iddiaçıya təqdim edilməsi üçün etiraza əlavə edilir. Bununla da, Müdafiə Nazirliyi tərəfindən bir daha hər hansı hərəkətsizlik edilməmiş, iddiaçının xidmətinə dair tərtib edilmiş arxiv arayışı təkrar iddiaçıya təqdim edilməsi üçün etiraz əlavə edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-nin 35, 48.2-ci maddələrini rəhbər tutaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müvafiq arayışın verilməsi” tələbinə dair iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qeyri-mümkün hesab edilməlidir. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli, 5 saylı qərarında qeyd olunur ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in N2.N-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (N.N-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İstinad olunan Ali Məhkəmənin Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (5.N, 5.2, 6.N və 6.2-ci bəndlər). İddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçının hüquqi marağı və məqsədi mahiyyət etibarilə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən ibarətdir. İş materiallarında olan 2-N(NN2)-2286/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarın (hakim M.Hacıbəyova) surətindən görünür ki, iddiaçı hüquqi marağına uyğun olaraq artıq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsində iddia qaldırmış və həmin iddia təmin edilməmişdir. Qeyd olunan qərarın məzmunundan görünür ki, iddiaçının hazırkı tələbində irəli sürdüyü məsələ həmin icraat çərçivəsində araşdırılmışdır. Belə ki, Müdafiə Nazirliyinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-8637 nömrəli məktubuna əsasən N №-li hərbi hissə komandirinin N2 sentyabr-dekabr N992-ci il, yanvardekabr N993-cü il, yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı Bəhram oğlunun xidməti barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. Göründüyü kimi iddiaçı hüquqi marağına uyğun olaraq artıq məhkəməyə müraciət etmiş və hazırkı tələbin predmetini təşkil edən məsələ həmin icraat çərçivəsində araşdırılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia istədiyi məqsədə çatması ilə nəticələnmədiyindən iddiaçının konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. Odur ki, iddianın mümkünlük şərti təmin olunmur. İPM-in 35.N-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı N0 aprel 20N5-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.N-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.N-ci bənd). Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.N-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 8N və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan N0 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-8529/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8529/2024
04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver