Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8529/2025 17.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsi və “Qağayı” Sanatoriyası) qarşı “torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, döngə 3 ünvanındakı 6 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması haqqında çıxarışın verilməsi cavabdeh orqanın üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsi və “Qağayı” Sanatoriyası üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər.
3. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı 6 saylı fərdi yaşayış evi iddiaçıya məxsusdur. Həmin fərdi yaşayış evinin yerləşdiyi 0.133630 (ha) torpaq sahəsi üzərində mülkiyyət hüquqların əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2025-ci ildə müraciət edilmişdir. Lakin cavabdeh orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Bakı şəhəri 1 saylı Əİ-ni bundan müxtəlif bəhanələrlə boyun qaçırır, əmlakın dövlət reyestrində qeydiyyata almır və ona çıxarış vermir. Hal-hazırda iddiaçı olaraq AR İPM-nə əsasən cavabdeh inzibati orqana qarşı iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etmə hüququndan istifadə edir.
4. Cavabdehin iddiaçıya ünvanlandığı imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, təqdim edilmiş X4 xx.xx.2001-ci il tarixli, 10 nömrəli qərarının arxiv arayışı və ya torpaq sahəsinin ayrıldığını təsdiq edən bələdiyyənin məktubu, həmçinin torpaq sahəsinin yerləşmə mövqeyini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Eyni zamanda elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi dövlət mülkiyyəti torpağı olmaqla “Qağayı” sanatoriyasının ərazisidir və sahənin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evinin söküldüyü məlum olmuş, sökülmüş daşınmaz əmlak üzərində hüquqların ləğv edilməsinə dair ərizə təqdim edilməmişdir.
5. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, təqdim edilmiş X4 xx.xx.2001-ci il tarixli, 10 nömrəli qərarının arxiv arayışı və ya torpaq sahəsinin ayrıldığını təsdiq edən bələdiyyənin məktubu, həmçinin torpaq sahəsinin yerləşmə mövqeyini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Eyni zamanda elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi dövlət mülkiyyəti torpağı olmaqla “Qağayı” sanatoriyasının ərazisidir və sahənin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evinin söküldüyü məlum olmuş, sökülmüş daşınmaz əmlak üzərində hüquqların ləğv edilməsinə dair ərizə təqdim edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.2-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 10 nömrəli vətəndaşların fərdi mənzil tikilməsi üçün torpaq sahəsinin ayrılması haqqında qərarında qeyd edilmişdir ki, X3 fərdi yaşayış evinin inşa etmək üçün Bilgəh qəsəbə ərazisindən 0,13 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.
7. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin texniki pasportunda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinin ölçüsü 1300,2 kv.metr təşkil edir.
8. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktına əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasporta əsasən ümumi torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.13363 ha, faktiki sahəsi – 0,1376 ha, qeydiyyat vəsiqəsinə əsasən 1 otağın ümumi 14,76 kv.m faktiki sökülmüşdür.
9. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsində qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən bir otaqlı, yaşayış sahəsi 14,76 kv.m yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında X2 adına dövlət qeydiyyatına alınmışdır.
10. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş 2 Saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)-1137/2014 nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçı X3 məxsus ünvan 3 ünvanında 1336,3 kv.metr torpaq sahəsində yerləşən sahəsi 14,76 kv.metr olan yaşayış evinə dair itmiş qeydiyyat vəsiqəsinin dublikatının verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoyulması qərara alınmışdır.
11. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən 1 mərtəbəli ümumi sahəsi 14,76 kv.m. olan fərdi yaşayış evi X2 xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. Həmin çıxarışda 0.0018 ha torpaq sahəsi istifadədə olan torpaq sahəsi kimi qeyd olunmuşdur.
12. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli AN- İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsində qeyd edilmişdir ki, ünvan 5 ünvanında yerləşən ev İddiaçı satılmışdır.
13. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışında qeyd edilmişdir ki, ünvan 5 ünvanında yerləşən 1 mərtəbəli ümumi sahəsi 14,76 kv.m. olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin çıxarışda 0.133630 ha torpaq sahəsi istifadədə olan torpaq sahəsi kimi qeyd olunmuşdur.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
17. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
19. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
21. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 10 nömrəli qərarı ilə X3 fərdi yaşayış evinin inşa etmək üçün Bilgəh qəsəbə ərazisindən 0,13 ha torpaq sahəsi ayrılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışına əsasən ünvan 6 ünvanında yerləşən 1 mərtəbəli ümumi sahəsi 14,76 kv.m. olan fərdi yaşayış evi X2 xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. xx.xx.2018-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 6 ünvanında yerləşən ev İddiaçı satılmış, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışına əsasən sözügedən ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin çıxarışda 0.133630 ha torpaq sahəsi istifadədə olan torpaq sahəsi kimi qeyd olunmuşdur. İddiaçı cavabdehə müraciət edərək ona ayrılmış torpaq sahəsinə dair adına çıxarışın verilməsini xahiş etmiş, cavabdeh isə hüquqların qeydə alınmasından imtina etmişdir. İddiaçı hazırda cavabdeh inzibati orqanın imtinasını mübahisələndirir və mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş edir.
22. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
26. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
27. Məhkəmə hesab edir ki, ünvan 2 ünvanında fərdi yaşayış evi inşa etmək üçün X3 ayrılmasına dair Bilgəh Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 10 nömrəli qərarı torpaq sahəsinin qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Həmin qərar ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir.
28. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sənədlərin həqiqiliyini şübhə altına almamış, sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası kimi istinad etdiyi dəlillər odur ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, təqdim edilmiş Bilgəh Bələdiyyənın xx.xx.2001-ci il tarixli, 10 nömrəli qərarının arxiv arayışı və ya torpaq sahəsinin ayrıldığını təsdiq edən bələdiyyənin məktubu, həmçinin torpaq sahəsinin yerləşmə mövqeyini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir.
29. Məhkəmə cavabdehin etirazının əsası kimi X4 xx.xx.2001-ci il tarixli, 10 nömrəli qərarının arxiv arayışı və ya torpaq sahəsinin ayrıldığını təsdiq edən bələdiyyənin məktubunun təqdim edilməməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, X3 xx.xx.2001-ci il tarixdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsinin verilməsi üçün əsas məhz Bilgəh Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 10 nömrəli qərarı olmuşdur ki, həmin qərar məhkəmənin sorğusu əsasında cavabdeh orqan tərəfindən təqdim edilmişdir.
30. Cavabdehin etirazın digər əsası kimi istinad etdiyi dəlil odur ki, torpaq sahəsinin yerləşmə mövqeyini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Qeyd edilməlidir ki, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin texniki pasportunda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü göstərilməklə planı tərtib edilmişdir.
31. Cavabdeh etirazında bildirmişdir ki, torpaq sahəsi dövlət mülkiyyəti torpağı olmaqla “Qağayı” sanatoriyasının ərazisidir və sahənin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş məktubda qeyd edilmişdir ki, “Qağayı” sanatoriyasına dair hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir.
32. Torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsinə münasibətdə məhkəmə bildirir ki, cavabdehin özünün də istinad etdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in 1.4-cü bəndinə əsasən bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər.
33. Mübahisəli ünvanda yerləşən iddiaçının istifadəsində olan torpaq sahəsi sözügedən «Tələblər» qəbul edilənə qədər, yəni X4 xx.xx.2001-ci il tarixli, 10 nömrəli qərarı ilə ona ayrılmışdır.
34. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
35. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, döngə 3 ünvanındakı 6 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva