Məhkəmə qərarları › İş №2-1(112)-853/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-853/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-853/2021 04.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı “pensiyanın təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 63 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməyən pensiya ödənişlərinin məbləğinin birdəfəlik ödənilməsi üçün lazım olan hərəkətlərin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yanğın zamanı onun bütün sənədləri o cümlədən əmək kitabçası da yanmışdı. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai Rayon Şöbəsinə Azərbaycan Respublikası ‘’xxxx”Qapalı Səhmdar Cəmiyyətinin arxiv arayışını, əmək kitabçalarının notarial qaydada təsdiq edilmiş surətlərini, AR Səfərbərlik üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin arayışını və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətini əlavə edərək müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai Rayon Şöbəsi onun müraciətinə baxaraq imtina məktubu vermişlər. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai Rayon Şöbəsi həmin imtina məktubunda vətəndaşların əmək pensiyası hüquqlarının həyata keçirilməsi qaydaları 01.01.2006-cı ilin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməsini qeyd edərək, arxiv arayışda qeyd olunan 26.01.1972-ci ildən 01.07.1975-ci ilədək olan illər əmək kitabçasında qeyd edilmədiyinə görə ona pensiya təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin arxivinə müraciət edib Arxiv arayışı almış. Həmin № A/476 nömrəli 24.10.2019 tarixli arayışa əsasən 01.02.1972-ci il tarixindən “Bakıtuneltikinti” İdarəsinin 2№-li Tikinti-Quraşdırma İdarəsində 2-ci dərəcəli pərçimləyici peşəsinə qəbul edilmiş (Əmr №7/ЛС,26.01.1972-ci il). 20.03.1972-ci il tarixdən 3-cü dərəcəli izoləedici peşəsinə keçirilmiş (Əmr №23/JİC,20.03.1972-ci il). 10.11.1972-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinə əsasən (Sovet Ordusu sıralarına çağırıldığı üçün) işdən azad edilmiş (Əmr № 120/OK,04.11.1972-ci il) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən № 309 nömrəli 28.10.2019-ci il tarixli arayışı da sübutdur ki həqiqətən də 14.11.1972-ci il tarixdən 23.11.1974-cü il tarixədək keçmiş Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 23.01.1975ci tarixdən “Bakıtuneltikinti” İdarəsinin 2 №-li Tikinti-Quraşdırma İdarəsinə 3-cü dərəcəli izoləedici peşəsinə qəbul edilmiş (Əmr №6/JİC,21.01.1975,-ci il).01.1975-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad olunmuşdur (Əmr №64/OK,30.06.1975-ci il).31.07.1986-cı il tarixli 76/R saylı əmrə əsasən “Bakıtuneltikinti” İdarəsinin 2 №-li Tikinti-Quraşdırma İdarəsinin ləğv olundu, 3 №-li Tunel-Quraşdırma İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 851 saylı 16.06.1998-ci il tarixli Sərəncamina əsasən “Bakıtuneltikinti “İdarəsi “Azərtunelmetrotikinti ”SC adlandırılmışdır. “Azərtunelmetrotikinti”SC-nin 07.01.1992-ci il tarixli 01 saylı əmrinə əsasən 3№-li Tunel-Quraşdırma İdarəsinin adı dəyişdirilib l №-li Tunel Tikinti İdarəsinə adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən xxxx və “Azərtunelmetrotikinti” SCnin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “xxxx” QSC yaradılmışdır. Bundan başqa yanğından əvvəl notarial qaydada təsdiq edilmiş ИТ-N ******* və ИТ-1 ******* nömrəli əmək kitabçalarına əsasən onun 25 ildən artıq ümümi stajı vardır. Aldığı arayışa görə stajı 01.02.1972-ci ildən hesablanır, lakin o 15 yaşından artıq işləyir. Əmək kitabçası yanğın zamanı yandığına görə bir müddət sonra müraciət edib əmək kitabçanın surətini almış. Amma tam olaraq onun iş fəaliyyəti orda əks olunmadığına görə bu ona pensiya almağına çətinliklər yaradır. Notarial qaydada təstiqlənmiş sonradan aldığı ИТ seriyalı №0369258 nömrəli xx.xx.1953-cü il tarixli əmək kitabçası və onun əlavəsi ИТ-1 seriyalı №0072535 nömrəli 12.03.1990-ci il tarixli kitabça ərizəsinə əlavə edilmışdir. Ümümi qaydada yaşa görə pensiya təyin olunan yaş həddi bügün 64 il 6 ay təşkil edir, onun yaşı isə 67-dir. 01.01.2006-ci il tarixində qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən “63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır” 2017-ci il iyulun 1-də onun 64 il 23 gün yaşı vardır və stajı 25 ildən çox təşkil edirdi. Qeyd Olunan qanunun maddələrinə və AR Konstitusiyasına əsasən onun pensiyası 63 yaşından hesablanmalıdır, həmin yaşda pensiya almaq hüququ yaranmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən iddia tələbinə dair etiraz göndərilərək qeyd edilmişdir ki, Respublikamızda vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları 01.01.2006-cı ildən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyanısının təyin edilməsi sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1 bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş-stajı əmək kitabçasına əsasən müəyyən edilir. Arxiv arayışında qeyd olunan 26.01.1972-ci ildən 01 07 1975-ci ilədək olan illər əmək kitabçasında qeyd edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci yarımbəndinə müvafiq olaraq vətəndaşın əmək kitabçasında qeyd olunan illərin qarşılıqlı yoxlamaq mümkün olmadığı üçün ərizəsini təmin etmək mümkün olmamışdır. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirilmişdir ki, əmək kitabçası 2016-cı ildə baş vermiş yanğın nəticısində yanmışdır, iş materiallarına əlavə edilmiş surətləri yanğından əvvəl notarial təsdiq edilmiş surətlərdir. Yanğınla bağlı aktlaşdırma aparılmamışdır, işlədiyi iş yerləri hazırda fəaliyyət göstərmir, lakin əmək kitabçası və təqdim etdiyi arxiv arayışı ilə 25 ildən çox iş stajı var, bu səbəbdən qeyd edilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X3 iddia tələbinə dair etirazı təqdim edərək bildirmişdir ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14.10.1975-ci il tarixindən 14.12.2005-ci il tarixinə qədər müxtəlif sahələrdə fərqli vəzifələr üzrə çalışmışdır. Sonra baş vermiş yanğın səbəbindən ona dair bütün sənədlər, o cümlədən əmək kitabçası yanmışdır. İddiaçı iddia etdiyi illər üzrə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin arxiv arayışını, əmək kitabçalarının təsdiq olunmuş surətlərini, AR Səfərbərlik üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin arayışını və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini Xətai Rayon Xidmət Nümayəndəliyinə təqdim etmiş, Xətai Rayon Xidmət Nümayəndəliyindən onun müraciətinə baxılaraq imtina cavabı verilmişdir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnaməsinin Əmək stajını təsdiq edən sənədlər adlı İİ fəslinin 3-cü maddəsində göstərilir ki, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Beləliklə, əmək pensiyasının təyin edilməsi üçün iş stajını təsdiq edən əsas sənəd kimi əmək kitabçasının olduğu bildirilir ki, iddiaçı isə əmək kitabçasının yanma səbəbindən olmadığı halda iddia etdiyi illərə dair əmək kitabçasının notarial qaydada təsdiq edilmiş sürətlərini təqdim edərək onun əsasında yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Bundan başqa, təqdim etdiyi arxiv arayışında göstərilmiş olan 10.11.1972-ci il tarixindən 01.07.1975-ci il tarixinə qədərki staj müddəti iddiaçının təqdim etdiyi əmək kitabçasının notarial qaydada təsdiq olunmuş sürətində öz əksini tapmamışdır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnaməsinin 2-ci fəslinin 3-cü maddəsində əmək pensiyasının təyin edilməsi üçün müyyən edilən sənədlər sırasında əmək kitabçasının notarial qayda da öz əksini tapmış sürətini əsassız saymaqla yanaşı, onun əsasında əmək pensiyasının təyin edilməsini mümkünsüz hesab edirik. X4 haqqında Qanunun 2017-ci il 10 mart tarixində edilmiş, 2017-ci il iyulun 1-dən qüvvəyə minmiş dəyişikliyinin 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının təqdim etdiyi sənədlər ona pensiyasının təyin edilməsini mümkünsüz edir. Beləliklə, iddiaçının stajı qanunda göstərilən stajı tamamlamadığından və fərdi hesabın sığorta hissəsində geydə alınmış pensiya kapitalı yetərli olmadığından əmək pensiyası hügugu yaranmır. Sonda iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş 14.10.2019-cu il tarixli № A/476 saylı arxiv arayışından görünür ki, iddiaçı 01.02.1972-ci il tarixdən “Bakıtuneltikinti” İdarəsinin 2 №-li Tikinti-Quraşdırma İdarəsinə 2-ci dərəcəli pərçimləyici peşəsinə qəbul edilmişdir. (Əmr № 7/ЛС, 26.01.1972-сi il), 20.03.1972-ci il tarixdən 3-cü dərəcəli izoləedici peşəsinə keçirilmişdir (Əmr № 23/ЛС, 20.03.1972-сi il), 10.11.1972-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinə əsasən (Sovet Ordusu sıralarına çağırıldığı üçün) işdən azad edilmişdir (Əmr № 120/OK, 04.11.1972-ci il). 23.01.1975-ci il tarixdən “Bakıtuneltikinti” İdarəsinin 2 №-li Tikinti-Quraşdırma İdarəsinə 3-cü dərəcəli izoləedici peşəsinə qəbul edilmişdir (Əmr № 6Л/С, 21.01.1975-сi il), 01.07.1975-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad olunmuşdur (Əmr № 64/OK, 30.06.1975-ci il). 31.07.1986-cı il tarixli 76/R saylı əmrə əsasən “Bakıtuneltikinti” İdarəsinin 2 №-li Tikinti-Quraşdırma İdarəsi ləğv olunmuş, 3 №-li Tunel-Quraşdırma İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 851 saylı 16.06.1998-ci il tarixli sərəncamına əsasən “Bakıtuneltikinti” İdarəsi “Azərtunelmetrotikinti” SC adlandırılmışdır. “Azərtunelmetrotikinti” SC-nin 07.01.1992-ci il tarixli 01 saylı əmrinə əsasən 3 №-li Tunel-Quraşdırma İdarəsinin adı dəyişdirilib 1 №-li Tunel Tikinti İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014cü il tarixli 289 saylı sərəncamına əsasən xxxx və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “xxxx” QSC yaradılmışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən verilmiş 28.10.2019-cu il tarixli № 309 saylı arayışınnan görünür ki, 1953-cü il təvəllüdlü İddiaçı ondan ötrü ki, həqiqətəndə o, 14.11.1972-ci il tarixdən 23.11.1974-cü il tarixdən keçmiş Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən 12 noyabr 2020-ci il tarixdə verilmiş № 5/1833 saylı cavab məktubundan görünür ki, X1 Birliyinin “Qobu” daş karxanasının və Mənzil-Kommunal təsərrüfatı Komitəsi Xüsusi İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən göndərilmiş 10 fevral 2021-ci il tarixli № **********275100 saylı cavab məktubdan görünür ki, idarədə olan reyestrdə X1 Birliyinin “Qobu” daş karxanası və Azərbaycan Respublikası Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Xüsusi İxtisaslaşmış Tikinti Quraşdırma İdarəsi adlı kommersiya qurumları aşkar edilməmişdir. Beləliklə, Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı xx.xx.1953-cü il təvəllüdlüdür, 63 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Hazırkı işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı qanunla müəyyən edilmiş (63 il) yaş həddinə çatdıqdan sonra ona yaşa görə pensiya təyin edilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh əmək kitabçasında qeyd olunan illəri qarşılıqlı yoxlamaq mümkün olmadığından, arxiv arayışında qeyd olunan 26.01.1972-ci ildən 01.07.1975-ci ilədək olan illər əmək kitabçasında qeyd edilmədiyini əsas gətirərək iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunamüvafiq olmuşdur. Məhkəmə ilk öncə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, iş üzrə araşdırma zamanı iddiaçı tərəfindən Məhkəməyə təqdim edilmiş əmək kitabçalarının mötəbərliyi şübhə doğurmuşdur. İddiaçı inzibati iş üzrə verdiyi izahatlarda əmək kitabçasının 2016-cı ildə baş vermiş yanğın nəticəsində yandığını, iş materiallarına əlavə edilmiş əmək kitabçalarının surətlərinin yanğından əvvəl notarial təsdiq edildiyini bildirsə də, digər verdiyi izahatlarda hazırda mövcud olan əmək kitabçalarının yanğından sonra doldurulduğunu. Yanğınla bağlı aktlaşdırmanın olmadığını qeyd etmişdir. Həmçinin, iş materiallarına əlavə olunmuş əmək kitabçalarının notarial təsdiq edilmiş surətlərindən görünür ki, notarius tərəfindən təsdiq edilmə tarixi 30.12.2019cu ilə təsadüf edir. Bundan əlavə iş üzrə araşdırma zamanı Məhkəmə tərəfindənəmək kitabçalarının surətlərində qeyd edilmiş iş illərinin qarşılıqlı yoxlanılması məqsədilə daha geniş dövrü əhatə edən X1 Birliyinin “Qobu” daş karxanası və Azərbaycan Respublikası Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Xüsusi İxtisaslaşmış Tikinti Quraşdırma İdarəsinə dair müvafiq sorğular ünvanlanmış, lakin reyestrdə X1 Birliyinin “Qobu” daş karxanası və Azərbaycan Respublikası Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Xüsusi İxtisaslaşmış Tikinti Quraşdırma İdarəsi adlı kommersiya qurumları aşkar edilmədiyi, həmçinin, həmin idarələrə məxsus arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyi bildirilmişdir. Bundan əlavə Məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, hətta təqdim edilmiş əmək kitabçalarının surətlərinin yanğından sonra doldurulduğu qəbul edilsə belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarına uyğun olaraq əmək kitabçasının dublikatı tərtib edilməmişdir. Belə ki, həmin Qaydaların 7ci bəndinə əsasən bu əsasnamənin 3.10 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir.Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır (7.1). Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur (7.2).Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur (7.3). Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Beləliklə, təqdim edilmiş əmək kitabçalarının surətlərində qeyd edilən dövrlər üzrə də iddiaçının iş yerlərinin qarşılıqlı yoxlanması mümkün olmamışdır. Belə olan halda iddiaçının təqdim etdiyi arxiv arayışı, hərbi xidmətdə olması barədə məlumat nəzərə alınsa belə iddiaçının 25 il iş stajının mövcudluğu təsdiqini tapmır. Həmçinin, iddiaçının 2006-cı ildən iş fəaliyyəti barədə məlumat olmadığından pensiya kapitalı da mövcud olmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunun məqsədlərinə uyğun olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar