Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8533/2024 20.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 23 aprel N9-cu il tarixdə tarixdə Xocalı hərbi komisarlığından hərbi xidmətə yola düşmüşdür. İddiaçı Goranboy rayonu Meşəli kəndində yerləşən N nömrəli hərbi hissə komandirinin xx.xx.N9-cu il tarixli 117 nömrəli əmrilə şəxsi heyətinin sıralarına daxil olunaraq xidmətə qəbul edilmişdir. xx.xx.N9cu il tarixdə Beyləqan rayonunda yerləşən N nömrəli hərbi hissə komandirinin əmri ilə xidmətini N nömrəli hərbi hissədə davam etdirmişdir. Hərbi qulluq müddətinin sonuna 3 gün qalmış müharibə başlamış, 6 ay müddətdən artıq xidmət etmişdir. xx.xx.2021-ci il tarixdə Müdafiə nazirinin 90 nömrəli əmri ilə ehtiyata buraxılmışdır. İddiaçı erməni silahlı qüvvələri Azərbaycan Respublikasına qarşı müharibəyə başladıqdan sonra Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı N saylı hərbi hissəsinin tərkibində mübarizə aparmış, bütün döyüşlərdə iştirak etmişdir. İddiaçı Füzuli, Hadrut, Cəbrayıl rayonları istiqamətlərində artileriya qoşun növlərinin sıralarında döyüşmüş və bu rayonların işğaldan azad olunmasında iştirak etmişdir. Bunu İddiaçı əsgər və döyüş yoldaşları da şahid kimi təsdiq edə bilərlər. Həmin hərbi hissədən olan İddiaçıla eyni xidmət keçən və müharibədə iştirak edən hərbi qulluqçulara Vətən müharibəsi iştirakçısı adı, azad olunmuş rayonlara görə medallar və müharibə veteranı vəsiqəsi verilmişdir. Lakin məlum olunmayan səbəblərdən İddiaçı bunların heç biri ilə təltif edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-cİ il tarixli 2418 nömrəli məktubunda qeyd olunmuşdur ki, sonuncunun adı müharibədə iştirak edən şəxsi heyətin müdafiə rayonlarına göndərilməsi üçün tərtib olunmuş nizami hissə üzrə əmrdə yoxdur. Beləliklə, yuxarıda qeyd olunanlardan görünür ki, İddiaçı 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarında iştirak etməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteram” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı və onun nümayəndəsi və vəkili izahatlarında iddianı müdafiə edərək tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Bu məqsədlə əvvəlcə cavabdeh inaibti orqana müraciət etmiş, məqsədinə nail ola bilmədikdən sonra cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin may 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair AR Müdafiə Nazirliyinə ünvanladığı ərizə araşdırılaraq aşağıdakı məzmunda cavab verilmişdir: “Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 2418 nömrəli məktubuna əsasən hərbi hissənin döyüşlərdə iştirak edən şəxsi heyətin siyahısında adının olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.” -N nömrəli hərbi hissə komandiri tərəfindən Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam etmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda gedən “Vətən müharibəsi” zamanı N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmət hərbi qulluçu qismində xidmət etmiş ehtiyatda olan əsgər İddiaçı, adlarının müharibədə iştirak edən şəxsi heyətin müdafiə rayonlarına göndərilməsi üçün tərtib olunmuş nizami hissə üzrə əmrlərində olmadığı, buna görə də yuxarıda adları qeyd olunan vətəndaşlara müharibə veteranının və müvafiq vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın tələblərinə uyğun sənədlərin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş 26 iyul 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ehtiyatda olan kiçik çavuş İddiaçı xx.xx.N9-cu il tarixdən hərbi hissədə şəxsi heyətin siyahısına daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə o, hərbi hissənin maddi-texniki təminat bölməsinin operatoru (avtomobil xidməti üzrə) vəzifəsinə təyin edilmişdir. O, bu vəzifədə xidmət müddəti bitənədək xidmət etmiş və xx.xx.2021-ci il tarixdə ehtiyata buraxılaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağıriş üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinə göndərilmişdir. Müharibə müddətində (xx.xx.2020-xx.xx.2020) kiçik çavuş İddiaçı N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində ezamiyyətə, məzuniyyətə, hospitala və başqa yerə göndərilməsi barədə qeydlər yoxdur. Lakin eyni zamanda Müharibə veteranı və vəsiqəsinin verilməsi üçün əsas olan şəxsi heyətin müdafiə rayonlarına (döyüş meydanına) göndərilməsi üçün tərtib olunmuş nizami hissə üzrə əmrlərdə də kiçik çavuş İddiaçı barədə qeydiyyat yoxdur. -AR Müdafiə Nazilriyinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. Məktuba həmçinin İddiaçı barəsində tələb olunmuş nizami hissə üzrə müvafiq əmrlərdən çıxarışlar əlavə edilmişdir. Belə ki, N nömrəli hərbi hissə komandirinin: -183 saylı, xx.xx.N9-cu il tarixli əmrindən görünür ki, aşağıda adları çəkilən həbi qulluqçular N nömrəli hərbi hissə komandirinin N iyun N9-cu il tarixli 02 nömrəli sərəncamına əsasən Ağcabədi rayonu N nömrəli hərbi hissədən gəldiklərinə görə N iyun N9-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilsinlər və bölmələrdə müvafiq vəzifələrə təyin olunsunlar: 42. əsgər İddiaçı, 5-ci reaktiv artilleriya divizionunun 14-cü reaktiv artilleriya batareyasının 1-ci reaktiv artilleriya taqımının 1-ci maşının heyət nəfəri vəzifəsinə (HUİ- 084458A). Əsas: N nömrəli hərbi hissə komandirinin N iyun N9-cu il tarixli 1416 nömrəli adlı siyahısı. -12 saylı, xx.xx.2020-ci il tarixli əmrindən görünür ki, çavuş hazırlığı proqramı üzrə toplanış keçmiş aşağıda adları çəkilən hərbi qulluqçulara növbəti “kiçik çavuş” hərbi rütbəsi verilmişdir: 1. əsgər İddiaçı, hərbi hissənin maddi-texniki təminat bölməsinin operatoru (avtomobil xidməti üzrə). Əsas: Hərbi hissə komandirinin 24 iyun 2020-ci il tarixli 560 nömrəli əmri. -97 saylı, xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, aşağıda adları çəkilən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları qanunverilicikdə nəzərdə tutulmuş hərbi xidmət müddətlərini başa vurduqlarına görə 01 aprel 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, ərzaq və əşya təminatından, 30 aprel 2021-ci il tarixdən isə pul təminatından çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin qurumlarına göndərilmişdir: 1. Kiçik çavuş İddiaçı, hərbi hissənin maddi-texniki təminat bölməsinin operatoru (avtomobil xidməti üzrə), Xocalı rayonu bölməsinə. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin 09 mart 2021-ci il tarixli, 90 nömrəli əmrindən çıxarış. -123 saylı, xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, hərbi hissənin bölmələrində döyüş qabiliyyətinin yüksəldilməsi və vakant vəzifələrin komplektləşdirilməsi məqsədi ilə aşağıda adı göstərilən hərbi qulluqçu tutduğu vəzifədən azad edilib və göstərilən bölmədə müvafiq vəzifəyə təyin olunsun: 1. əsgər İddiaçı, rabitə bölüyünün telefon taqımının 2-ci kabel-xətt manqasının xətt nəzarətçisi vəzifəsindən, hərbi hissənin maddi-texniki təminat bölməsinin operatoru (avtomobil xidməti üzrə) vəzifəsinə. Əsas: polkovnik-leytenant Q.Haqverdiyevin raportu. Məhkəmə aşağıda göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (bundan sonra- Əsasnamə) 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 2-ci hissəsinin birinci abzasına əsasən, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Həmin Əsasnamənin 2-ci hissəsinin dördüncü abzasına əsasən, bu Əsasnamənin 1ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Əsasnamənin 2-ci bəndinə əlavə edilmiş qeydə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyuş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamədəki normaların tələblərindən göründüyü kimi, müharibə veteranı adının verilməsi üçün şəxs: 1) 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak edən (yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş) hərbi qulluqçu olmalı; 2) və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçusu və ya hərbi hissə (bölmə) və ya orqanların mülki işçisi olmalı; 3) və ya döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam edilmiş olmalıdır. Hazırkı iş üzrə iddiaçının müvafiq dövrdə hərbi qulluqçu olması işin mübahisələndirilməyən hallarındandır. Ona görə də konkret halda iddiaçıya müharibə veteranı adının verilməsi yalnız 1-ci və 3-cü bənddə göstərilən şərtlərin ödənilməsi halında mümkün ola bilərdi ki, normanın həmin hissəsinin dispozisiya şərtləri də ödənilmir. Belə ki, iddiaçının xx.xx.N9-cu ildən xx.xx.2021-ci il tarixədək xidmət etdiyi N nömrəli hərbi hissə Vətən müharibəsi dövründə döyüş əməliyyatlarında iştirak etsə də, iddiaçı istər inzibati icraat dövründə, istərsə də məhkəmə icraatı dövründə həmin hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən sübutları təqdim edə bilmədiyindən və məhkəmə araşdırması ilə də belə sübutlar əldə edilmədiyindən iddia tələbinin təmin edilməsi istisna olunur. Məhkəmə iddiaçının arqumentinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də bilavasitə şahid ifadələri əsasında şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmamışdır. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi inzibati prosessual qanunvericiliyin tələbinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki işdə isə iddiaçı arzuladığı aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-8533/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8533/2024
20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver