Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8535/2022 27.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Qarayeva (Məmmədova) Pərvanə Bayram qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «Bakı Dövlət Universiteti» X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla diplomun verilməsi tələbinə dair inzibati iş materiallarına aidiyyatla bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Qarayeva (Məmmədova) Pərvanə Bayram qızı cavabdeh «Bakı Dövlət Universiteti» X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Müəllimlər Universitetinin Qazax filialının Filologoiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını 2007-ci il tarixdə bitirməsinə dair diplomun verilməsi öhdəliyinin Azərbaycan Müəllimlər Universitetinin Qazax filialının hüquqi varisi olan Bakı Dövlət Universitetinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək Qarayeva (Məmmədova) Pərvanə Bayram qızının Azərbaycan Müəllimlər Universitetinin Qazax filialının Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını 2007-ci il tarixdə bitirməsinə dair diplomun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmçinin ərizədə «Bakı Dövlət Universiteti» X3 üçüncü şəxs qismində göstərilmişdir. Məhkəmənin 2-1(112)-8535/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh «Bakı Dövlət Universiteti» X3 əsl cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əvəz edilmiş, iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmiş, «Bakı Dövlət Universiteti» X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mübahisə öhdəliyinin icrası ilə növündə iddialara aid olmaqla inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqanla bağlı olduğundan inzibati işə iddiaçının yaşadığı yer üzrə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li, xx.xx.2016-cı il tarixli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Qarayeva (Məmmədova) Pərvanə Bayram qızının yaşayış yeri ünvan 1 ünvanıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin maddənin ikinci hissəsinə əsasən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 4 №-li, xx.xx.2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının təsdiq edilməsi» barədə Əlavəyə əsasən Gədəbəy şəhəri Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil işin aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etdiyini, iddiaçının ünvan 1 ünvanında deyil, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsində inşa edilmiş sənədsiz evdə qeydiyyatsız yaşadığını, həmin ünvanın müvafiq sənədləri olmadığından iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınmasında çətinlik olduğunu, iddiaçının faktiki olaraq Bakı şəhərində yaşadığını nəzərə alaraq mübahisəyə Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazım qaydada məlumatlandırılsalar da, səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan iş üzrə ərazi aidiyyətinin müəyyənləşdirilməsini mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndəsinin irəli sürdüyü mülahizələrə münasibətdə bildirir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi şəxsin yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir və şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddianın aidiyyət qaydalarının müəyyən edilməsi məhz iddiaçının şəxsiyyət vəsiqəsində qeyd olunan ünvan üzrə qiymətləndirilir ki, bunun əsasında hazırki mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılması istisna olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. - 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2, 8.5, 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Qarayeva (Məmmədova) Pərvanə Bayram qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «Bakı Dövlət Universiteti» X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla diplomun verilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-8535/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8535/2022
27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver