Məhkəmə qərarları › İş №2-1(112)-8536/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8536/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8536/2023 02.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Kaspiets-2” qaraj kooperativində yerləşən idddiaçıya məxsus sahəsi 31.1 kv.metr olan 68 saylı qarajın sökülməsi nəticəsində 18000 manat məbləğində vurulan ziyanı cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: I. Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti

1. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Kaspiets-2” qaraj kooperativində yerləşən idddiaçıya məxsus sahəsi 31.1 kv.metr olan 68 saylı qarajın sökülməsi nəticəsində 18000 manat məbləğində vurulan ziyanı cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası X6 tikintisi ilə əlaqədar olaraq, Bakı şəhəri, Səbail rayonu, keçmiş F.Mehdiyev küçəsində yerləşən “Kaspiets-2” qaraj kooperativ nəzdindəki ona məxsus sahəsi 31.1 kv.m olan 68 saylı qaraj sökülmüşdür. Qanuni əsaslarla istifadə hüququna malik olduğu qaraj söküldüyündən və ona hər hansı kompensassiya məbləği ödənilmədiyindən, Bakı şəhər İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixdə ərizə ilə rəsmi qaydada müraciət etmiş, müraciətinə hər hansı cavab verilməyib. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Resyestrinin Bakı şəhər ərazi idarəsinin xx.xx.2011-ci il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə göndərdiyi qarajların qiymətləndirmə rəyinə əsasən, “Kaspiets-2” kooperativində yerləşən qarajların hər 1 kv.m metrinin bazar dəyəri 300 manat təyin edilmişdir. Keçən müddət ərzində manatın məzənnəsinin dəyişməsini nəzərə alaraq, iddiaçıya 18.000 dəyərində ziyan dəymişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh bildirmişdir ki, qeyd edilən ərazidə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən söküntü işləri aparılmamışdır.

II. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş, iddiaçının müraciətinə cavab verilməmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

5. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

İş materiallarına əlavə edilmiş:

AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Bakı şəhər X4 İcraiyyə Komitəsinin 24 aprel 1987-ci il tarixli, 11/197 nömrəli Qərarı ilə X5 zabitlər heyyətinə kooperativ qarajların tikintisi məqəsədi ilə 26 Bakı Komissarı rayonunda Gəmiçiliyin idman klubunun ərazisindəki 29 kvartalında torpaq sahəsi ayrılması qərara alınmışdır. “Kaspiets-2” qaraj kooperativinin üzvlərinin siyahısının 33-cü sətirində iddiaçının (1 pay)ilə adı qeyd edilmişdir. Səbail rayon İcra Hakimiyyətinin Başçısının aparatı tərəfindən verilmiş ordere əsasən, İddiaçı “Kaspiyets -2” –də yerləşən qaraja maşın yeri (boks) tutmaq üçün icazə verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı “Kaspiets-2” kooperativinin payçısıdır. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə cavabdeh inzibati orqana müraciət etmişdir.

İİİ. Məhkəmənin mövqeyi

Məhkəmə iddiaçının izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

6. Azərbaycan Respublikası Konstitusiyasının

- 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:

- 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3. zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; - 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. - 211. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. - 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

8. İşin müəyyən edilmiş hallarına görə, Bakı şəhər X3 İcraiyyə Komitəsinin 24 aprel 1987-ci il tarixli, 11/197 nömrəli Qərarı ilə X5 zabitlər heyətinə kooperativ qarajların tikintisi məqsədi ilə 26 Bakı Komissarı rayonunda Gəmiçiliyin idman klubunun ərazisindəki 29-cu kvartalında torpaq sahəsi ayrılmışdır. Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən 2014-cü il 15 yanvar tarixli, **********038400 nömrəli çıxarışa görə İddiaçı “Kaspies-2” kooperativinin payçısıdır.

9. İşin mübahisələndirilməyən haldır ki, Azərbaycan Respublikası Prezidentinin X6 yaradılması ilə bağlı xx.xx.2007-ci il tarixli 2504 nömrəli sərəncamının icrası ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin Başçısı xx.xx.2008-ci il tarixli 580 nömrəli sərəncam vermişdir. Həmin sərəncamla ərazidə olan qarajlar və digər obyektlərlə bağlı Bakı şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyəti tərəfindən verilmiş sərəncamlar ləğv edilmiş, ərazidə olan qarajların və digər tikililərin sökülməsi Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. 10.Beləliklə iddiaçıya məxsus olan qaraj cavabdehin sərəncamına əsasən söküldüyündən , iddiaçının hazırkı iddianı irəli sürmək hüququ vardır.

11. İddiaçıya ödənilməli olan kompensasiyanın məbləğinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 3440/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərarında, “Kaspiets-2” kooperativinin qarajların bazar dəyərinin hər kv.m üçün 300 manat təşkil etməsinə hüquqi qiymət verilmişdir.

12. Odur ki, iddiaçıya sahəsi 31.1 kv.m olan qaraj üçün cəmi 9330 manat (31.1 kv.m qarajın sahəsi x 300 = 9330 manat) məbləğində kompensasiya ödənilməlidir.

13. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:

- 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

14.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

15. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “Kaspiets-2” qaraj kooperativində yerləşən sahəsi 31.1 kv.metr olan 68 saylı qarajın sökülməsi nəticəsində 9330 manat kompensasiyanın iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia qalan hissə təmin edilməməlidir.

16. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

18. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 33, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRАRА АLDİ: İddiа tələbi qismən təmin edilsin. “Kaspiets-2” qaraj kooperativində yerləşən sahəsi 31.1 kv.metr olan qarajın sökülməsi nəticəsində vurulan ziyana görə 9330 manat kompensasiyanın İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.

Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar