Məhkəmə qərarları › İş №2-1(112)-8539/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8539/2023

29.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8539/2023 29.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ehtiyatda olan hərbi qulluqçunun mənzillə təmin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ehtiyatda olan hərbi qulluqçunun mənzillə təmin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə açıq şifahi məhkəmə baxışı iclasında məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28 dekabr 2011-ci il tarixli Fərmanına əsasən tərtib edilmiş və Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 ildən çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların 1994-cü il tarixli mənzil verilməsi siyahısında bərpa edilməklə mükafat olaraq dövlət hesabına mənzillə təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz edilməsini və Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28 dekabr 2011-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 ildən cox qüsursuz xidmət etmiş iddiaçı X1 mükafat olaraq dövlət hesabına mənzil ilə təmin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatda olan tibb xidmət mayorudur. 1994-cü il noyabr ayında könüllü olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətinə çağırılaraq 20 ildən artıq qüsursuz xidmət etmişdir. Qüsursuz xidmətə qörə 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla təltif olunmuş və “usta” məharət dərəcəli həkim-mütəxəssis adını almışdır. 2015-ci ildə yaşa görə ehtiyyata buraxılmışdır. Hərbi hissə komandiri Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28 dekabr 2011-ci il tarixli Fərmanına əsasən 20 ildən artıq qüsursuz xidmətinə görə iddiaçının sənədlərini mənzil verilməsi üçün Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə göndərmiş və 2021-ci ilədək iddiaçının adı mənzil növbəsi siyahısında olmuşdur. Lakin 2022-ci ildə iddiaçıya mənzil verilməsindən imtina olunaraq səbəb kimi hərbçi olmuş ərinin mənzil aldığından iddiaçının adının siyahıdan çıxarılması göstərilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçının əri ehtiyyatda olan tibb-xidməti polkovnik-leytenantı X4 döyüş bölqəsində xidmət etmiş, 1-ci Qarabağ Müharibəsi veteranı, “usta” məharət dərəcəli həkim mütəxəssis, iki övlad atasıdır. 2018-ci ildə ona qüsursuz xidmətinə görə Məhəmmədli qəsəbəsində 2 otaqlı mənzil verilmişdir. Cavabdehin Ailə Məcəlləsinin 32-ci maddəsinə istinadən nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların ümumi birgə mülkiyyəti sayılmaqla həyat yoldaşı ilə birgə dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq hüququndan istifadə etməsi barədə mövqeyini qanunsuz hesab edir. Bununla baglı Ədliyyə Nazirliyinə ünvanlanmış müraciətinə cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin güclləndirilməsi tədbirləri barədə“ 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanın normativ hüquqi aktlarda hərbi qulluqçu olan ərin (arvadın) mənzillə təmin olunması halı digər hərbi qulluqçu olan ərin (arvadın) mənzillə təmin edilməsini məhdudlaşdıran norma kimi müəyyən edilməmişdir. Həmin Fərmanın tələblərinə görə Silahlı Qüvvələrdə 20 ildən cox qüsursuz xidmət etmiş hərbi qulluqçulara dövlət vəsaiti hesabına mükafat kimi mənzil verilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif edilmişdir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, proses iştirakçılarına iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən). Cavabdehin xx.xx.2023-ci il tarixli 3373 saylı məhkəməyə ünvanlandığı etiraz məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011ci il tarixli 569 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq hüququndan istifadə edərək birgə nigahda olduğu X4 ilə birlikdə (oğlu X5 və qızı X3) xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Məmmədli kəndində “Göy Qurşağı-Məmmədli” yaşayış kompleksi, ev 6, mənzil 53 ünvanında yaşayış sahəsi 82.10 m2 olan 3 otaqlı mənzillə təmin olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinə əsasən ərlə arvadın nigah dövründə qazandıqları əmlak onların ümumi mülkiyyəti sayılır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublkasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 242 nömrəli, xx.xx.2023-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. Həyat yoldaşı ehtiyatda olan tibb-xidməti polkovnik-leytenantı X4 ilə birlikdə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının icrası ilə əlaqədar, ailə üzvlərinin sayına uyğun olaraq (İddiaçı, X5 və X3) ünvan 1 ünvanında ümumi sahəsi 84,87 m2 olan mənzillə təmin olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nigah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Odur ki, həyat yoldaşı X4 ilə bir yerdə dövlət vəsaiti hesabına mənzillə təmin olunduğu üçün, dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq hüququndan istifadə etmişdir. - İşə əlavə edilmiş medalların vəsiqələrinə əsasən iddiaçı “Qüsursuz xidmətə görə” 1ci dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur. - 002736 №-li xidməti vəsiqədən görünür ki, X4 xx.xx.1999-cu il tarixdən “Müharibə veteranı”dır. - Vİİ-JQ seriyalı seriyalı 368468 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, iddiaçı ilə X4 xx.xx.1999-cu il tarixdə nikaha daxil olmuşlar. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-16/03/2- 399/11-Ş-2-3/2023 nömrəli məktubu ilə iddiaçıya bildirilmişdir ki “Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bununla yanaşı, ölkə Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Sözügedən normativ hüquqi aktlarda hərbi qulluqçu olan ərin (arvadın) mənzillə təmin olunması halı digər hərbi qulluqçu olan ərin (arvadın) mənzillə təmin edilməsini məhdudlaşdıran norma kimi müəyyən edilməmişdir. - İddiaçıya məxsus VP seriyalı 047619 nömrəli hərbi biletdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.1994-cü il tarixdən xx.xx.2015-ci il tarixədək həkim parazitoloq kimi hərbi xidmət keçmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Hazırki iddia mahiyyətcə iddiaçının publik hüququnun təmin edilməsi – ehtiyatda olan hərbi qulluqçu kimi mənzillə təmin edilməsinin cavabdehə həvalə edilməsindən ibarətdir. İşin faktiki hallarında müəyyən edilir ki, iddiaçı cavabdehə müraciət edərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 №li Fərmanı ilə Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi onun dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi xahiş etsə də, müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə, toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsiniə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçməsinin qaydasını müəyyən edir. Həmin Əsasnamədə hərbi qulluqçulara güzəştlərlə bağlı aşagıdakı müddəaları xüsusi qeyd etməyi zəruridir: xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır (152-ci b. 4-cü ab.), həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər (164 b., 1 ab.), yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə buraxılan kadr zabit heyətindən olan şəxslərə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ barədə vəsiqə verilir (164 b, 5 ab.). “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 №li, xx.xx.2011-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Fərmanın 3-cü abzasında qeyd edilmişdir ki, ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzilməişət problemlərinin həll edilməsinə təkan vermişdir. Belə ki məhkəmə müəyyən edir ki, iddiaçı qüsursuz xidmət etmiş hərbi qulluqçu statusuna malikdir, vaxtılə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Qeyd edilən Fərmanın mətninə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərin dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi tapşırılmışdır. Yəni Sərəncamda mənzilə münasibətdə ismin kəmiyyət halı “tək” formada işləndiyindən Fərmanın məzmunu bir hərbi qulluqçu ailəsinə birdən artıq mənzilin verilməsi qənaətinə gəlməyə məhkəməyə əsas vermir. İşin faktiki hallarına əsasən iddiaçı ilə yanaşı onun əri X4 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq hüququndan istifadə edərək birgə nigahda olduğu arvadı olan iddiaçı, həmçinin oğlu X5 və qızı X3 ilə birlikdə xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Məmmədli kəndində “Göy Qurşağı-Məmmədli” yaşayış kompleksi, ev 6, mənzil 53 ünvanında məhz həmin ailə tərkibinə görə mənzil normaları gözlənilməklə yaşayış sahəsi 82.10 m2 olan 3 otaqlı mənzillə təmin olunmuşdur. İddiaçı isə hazırki iddia tələbi ilə cavabdehə müraciət edərək, yenidən onun mənzillə təmin edilməsini tələb etməklə, yəni Fərmanın mahiyyət etibarı ilə hərbi qulluqçulara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinin onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməsini nəzərə almadan artıq istifadə edilmiş güzəştli hüquqdan, təkrarən istifadə etməyə çalışmaqla hüquqdan suiistifadə etmiş olur. Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ehtiyatda olan hərbi qulluqçunun mənzillə təmin edilməsi” barədə iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiası təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar