Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-854/2025 10.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi Cavabdeh qarşı cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 400,00 manat. Dövlət Sosial Müdafiə Fonduna 1350,00 manat və İcbari Tibbi Sığorta Fonduna 280,00 manat məbləğində borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti 1 vahidinin qiyməti 400 manat olan 1 ədəd “Elit” markalı kondisioner, 1 vahidinin qiyməti 600 manat olan 1 ədəd vitrin soyuducusu, 1 vahidinin qiyməti 250 manat olan 3 ədəd dolab soyuducusu və İ vahidinin qiyməti 140 manat olan 2 ədəd vitrin soyuducusu (şüşə qapaqlı) olmaqla ümumilikdə 2030 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkəsində satılması barədə qərar qəbul edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün dövlət büdcəsinə Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna məqsədi ilə ona bildirişlər verilmişdir. Həmçinin Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir.Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2023-cü il tarixli Qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx/xx/2023-cü il tarixə dövlət büdcəsinə 1152,83 manat, Dövlət Sosial Müdafiə Fonduna 3498,24 manat və İcbari Tibbi Sığorta Fonduna 564,13 manat yaranan borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti 1 vahidinin qiyməti 400 manat olan 1 ədəd “Elit” markalı kondisioner, 1 vahidinin qiyməti 600 manat olan 1 ədəd vitrin soyuducusu, 1 vahidinin qiyməti 250 manat olan 3 ədəd dolab soyuducusu və 1 vahidinin qiyməti 140 manat olan 2 ədəd vitrin soyuducusu (şüşə qapaqh) olmaqla ümumilikdə 2030 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2023-cü il **********3, **********1 və **********4 Protokollar tərtib edilmişdir. Protokollar siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Protokollar tərtib edilərkən 30 gün müddətində borclar ödənilmədiyi halda, siyahıya alınmış əmlakın Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən qanunamüvafıq qaydada satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq edilmişdirCavabdehin xx/xx/2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 400.00 manat, Dövlət Sosial Müdafiə Fonduna 1350,00 manat və İcbari Tibbi Sığorta Fonduna 280,00 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə iclası təyin olunaraq bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Cavabdeh məhkəmə iclasında iştirak etmiş, iddiaçı iştirak etməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli 4-13/1-1144/2025 saylı məktub ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması tələbinə dair Cavabdeh (VÖEN: **********) borcu ilə əlaqədar məlumatın təqdim edilməsi barədə müraciətə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildirilir ki, dövlət büdcəsinə vergilər üzrə yaranmış 1152,83 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 3498,24 manat və icbari tibbi sığorta haqqı üzrə yaranmış 564,13 manat borcunun alınması məqsədilə Baş İdarənin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli qərarlarına əsasən xx.xx.2023cü il tarixdə vergi ödəyicisinin əmlakı siyahıya alınaraq müvafiq protokol tərtib edilmiş və siyahıya alınmış əmlak vergi ödəyicisinə məsul saxlanmaya verilmişdir. Həmin qərarlar üzrə borc ödənilmiş və icraat vərəqəsi bağlanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1, 67.3, 83.1 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-854/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-854/2025
10.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver