Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8541/2024 14.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İ. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi Sosial Ekspert Komissiyasına qarşı ona əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü və 2019-cu illərdə infarkt keçirmişdir. Bundan əlavə hepatit C və şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Sadaladığı bu xəstəliklər rəsmi qaydada tibb kitabçasında qeyd edilmişdir. Ürəyində olan müvafiq problem ilə əlaqədar Komissiyadan küçmək üçün xx.xx.2023-cü il tarixdə Penitensiar Xidmətin Tibb Baş İdarəsinin Müalicə Müəssisəsinə keçirilmişdir. xx.xx.2023cü il tarixdə Müalicə Müəssisəsinin kardioloqu tərəfindən ürəyi EKQ edilmiş, xx.xx.2023-cü il tarixdə Tibbi Komissiya xəstəliyinə görə müvafiq diaqnoz təyin etmişdir. Komissiya zamanı Müalicə Müəssisəsinin baş həkimi bildirmişdir ki, diaqnozu əlillik meyarlarına tam uyğundur, 2-ci qrup əlildir və əlillik dərəcəsi almaq üçün xəstəliyi haqqında məlumatlar Tibbi Sosial Ekspertiza Komissiyasının məlumat bazasına daxil ediləcəkdir. Əlavə olaraq Müalicə Müəssisəsinin kardioloqu ona bildirmişdir ki, ürəyinin EKQ göstəricisini apparatın yaddaşında saxlamış, bir nüsxəsini ona vermiş, o cümlədən bildirmişdir ki, əgər təkrar yoxlanışa ehtiyac olarsa, EKQ apparatının yaddaşında saxlanılan göstəricilərə istinad edilə bilər. xx.xx.2023-cü il tarixdə Müalicə Müəssisəsindən cəza çəkdiyi müəssisəyə qaytarılmışdır. Bu günə kimi Tibbi Sosial Ekspertiza Komissiyası onun əlilliyini təyin etməmiş, bununla bağlı ünvanladığı üç ərizənin heç birinə cavab verilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi Sosial Ekspert Komissiyası əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmiş və iddia tələbi “qiymətləndirildiyi xx.xx.2024-cü il tarixdən iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı Ədliyyə Nazirliyi Tibb İdarəsinin xx.xx.2024cü il tarixli göndərişi əsasında baxılmış və şəxsin əlilliyi barədə yekun qərar qəbul etmək mümkün olmadığına görə “göndəriş natamam doldurulma” əsası ilə tibb müəssisəsinə natamam məlumatların yenilənməsi məqsədilə geri göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 3-16-20/2-Q-2817- 6/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, penitensiar müəssisələrdə cəza çəkdiyi dövrdə tibbi xidmətlə təmin edilmiş, səhhətində yaranmış narahatlıqla bağlı Tibb-sanitar hissəsində və Müalicə müəssisəsində dəfələrlə tibbi tədbirlərə cəlb olunmuş, müalicə üçün zəruri olan dərman preparatları ilə təmin edilmişdir. Ona əlillik dərəcəsinin təyin edilməsi üçün barəsindəki aidiyyəti məlumatlar 2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt-sisteminin (TSERAS) elektron məlumat bazasına daxil edilmişdir. Lakin məsələyə Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən baxılaraq ona əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. Müraciəti nəzərə alınaraq sağlamlıq durumunun hazırkı vəziyyətinin qiymətləndirilməsi üçün xx.xx.2023-cü il tarixdə müalicə müəssisəsinə köçürülmüşdür. Stasionar müayinələr nəticəsində onda müəyyən edilən diaqnoz Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş əlillik meyarlarına uyğun olduğu təqdirdə barəsindəki aidiyyəti məlumatlar TSERAS-a təkrar daxil ediləcəkdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Müalicə Müəssisəsi tərəfindən təqdim edilmiş İddiaçı dair xx.xx.2023-cü il tarixli exokardioqrafiya məlumatına əsasən nəticə: Sol mədəciyin sistola diastolik ölçüləri ciddi böyümüşdür və sistolik funksiyası azalmışdır (LVEF~38%). Diastolik disfunkasiya İİ tipdə pozulmuşdur. Seqmentar divar hərəkət qüsuru (apikal; mid-septum akinetik, bazal-septim hipokinetik) qeyd edilir. Aorta kökü genişlənməyib, qapaqları sklerotikdir. Perikard boşluğu təmizdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-4/2-16963/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə İddiaçı dair tibbi-sosial ekspert komissiyasının qərarının surəti təqdim edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə müayinə edilərək “(Xəstəliklərin beynəlxalq təsnifatı: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri = > İ20-İ25 - Ürəyin işemik xəstəlikləri = İ25.2 Ürəyin xroniki işemik xəstəliyi = Əvvəllər keçirilən miokard infarktı) İ25 Ürəyin xroniki işemik xəstəliyi stabil gərginlik stenokardiyası İİ f.s. infarktdan sonrakı kardioskleroz. Ağırlaşma İ50 Ürək çatmamazlığı. İİ f.s. Yanaşı xəstəliklər 818 2 Virus mənşəli xroniki C hepatiti, subklinik forma 110 Essensial (birincili; hipertenziya hipertoniya xəstəliyi İİ dərəcə)” diaqnozu ilə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması, əsas diaqnozun ağırlaşmalarını təsdiq ədan instrumental müayinələrin nəticələri, status localıs mütəxəssislərin rəyi anamnestık məlumatlar və TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbindən ona əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə müayinə edilərək “(Xəstəliklərin beynəlxalq təsnifatı: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-125 - Ürəyin işemik xəstəlikləri => İ25 - ürəyin xroniki işemik xəstəliyi => 125.8 Ürəyin xroniki işemik xəstəliklərinin digər formaları) Ürəyin xroniki işemik xəstəliyi, stabil gərginlik stenokardiyası, İİ f.s infarktdan sonrakı kardioskleroz, ürək çatmamazlıgı İİ f.s.” diaqnozu ilə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbindən ona əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə müayinə edilərək “İ25 Ürəyin xroniki işemik xəstəliyi, Ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiyası İİ f.s Post infarkt kardioskleroz (2014)” diaqnozu ilə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması - Səbəb: Şəxsin əlillik hüququnu dəqiqləşdirmək üçün DTSERA-ya yaxınlaşması tövsiyə olunur.” səbəbindən ona əlillik təyin edilməsindən imtina edilmişdir. Bakı Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən Tibbi-Sosial Ekspert Komissiyasına İddiaçı dair təqdim edilmiş (K00189648HUN saylı xx.xx.2024-cü il tarixli göndəriş) Forma 88 arayışından görünür ki, həmin müəssisədə xx.xx.2024-cü il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.2013-cü ildir (xroniki; orta ağır). Əsas diaqnoz: İ25 Ürəyin xroniki işemik xəstəliyi, Ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiyası İİ f.s. Postinfarkt kardioskleroz (2014) Ağırlaşma: İ50. Ürək çatmamazlığı, xroniki ürək çatmamazlığı. İİ f.s Yanaşı xəstəlik: E11 İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet İİ tip Yanaşı xəstəlik: İ10 Essensial (birincili)hipertenziya, Hipertoniya xəstəliyi İİ dərəcə əlavə risk İV Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən İddiaçı ünvanlanmış 2-5/2-24552/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, ürək xəstəliyindən əziyyət çəkməyi, əlilliyinin qiymətləndirilməsi ilə əlaqədar Tibb Baş İdarəsinin göndərişinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əsassız olaraq göndərişin natamam doldurulması adı ilə 2 dəfə imtina cavabının verilməsi haqqında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığı şikayətində əks etdirilmiş halların yoxlanılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə tapşırılmışdır. Verilmiş cavabda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əlillik vəziyyəti Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin 4449003AABAF nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş, əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələrin nəticələri, status localis, mütəxəssislərin rəyləri, anamnestik məlumatlar və Tibbi-Sosial Ekspert Komissiyasına göndərilən zaman vəziyyəti barədə məlumatın dəqiqləşdirilməsi və ətraflı qeyd olunması məsləhət görüldüyündən, göndərişin natamam doldurulması səbəbindən əlillik təyinatının aparılması mümkün olmamışdır. Ona dair lazımi məlumatlar Agentliyin aidiyyəti şöbəsinə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsasında əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə X1 ərazi üzrə Tibbi-sosial ekspert komissiyasının ekspert həkimləri tərəfindən müayinə edilmiş, aktlaşdırılaraq Agentliyə göndərilmişdir. Agentlikdə əlillik vəziyyəti yenidən araşdırılaraq, tibbi sənədlərə və obyektiv müayinələrin nəticəsinə əsasən xx.xx.2021-ci il tarixdən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Növbəti dəfə orqanizminin funksiyalarının pozulması faizi Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin K00189648HUN nömrəli yeni göndərişi əsasında müəyyənləşdirilmiş, göndərişin natamam doldurulması səbəbindən əlilliyin müəyyən edilməsi mümkün olmamışdır. Məhkum olduğundan əlillik vəziyyəti Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində Agentliyin tabeliyində ərazi üzrə 7 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert həkimi tərəfindən xx.xx.2024-cü il tarixində müayinə olunmuş və sağlamlıq vəziyyəti aktlaşdırılaraq Agentliyə göndərilmişdir. Əlillik vəziyyəti Agentlikdə xx.xx.2024-cü il tarixdə yenidən araşdırılaraq, təqdim edilmiş tibbi sənədlərə və obyektiv müayinələrin nəticəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq xx.xx.2024-cü il tarixdən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Heyətinə ünvanlanmış 2-5/2- 21829/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət edərək ürək xəstəliyindən əziyyət çəkdiyini, əlilliyinin qiymətləndirilməsi ilə əlaqədar Tibb Baş İdarəsinin göndərişinə Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əsassız olaraq göndərişin natamam doldurulduğu adı ilə 2 dəfə imtina cavabının verildiyini bildirmiş, qanunamüvafiq tədbirlər görülməsində köməklik göstərilməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 12.2.5-ci maddəsinə əsasən şikayətdə əks etdirilmiş halların yoxlanılmasını, müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. Hazırki iddia məcburetməyə dair iddiadır. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin K00189648HUN saylı xx.xx.2024-cü il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş, şəxsin əlillik hüququnun dəqiqləşdirilməsi üçün DTSERA-ya yaxınlaşması əsası ilə əlilliyin təyinindən imtina edilmişdir. İddia mümkündür. İİİ. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasından: 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Əlilliyin təyinindən imtinaya dair sonuncu Bakı Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən təqdim edilmiş forma 88 arayışına əsasən (xx.xx.2024-cü il tarixdə müayinə olunmuşdur): Həmin müəssisədə xx.xx.2024-cü il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.2013-cü ildir (xroniki; orta ağır). Əsas diaqnoz: İ25 Ürəyin xroniki işemik xəstəliyi, Ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiyası İİ f.s. Postinfarkt kardioskleroz (2014) Ağırlaşma: İ50. Ürək çatmamazlığı, xroniki ürək çatmamazlığı. İİ f.s Yanaşı xəstəlik: E11 İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet İİ tip Yanaşı xəstəlik: İ10 Essensial (birincili)hipertenziya, Hipertoniya xəstəliyi İİ dərəcə əlavə risk İV Beləliklə, XBT 10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyi səhiyyə müəssisəsi tərəfindən təqdim edilmiş göndərişdə müəyyən etməsinə baxmayaraq və həmin xəstəliklərlə bağlı illər ərzində mütəmadi olaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində müəssisəsində stasionar müalicələrdə olmasına və xəstəlik diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndan: 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 2.1. Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər İ10-İ15 2.1.1. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə -35-60 % 1 il müddətində 2.1.2. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə -65-80 % 2 il müddətində 2.1.3. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə - 85-100% müddətsiz 2.2.Ürəyin işemik xəstəliyi İ20 - İ25 2.2.1.ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda 35-60 % 1 il müddətində; 2.2.2.ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda 65-80% 2 il müddətində 2.3. Ürək çatışmazlığı İ50 2.3.1ÜDS-nin mülayim disfunksiyası: FS İİİ, XÜÇ İİA mərhələ 35-60 % 1 il müddətində; 2.3.2 ÜDS-nin ciddi disfunksiyası: FS İİİ, XÜÇ İİB mərhələ 65-80% 2 il müddətində orqanizmin funksiyalarının pozulması faizi ilə əlillik təyin edilir. Odur ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq qeyd edilən son qiymətləndirildiyi tarixdən (xx.xx.2024-cü il tarixindən) əlilliyin təyin edilməsi kimi təyin edilməlidir. Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbiinstrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi). Bu mənada etirazın cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir. Sağlamlığın pozulmasının faiz dərəcəsinə münasibətdə məhkəmə hesab edir ki, qeyd edilən məsələ inzibati orqanın qiymətləndirmə sərbəstliyi ilə müəyyən edilən məsələdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2024-cü il tarixdən əlilliyin təyin edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən əlilliyin (orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinin) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-8541/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8541/2024
14.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver