Məhkəmə qərarları › İş №2-1(112)-8542/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8542/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8542/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı “akt qeydlərinin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə hazırlıq icraatı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsinə, Bakı şəhər Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 nikahın pozulması akt qeydinin, mərhum nənəsi X6 ölüm akt qeydinin və nikahın bağlanması akt qeydinin surətinin ona verilməsinin cavabdeh Bakı şəhəri, Xətai rayon Qeydiyyat Şöbəsinə və cavabdeh Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehlərə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 01.12.2021-ci il tarixli, 2-1 (112)- 8542/2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsinə və Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı “akt qeydlərinin verilməsi” barədə iddia tələbi cavabdeh Bakı şəhəri, Xətai rayon Qeydiyyat Şöbəsinə aid hissədə mümkün sayılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə məktubla müraciət edərək iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasına onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsində qeyd edilən sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı işin obyektiv aparılması məqsədi ilə X7 ilə X4 arasında olan nikahın pozulması barədə 17.07.1978-ci il tarixli, 412 nömrəli akt qeydindən çıxarışın təsdiq edilmiş surətinin, həmçinin X6 ölümü barədə 28.12.1983-cü il tarixli, 2379 nömrəli akt qeydindən çıxarışın təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi üçün Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat şöbəsinə, eyni zamanda X8 ilə X5 nikahları barədə 01.09.1953-cü il tarixli, 541 nömrəli akt qeydindən çıxarışın təsdiq edilmiş surətinin məhkəməyə göndərilməsi üçün Yasamal rayon Qeydiyyat Şöbəsinə sorğular göndərilmiş, sorğulara cavab olaraq Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən X7 ilə X1 aralarında 17.07.1978-ci il tarixli, 412 nömrəli akt qeydindən olan nikahın pozulması barədə 17.07.1978-ci il tarixdə, 412 nömrə qeydı alınmış nikahın pozulması haqqında və X6 28.12.1983-cü il tarixdə 2379 nömrə ilə qeydə alınmış ölümü haqqında akt qeydlərinin surətləri, Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən isə X8 ilə X5 nikahının 01.09.1953cü il tarixli 541 nömrəli akt qeydinin təsdiqlənmiş surəti daxil olmuşdur. Məhkəmə iclasında qeyd edilən akt qeydlərinin surətləri iddiaçının nümayəndəsi və vəkilinə təqdim edildi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi X2 nikahın pozulması barədə akt qeydinin, X6 ölüm haqqında akt qeydinin və nikahın bağlanması akt qeydinin surətlərinin təqdim edilməsi ilə bağlı olduğundan və inzibati orqanlar tərəfindən qeyd edilən akt qeydlərinin təsdiqlənmiş surətlərinin məhkəmənin müvafiq sorğuları əsasında təqdim edildiyindən, bununla da cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İPM-nin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İPM-nin 67.3-ci maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı “akt qeydlərinin verilməsi” barədə iddia tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16.3, 67-ci, 80-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı “akt qeydlərinin verilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar