Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8543/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ağa qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə qarşı “məhdudlaşdırmanın aradan qaldırılması öhədliyinin qoyulması” barədə barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə qarşı “məhdudlaşdırmanın aradan qaldırılması öhədliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə mmümkünlük iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək işin başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmşdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan: - Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1550/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ərizəçi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin ərizəsi təmin edilərək www.1xstavka.ru, www.20bet.com, www.anonymbet.co, www.cyber.bet, www.rabona.com, www.royaloakcasino.co, www.sportaza.com, www.sportsbookratings.eu, www.vulkan.bet, www.winabet365.com, www.bookmaker-ratings.com ,www.sports.ru, www.10lineloto.com, www.olimpbet.kz, www.prognozist.ru, www.vprognoze.ru, www.stavkiprognozy.ru, www.tennisi.bet, www.legalbet.ru, www.betwinner1.com, www.sapphirebet.com, www.betandyou2.com, www.leon.bet, www.1xbit1.com, www.marathonbet-az.com, www.fun88zen.com, www.1x001.com, www.stavkovekancelarie.com, www.tipsport.sk, www.vitibet.com, www.bets.net, www.desertnightcasino.com, www.bethard.com, www.wagerweb.eu, www.bookies.com, www.rivalry.com, www.promo.nj.betmgm.com, www.planetsportbet.com, www.thegameday.com, www.bookiesbonuses.com, www.fan-sportaz.cc, www.melbet001.com, www.gg.bet, www.loot.bet, www.cslotv.com, www.bookmakerexpert.com, www.mrbit.bet,w ww.fezbet.com, www.dfkayaraya.com, www.mbet.com, www.betgoodwin.co.uk, www.thepools.com, www.quinnbet.com, www.hollywoodbets.co.uk, www.betboom.ru, www.ligastavok.ru, www.olimp.bet, www.leon.ru, www.artbetting-az.com, www.lumabet.com, www.pokerdom.com, www.powbet.com, www.mystake.bet, www.agzufsmbb9nymst.com, www.mercsaytlari.net, www.22bets.me, www.pinupsbets.com, www.365scores.com, www.777score.com, www.betfromasia.com, www.dafavip.asia, www.globusbet.com, www.bookie.best, www.surebets.bet, www.mostbet-az.info, www.mostbet-az.club, www.pinup-bet528.com, www.slotozall.co, www.lottopark.com, www.welcomedeng.com, www.freshbet.com, www.lvbet.com internet informasiya ehtiyatlarına müraciətlərin edilməsi məhdudlaşdırılmışdır. - İddiaçı tərəfindən məhdudiyyətin götürülməsi ilə bağlı cavabdehə müraciət edilsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən 15 sentyabr 2023-cü il tarilxi məktubla imtina edərək qüvvədə olan məhkəmə qərarı mövcud olduğu təqdirdə məhdudiyyətin götürülməsinin səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, qüvvədə olan İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun 13-3-cü maddəsində İnternet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması üsulları və bununla bağlı adiyyəti üzrə məhkəməyə müraciət etməklə bağlı müddəalar təsbit edilsə də, həmin qanunda qoyulmuş məhdudiyyətin aradan qaldırılması mexanizmi ilə bağlı müddəalar təsbit edilməmişdir. Azərbaycan Respublikasının Kosntitusiyasının 129-cu maddəsinin müddəalarına əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçıya məxsus internet informasiya ehtiyatlarına məhdudiyyətin qoyulması barədə qanuni qüvvəsini almış məhkəmə qərarı olduğu təqdirdə və məhkəmə qərarı əsasında qoyulmuş məhdudiyyətin götürülməsi mexanizmi İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununda təsdiq edilmədiyi təqdirdə hazırki mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının pozulması halı istisna edilməli və iddiaçının iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından əsaslandırılmış iddia kimi qəbul edilməməklə iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibatiMəhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-8543/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8543/2024
25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver