Məhkəmə qərarları › İş №2-1(112)-8549/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8549/2023

20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8549/2023 20.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “iddiaçının şəhadətləndirilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “iddiaçının şəhadətləndirməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun yenidən hərbi-həkim komissiyasından keçməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının şəhadətləndirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Əfqanıstan Respublikasının vətəndaşı olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə 1993-cü ilin oktyabr ayından xx.xx.1994-cü il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində N saylı hərbi hissədə tağım komandiri kimi iştirak etmişdir. xx.xx.1994-cü il tarixdə Füzuli rayonunun Əlixanlı kəndi uğrunda gedən döyüşlərdə sol budundan ağır yaralanmışdır. xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına sol budun yuxarı 1/3 hissəsinin yaralanması diaqnozu ilə qəbul olunmuşdur. Həmin dövrdən Azərbaycan Respublikasında yaşayır. Azərbaycanlı xanımla ailə qurmuş, 5 övlad atasıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona 2-ci qrup əlillik təyin edilmişdir. Əlilliyin təyin etmək üçün TSEK tərəfindən qoyulmuş diaqnoz sol budun yuxarı 1/3 distal hissəsinin güllə yaralanmasından sonra oturaq sinirin zədələnməsi, sol pəncənin sallanmasıdır. İddiaçı döyüşlərində iştirak edib yaralansa da, ona təyin edilmiş əlillik ümumi əlillikdir. Əlilliyin dəyişdirilməsi üçün Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etdiyi zaman iddiaçıya əlillik səbəbinin dəyişdirilməsi üçün zəruri sənədlərin təqdim edilməli olduğu bildirilərək təkrar həkim komissiyasına buraxılmamışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə prosesində nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (İPM-nin 62.3-cü maddəsinə əsasən). Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazında göstərmişdir ki, vətəndaş Akbari X1 Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı ona yaralanmasının səbəb əlaqəsinin təyin edilməsi barədə qərar verilməsi tələbi ilə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-8549/2023 saylı sərəncamı və vətəndaş İddiaçı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə MN MHHK-na daxil olmuş və araşdırılmışdır. Aşağıdakı səbəblərə görə vətəndaş İddiaçı iddiasını tamamilə əsassız və qanunsuz hesab edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 10-12-ci maddəsinə əsasən, MN MHHK-Sİ Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.1-ci maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Əsasnamənin 7.1.-7.3. maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Əsasnamənin 7.1. maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrin aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə-tibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar, yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. 7.4 maddəsinə əsasən, "hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraitini haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə, yəni xx.xx.1994-cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün esas ola bilməz. X6 14 mart 2008-ci il tarixli 123 saylı əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın" 209-cu maddəsinin tələblərinə uyğun olaraq İddiaçı qeydiyyatda olduğu SHXÇDX-nın Bakı şəhər Sabunçu rayon idarəsindən göndəriş və onun yaralanmasını təsdiq edən tibbi sənəd daxil olsa da, hərbi xidmət keçməsinə dair arayış MN MHHK-na daxil olmadığına görə onun yaralanmasının hərbi xidmətlə səbəb əlaqəsini təyin etmək mümkün deyildir. Yuxarıda qeyd olunanlara görə hesab edir ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bir qanuni əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.- 7.2-ci bəndlərinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Müdafiə Nazirinin xx.xx.2008-ci il tarixli 123 saylı əmrinin 191, 209-cu bəndlərinə uyğun aşağıda adları çəkilən sənədlər qeydiyyatda olduğu Azərbaycan Respublikasının SHXÇDX-nin yerli rayon şöbəsinin tərəfindən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərildikdən hərbi xidmət dövründə aldığı yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsinə baxılacaq və nəticəsi barədə ona məlumat veriləcəkdir: 1. Müayinə və şəhadətləndirilmək üçün qeydiyyatda olduğu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli rayon şöbəsinin göndərişi. 2. Hərbi xidmət keçdiyi (hansı hərbi hissələrdə və nə vaxtdan nə vaxta kimi hərbi xidmət keçdiyi qeyd olunmalıdır), Silahlı Qüvvələrdən tərxis olunduğu haqqında qeydiyyatda olduğu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli rayon şöbəsinin arayışı. 3.Hərbi xidmət dövründə müayinə və müalicə olunduğuna dair tibb müəssisəsindən verilmiş çıxarış epikrizi. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4/3.2311 nömrəli məktubu ilə bildirilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin 12.12 2022-ci il tarixli 4/2-8420 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin may-dekabr 1993-cü, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyat kitablarında hərbi xidməti barədə məlumat olmadığına görə iddiaçıya "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. - Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli 8009 nömrəli məktubu ilə bildirilmişdir ki, Milli Ordunun əsgəri İddiaçı (stasionar kitabda vətəndaşın ata adı qeyd edilməyib) həqiqətən də xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Sol budun yuxarı 1/3-nin güllə yarası (diaqnoz fərqli rəngli qələmlə yazılmışdır). Əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 1994-cü ilə məxsus 3 nömrəli “Stasionar xəstələrin qeydiyyatı” kitabının 9-cu səhifəsində olan 2192-ci (sıra sayında 2 rəqəmi qaralanmışdır) sayındakı qeyd. - Müdafiə Nazirliyinin Hüquq idarəsinin 11/4984 nömrəli məktubu ilə bildirilmişdir ki, Vətəndaş İddiaçı Mohammad oğlunun aldığı xəsarətlərin N nömrəli hərbi hissədə hərbi xidmətdə olduğu zaman alınmasının dəqiqləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli 5/5481 nömrəli məktuba baxılmışdır. Sorğuya Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-7883 nömrəli cavabından, N nömrəli hərbi hissə komandirinin may-dekabr 1993-cü il, yanvar- dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında onun xidməti və yaralanması barədə məlumatların aşkar olunmadığı qeyd edilsə də, məktuba əlavə olunmuş Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının mötəbər arayışların surətlərində, İddiaçı xx.xx.1994-cü il tarixdən 23 05.1994-cü il tarixədək stasionar müayinə və müalicədə olması göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetırilməyibsə, mötəbər hesab olunur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona 2-ci qrup əlillik təyin edilmişdir. Əlilliyin təyin etmək üçün TSEK tərəfindən qoyulmuş diaqnoz sol budun yuxarı 1/3 distal hissəsinin güllə yaralanmasından sonra oturaq sinirin zədələnməsi, sol pəncənin sallanmasıdır. İddiaçı döyüşlərində iştirak edib yaralansa da, ona təyin edilmiş əlillik ümumi əlillikdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 4107 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı adına Mərkəzi Hərbi Hospitalda verilmiş 1464 saylı xx.xx.1998-ci il tarixli arayışdan görünür ki, o 15.04xx.xx.1994-cü il tarixlərdə hospitalın təxirəsalınmaz cərrahiyyə şöbəsində “Sol baldırın dəlib-keçən odlu silah güllə yaralanması, oturaq sinirin zədələnməsi ilə” diaqnozu ilə müalicədə olmuşdur. Onun adına ilkin tibbi karta N saylı hərbi hissənin tibb tağımında xx.xx.1994-cü ildə açılmışdır. Qeyd edilən nəticə onun məhkəmə-tibbi müayinəsi zamanı sol budun orta 1/3-nın ön səthində, sol sağrının orta hissəsində aşkar edilmiş çapıqlarla təsdiq olunur. Həmin çapıqların İ Qarabağ müharibəsi zamanı xx.xx.1994-cü il tarixdə yaranması inkar olunmur.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iddiaçını dinləyib, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə, toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. Həmin Qanunun 27.1.9-cu maddəsinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər toplanışlar keçərkən hərbi xidmət vəzifələrinin icrasında sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: Ümumi müddəalar: Bu Əsasnamə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir Vİİ. Hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.3 Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. İşin hallarına görə İddiaçı Əfqanıstan Respublikasının vətəndaşı olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə 1993-cü ilin oktyabr ayından xx.xx.1994-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində döyüşmüşdür. xx.xx.1994-cü il tarixdə Füzuli rayonunun Əlixanlı kəndi uğrunda gedən döyüşlərdə sol budundan ağır yaralanmışdır. xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına sol budun yuxarı 1/3 hissəsinin yaralanması diaqnozu ilə qəbul olunmuşdur. Həmin dövrdən Azərbaycan Respublikasında yaşayır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona 2ci qrup əlillik təyin edilmiş, diaqnoz “sol budun yuxarı 1/3 distal hissəsinin güllə yaralanmasından sonra oturaq sinirin zədələnməsi, sol pəncənin sallanması”dır. İddiaçı döyüşlərində iştirak edib yaralansa da, ona təyin edilmiş əlillik ümumi əlillikdir. Əlilliyin səbəbinin dəyişdirilməsi üçün iddiaçı Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etsə də, ona zəruri sənədlərin təqdim edilməli olduğu bildirilərək şəhadətləndirməyə buraxılmamışdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vemişdir. Cavabdehin iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.- 7.2-ci bəndlərinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Müdafiə Nazirinin xx.xx.2008-ci il tarixli 123 saylı əmrinin 191, 209-cu bəndlərinə uyğun aşağıda adları çəkilən sənədlər qeydiyyatda olduğu Azərbaycan Respublikasının SHXÇDX-nin yerli rayon şöbəsinin tərəfindən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərildikdən hərbi xidmət dövründə aldığı yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsinə baxılacaq və nəticəsi barədə ona məlumat veriləcəkdir: 1. Müayinə və şəhadətləndirilmək üçün qeydiyyatda olduğu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli rayon şöbəsinin göndərişi. 2. Hərbi xidmət keçdiyi (hansı hərbi hissələrdə və nə vaxtdan nə vaxta kimi hərbi xidmət keçdiyi qeyd olunmalıdır), Silahlı Qüvvələrdən tərxis olunduğu haqqında qeydiyyatda olduğu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli rayon şöbəsinin arayışı. 3.Hərbi xidmət dövründə müayinə və müalicə olunduğuna dair tibb müəssisəsindən verilmiş çıxarış epikrizi. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin 12.12 2022-ci il tarixli 4/2-8420 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin may-dekabr 1993-cü, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyat kitablarında hərbi xidməti barədə məlumat yoxdur. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli 8009 nömrəli məktubundan görünür ki, iddiaçı həqiqətən də xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Sol budun yuxarı 1/3-nin güllə yarası (diaqnoz fərqli rəngli qələmlə yazılmışdır). Əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 1994-cü ilə məxsus 3 nömrəli “Stasionar xəstələrin qeydiyyatı” kitabının 9-cu səhifəsində olan 2192-ci (sıra sayında 2 rəqəmi qaralanmışdır) sayındakı qeyd. Məhkəmə araşdırması zamanı alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 4107 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı adına Mərkəzi Hərbi Hospitalda verilmiş 1464 saylı xx.xx.1998-ci il tarixli arayışdan görünür ki, o 15.04-xx.xx.1994-cü il tarixlərdə hospitalın təxirəsalınmaz cərrahiyyə şöbəsində “Sol baldırın dəlib-keçən odlu silah güllə yaralanması, oturaq sinirin zədələnməsi ilə” diaqnozu ilə müalicədə olmuşdur. Onun adına ilkin tibbi karta N saylı hərbi hissənin tibb tağımında xx.xx.1994-cü ildə açılmışdır. Qeyd edilən nəticə onun məhkəmə-tibbi müayinəsi zamanı sol budun orta 1/3-nın ön səthində, sol sağrının orta hissəsində aşkar edilmiş çapıqlarla təsdiq olunur. Həmin çapıqların İ Qarabağ müharibəsi zamanı xx.xx.1994-cü il tarixdə yaranması inkar olunmur. Beləliklə də iddiaçı xidmətdən buraxılma anında həmin an üçün şəhadətləndirilməmiş və yararlılıq kateqoriyası müəyyən edilməmişdir ki, cavabdehə müraciəti də məhz bununla bağlıdır. Cavabdeh isə Əsasnamənin tələbinə görə səbəbindən və işin hazırkı vəziyyəti üçün daha əhəmiyyətli faktiki hal kimi vaxtından asılı olmayaraq iddiaçının hüququnun realizəsini həyata keçirməmiş, Əsasnamənin tələbinə tam zidd olaraq vaxtın uzun müddət keçməsi səbəbindən müraciəti təmin etməmişdir. Halbuki hərbi xidmət keçmiş şəxslərin hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqları an üçün hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi və həmin vəzifənin səbəb və vaxtından asılı olmaması qanunvericiliyin tələbi, iddiaçının isə hazırkı iddiasının hüquqi əsası qismində çıxış edir. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh etirazının dəlili olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Qeyd olunan normaların tələbinə görə cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. 15.2. qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin iddiaçının ərizəsinin təmin edilməsindən imtina etməsi qanunazidd olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia tələbi təmin olunmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı barəsində şəhadətləndirilmə aparılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasina həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı barəsində şəhadətləndirilmə aparılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasina həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2akim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar