Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-855/2020 03.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçının nümayəndəsi X2 Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «əmək pensiyasına əlavənin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona xx.xx.2007-ci il tarixindən xx.xx.2015-ci il tarixinə qədər olan müddət arasındakı artım pulunun fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, sonradan iş Bakı İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı hüququnun yarandığı 09 avqust 2007-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı həyat yoldaşı, keçmiş polis əməkdaşı X3 xx.xx.2007-ci il tarixində “Limfaleykoz” xəstəliyi səbəbindən vəfat etmişdir. Həyat yoldaşının vəfatı ilə əlaqədar onun sağlığında aldığı pensiya iddiaçının pensiyasının üzərinə hesablanmışdır və sonuncu həmin artım məbləğini 2015-ci ilin iyun ayından etibarən alır. Lakin xx.xx.2007-ci il tarixindən xx.xx.2015-ci il tarixinə qədər olan müddətin artım pulunun fərqi iddiaçıya ödənilməmişdir. Həmin müddətdə (xx.xx.2007-ci il tarixindən xx.xx.2015-ci il tarixinə qədər olan müddət) iddiaçıya verilməmiş olan təminat xərcliyini birdəfəlik almaq üçün DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə ilə müraciət etsə də, xx.xx.2019-cu il tarixində DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən xahişinin təmin edilməsindən imtina edilmiş və bu barədə ona rəsmi cavab verilmişdir. Hesab edir ki, AR “Əmək pensiyalari haqqında” Qanunun tələblərinə əsasən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtina məktubu qanunsuz hesab edilməli və iddiaçıya xx.xx.2007-ci il tarixindən xx.xx.2015-ci il tarixinə qədər olan müddət arasındakı artım pulunun fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçıya ailə başçısını itirməyə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən göndərilən “məlumat vərəqəsi”nə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşının (sonrakı artımlar da nəzərə alınmaqla) müvafiq təminat xərcliyinin 35 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. İddiaçının iddia tələbində qeyd etdiyi xx.xx.2007-ci il tarixdən ödənilməsi anlayışı qanunvericiliyin tələbinə ziddir. Belə ki, iddiaçının 2015-ci il tarixdə 60 yaşı tamam olduğundan ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Sonda iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 03 mart2020-ci il tarixində keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - AZ-İ seriyalı, 267177 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X3 09 avqust 2007-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2007-ci il 28 avqust tarixində 856 nömrəsi ilə qeyd aparılmışdır; - DSMF-nin Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən verilmiş **********8 saylı arayışdan aydın olur ki, İddiaçı həqiqətən DSMF-nin Binəqədi rayon şöbəsindən xx.xx.2006-cı il tarixdən yaşa (üçuşaqlı ana) pensiya alıb. Pensiya işinin nömrəsi: 113743. Həyat yoldaşının ölümü ilə əlaqədar olaraq pensiya işi 2015-ci ilin iyun ayında DSMF-nin HQ və XRŞTŞ-nin Departamentinə köçürülmüşdür; - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 14 noyabr 2019-cu il tarixli, **********3 saylı cavab məktubundan müəyyən edilir ki, 5 iyun 2015-ci il tarixində İdarəyə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün ərizə ilə müraciət edilmişdir. İdarənin sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin 5 iyun 2015-ci il tarixli 0971 nömrəli məktubunda İddiaçı yaşa görə əmək pensiyasının 30 iyun 2015-ci il tarixinədək ödənildiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq, 1 iyul 2015-ci il tarixindən İdarə tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən İddiaçı ailə başçısını itirməyə görə onun mərhum həyat yoldaşı X1 təminat xərcliyinin (508,95 manat) 35 faizi-178,13 manat məbləğində əmək pensiyası təyin edilmişdir. 1 sentyabr 2019-cu il tarixindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İdarəyə daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən mərhum həyat yoldaşını Ramiz Ağamalıyevin sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 358,00 manat, rütbə maaşı 115,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavəsi-118,25 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi-35,80 manat və ərzaq payı əvəzinə kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 691,05 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinin tələblərinə uyğun qaydada mərhum həyat yoldaşınının təminat xərcliyinin (691,05 manat) 35 faizi-241,87 manat məbləğində əmək pensiyası müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildirilmişdir ki, yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığından İdarənin ödənilməli olan hər hansı borc məbləği yoxdur. Yuxarıda qeyd edilənlərdən əlavə olaraq, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının pensiya işində olan: - İddiaçı DSMF-nin HQXRŞİD-nə ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizəsində ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi xahiş edilmişdir; - DSMF-nin HQXRŞİD-nin əmək pensiyası təyin edən komissiyasının 15/1825 saylı, xx.xx.2015-ci il tarixli qərarından müəyyən edilir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinin tələblərinə uyğun olaraq ailə başçısını itirməyə görə xx.xx.2015-ci il tarixdən ömürlük əmək pensiyası təyin edilmişdir. xx.xx.2015-ci ildə şəxsi hesab açılmışdır; - 15/1825-029918 saylı pensiyanın uçot vərəqindən müəyyən edilir ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı (AZE–0*******) xx.xx.2015-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası alır; - Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə DİN seriyalı, 274 saylı məlumat vərəqəsində aşağıdakılar göstərilmişdir: hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) soyadı, adı, atasının adı - X3, doğulduğu tarix – xx.xx.1955, hərbi (xüsusi) rütbəsi – serjant, vəzifəsi (tarif dərəcəsi) – Nəsimi RDİŞ, polis nəfəri, təqvimi xidmət illəri – 18 il 1 ay 29 gün, güzəştli xidmət illəri – 4 il 7 ay 28 gün, cəmi iş stajı və xidmət illəri – 22 il 9 ay 27 gün, tərxis olunduğu vaxt – xx.xx.1995-ci il, tərxis olunduğu maddə - xəstəliklə əlaqədar. Məhkəmə ilk növbədə qeyd edir ki, işin mübahisələndirilməyən halları aşağıdakılardır: 1) İddiaçıDSMF-nin Binəqədi rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdən yaşa (üçuşaqlı ana) görə əmək pensiyasının təyin edilməsi; 2) İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə müvafiq olaraq 60 yaşı tamam olduqdan sonra (60 yaşı xx.xx.2015-ci ildə tamam olmuşdur), yəni xx.xx.2015-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyas ıbu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci və 14.1.2-ci maddələrinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə (27 oktyabr 2009-cu il tarixli 904-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 14.1.2-ci maddəsində dəyişiklik edilənədək olan redaksiyasında göstərilirdi: ata, ana, ər (arvad) pensiya yaşına - kişilər 62 yaşa, qadınlar 57 yaşa çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə). Həmin Qanunun 7-ci maddəsinə əsasən (10 mart 2017-ci il tarixli 543- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 7-ci maddəsinin birinci hissəsində edilən dəyişikliyə qədər olan redaksiyasında) 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən (27 oktyabr 2009-cu il tarixli 904- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 8-ci maddəsinə dəyişiklik edilənədək olan redaksiyasında) üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. İddiaçının mərhum ərinin öldüyü 09 avqust 2007-ci il tarixdə artıq 3 uşağlı ana kimi 51 yaşının tamam olduğu (xx.xx.2006-cı ildə) ona məxsus AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsi ilə təsdiq edilir ki, həmin tarixdə qüvvədə olmuş yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə əsasən iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ məhz mərhum ərinin öldüyü 09 avqust 2007-ci il tarixdən yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun20.17.2-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). İnzibati Prosessual Məcəllənin2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı 09 avqust 2007-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı 09 avqust 2007-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-855/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-855/2020
03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver