Məhkəmə qərarları › İş №2-1(112)-855/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-855/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-855/2025 08.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın və borcun ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar qəbul edilmiş qərar ləğv edilməsi və iddiaçının pensiyasının əvvəlki vəziyyətinə bərpa ediməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının əri X2 DSMF-nin Binəqədi rayon şöbəsi tərəfindən 57 yaşı tamam olduğu tarixdən yəni xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra Məmməd Nəzərov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2008-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanunverciliyə əsasən orta aylq əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Adıçəkilən qərardan apellyasiya şikayəti verilməmiş və qərar DSMF-nin Binəqədi rayon şöbəsi tərəfindən icra edilmişdir. Daha sonra iddiaçının əri vəfat etdiyindən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı bir müddət həmin pensiyana almış lakin 2024-cü ilin yanvar ayında iddiaçıya təyin edilmiş pensiyanın məbləğində azalmalar edilmişdir. Bununla bağlı olaraq cavabdeh orqan tərəfindən inzibati icraat aparılmış və maraqlı şəxs kimi iddiaçı inzibati icraata cəlb edilmişdir. İnzibati icraat zamanı iddiaçıya məlumat verilmişdir ki, onun əri X2 pensiya təyin edilən zaman orta aylıq əmək haqqı 280 manat götürülməli olunduğu halda 537.21 manat kimi hesablanma aparılmışdır. Nəticədə hazırkı iş üzrə iddiaçının pensiyasında artıq ödəmə yaranmışdır. Hesab edirik ki, cavabdeh orqan pensiyanın yenidən hesablanmasında ifadə edilən hərəkətləri əsaslı olmamışdır. Belə ki, iddiaçının ölmüş ərinə onun orta aylıq əmək haqqısı miqdarında pensiyanın hesablanması həyata keçirilən zaman ona məxsus pensiya işində 537.21 manat orta aylıq əmək haqqısı barədə sənədlər mövcud olmuşdur ki, bunun nəticəsində də DSMF-nin Binəqədi rayon şöbəsi şəxsin pensiyasını bu şəkildə hesablamışdır. Hazırda cavabdeh inzibati orqan Dövlət Neft Şirkətinə sorğu verərək əldə etdiyi məlumat əsasında bu qənaətə gəlmişdir. Hadisənin üzərindən 20 ilə yaxın müddət keçdiyini nəzərə aldıqda cavabdehin bu araşdırması mötəbər hesab edilə bilməz. Bundan əlavə hazırda cavabdeh inzibati orqan tərəfindən heç bir qanuna sığmayan hərəkətlər edilməkdədir. Belə ki, iddiaçının yazılı razılığı və ya pul məbləğinin tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadan şəxsin pensiyasından hazırda tutmalar həyata keçirilməkdədir. Bu isə bir başa qanun pozuntusu olmaqla bərabər şəxsin sosial rifahına da mənfi təsir göstərməkdədir. Bu əsasdan hesab edirk ki, cavabdeh orqanın iddiaçının pensiyasının yenidən hesablanmasında ifadə olunan hərəkətlər əsassız olmuşdur.

3. Məhkəmənin qərardadı ilə iddiaçının nümayəndəsi ərizəsinə əsasən iddia tələbi “İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbi “cavabdehin xx.xx.2024-ci il tarixli İNVENTAR nömrəli ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi” kimi dəqiqləşdirilmişdir.

4. Cavabdehin iddiaçıya ünvanlandığı məktubunda qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli 3- 17-1/2-İV-28118/2024 nömrəli X1 2004-2005-ci illər üzrə 279,52 manat məbləğində orta aylıq əmək haqqı, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeyd alınmış 4.666,27 manat və xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 10.403,81 manat pensiya kapitalı əsasında qızı Fatimə Nəzərovanın əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2020-ci il tarixdən (artıq ödəmənin aşkar edildiyi tarixdən 3 il əvvələ) 900,91 manat müəyyən edilmişdir. Qeyd oluna maddəyə əsasən F.Nəzərovanın əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 1.003,61 manata, xx.xx.2022-ci il tarixdən 1.037,73 manata çatdırılmışdır. Qeyd olunanları nəzərə alaraq F.Nəzərovanın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən Qanunun 26.4-cü maddəsinə 1.054,39 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 1.209,38 manata, xx.xx.2024-cü il tarixindən 1.344,83 manata çatdırılmışdır (sonuncu yenidən hesablanmalara əsasən).

5. Cavabdeh iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçının övladı X3 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra- Qanun) 14.1.1.1-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Sözügedən pensiya məbləği İddiaçı mərhum həyat yoldaşı X1; 2004-2005-ci illər üzrə 279,52 manat məbləğində orta aylıq əmək haqqı, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeyd alınmış 4.666,27 manat və xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 10.403,81 manat pensiya kapitalı əsasında qızı Fatimə Nəzərovanın əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2020-ci il tarixdən (artıq ödəmənin aşkar edildiyi tarixdən 3 il əvvələ) 900,91 manat müəyyən edilmişdir. Qeyd olunan maddəyə əsasən F.Nəzərovanın əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 1.003,61 manata, xx.xx.2022-ci il tarixdən 1.037,73 manata çatdırılmışdır. Qeyd olunanları nəzərə alaraq F.Nəzərovanın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən Qanunun 26.4-cü maddəsinə 1.054,39 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 1.209,38 manata, xx.xx.2024-cü il tarixindən 1.344,83 manata çatdırılmışdır (sonuncu yenidən hesablanmalara əsasən). Həmçinin nəzərinizə çatdırmaq istərdik ki, xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının mərhum həyat yoldaşı X2 xx.xx.2008-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilərkən orta aylıq əmək haqqının məbləği 279,52 manat nəzərə alınaraq hesablanmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsi tətbi olunmaqla xx.xx.2020-ci tarixdən xx.xx.2024-cü il tarixədək ailə başçısını itirməyə görə əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. İddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli İNVENTAR nömrəli qərarına əsasən X3 (qəyyumu İddiaçı olmaq) ailə başçısını itirməyə görə hazırkı əmək pensiyasının məbləği 1.706,33 manat, yenidən hesablanmış əmək pensiyasının məbləği 1.209,38 manat olmuşdur. Həmin qərarın qeyd hissəsindən əmək haqqısı düzgün hesablanmayıb. OAƏH 279,52 manat olduğu halda, 537,21 manat əsasında hesablanıb. Artıq vermə 17.815,98 manat.

7. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2 inz(81)-2387/2013 nömrəli qərarında qeyd edilmişdir ki, X2 xx.xx.2008-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanunverciliyə əsasən orta aylq əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və əmək pensiyasında yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır.

8. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.

9. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

10. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlı qərarın ləğvi və onun nəticələrinin aradan qaldırılması - yaranmış borcun ləğv edilməsi ilə bağlıdır.

11. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-ci il tarixli İNVENTAR nömrəli qərar qəbul edilərək, pensiya məbləği yenidən hesablanmışıdr.

12. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

13. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

14. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

16. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

17. İddianın növü mübahisələndirmə haqqında iddiadır.

18. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü ildə təqdim edilmişdir.

19. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. “Əmək pensiyaları haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

22. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər.

23. Mübahisələndirilən qərarla pensiya məbləği İddiaçı mərhum həyat yoldaşı X1 2004-2005ci illər üzrə 279,52 manat məbləğində orta aylıq əmək haqqı, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeyd alınmış 4.666,27 manat və xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 10.403,81 manat pensiya kapitalı əsasında qızı Fatimə Nəzərovanın əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2020-ci il tarixdən (artıq ödəmənin aşkar edildiyi tarixdən 3 il əvvələ) 900,91 manat müəyyən edilmişdir.

24. F.Nəzərovanın əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 1.003,61 manata, xx.xx.2022-ci il tarixdən 1.037,73 manata çatdırılmış, xx.xx.2023-cü il tarixdən Qanunun 26.4-cü maddəsinə 1.054,39 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 1.209,38 manata, xx.xx.2024-cü il tarixindən 1.344,83 manata çatdırılmışdır.

25. İddiaçının mərhum həyat yoldaşı X2 xx.xx.2008-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilərkən orta aylıq əmək haqqının məbləği 279,52 manat olduğu halda, 537.21 manat nəzərə alınaraq hesablanmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2020-ci tarixdən xx.xx.2024-cü il tarixədək ailə başçısını itirməyə görə əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir.

26. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

27. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

28. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

29. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;..

30. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar iddiaçıya son üç il üzrə yaranmış pensiya məbləğinin təyin olunması ilə əlaqədar cavabdehin yenidən hesablama barədə qərarı qanuni və əsaslı hesab edilməlidir.

31. Eyni zamanda qeyd olunmalıdır ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz.

32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.

33. Məhkəmə tərəfindən müəyyən olunur ki, cavabdehin qərarı ilə “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının əmək pensiyası yenidən hesablanaraq, ailə başçısını itirməyə görə hazırkı əmək pensiyasının məbləği 1.209,38 manat olmuşdur. Həmin qərarın qeyd hissəsində əmək haqqı düzgün hesablanmaması, orta aylıq əmək haqqın 279,52 manat olduğu halda, 537,21 manat əsasında hesablanmaması qeyd edilmişşdir.

34. İddiaçının əmək pensiyasından tutulma ilə bağlı faktiki xarakterli hərəkətlərə münasibətdə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

35. Məhkəmə qeyd edir ki, əmək pensiyaçısının razılığı olmadığı təqdirdə əmək pensiyasından inzibati orqanın qərarı və ya faktiki xarakterli hərəkəti əsasında tutmanın həyata keçirilməsinə dair norma qanunvericilikdə nəzərdə tutulmamışdır, əksinə müvafiq razılıq olmadıqda tutma məhkəmə qaydasında həyata keçirilməlidir.

36. Əmək pensiyasından tutulma ilə bağlı iddiaçının razılıq ərizəsi və pensiyadan tutma aparılmasına dair qərar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

37. Məhkəmə hesab edir ki, artıq ödənilmiş pensiya məbləğinin tutulması cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq pozulmasına və vətəndaşın üzərinə həddindən artıq yük qoyulması ilə nəticələnə bilər.

38. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçıya hesablanmış borc ləğv edilməli, iddia qalan hissədə rədd edilməlidir.

39. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia qismən təmin edilsin. X3 xx.xx.2024-ci il tarixli İNVENTAR “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərar nəticəsində hesablanmış borc məbləği ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar