Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8553/2025 03.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “istifadə hüququnun rəsmiləşdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mastaga Qəsəbəsi üzrə Nümayəndəliyin Aparatının 17 mart 1998-ci il tarixli 03 saylı çıxarışına əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində yerləşən fərdi yaşayış evinin tikintisi üçün iddiaçının adına ayrılmış torpaq sahəsinin və onun üzərində olan yaşayış evinin (istifadə hüququ faktının tanınması) istifadə hüququnun rəsmiləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya 1998-ci ildə Maştağa qəsəbəsi Savalan yaşayış massivində yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılıb. Torpaq sahəsinin ayrılması haqda iddiaçıya 17 mart 1998-ci ildə Cavabdeh Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından 03 saylı çıxarış verilmişdir. İddiaçı bu torpaq sahəsi üzərində 1998-ci ildə yaşayış evi tikmişdir. Həmin vaxtdan bu günədək iddiaçı həmin evdə yaşayır, qeyd edilən torpaq sahəsi iddiaçının sahibliyində və faktiki istiladəsindədir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq reyestrdən çıxarış verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Qeyd olunan idarədən iddiaçıdan Cavabdeh Maştağa qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin aparatının qərarının surəti və torpaq sahəsinin planı, ölçüsü yerləşmə cizgisində istinadlar, məsafələr və perimetrik ölçülər tələb olunmuşdur. İddiaçı həmin sənədləri əldə etmək üçün Bakı şəhəri Cavabdeh Başçısının Maştağa qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciət etmişdir. Nümayəndəlikdə bununla bağlı sənədlərin arxivi olmadığından imtina cavabı verilmişdir. Bu cür arxiv sənədləri və məlumatları vətəndaşlar tərəfindən tərtib edilib saxlanılmalı deyildir. Həmin sənədlərin qorunması, tərtib edilməsinin, eləcə də sənədlərdəki məlumat və qeydlərin dəqiqliyi və düzgünlüyü onları tərtib edən inzibati orqanın məsuliyyət sferasına aid olduğu səbəbdən iddiaçı qeyd edilən torpaq sahəsi və üzərində tikdiyi yaşayış evinə istifadə hüququ faktının tanınması və həmin əmlakın adına rəsmiləşdirilməsi xahişi ilə Cavabdeh başçısına müraciət etmişdir. Lakin Cavabdehndən müraciətə cavab verilməmişdir. Sözügedən sənədlərin Maştağa qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində mövcud olub-olmaması vətəndaşın deyil, dövlət orqanlarının öhdəliyi olduğundan bu kimi hallar iddiaçının sahiblik və istifadəsində olan torpaq sahəsinə dair sərəncam vermək, mülkiyyət hüququna maneə yaratmamalıdır. Həmçinin bu səbəb iddiaçının torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının reallaşdırımasından məhrum edə bilməz. 17 mart 1998-ci ildə Cavabdeh Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından 03 saylı çıxarış arxivdə aşkar edilməsə də, mövcudluğu şübhə doğurmur, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut olmadığından həmin sənəd həqiqi və mötəbərdir.
3. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-5688/2024 nömrəli Qərarında qeyd olunmuşdur: İşin faktiki hallarından görünür ki, iddiaçı istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçı eyni tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddia tələbini əsassız, cavabdehin imtinasını isə əsaslı hesab edir. İddiaçı hüquqmüəyyənedici sənəd kimi Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyin Aparatının xx.xx.1998-ci il tarixli, 03 № li qərara istinad edir. İddiaçının Bakı İnzibati Məhkəməsində eyni cavabdehə qarşı eyni tələblə bağlı iddiası olmuş (İş № 2-1(112)-7175/2023, hakim M.Qarayevə), həmin iş üzrə müvafiq qurumlara sorğular verilmiş, lakin iddiaçı iddiasını geri götürmüşdür. Eləcə də, iddiaçı tərəfindən cavabdehə qarşı torpaq sahəsinə ünvan verilməsi ilə bağlı iddiası olmuş (İş № 2-1(112)-12642/2023, hakim B.Cəlalov), həmin iş üzrə müvafiq qurumlara sorğular verilmiş, lakin iddiaçı iddiasını geri götürmüşdür. Ona görə də, prosessual qənaət baxımından hazırkı iş üzrə də, həmin işlər üzrə verilmiş sorğularla bağlı məhkəməyə təqdim edilmiş sənədlərə istinad edilir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli eyni məzmunlu məktublarda bildirilmişdir ki, “Sabunçu RİH başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 03 saylı, xx.xx.1998-ci il tarixli qərarı verilərkən Maştağa qəsəbə üzrə Nümayəndəliyin səlahiyyətli olub-olmaması, nümayəndəliyə torpaq ayrılması ilə bağlı səlahiyyət verilib-verilməməsi ilə bağlı məlumatların təqdim edilməsi barədə Cavabdehnə sorğunuza baxıldı. Sorğuda qeyd edilən məsələlərlə bağlı Sabunçu RİH-də məlumat yoxdur. Sorğuda qeyd edilən sənədlər Sabunçu RİH-də olmadığından həmin sənədlərin təqdim edilməsi mümkün deyil”. Maştağa Qəsəbə inzibati Ərazi Dairə üzrə Nümayəndəlikdən məhkəməyə təqdim edilmiş, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli eyni məzmunlu məktublarda bildirilmişdir ki, "məktubda qeyd edilmiş Cavabdeh başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 3 №-li, 17 mart 1998-ci il tarixli qərarından çıxarışa əsasən Maştağa qəsəbəsi, Savalan y/m, fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış beşinci kvartal 26B saylı 1200,0 kv.m torpaq sahəsinə aid qeydiyyat qəsəbə nümayəndəliyində tapılmamışdır və həmçinin bu səpkidə olan hər hansı bir sənəd, torpaq sahəsinin yerləşmə sxemi arxivləşdirilməmişdir”. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından məhkəməyə təqdim edilmiş, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məktublarda bildirilmişdir ki, “Cavabdeh Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar Cavabdeh Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinə müraciət etməyi tövsiyə olunur”. 2-1(112)-7175/2023 nömrəli inzibati iş üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya etirazda bildirilmişdir ki, ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022ci il tarixli Fərmanının 2.7-ci bəndinə uyğun olaraq yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınma üçün əsas kimi müəyyən edilmişdir. Belə ki, təqdim edilmiş Cavabdeh Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin aparatının qərarından çıxarışda yerli icra hakimiyyəti başçısının qərarına istinad olunmamışdır. Bundan əlavə, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Savalan yaşayış massivinə ayrılmış ayrıc aktından 94 metr kənarda yerləşir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinadlar, məsafələr və perimetrik ölçülər göstərilmədiyindən sənədin göstərilən sahəyə aid olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Təqdim edilən sənədlərdən göründüyü kimi, iddiaçının iddia tələbinin faktiki əsası kimi istinad etdiyi sənədin mötəbərliliyi şübhə doğurur. Həmin sənədin verilməsinə dair səlahiyyətli orqanlarda hər hansı bir məlumat yoxdur. Bundan başqa iddia tələbinin faktiki əsası kimi istinad etdiyi sənəd üzrə torpaq sahəsində mülkiyyət hüququnun qeydə alınması barədə tələbin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0. və 8.0.8ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təşkil edir. Həmin normalara görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Siyahının 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunur. Göründüyü kimi Fərmanda inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən torpaq sahəsinin ayrılması səlahiyyəti, yerli icra hakimiyyəti başçısının qərarının verilməsi ilə şərtləndirilmişdir. Hazırkı işdə isə Cavabdeh tərəfindən X1 belə bir səlahiyyətin verilməsinə dair qərarının olması müəyyən edilmir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında və məhkməyə təqdim etdiyi vəsatətində eyni ərazidən vətəndaşlara çıxarış verildiyini, həmin çıxarışlarla bağlı sorğu verilməsini, eyni zamanda Bakı İnzibati Məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair qərarının olduğunu qeyd edərək bərabərlik prisipinə istinad edilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, bərabərlik prinsipinin tətbiqi iddiaçının hüquqmüəyyənedici sənədlərə malik olması halında yoxlama predmeti ola bilər. Torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd olmadığı təqdirdə bərabərlik və ya hüququn digər prinsiplərinin tətbiqi də istisna edilir. Göründüyü kimi, iddiaçı faktiki olaraq sahiblik və istifadə etdiyini iddia etdiyi torpaq sahəsinin mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən hər hansı hüquqmüəyyənedici sənədlərə malik deyil. Torpaq sahəsinə faktiki sahiblik isə, mülkiyyət hüququnun qeydə alınması üçün əsas deyildir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-5688/2024 nömrəli Qərarı ilə iddia tələbi rədd edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-2570/2024 nömrəli Qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı “cizginin verilməsi” tələbi təmin edilmişdir. Maştağa qəsəbəsi üzrə nümayəndəliyin Aparatının 17 mart 1998-ci il tarixli 03 saylı çıxarışına əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində, fərdi yaşayış evinin tikintisi üçün iddiaçının adına ayrılmış 400 kv.m torpaq sahəsinin ölçüsü, yerləşmə cizgisində istinadlar, məsafələr və peremetrik ölçülər qeyd edilmiş plan-sxeminin tərtib edilib təsdiq edilərək ona verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə həvalə edilmişdir.
5. Cavabdeh başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 03 №-li 17 mart 1998-ci il tarixli Qərarından çıxarışa əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, beşinci kvartalda ayrılmış 26B saylı 400 kv.m torpaq sahəsinin yerləşmə sxemi iş materiallarına əlavə olunmuşdur.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
II. İddianın mümkünlüyü
7. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
10. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Məcidov X2 rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində yerləşən torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə dair istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etmişdir.
11. Məhkəmə xüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində mülkiyyət, istifadə və sərəncam hüquqlarının qeydiyyata alınmasına dair Cavabdeh səlahiyyəti yoxdur.
12. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
13. Məhkəmə nəzərə alır ki, İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-5688/2024 nömrəli Qərarı ilə iddia tələbi təmin edilməmişdir. Belə ki, məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, iddiaçı faktiki olaraq sahiblik və istifadə etdiyini iddia etdiyi torpaq sahəsinin mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən hər hansı hüquqmüəyyənedici sənədlərə malik deyil. Daha sonra İddiaçı (hazırki iş üzrə iddiaçı) Bakı şəhəri Cavabdeh başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı “cizginin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-2570/2024 nömrəli Qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı “cizginin verilməsi” tələbi təmin edilmişdir. Maştağa qəsəbəsi üzrə nümayəndəliyin Aparatının 17 mart 1998-ci il tarixli 03 saylı çıxarışına əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində, fərdi yaşayış evinin tikintisi üçün iddiaçının adma ayrılmış 400 kv.m torpaq sahəsinin ölçüsü, yerləşmə cizgisində istinadlar, məsafələr və peremetrik ölçülər qeyd edilmiş plan-sxeminin tərtib edilib təsdiq edilərək ona verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə həvalə edilmişdir.
14. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağına uyğun olaraq səmərəli hüquqi müdafiə vasitəsi Cavabdeh başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 03 №-li 17 mart 1998-ci il tarixli Qərarından çıxarışa əsasən verilmiş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, beşinci kvartalda ayrılmış 26B saylı 400 kv.m torpaq sahəsinin yerləşmə sxemi ilə daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması tələbi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciətdir. Qeyd edilən tələb isə məhkəmə araşdırmasının predmeti olmuş və iddia tələbi təmin edilməmişdir. Belə ki, iddia tələbi üzrə hüququn qeydiyyatı yerli icra hakimiyyəti tərəfindən deyil, müvafiq ərazi idarəsi tərəfindən aparılır.
15. Odur ki, iddia mümkün sayılmamalıdır.
16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva