Məhkəmə qərarları › İş №2-1(112)-8554/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8554/2025

16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8554/2025 16.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan X1rşı “buraxılış vəsiqəsinin və kartının verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “buraxılış vəsiqəsinin və kartının verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati aktın qəbul edilməsi öhdəliyinin və icra edilməsinin cavabdeh quruma həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, buraxılış vəsiqəsinin və buraxılış kartının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtomobil nəqliyyatı haqqında” Qanunun 13.1.3-cü maddəsini əsas tutaraq şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərmək məqsədi ilə “Buraxılış kartının” (icazə) alınması üçün uzun-uzadı prosedurlardan keçərək 30 iyun 2024-cü il tarixində elektron formada AYNA-ya müraciət etmişdir. Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 183 nömrəli Qərarında göstərilir ki, 01 iyul 2024-cü il tarixinədək buraxılış ilindən 15 ili ötməyən nəqliyyat vasitələrinə “buraxılış kartının” ahmträsı üçün hər bir hüquqi şəxs AYNA-ya müvafiq sənədləri toplayaraq elektron qaydasında təqdim etməklə “buraxılış kartı” ala bilər. Lakin AYNA telefon zənginə cavab olaraq bildirmişdir ki, müraciətin icrası 01 iyuldan sonraya düşdüyü üçün imtina edilib. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, taksi minik avtomobilləri ilə sərnişindaşımalarına buraxılış vəsiqəsinin alınması üçün hüquqi şəxslər və ya fərdi sahibkarlar AYNA-ya https://exidmet.ayna.gov.az/ portalı üzərindən elektron qaydada müraciət etməlidirlər. E-xidmətə VÖEN-ə bağlı gücləndirilmiş elektron imza (SİMA, ASAN imza və s.) ilə daxil olmaq mümkündür. Belə ki, vətəndaş Seyidov Samir tərəfindən müvafiq sənədlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Elektron xidmətlər portal sisteminin E-daşıyıcılar alt sisteminə xx.xx.2024-cü il tarixdə, saat 13:04:54-də yükləndiyindən (bazar günü), həmin gün ona baxılması mümkün olmamışdır. Bu səbəbdən də xx.xx.2024-cü il tarixdə, saat 15:51:30-da müraciətə baxılaraq nəqliyyat vasitəsinin buraxılış tarixi 2013-cü il olduğundan ona buraxılış vəsiqəsinin verilməsindən haqlı olaraq imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in 5.8-ci bəndinə əsasən dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqlivvat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsi ilə müəyyən edilən buraxılış kartı verilmir. Sözügedən Tələblərin 8.1-ci bəndinə uyğun olaraq, həmin Tələblərin 3.5-ci, 5.7-ci, 5.8-ci və 6.2- ci bəndləri 2024-cü il iyulun 1-dən qüvvəyə minir. İddiaçı öz iddia ərizəsində qeyd etdiyi “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.3-cü maddəsinə əsas tutaraq şəxsi avtomobili ilə taksi faliyyəti göstərmək məqsədilə “buraxılış kartın” alınması ümumiyyətlə yalnış və qanuna uyğun olmayan bir əsasdır. Belə ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.3-cü maddəsində taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış əsiqəsindən söhbət gedir. Buraxılış vəsiqəsi və buraxılış kartı, ayrı ayrılıqda bir sənəd növləridir. Həmin qanunun 1-ci maddəsində “Əsas anlayışlar” da aydın şəkildə sözügedən terminləri açıqlaması qeyd olunub. 1.0.35. buraxılış vəsiqəsi - bu Qanunun 13-cü maddəsinə uyğun olaraq, hüqu: şəxslərin və ya fərdi sahibkarların sərnişin və ya yük daşımaları sahəsində fəaliyye göstərməsi üçün verilən icazə;1.0.36. buraxılış kartı- buraxılış vəsiqəsi olan hüquqi şəxslər və ya fərdi sahibkarların mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat vasitələrinə verilən, icazənin əlavəsi olan kart. Beləliklə iddiaçının “buraxılış kartının alınması “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun digər ( 15.2-ci) maddəsinə əsaslanır. “Avtomobil nəqliyyatı haqqında” AR Qanunun 13.1-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınma: daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunma: məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bu Qanunun və “Lisenziyalar və icazələr haqqına Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Agentlikdən aşağıdakı icazələri almalıdırlar: 13.1.1. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyya- daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm - sərnişin daşımalarına buraxılış vəsiqəsi;13.1.2.ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi;13.1.3. taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi; 13.1.4.taksi sifarişi operatoru fəaliyyətinə icazə; 13.1.5. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlər (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına dair Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş icazə və onların əlavələri AYNA tərəfindən elektron qaydada verilir. İcazəni almış həmin icazəni çap edə və kağız daşıyıcıda istifadə edə bilər. Həmin tələblərin 5.8-ci. bəndinə uyğun Dövlət qeydiyyat şəhadətnamə; göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsi ilə: müəyyən edilən buraxılış kartı verilmir. İddiaçı X3 30 iyun 2024-cü il tarixində qeyri iş gün) Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə taksi fəaliyyəti üçün buraxılış kartının verilməsi ilə bağlı müraciət etmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin “Müraciətə baxılması müddəti” 10.1-ci bəndinə əsasə- Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Göründüyü kimi, qanunla müəyyən edilmiş müddət ərzində müraciətə baxılmış və xx.xx.2024-cü il tarixdə, saat 15:51:30-da buraxılış vəsiqəsinin verilməsindən haqlı olaraq imtina edilmişdir. Əmək Məcəlləsinin 104cü maddəsinin 1-ci hissəsinə əsasən, hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır. AYNA-da beşgünlük iş həftəsi olduğundan da, şənbə və bazar günləri qyeri-iş günü hesab edilir. Məcəllənin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər. İddiaçı müraciət etdiyi zaman, qeyri-iş günü olduğunu nəzərə alaraq, vətəndaşa cavab verilən tarixdə, iddiaçının nəqliyyat vasitəsi, artıq mövcud olan qanunvericiliyin tələblərinə uyğun gəlmədiyi üçün iddiaçıya imtina cavabı verilmişdir. Göründüyü kimi, İddiaçının hüquqları inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulmamış və buna dair heç bir sübut iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı laqeyd yanaşaraq AYNA-ya qeyri-iş günü müraciət etdiyindən müraciətə növbəti iş günü baxılarkən artıq Tələblərin 5.8-ci bəndi qüvvəyə minmişdir və İddiaçıya buraxılış vəsiqəsinin və buraxılış kartının verilməsindən imtina edilmişdir. Beləliklə qeyd olunanları nəzərə alaraq, iddia mümkün sayılmamalıdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı taksi faəliyyəti ilə bağlı buraxılış vəsiqəsi və kartının verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etrmiş, lakin cavabdeh həftəsonu müraciət edilməsi və iş günü müraciətə baxıldığı zaman artıq qüvvədə olan qaydalara əsasən tələbin təmin edilməsindən imtina edilmişdir. Tətbiq edilən hüquq: “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.35. buraxılış vəsiqəsi – bu Qanunun 13-cü maddəsinə uyğun olaraq, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin və ya yük daşımaları sahəsində fəaliyyət göstərməsi üçün verilən icazə; 1.0.36. buraxılış kartı – buraxılış vəsiqəsi olan hüquqi şəxslər və ya fərdi sahibkarların mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat vasitələrinə verilən, icazənin əlavəsi olan kart. Maddə 13. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazə 13.1. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bu Qanunun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) aşağıdakı icazələri almalıdırlar: 13.1.1. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi; 13.1.2. ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi; 13.1.3. taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi; 13.1.4. taksi sifarişi operatoru fəaliyyətinə icazə; 13.1.5. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə. 13.2. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan fəaliyyətlərin icazə olmadan və ya digər şəxslərə məxsus icazə əsasında yerinə yetirilməsi qadağandır. 13.3. Bu Qanunun 13.1.1 – 13.1.4-cü maddələrində nəzərdə tutulan icazələr 7 (yeddi) il, bu Qanunun 13.1.5-ci maddəsində nəzərdə tutulan icazə isə bu Qanunun 21.5-ci maddəsində nəzərdə tutulan müddətə verilir. 13.4. Bu Qanunun 13.1.1-ci, 13.1.3-cü, 13.1.4-cü maddələrində nəzərdə tutulan icazələrin və buraxılış kartlarının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli, 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”: 3.1. Müntəzəm şəhərdaxili (rayondaxili) və şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (bundan sonra - Agentlik) bu Tələblərin 1 nömrəli əlavəsində göstərilən nümunəyə uyğun loqosu, qısaldılmış adı (AYNA) və çağrı mərkəzinin nömrəsi olmalıdır. Agentliyin loqosu, qısaldılmış adı və çağrı mərkəzinin nömrəsi hər bir avtobusun banında aşağıdakı qaydada yerləşdirilməlidir: 3.1.1. banın ön hissəsinin üzərində sağ tərəfdə və banın arxa hissəsinin üzərində sağ tərəfdə; 3.1.2. banın sağ tərəfində ön hissədə, banın sol tərəfində sürücü pəncərəsinin altında. 3.2. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin üzərində reklam “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə yerləşdirilməli və bu Tələblərə uyğun yerləşdirilən zəruri məlumatları fərqləndirməyi çətinləşdirməməlidir. 3.3. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri marşrut lövhəsi ilə təchiz olunmalıdır. Marşrut lövhəsində marşrutun nömrəsi (beynəlxalq müntəzəm sərnişin daşımaları istisna olmaqla), habelə Azərbaycan dilində başlanğıc, son və əsas aralıq dayanacaq məntəqələrinin adları göstərilməlidir. Marşrut lövhəsi avtobusun ön, arxa və yan tərəflərində yerləşdirilməlidir. 3.4. Beynəlxalq müntəzəm sərnişin daşımaları istisna olmaqla, gediş haqqı nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən hallarda müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin banının sağ tərəfində giriş qapısına yaxın hissədə gediş haqqının nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirildiyi barədə məlumat yerləşdirilməlidir. 3.5. Müntəzəm şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır. 4.1. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonları marşrutun (beynəlxalq müntəzəm sərnişin daşımaları istisna olmaqla) və çağrı mərkəzinin əlaqə nömrələri, ilk tibbi yardım qutusu və odsöndürənin yerini, marşrut sxemini, gediş haqqının məbləğini, ödəniş etmədən getməyə görə inzibati cərimə barədə məlumatı, giriş, çıxış və qəza çıxışlarının yerini, olduğu halda uşaqlar, hamilə qadınlar və əlilliyi olan şəxslər üçün oturacaq yerlərini və tütün çəkməyin qadağan olunması barədə məlumatlar əks olunmalıdır. 4.2. Avtonəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulduğu halda, müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində əlilliyi olan şəxslərin təkərli oturacaqları və uşaq arabaları üçün xüsusi işarələnmiş yerlər və müvafiq təhlükəsizlik sistemi olmalıdır. 4.3. Müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin avtobusun salonunun içərisində bütün sərnişinlərin yaxşı görə biləcəyi yerdə marşrutun sxeminin bütün dayanacaq məntəqələri, o cümlədən növbəti dayanacaq məntəqəsini göstərməyə imkan verən elektron informasiya lövhəsi olmalıdır. Elektron informasiya lövhələrinin fonu və məlumat yazıları, habelə simvolik təsvirlər (piktoqramlar) sərnişinlər tərəfindən aydın oxunula və qavranıla bilən rənglərdə olmalıdır. 5.1. Sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri (bundan sonra taksi minik avtomobilləri) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır. 5.2. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarında mühərrikli və ya elektrik mühərrikli avtomobil nəqliyyatı vasitələri istifadə oluna bilər. 5.3. Taksi minik avtomobilləri kimi Azərbaycan Respublikasının 2002-ci il 12 fevral tarixli 261-İİQ nömrəli Qanunu ilə qoşulduğu Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Daxili Nəqliyyat Komitəsi çərçivəsində imzalanmış “Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında” Müqavilənin tələblərinə uyğun olaraq müəyyən edilmiş M1 kateqoriyasına aid minik avtomobilləri istifadə oluna bilər. 5.4. İkiqapılı (siyirmə qapısı olan minivenlər istisna olmaqla), fərdi konstruksiya əsasında hazırlanan, habelə əllə idarə olunan əlilliyi olan şəxs üçün avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilmir. 5.5. Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir. 5.6. Taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır. 5.7. Taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. 5.8. Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsi ilə müəyyən edilən buraxılış kartı verilmir. 5.9. Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. 6.Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər 6.1. Taksi minik avtomobilinin damında öndən və arxadan görünməklə “Taksi” sözü yazılmış, damın həndəsi ortasında uzununa oxu avtomobilin uzununa oxuna perpendikulyar olmaqla statik bərkidilmiş yandırılıb söndürülə bilən sarı rəngli fənər (avtomobilin konstruksiyasında xüsusi “taksi” fənəri nəzərdə tutulduqda əlavə fənər qoyulmur) və ya hər iki tərəfdən ön və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş dördbucaqlılardan ibarət kompozisiyalı fərqləndirici nişanı qoyulduqda, bu Tələblərin 2 nömrəli əlavəsində göstərilən qaydada olmalıdır. 6.2. Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olmalıdır. 6.3. Taksi minik avtomobilində sərnişinin daşınmasını bildirən xüsusi cihaz yerləşdirildikdə həmin cihaz avtomobilin alın şüşəsinin yuxarı sağ küncündə və ya taksi fənərinin yanında yerləşdirilməli və həmin avtomobilin boş və ya dolu olduğunu bildirməklə müvafiq olaraq qırmızı və yaşıl rəngdə işıqsaçan olmalıdır. 8.1. Bu Tələblərin 3.5-ci, 5.7-ci, 5.8-ci və 6.2-ci bəndləri 2024-cü il iyulun 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi almalıdırlar. İşin hallarından müəyyən olunur ki, iddiaçı taksi faəliyyəti ilə bağlı buraxılış vəsiqəsi və kartının verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etrmiş, lakin cavabdeh həftəsonu müraciət edilməsi və iş günü müraciətə baxıldığı zaman artıq qüvvədə olan qaydalara əsasən tələbin təmin edilməsindən imtina edilmişdir. İddiaçının və cavabdehin mövqeyinə əsasən iddiaçının cavabdehə xx.xx.2024-cü il tarixdə elektron qaydada müraciət etməsi işin mübahisəsiz halıdır. Cavabdeh imtinasını bununla əsaslandırır ki, xx.xx.2024-cü il tarixi qeyri-iş günü olmuşdur və iddiaçının müraciətinə baxılması mümkün olmamışdır. xx.xx.2024-cü il tarixdə artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli, 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in 5.8ci bəndi qüvvəyə minmişdir və bu baxımdan iddiaçıya imtina cavabı verilmişdir. Məhkəmə cavabdehin qeyd edilən mövqeyini qanunsuz hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli, 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in 8.1-ci bəndinə əsasən bu Tələblərin 3.5-ci, 5.7-ci, 5.8-ci və 6.2-ci bəndləri 2024cü il iyulun 1-dən qüvvəyə minir. Bu o deməkdir ki, həmin tarixə qədər edilmiş müraciətlərə göstərilən bəndlərin tələbləri şamil edilməməlidir. İnzibati orqan tərəfindən vətəndaşın müraciətinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılmalıdır. Lakin bu o demək deyildir ki, müraciət üçün müvafiq bir müddət nəzərdə tutulmuşdursa, orqanın müraciətə baxılması müddəti də vətəndaşın müraciət müddəti ilə əhatə olunsun. Cavabdehin özünün də qeyd etdiyi kimi Exidmətə VÖEN-ə bağlı gücləndirilmiş elektron imza (SİMA, ASAN imza və s.) ilə daxil olmaq mümkündür. Son illərdə bütün xidmətlərin elektronlaşdırılmasının əsas səbəblərindən biri vətəndaşların dövlət orqanlarına müraciətlərinin optimallaşdırılmasından ibarətdir. Lakin cavabdeh nümayiş etdirdiyi mövqe ilə müasir dövrün imkanlarından istifadəni məhdudlaşdırmış olur. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müvafiq “son tarix” müəyyən edildiyi zaman həftənin günləri nəzərə alınaraq qərar verilir. Əgər cavabdehin qeyd etdiyi mövqe haqlı olsa idi, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən bu müddətlər həftəiçi günlərə çəkilərdi. Qüvvəyə minmə tarixi həftənin ilk günü müəyyən edilirsə, burada məqsədlərdən biri şəxslərə həftəsonundan istifadə edilməsi imkanı yaradılmasıdır. Deməli, iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixdə qüvvədə olan qanunvericiliyə əsasən baxılmalıdır. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddia üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçıya buraxılış vəsiqəsinin və kartının verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu (İPM-in 14.3-cü maddəsi), cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinasının qanunazidd olması və iddiaçının hüquqlarını pozması (İPM-in 73.1-ci maddəsi) iş üzrə qismən təsdiqini tapsa da, iddiaçıya buraxılış vəsiqəsinin və kartının verilməsi məsələsi cavabdeh tərəfindən həll edilməli məsələ olduğundan iş üzrə konkret qərarın qəbul edilməsi mümkün olmadığından, İPM-in 73.2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının iddiaçıya buraxılış vəsiqəsinin və kartının verilməsi məsələsi məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdehə həvalə edilməlidir. İPM-in: 73.2-ci mаddəsinə əsаsən, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur; 73.3-cü maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı buraxılış vəsiqəsinin və kartının verilməsi məsələsinə baxılması öhdəliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə həvalə edilməli, iddia qalan hissədə təmin еdilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1, 52, 68, 69, 73.2, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1, 52, 68, 69, 73.2, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı buraxılış vəsiqəsinin və kartının verilməsi məsələsinə baxılması öhdəliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar