Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8556/2022 02.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X7 kаtibliyi, iddiaçı qızının iştirakı ilə, iddiaçı qızının cavabdeh Xəzər rayon İcra və Probasiya şöbəsinə qarşı “Xəzər rayon İcra şöbəsinin 10 avqust 2021-ci il tarixli icraata başlamaq haqqında qərarın ləğv edilməsi barədə” tələbinə dair iddia ərizəsi üzrə inzibati məhkəmə icraatının mümkünlüyünün müəyyənləşdirilməsi məsələsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı qızı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə qarşı “Xəzər rayon İcra şöbəsinin 10 avqust 2021-ci il tarixli icraata başlamaq haqqında qərarın ləğv edilməsi barədə” iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qətnamə üzrə xx.xx.2019-cu il tarixdə icra vərəqəsi verilərək icra edilməsi üçün Xəzər rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru A.Nəcəfov Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7615/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin icrası zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X11 yerləşən 81 kv.m sahəsi olan birmərtəbəli özbaşına tikilidə borcludan başqa X5 azyaşlı övladı ilə həyat yoldaşı X8 yaşayır. Həmin şəxsin adı qətnamədə tikilidən çıxarılmalı olan şəxslər sırasında qeyd edilmədiyindən icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2019-cu il tarixdə işə baxaraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7615/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin nəticə hissəsində aydın və dəqiq olmayan hər hansı ifadə olmadığından qətnaməyə və icra sənədinə izah verilməsi barədə ərizə təmin edilə bilməz. Belə ki, işə baxılarkən X2 iddiaçının sahibliyinə qaytarılmalı olan tikilidə yaşaması barədə məlumat olmamış, onun adı cavabdehlər sırasında göstərilməmişdir. Belə olan halda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7615/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsində adı qeyd edilməyən şəxsin qətnaməyə izah verilməsi qaydasında həmin tikilidən çıxarılması təmin edilə bilməz. Qətnamə yalnız borclulara münasibətdə icra edilərək tikili iddiaçıya təhvil verilməlidir. Borclular çıxarıldıqdan sonra X9 özbaşına tikilini tərk etməzsə onun çıxarılması üçün iddiaçı yeni iddia qaldırmaq hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Xəzər rayon İcra və Probasiya Şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə izah verilməsinə dair ərizəsi təmin edilə bilməz. Bundan sonra qətnamə yalnız borclulara münasibətdə icra edilərək tikili qismən ona təhvil verilmişdir. Belə ki, X9 azyaşlı qızı ilə birlikdə tikilidən çıxmaqdan imtina etmiş və tikilinin tam boşaldılaraq ona təhvil verilməsi təmin edilməmişdir. Xamayevlər ailəsinə qarşı Xəzər rayon məhkəməsində ilkin iddia qaldırılarkən Nərgiz Xomayeva həmin mənzildə yaşamamış, sonradan gəlin kimi həmin mənzilə köçdüyü üçün onun adı ilkin iddiada cavabdeh kimi qoyulmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Ramilə Xəzri) 29 sentyabr 2020-ci il tarixli 2(003)-1468/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək, cavabdeh Məhərrəmova (Xomayeva) Nərgiz Yaqub qızı azyaşlı uşağı ilə birlikdə iddiaçı X10 tərəfindən sahibliyinə və istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X11 81 kv.m. sahəsi olan birmərtəbəli tikilidən çıxarılması və tikilinin iddiaçı X3 təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 2006-cı ilə kimi iddiaçı mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X11 yerləşən iddiaçıya məxsus olan 81 kv.m. sahəsi olan birmərtəbəli özbaşına tikiliyə öz əmlakı kimi sahiblik etmiş, tikili 2006-cı ildə onun tərəfindən cavabdehin ailə üzvlərinə əvəzsiz olaraq, müvəqqəti yaşamaq üçün verilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli özbaşına tikilini əldə etməyə və həmin əmlak üzərində hüquqlarının qeydə alınması üçün müvafiq orqanlara müraciət etməyə hüququ olduğundan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X11 yerləşən iddiaçıya məxsus olan 81 kv.m. sahəsi olan birmərtəbəli tikiliyə hər hansı bir hüququ mövcud olmayan cavabdehin bu mənzildə yaşaması iddiaçının mənzilə olan istifadə hüquqlarını məhdudlaşdıran hal olduğundan iddia tələbi əsaslıdır və buna görə də bu hissədə təmin edilməlidir. İddiaçının tələb etdiyi torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən sənədlər olmadığından, torpaq sahəsinin ona qaytarılmasını tələb etməyə subyektiv hüququ yoxdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Şərafət Məmmədova- sədrlik edən və məruzəçi, Emin Mehdiyev və Xəyal Sarıyev) 2(103)-1473/2021 nömrəli, 04 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1468/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)- 1473/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh Məhərrəmova (Xomayeva) Nərgiz Yaqub qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi barədə 18 yanvar 2022-ci il tarixdə qərar qəbul edilmişdir. Daha sonra Cavabdehnə Bakı şəhər Xəzər rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli məlumat xarakterli məktubu 13 aprel 2022-ci il tarixdə daxil olmuşdur. Qeyd edim ki, Cavabdeh 10 avqust 2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul etsə də məhkəmə qətnamələri qanuni qüvvəyə minmədiyindən həmin qərardan məhkəməyə şikayət vermək müddəti də ötürülməmişdir. Başqalarına məxsus mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin böyük əksəriyyəti Bakı və Sumqayıt şəhərlərində yaşadıqları üçün çıxarılma ilə bağlı qətnamələrin 441-i Bakı və Sumqayıt şəhər məhkəmələri tərəfindən qəbul edilmişdir. Məhkəmələr tərəfindən çıxarılma ilə bağlı qətnamələrin qəbul edilməsinə baxmayaraq, Ədliyyə Nazirliyi ilə ümumi razılığa əsasən həmin qətnamələrin 99 faizinin icrası dayandırılmışdır. Məhz yuxarıda göstərilənlərə görə hesab edirəm ki, Cavabdeh 10 avqust 2021-ci il tarixli icraata başlamaq haqqında qərarı ləğv edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddia ərizəsindən göründüyü kimi, iddia Xəzər Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2(003)-1468/2020 nömrəli qətnaməsinın icrası ilə bağlı verilmiş icra vərəqəsi əsasında Xəzər rayon İcra şöbəsinin 10 avqust 2021-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi tələbindən ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Burada qanunverici tərəfindən inzibati iddia olmayan şikayət nəzərdə tutulmuşdur. Belə ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlməmişdir və onların inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İcra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra sənədi üzrə icraatı zamanı məcburi hərəkəti etmədikdə və ya qanuna zidd hərəkətləri etdikdə, həmin hərəkətləri məhkəmə qərarının icrası ilə bağlı olduğundan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamıdır, bu halda icra vərəqi Bakı İnzibati Məhkəməsi tərəfindən verilmədiyi üçün həmin hərəkətlərlə (hərəkətsizliklə) bağlı məsələyə inzibati mübahisə qaydasında Bakı İnzibati Məhkəməsində deyil, mülki işin davamı kimi şikayət formasında (icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, yəni Xəzər Rayon Məhkəməsi) tərəfindən baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qızının cavabdeh Xəzər rayon İcra və probasiya şöbəsinə qarşı “Xəzər rayon İcra şöbəsinin 10 avqust 2021-ci il tarixli icraata başlamaq haqqında qərarın ləğv edilməsi barədə” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı qızının cavabdeh Xəzər rayon İcra və probasiya şöbəsinə qarşı “Xəzər rayon İcra şöbəsinin 10 avqust 2021-ci il tarixli icraata başlamaq haqqında qərarın ləğv edilməsi barədə” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-8556/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8556/2022
02.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver