Məhkəmə qərarları › İş №2-1(112)-8559/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8559/2022

23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8559/2022 23.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil Səlim oğlunun iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X24 cəlb edilməklə) «bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı «bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı Şəhər XDS İK-nın nəzdində fəaliyyət göstərən X3 və İstismarı Birliyi ilə hazırkı İddiaçı arasında 18 iyun 1987-ci il tarixdə 7328 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı Şəhər XDS-in nizamnamə əsasında fəaliyyət göstərən Bağlar Təsərrüfatı İdarəsinin bağ sahələrinin verilməsi üzrə komissiyasının 1969-cu il tarixli 9 nömrəli protokolu ilə sıra 78 nömrəsi əsasında Nardaran qəsəbəsində 0,25 ha torpaq sahəsi, 3 otaqdan ibarət 51,5 kv.m yaşayış mənzili, 4,6 kv.m köməkçi tikili olan bağ onun (iddiaçının) icarəsinə verilmişdir. Faktiki olaraq həmin bağ sahəsi 1967-ci ildən iddiaçının valideynləri Qafar Əhmədov və Mariya Əhmədovaya məxsus olmuşdur. Həmin şəxslər 1967-ci ildən Nardaran qəsəbəsindəki 1181 nömrəli bağda yaşamış və 1983-cü ilədək bağa qulluq edərək, kirayə haqqı və kommunal xərcləri ödəmişlər. Qafar Əhmədov 1974-cü ildə, Mariya Əhmədova isə 1983-cü ildə vəfat etmişdir. Onların ölümündən sonra iddiaçı ilə bacısı X16 arasında bağ sahəsi ilə bağlı mülki mübahisə yaranmışdır. Marina Qasımova ona qarşı “bağ sahəsinə köçürülmə” tələbinə dair iddia qaldırmışdır. Lenin Rayon Xalq Məhkəməsinin 13 may 1988-ci il tarixli qərarı ilə Marina Qasımovanın “bağ sahəsinə köçürülmə” tələbinə dair iddiası təmin edilmiş, “istifadə hüququnun itirilməsi” tələbinə dair İddiaçı qarşılıqlı iddiası rədd edilmişdir. Bağlar Təsərrüfatı İdarəsinin bağ sahələrinin verilməsi üzrə komissiyası tərəfindən Qafar Əhmədova verilmiş Nardaran qəsəbəsində 0,25 ha torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş 3 otaqdan ibarət 51,5 kv.m yaşayış mənzili, 4,6 kv.m köməkçi tikili olan bağ sahəsi 1967-ci ildən iddiaçının valideynlərinin, onların vəfatından sonra ötən müddət ərzində iddiaçının istifadəsində və sahibliyində olmuşdur. Torpaq sahəsi və tikililərdən istifadə və sahiblik müddəti 1967-ci ildən hesablanarsa, 50 il müddət ötür. Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə Bakı Şəhər XDS-in Bağlar Təsərrüfatı İdarəsi ilə İddiaçı arasında bağlanmış 18 iyun 1987-ci il tarixli 7328 nömrəli müqavilənin bağlanması tarixindən istifadə və sahiblik müddəri hesablandıqda, 30 il müddət ötmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçının həmin bağ sahəsinə tikililərlə birlikdə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcuddur. Həmin Məcəllənin 178.6-cı maddəsinə görə əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. O (iddiaçı), həmin bağ sahəsinə və tikililərə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 9 avqust 2017-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, ərizəyə əlavə olunmuş hüquq müəyyənedici sənədlər surətdir, təqdim edilmiş icarə müqaviləsi İdarənin arxivində aşkar olunmamışdır, ərizənin icrası üzrə araşdırma ilə bağlı yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığından, qaldırılan məsələnin həlli mümkün olmamışdır, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin təmin edilməsindən imtina olunur. Bundan sonra iddiaçı 14 avqust 2017-ci il tarixdə təkrarən ərizə ilə cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Ərizədə bildirilmişdir ki, onun araşdırılması zamanı 13 vərəqdən ibarət sənədlər təqdim olunacaq, eləcə də İdarənin hər hansı müraciəti zamanı mütəxəssislərə yoxlama-ölçü işlərinin aparılması üçün şərait yaradılacaqdır. 12 sentyabr 2017-ci il tarixdə İdarənin mütəxəssisi tərəfindən bağ sahəsinə baxış keçirilmiş, yoxlama-ölçü işləri aparılmışdır. Lakin cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən 21 sentyabr 2017-ci il tarixli məktubla məsələnin həllindən yenidən imtina olunmuşdur. Göstərilənlərə və İPM-in 2, 33, 35.1, 38.2-ci maddələrinə, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9, 10-cu maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanına əsaslanaraq, X3 və İstismarı Birliyi ilə bağlanmış 18 iyul 1987-ci il tarixli müqavilə əsasında iddiaçıya ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın yerləşdiyi 0,25 ha torpaq sahəsinə və oradakı 51,5 kv.m yaşayış sahəsi, 4,6 kv.m köməkçi sahədən ibarət olan 3 otaqlı tikiliyə onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. Cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 29 noyabr 2017-ci il tarixli məktubunda iddiaya qarşı etiraz bildirilərək qeyd olunur ki, İddiaçı İdarəyə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağ sahəsinin sxematik bölgüsünün aparılması üçün bölgü sxeminin verilməsinə dair ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı həmin bağın torpaq sahəsinin 2.500 kv.m olduğu müəyyən edilmişdir. Lakin yoxlama-ölçü işlərinin aparılması ilə bağlı mütəxəssislər ünvanda olarkən 512 kv.m torpaq sahəsinin istifadə edildiyini aşkar etmişlər. DƏDRX Bakı şəhər Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən 1181 nömrəli bağ sahəsinə dair icarə müqaviləsinin arxiv qovluğunun İdarəyə təhvil verilmədiyi və İdarənin elektron-baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi müəyyən olunmuşdur. Qeyd olunan səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə (iddiaçıya) 17 yanvar 2015-ci il tarixli məktubla cavab verilmişdir. İddiaçı yenidən poçt vasitəsilə İdarəyə ərizə təqdim etmiş və ərizəsində Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 1181 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, ərizəyə əlavə olunmuş hüquqmüəyyənedici sənədlər surətdir və icarə müqaviləsi İdarənin arxivində aşkar olunmamışdır. Həmçinin mütəxəssislərə yoxlama-ölçü işlərinin aparılması üçün şərait yaradılmamışdır. Qeyd edilən səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə (iddiaçıya) 9 avqust 2017-ci il tarixli məktubla bildirilmişdir. Sonradan İddiaçı təkrarən İdarəyə həmin məsələ ilə bağlı müraciət etmiş, lakin 9 avqust 2017-ci il tarixli məktubda göstərilən səbədlər aradan qaldırılmadığından, ona 21 sentyabr 2017-ci il tarixli imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, İddiaçı DƏDRX Bakı şəhər Ərazi İdarəsinə Bakı şəhəri, Nardaran qəsəbəsindəki 0,25 ha ölçüdə torpaq sahəsi və oradakı tikililərə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı deyil, yalnız bağ sahəsinə dair bölgü sxemin verilməsi və dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. İddiaçı “bağ sahəsindən istifadə hüququnun olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 1181 saylı bağ sahəsi üzərində onun qanuni istifadə hüququnun müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 1 aprel 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Lakin maraqlı şəxs kimi DƏDRX Bakı şəhər Ərazi İdarəsinin şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2015ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin həmin qətnaməsi ləğv edilmişdir. Əlavə araşdırma zamanı göstərilən bağ sahəsinin mişar daşı ilə hasarlanaraq sərhədləndiyi, ümumi hasar daxilində 2.990 kv.m torpaq sahəsi olduğu və həmin sahədə A yaşayış evi və B.C.D həyətyanı tikili olduğu müəyyən edilmişdir. Həmçinin bağ sahəsinə dair hüquq müəyyənedici sənədlərin DƏDRX Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmədiyi aşkar olunmuşdur. İPM-in 35.1-ci maddədinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göstərilənlərə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65, 67, 68, 109, 111ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 7.1, 8.0.7, 9.1.2, 10, 11.1, 12.1, 23-cü maddələrinə, «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına, «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.24-cü bəndinə əsaslanaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunması məhkəmədən xahiş edilir. İnzibati mübahisəyə mahiyyəti üzrə 26 dekabr 2017-ci il tarixdə baxılmış və məhkəmənin həmin tarixli 2-1(82)-5065/2017 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı Bakı Şəhər XDS İK-nın X3 və İstismarı Birliyi ilə bağlanmış 18 iyul 1987-ci il tarixli müqavilə əsasında ona ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın yerləşdiyi 0,25 ha torpaq sahəsinə və oradakı tikiliyə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1503/2018 saylı iş üzrə 20 sentyabr 2018ci il tarixli qərarı ilə cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5065/2017 saylı 26 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-218/2019 saylı iş üzrə 20 fevral 2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1503/2018 saylı iş üzrə 20 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinə X24 ərizə ilə müraciət edərək, inzibati məhkəmə icraatına üçüncü (maraqlı) şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Ərizədə bildirilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5065/2017 saylı iş üzrə 26 dekabr 2017-ci il tarixli qərarı onun (ərizəçi Ə.Qasımovun) maraqlarına toxunur. Belə ki, hazırkı iş üzrə İddiaçı onun dayısıdır və mülkiyyət hüququnun qeydiyyata alınmasına dair DƏDRX-nin üzərinə öhdəlik qoyulduğu Bakı şəhəri, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın yerləşdiyi 0,25 ha torpaq sahəsinin yarısı – 0,12 ha hissəsi ərizəçinin mərhum anası X12 və sonuncunun vərəsəsi kimi eyni zamanda ərizəçiyə məxsusdur. Bununla bağlı həm anası ilə bağlanmış bağ icarə müqaviləsi, həm də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi mövcuddur. Eyni zamanda ərizəçi (Ə.Qasımov) ailəsi ilə birlikdə 2005-ci ildən etibarən hazırkı vaxtadək həmin bağ evində yaşayır. Bu barədə hazırkı inzibati iş üzrə verilən apellyasiya şikayətində ətraflı qeyd olunmuşdir. Qeyd olunanları nəzərə alaraq, onun 2-1(82)-5065/2017 saylı inzibati işə maraqlı şəxs kimi cəlb olunmağı xahiş olunur. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qüvvəyə minənə qədər və ya yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Qərarında göstərilmişdir ki: - İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. - Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Məhkəmənin 22 noyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5065/2017 saylı 26 dekabr 2017-ci il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və X24 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Tərəflər və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddianın təmin olunmasını xahiş etdi və məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim edərək bildirdi ki, X24 Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmiş və məhkəmə icraatına üçüncü şəxs qismində cəlbini xahiş etmişdir. Əziz Qasımov ərizədə bildirilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli qəran ilə İddiaçı Bakı Şəhər XDS İK-nın X3 və İstismarı Birliyi ilə bağlanmış 18 iyul 1987-ci il tarixli müqavilə əsasında ona ayrılmış Bakı şəhəri, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın yerləşdiyi 0,25 ha torpaq sahəsinə və oradakı 3 otaqlı tikiliyə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsinin bu qərarı onun maraqlarına toxunur. Belə ki, hazırkı iş üzrə İddiaçı onun dayısıdır və mülkiyyət hüququnun qeydiyyata alınmasına dair DƏDRX-in üzərinə öhdəlik qoyulduğu Bakı şəhəri, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın yerləşdiyi 0,25 ha torpaq sahəsinin yarısı 0,12 ha hissəsi mərhum anası X12 və sonuncunun vərəsəsi kimi eyni zamanda ona məxsusdur. Bununla bağlı həm anası ilə bağlanmış bağ icarə müqaviləsi, həm də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi mövcuddur, o, ailəsi ilə birlikdə 2005-ci ildən etibarən hazırkı vaxtadək həmin bağ evində yaşayır. X17 ərizəsi aşağıda qeyd etdiyim hallara görə əsassız və qanunsuzdur. Belə ki, Bağlar Təsərrüfatı İdarəsi ilə İddiaçı arasında 18 iyun 1987-ci it tarixdə 7328 nömrəli “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən Bağlar Təsərrüfatı İdarəsinin bağ sahələrinin verilməsi üzrə komissiyasının 1969-cu il tarixli 9 nömrəli protokolu ilə sıra 78 nömrəsi əsasında Nardaran qəsəbəsində 0,25 ha sahəsi olan 3 otaqdan ibarət, 51,5 kv.m yaşayış mənzili, 4,6 kv.m bağ sahəsinin köməkçi tikintilərlə birlikdə bu müqaviləyə əlavə edilmiş və tərəflərin imzaladığı inventar vərəqəsinə müvafiq olaraq İddiaçı icarəyə verilmişdir. Faktiki olaraq isə, bağ sahəsi 1967-ci ildən İddiaçı Qafaroiçin valideyinləri Q.A.Əhmədova və M.D.Əhmədovaya məxsus olmuşdur. Onlar 1967-ci ildən sonra Nardaran qəsəbəsində yerləşən 1181 saylı bağda yaşamışlar. 1967-ci ildən 1983-cü ilədək bağ sahəsinə və evə aktiv qulluq edib, bağ sahəsinin kirayə haqqını, işiq, qaz pulunu ödəmişlər. 1974-cü ildə İddiaçı atası Qafar Əhmədov, 1983-cü ildə İddiaçı anası X4 ölümündən sonra Bağlar Təsərrüfatı İdarəsi ilə İddiaçı arasında 18 iyun 1987-ci il tarixli 7328 nömrəli “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” müqavilə bağlanmışdır. Nardaran qəsəbəsində yerləşən 1181 saylı bağ sahəsi İddiaçı icarəyə verildikdə icarə müqaviləsinin 10-cu bəndi ilə icarədar ilə birlikdə bağdan istifadə edən ailə üzvlərinin tərkibi, icarədar ilə birlikdə bağdan, istifadə edən ailə üzvlərinin icarəyə verən qarşısında öhdəlikləri və birgə məsuliyyət daşımaları müəyyən edilmişdir. Müqavilə ilə icarədar İddiaçıla bağdan istifadə etməyə hüququ olan ailə üzvləri müəyyən edilmişdir. Bağdan İddiaçıla birgə istifadə hüququ olan şəxslərin adları (Əhmədova Almaz (arvadı), oğlanları Əhmədov Azər, Əhmədov Murad və qızı Əhmədova Nigar) müqaviləyə yazılmışdır. Bununla İddiaçının bacısı X16 bağ sahəsindən istifadə hüququnu itirmişdir. İddiaçı ilə bacısı X16 arasında bağ sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evinə dair mülki mübahisə yaranmışdır. İddiaçı X16 cavabdeh İddiaçı qarşı bağ sahəsinə köçürülməsinə dair iddia qaldırmışdır. İddiaçı isə, X6rşı bağdan istifadə hüququnun itrilməsi barədə qarşılıqlı iddia qaldırmışdır. Sabunçu Rayon Məhkəməsinin (Lenin Rayon Xalq Məhkəməsinin) 13 may 1988-ci il tarixli qərarı ilə X8 cavabdeh İddiaçı qarşı iddiası təmin edilmiş, İddiaçı cavabdeh X6rşı bağdan istifadə hüququnun itrilməsi barədə qarşılıqlı iddiası rədd edilmişdir. X9 iddia tələbi təmin edildiyindən, bağ sahəsinin icarədarı X21 və onun ailə üzvləri ilə birlikdə Nardaran qəsəbəsi, 1181 nömrəli bağ sahəsindən istifadə etmişdir. X16 11 avqust 2013-cü il tarixdə vəfat etmişdir. Vəfat etdiyi tarixdən məhkəmənin 13 may 1988-ci il tarixli qərarı ilə Nardaran qəsəbəsindəki 1181 nömrəli bağ sahəsindən istifadə hüququna xitam verilmişdir. Bağlar Təsərrüfatı İdarəsinin bağ sahələrinin verilməsi üzrə komissiyası tərəfindən Qafar Əhmədova verilmiş Nardaran qəsəbəsində 0,25 ha torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş olan 3 otaqdan ibarət 51,5 kv.m yaşayış mənzili, 4,6 kv.m bağ sahəsi köməkçi tikintilərlə birlikdə 1967-ci ildən İddiaçı valideyinlərinin istifadəsində və sahibliyində olmuşdur. Onların vəfatından sonra ötən müddət ərzində İddiaçı istifadəsində və sahibliyindədir. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli qərarı ilə bağ sahəsinə mülkiyyət hüququ daşınmaz əmalkm dövlət reyestrində qeydə alınmışdır. X17 ərizəsində istinad etdiyi 2-ci hal Sabunçu Rayoı Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə bağ sahəsinə hüquqlarının yaranmasıdır. Belə ki, iddiaçılar X24 və X18 cavabdeh X3 və İstismarı Birliyinə, maraqlı tərəf X12 (analarına) qarş iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 1966-cı ildən babaları X13, onun vəfatından sonra uşaqlarının və nəvələrinin sahiblik edərək istifadə etdiyi, X7 və İddiaçı Qafar oğlunun icarəsində olan sahələr bitişik 0.50 ha ölçülü bağ sahəsinin 0.25 ha hissəsinin X17, 0.25 ha hissəsinin X10 icarəsinə verilməsi və bu barədə müvafıq icarə müqavilələrinin bağlanmasının X3 və İstismarı Birliyinə həvalə edilməsi tələb etmişlər. Onlar tələblərini belə əsaslandırmışlar ki, doğma bacı-qardaşdırlar, babaları (analarının atası) X2 əsrin 60-cı illərində Azərbaycan SSR Dövlət Bankının sədri olmuş və 1966-cı ildə X22 qəsəbəsində sahəsi 0,75 hektar olan bağ sahəsi verilmişdir. Bağ sahəsini həmin vaxt hasara almış, ev tikmiş, abadlıq və əkin işləri aparmış, bu illər ərzində daimi icarə haqqın ödəmişlər. 1969-cu ildə həmin bağ sahəsini rəsmiləşdirərkən müqavilədə 0,25 ha göstərilmişdir. Bu günədək cavabdeh X3 və İstismarı Birliyinin bir dəfə də olsun onların pretenziyası olmamışdır. Bağ sahəsindən faktiki istifadə etmələrinə baxmayaraq rəsmiyyətdə yalnız 0,2 ha bağ sahəsi onların icarəsindədir. 0,12 ha anaları – cavabdeh M.Qasımovanın, 0,12 ha isə, dayıları İddiaçı icarəsindədir. Buna görə də faktiki onların istifadəsində olan 0,50 ha bağ sahəsinin onlann icarəsinə verilməsini xahiş edirlər. Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli 2-1255/2006 nömrəli qətnaməsi ilə Nardaran qəsəbəsi, hər birinin sahəsi 0,12 hektar olan 1181-A/1 və 1181-A/2 saylı bağ sahələrinin iddiaçılar X23 və X15 ilə icarə müqaviləsinin bağlanması cavabdeh X5 və İstismarı Birliyinə tapşırılmışdır. İddia ərizəsindən və məhkəmənin qətnaməsindən göründüyü kimi, iddia tələbi İddiaçı icarəsində olan torpaq sahəsinə deyil, babaları X13, onun vəfatından sonra uşaqlarının və nəvələrinin sahiblik edərək istifadə etdiyi, X7 və X14 icarəsində olan sahələrə bitişik 0.50 ha ölçüsü olan bağ sahəsinin iddiaçı X24 ilə X18 arasında hər birinə 0.25 ha hissəsində icarəyə verilməsinə yönəlmişdir. Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi icra edilməmiş, X24 ilə Bakı şəhəri, X5 və İstismarı Birliyi arasında Bakı şəhəri, Nardaran qəsəbəsi, hər birinin sahəsi 0,12 ha olan 1181-A/1 və 1181-A/2 saylı bağ sahələrinin icarəyə verilməsinə dair müqavilə bağlanmamışdır. Həmin qətnamənin İddiaçı məxsus və onunla Bağlar Təsərrüfatı İdarəsi arasında 18 iyun 1987-ci il tarixdə bağlanmış 7328 nömrəli “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” müqaviləyə aidiyyati müəyyən olunmur. Belə ki, həmin müqavilə ilə 0,25 ha torpaq sahəsi İddiaçı icarə əsasında istifadəsinə verilmişdir. Məhkəmə qətnaməsi ilə İddiaçıla Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış 18 iyun 1987-ci il tarixli 7328 nömrəli “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” müqavilə ləğv edilməmiş, müqavilənin hər hansı bir bəndinə dəyişiklik edilməmişdir. Həmin müqavilə ləğv edilməmiş və dəyişdirilməmişdir. Bağlar Təsərrüfatı İdarəsi Bakı Şəhər XDS İK-nın Bağ sahəsinin verilməsi üzrə komissiyasının 1969-cu il tarixli 9 saylı qərarına və 78 nömrəli protokoluna istinad edərək bağ sahəsinin iddiaçının icarəsinə verilməsinə dair müqavilə bağlamışdır. Müqavilə ilə Nardaran qəsəbəsində 1181 saylı bağ sahəsi olan 0,25 ha torpaq sahəsi və torpaq sahəsində 3 otaqdan ibarət, 51,5 kv.m yaşayış mənzili, 4,6 kv.m bağ sahəsi köməkçi tikintilərlə birlikdə müqaviləyə əlavə edilmiş və tərəflərin imzaladığı inventar vərəqəsinə müvafiq olaraq icarəyə verilmişdir. Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçı arasında 18 iyun 1987-ci il tarixdə bağlanmış 7328 nömrəli “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” müqavilə ilə və Bakı şəhəri Lenin Rayon Xalq Məhkəməsinin (indiki Sabunçu Rayon Məhkəməsinin) 13 may 1988-ci il tarixli 2-381 saylı qərarı ilə Nardaran qəsəbəsində 0,25 ha sahəsi olan 3 otaqdan ibarət, 51,5 kv.m yaşayış mənzili, 4,6 kv.m bağ sahəsinin köməkçi tikintilərə istifadə, sahiblik icarə hüquqlan tanınmışdır. Sözügedən 18 iyun 1987-ci il tarixli müqavilənin 10-cu bəndi ilə icarədarla birlikdə bağdan istifadə edən və müstəqil qazancları olan ailə üzvləri bu müqavilədən icarədar üçün irəli gələn bütün öhdəliklər üzrə idarə qarşısında birgə məsuliyyət daşıyan ailə üzvlərim müəyyən edilmişdir. İcarədar kimi iddiuaçı, ailə üzvləri arvadı Əhmədova Almaz, övladları Azər Əhmədov və Murad Əhmədov qeyd edilmişdir (həmin siyahıda Marina Qasımovanın və digər şəxslərin adlan icarədar və ailə üzvü kimi qeyd edilməmişdir). Müqavilənin 2-ci bəndinin “z” hissəsi ilə müəyyən edilmişdir ki, icarədar müqavilədə göstərilən şəxslərdən başqa kənar adamların həmin bağ sahəsində yaşamasına yol verməməlidir. Nardaran qəsəbəsindəki 0,25 ha torpaq sahəsi, torpaq sahəsində inşa edilmiş 3 otaqdan ibarət, 51,5 kv.m yaşayış mənzilinə, 4,6 kv.m bağ sahəsinin köməkçi tikintiləri 18 iyun 1987-ci il tarixli bağın icarəyə verilməsi haqqında 17328 saylı müqavilə ilə İddiaçı icarəsində olmuşdur. Müqavilənin 15-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin müqavilənin 11-ci maddəsindən başqa (11-ci maddə həmin bağ dövlətə və ictimaiyyətə lazım olduqda əlaqədar təşkilatların qərarı ilə müqavilə vaxtından əvvəl ləğv edilir və hər cür çəkilmiş xərc ödənilmədən icarədar, bağdan istifadə hüququndan məhrum edilir) bütün mübahisələr xalq məhkəməsində həll edilir. Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli 2-1255/2006 nömrəli qətnaməsində X3 və İstismarı Birliyi ilə İddiaçı arasında bağın icarəyə verilməsi haqqında 22 oktyabr 1988-ci il tarixli 17328 saylı müqavilənin bağlanmasına istinad edilmişdir. X3 və İstismarı Birliyi ilə İddiaçı arasında bağın icarəyə verilməsi haqqında 22 oktyabr 1988-ci il tarixli 17328 saylı müqavilə bağlanmamışdır. Həmin müqavilə ilə Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçı arasında 18 iyun 1987-ci il tarixdə bağlanmış 7328 nömrəli “Bağ sahəsinin və tikililərin uzım müddətli icarəyə verilməsi barədə” müqavilə ilə Bakı şəhəri, Nardaran qəsəbəsindəki 0,25 ha torpaq sahəsinin 0,12 ha sahəyə azaldılması, 1181 saylı bağ sahəsinin icarə müddətinin azaldılaraq 10 il müddətinə icarəyə verilməsinin müəyyən edilməsi qanunsuz hesab edilir. İcarə müqaviləsinə dəyişiklik edilməsi ancaq tərəflərin razılığı əsasında və ya məhkəmə qərarı ilə edilə bilərdi. İddiaçı icarə müqaviləsinə dəyişiklik edilməsinə razılıq verməmişdir və bununla bağlı məhkəmə qərarı olmamışdır. X3 və İstismarı Birliyi ilə İddiaçı arasında bağın icarəyə verilməsi haqqında 22 oktyabr 1988-ci il tarixli 17328 saylı müqavilə bağlanmamışdır. Hesab edilir ki, bu 3-cü şəxsin uydurmasıdır. İddiaçılar X17 İddiaçı məxsus olan Bakı şəhəri, Nardaran qəsəbəsindəki 0,25 ha torpaq sahəsi, torpaq sahəsində inşa edilmiş 3 otaqdan ibarət, 51,5 kv.m yaşayış mənzilinə, 4,6 kv.m bağ sahəsinin köməkçi tikintilərə dair tələb irəli sürməsinə subyektiv və hüquqi əsaslan yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddiaya qarşı məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil Səlim oğlu məhkəməyə təqdim olunmuş yazılı etirazında göstərilənləri təsdiqləyərək bildirdi ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər XDS İK-nin X3 və İstismarı Birliyi ilə bağlanmış 18 iyul 1987-ci il tarixli müqavilə əsasında ona ayrılmış Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın yerləşdiyi 0,25 ha torpaq sahəsinə və oradakı 51,5 kv.m yaşayış sahəsi, 4,6 kv.m köməkçi sahədən ibarət 3 otaqlı tikiliyə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Aşağıdakılara əsasən iddia hesab edilir: İddiaçı tərəfindən iddia tələbi üzrə əsas sübut kimi məhkəməyə təqdim edilən X3 və İstismarı Birliyi ilə onun arasında 18 iyul 1987-ci il tarixli 7328 nömrəli müqavilə ümumiyyətlə qüvvədə olmayıb. Belə ki, mübahisə predmeti olan 1181 saylı bağ sahəsi 22 oktyabr 1988-ci ildə İddiaçı və Əziz Qasımovun anası X16 arasında iki yerə bölünüb və bölünən bağ sahələrinə münasibətdə onların hər biri ilə ayrı-ayrılıqda müqavilə bağlanıb. Sübut qismində məhkəməyə təqdim edilən Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli 2- 1255/2006 saylı qətnaməsində qeyd olunur ki, bağın icarəyə verilməsi haqqında 22 oktyabr 1988-ci il tarixli 17328 saylı müqavilədən görünür ki, X3 və İstismarı Birliyi tərəfindən İddiaçı Nardaran qəsəbəsində sahəsi 0,12 ha olan 1181 saylı bağ sahəsi 10 il müddətinə icarəyə verilib. Sabunçu Rayon Məhkəməsinin həmin qətnaməsində həmçinin qeyd olunur ki, 1181-A saylı bağ sahəsinə dair qovluqdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 2 iyun 1988-ci il tarixli 195 saylı Qərarının 5-ci bəndinin tələblərinə müvafiq olaraq Bakı Şəhər Sovetinin 6/333 saylı 14 iyun 1988-ci il tarixli qərarı ilə bağ sahəsi bölünmüş və 22 oktyabr 1988-ci il tarixli 19153 saylı müqaviləyə əsasən Nardaran qəsəbəsində yerləşən sahəsi 0,12 ha olan 1181-A saylı bağ sahəsi 10 il müddətinə maraqlı tərəf M.Qasımovanın icarəsinə verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 633702 nömrəli “Ölüm haqqında şəhadətnamənin” surətindən görünür ki, X16 26 sentyabr 2013-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Əziz Qasımovun dayısı İddiaçı bacısı X9 üç övladının, o cümlədən Əziz Qasımov barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Mülki Məcəllənin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir, 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər, 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır, 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir, 1151.2-ci maddəsinə görə mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir, 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: (1159.1.1) Birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1989-cu ildə İddiaçı bacısı Marina Qafarovaya sözügedən bağın açarlarını verərək, ona bağ lazım olmadığını söyləyib. Həmin ilin yay aylarından Marina Qafarovanın ailəsi, o cümlədən X26 qəsəbəsində yerləşən həmin bağ evindən/sahəsindən müntəzəm surətdə istifadə edir. Marina Qafarova həmin bağ sahəsinin 0,12 ha hissəsinin onun istifadəsində olması ilə bağlı keçmiş Bağlar İdarəsi ilə müqavilə bağlayıb və həmin dövrdən bütün rüsümlar və kommunal ödənişləri özünün və qardaşı İddiaçı adından özü həyata keçirib. Yuxarıda göstərilənlərə əsaslanaraq, İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Sabunçu rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.29) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 1382 nömrəli 26 iyun 2021-ci il tarixli Fərmanının 7-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın: - (7.2) Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.4-cü bəndinə görə ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir. İnzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, hazırkı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi həmin inzibati orqanın bazasında yaradılaraq onun funksiyalarını həyata keçirdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Sabunçu rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Sabunçu rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəssinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisə obyekti olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın vaxtilə iki hissəyə bölünməklə 1181-A/2 və 1181-A/1 nömrələri ilə X17 və X10 icarəsinə verilməsi barədə rəsmiləşdirmələr aparılması, yəni müvafq müqavilələr bağlanması öhdəliyinin aidiyyəti səlahiyyətli qurum qismində çıxış edən X3 və İstismarı Birliyinə həvavə olunması barədə məhkəmə qətnaməsi (xx.xx.2006-cı il tarixdə) qəbul edilmiş və həmin qətnamə qüvvəyə minmişdir (bu hal təkzib olunmur). Sözügedən məhkəmə qətnaməsi icra olunub-olunmamasından asılı olmayaraq, müvafiq bağ sahəsi ilə bağlı bütün xüsusatların araşdırılaraq qiymətləndirilməsini təsbit edən məhkəmə aktı kimi iş üzrə tərəflər üçün məcburi xarakter daşıyır. Nəzərə alınmalıdır ki, əvvəllər mövcud olmuş inzibati praktikaya görə Bakı Şəhər XDS İK-nın nizamnamə əsasında fəaliyyət göstərən Bağlar Təsərrüfatı İdarəsi və X3 və İstismarı İdarəsi tərəfindən vətəndaşlara ayrılan bağ sahələrinin ölçüləri müvafiq dövrlərdə 0,25 ha-dan və 0,12 ha-dan artıq olmamışdır. Belə olan halda, mübahisəli bağ sahəsinin icarəyə verilməsi barədə Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış 18 iyul 1987-ci il tarixli 7328 nömrəli müqavilənin mötəbərliyi təsdiqini tapmış olmur. Qeyd olunanlar, habelə bağ sahəsinin faktiki mübahisəli olması belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağ sahəsinin qanuni istifadəçisi kimi ona mülkiyyət hüququ əldə etməmişdir. Odur ki, məhkəmənin qənaətinə görə, inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunvericiliə, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 15, 17-ci maddələrinin tələblərinə zidd sayılmamalı və bu imtina hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 58.7, 68, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar