Məhkəmə qərarları › İş №2-1(112)-856/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-856/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-856/2023 25.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı “müalicə üçün çəkilmiş maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X26 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı “müalicə üçün çəkilmiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı avabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı imtinanın qanunsuz sayılması, İddiaçı müalicəsinə çəkilmiş 83000 manat pulun ödənilməsi və İddiaçı müalicəsinin Türkiyə Respublikasının xəstəxanalarından birində davam etdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Afıq oğlu 2020-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunmuşdur. İddiaçı 2021-ci il fevral ayında təhsil aldığı Ali Hərbi Məktəbdə su çiçəyi xəstəliyinə yoluxmuşdur. O, su çiçəyi xəstəliyindən 21 gün müalicə olunmalı olsa da, 4-5 gün tibb məntəqəsində saxlanılaraq heç bir müalicə almayaraq buraxılmışdır. 26 may 2021-ci il tarixində Atillaya COVİD-19 virusu əleyhinə “Sinovak” vaksini vurulmuşdur. Halbuki, Atilla həmin vaxtı artıq covid xəstəliyinə yoluxduğu üçün ona vaksin vurulması düzgün olmayıbdır. Sonradan, analizlərin nəticələri də, bunu təsdiq etmişdir. 11 iyun 2021-ci il tarixdə Atillanın hərarəti 37.4 tempraturla Daxili Qoşunların Hərbi Hospitalına aparılmışdır. Atilla növbəti gün anası Gülayə Bayramlı ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq bir həftəlik hərbi təlimə gedəcəyi üçün onunla əlaqə saxlaya bilməyəcəyini bildirmişdir. 16 iyun 2021-ci il tarixdə onlara məlum olmuşdur ki, X12 Hospitalında intensiv şöbədə ağır vəziyyətdədir. Atillanın səhhətinin ağırlaşmasına səbəb həkimlərin düzgün müalicə seçməməsi olmuşdur. Ona görə də, oğlunun səhhəti daha da, pisləşmiş və onda qıcolmalar baş verməyə başlamışdır. 20 iyun 2021-ci il tarixdə Atilladan götürülmüş analizlərlə müəyyən edilmişdir ki, onun səhhətinin ağırlaşmasına səbəb düzgün müalicənin aparılmamasıdır. Həkimlər israrla məsləhət görmüşlər ki, Atillanı başqa bir xəstəxanaya köçürsünlər. Hazırkı vəziyyətdə X7, Bakı Sağlamlıq Mərkəzində və X23 Hospitalında aparılması daha faydalı olar. Bir neçə dəfə Atillanın müalicəsinin göstərilən xəstəxanaların birində davam etdirilməsini istəsələr də, hər dəfə tibb xidmətinin rəisi onlara mane olmuşlar. Həkimlər israr etmişlər ki, Atilla başqa xəstəxanaya köçürülməli idi. 27 iyun 2021-ci il tarixdə Atillanın Bakı Sağlamlıq Mərkəzinə köçürülməsinə nail olmuşlar. Atillanın müalicəsi 30 avqust 2021-ci il tarixinə kimi reanimasiya şöbəsində aparılmışdır. Oğlu kursant olduğu üçün Gülhanə Tədris və Araşdırma Xəsətxanasında müalicə olunmaq hüququnun olduğunu bildirmişdir. Daxili Qoşunların rəhbərliyi əvvəllər pandemiyanı bəhanə gətirirdilərsə, indisə deyirlər ki, hazırda övladı Gülhanə Tədris və Araşdırma Xəsətxanasında müalicə olunmaq hüququna malik deyildir. Atillanın xəstələnməsinə və müalicəsinə cavabdeh olan Daxili Qoşunların rəhbərliyi Atillanın hərbi xidmətdən azad edilməsi barədə xx.xx.2021 -ci il tarixdə əmr vermişdir. Müalicə olunan kursantın, tez-tələsik tərxis olunması onu göstərir ki, bu məqsədli şəkildə edilmişdir. Belə ki, İddiaçı kursant olduğu üçün onun müalicəsinin davam etdirilməsi Daxili Qoşunların rəhbərliyinin vəzifə borcu idi. Atillanın müalicə aldığı 11 iyun 2021-ci il tarixdən 30 avqust 2021-ci il tarixə kimi olan müddətin bir hissəsi, yəni onun məzuniyyət dövrü ilə üst-üstə düşürdü. Əslində Atilla bu günə kimi amblotor müalicədə olmalı idi. Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlar komandarının 1ci müavini-qərargah rəisi tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda tövsiyyə olunmuşdur ki, Azərbaycanda müalicəsi mümkün olmayan xəstəliklərlə bağlı vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələsi Səhiyyə Nazirliyinin “Vətəndaşların respublikadankənar müalicəyə göndərilinəsi məsələləri üzrə komissiya”sı tərəfindən müəyyən edilir. Bu səbəbdən qaldırılan məsələ ilə bağlı adıçəkilən nazirliyə müraciət etməsi məqsədəuyğundur. Avrasiya Hospitalı tərəfindən verilmiş 017 saylı, 28 yanvar 2022-ci il tarixli arayışında göstərilmişdir ki, ünvan 2 ünvanda qeydiyyatda olan xx xxxxx 2003-cü il təvəllüdlü İddiaçı 2021-ci ildə “Autoimmun ensefalit” diaqnozu ilə müalicə alıb. Müalicədən sonra “Dirəndi epileptik tutmalar və kəskin psixoz” diaqnozu ilə müalicələrini davam etdirmişdir. Müayinə və realibitasiya məqsədilə Türkiyə Respublikasına getməsi tövsiyyə olunur. Atillada olan xəstəliyin fəsadları nəticəsində onda qıcolma baş vermiş və o, xx.xx.2021 -ci il tarixdə hündürlükdən yıxılaraq “Qapalı kəllə beyin travması, subdural qanaxma, sol bud sümüyünün sınığı” diaqnozu ilə əməliyyat olunmuşdur. Hazırda İddiaçı dərman müalicəsi yataq şəraitində davam etdirilir. Bu günə kimi qəbulunda olduğu həkimlərin hamısı ayrı-ayrılıqda bildirirlər ki, Atilla nə Daxili Qoşunların Hərbi Hospitalında nə də ki, Mirqasımov adına Respublika Xəstəxanasına müalicə üçün göndərilməməli idi. Hazırda Atillanın səhhəti günü-gündən pisləşir. Atillaya “Autoimmun ensefalit” diaqnozu qoyulmuşdur. Atillanın müalicəsi ilə bağlı alınan dərmanların böyük hissəsinin pulunu özləri ödəmişlər. Ailənin maddi vəziyyəti yaxşı olmadığı üçün oğlunun müalicəsi üçün ayrı-ayrı adamlardan xeyli miqdarda borc pul alaraq müalicəyə xərcləmişdir. Bəzən elə gün olur ki, 1 gündə 3.600 (üç min altı yüz) manat pulu “Elit” aptekə dərman almaq üçün ödəmişlər. Saxladıqları qəbzlərdən görünür ki, 27 iyun 2021-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzinə 3000 manat, 30 iyun 2021-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzinə 1000 manat, 01 iyul 2021-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzinə 1000 manat, 02 iyul 2021-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzinə 1000 manat, 05 iyul 2021-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzinə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1730 manat, xx.xx.2021 -ci il tarixdə 3.600 manat, xx.xx.2021-ci il tarixdə EGE hospitala 115 manat, xx.xx.2021-ci il tarixdə EGE hospitala 115 manat, xx.xx.2021-ci il tarixdə 1766 manat, xx.xx.2021-ci il tarixdə 233 manat, xx.xx.2021-ci il tarixdə 1766 manat pul ödəmişdir. Həkimlər məsləhət görürlər ki, Atillanın müalicəsini Türkiyə Respublikasında olan xəstəxanaların birində davam etdirsinlər. Müalicə üçün 90.000-100.000 manat pul tələb olunur.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-856/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbinə “İddiaçı müalicəsinin Türkiyə Respublikasının xəstəxanalarından birində davam etdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsinə xitam verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, X10 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı “maddi ziyanın ödənilməsi və müalicəsini davam etdirilməsi” barədə iddiası əsassız və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Belə ki, X20 Hərbi Məktəbinin rəisinin xx.xx.2020-ci il tarixli 228 №-li əmri ilə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 47-ci maddəsinin “V” bəndinə müvafiq olaraq X11 müvəffəqiyyətlə vermiş abuturiyent İddiaçı Ali Hərbi Məktəbin dəyişən heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir; Ali Hərbi Məktəbinin rəisinin xx.xx.2020-ci il tarixli 246 №-li əmri ilə kursant İddiaçı 4-cü zabit hazırlayan tədris bölüyünün 5-ci zabit hazırlayan tədris taqımında kursant vəzifəsinə təyin edilmişdir; Ali Hərbi Məktəbinin rəisinin xx.xx.2021 -ci il tarixli 137 №-li əmri ilə 4-cü zabit hazırlayan tədris bölüyündə kursant İddiaçı Daxili Qoşunların hərbi hospitalına stosionar müalicəyə getmiş hesab edilmişdir; Ali Hərbi Məktəbinin rəisinin xx.xx.2021-ci il tarixli 143 №-li əmri ilə Daxili Qoşunların hərbi hospitalında stosionar müalicədə olan zabit hazırlayan tədris taborunun 4-cü zabit hazırlayan tədris bölüyündə kursant əsgər İddiaçı, xx.xx.2021-ci il tarixdən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına ambulator müalicəyə getmiş hesab edilmişdir; Ali Hərbi Məktəbinin rəisinin xx.xx.2021-ci il tarixli 204 №-li əmri ilə kursant əsgər İddiaçı, xəstəliyə görə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin 22 “a” maddəsinin İİ qrafasının “D” bəndinə (həm dinc dövüründə, həmdə müharibə dövüründə hərbi xidmətə yararsızdır) əsasən həqiqi hərbi xidmətdən azad edilib, xx.xx.2021-ci il tarixdən hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov rayon idarəsinə göndərilmişdir. Müəyyən edilmişdir ki, X20 Hərbi Məktəbinin kursantı (1-ci kurs) olmuş, 2003-cü il təvəllüdlü İddiaçı “Su çiçəyi” diaqnozu ilə deyil, 2021- ci il 9 iyun tarixdə bədən hərarətinin yüksək olması səbəbindən məktəbin tibb məntəqəsinə qəbul edilmiş, ixtisaslı müayinə məqsədilə iyun ayının 11-də Daxili Qoşunların hərbi qospitalına təxliyyə olunmuşdur. “Kəskin respirator xəstəlik” diaqnozu ilə müalicə tədbirlərinin aparılmasına baxmayaraq, iyun ayının 14-də xəstədə anidən qıcolmalar başlamış, davamlı olaraq təkrarlandığından qospitalın reanimasiya şöbəsinə köçürülmüşdür. Qıcolmaların intensivliyi artdığından iyun ayının 19-da xəstə “Epileptik status. Ensefalit” diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yerləşdirilmişdir. Həyata keçirilən tibbi tədbirlərə baxmayaraq, xəstənin vəziyyətində müsbət dinamika müşahidə olunmadığından, valideynləri tərəfindən (iltizamnaməsi əsasında) iyun ayının 27-də Səhiyyə Nazirliyinin tabeliyində olan Bakı Sağlamlıq Mərkəzinə köçürülmüşdür. Stasionar müalicəsi başa çatdıqdan sonra o, Daxili Qoşunların Hərbi-həkim komissiyasında şəhadətləndirilərək, barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq, “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” qərarı (xx.xx.2021 -ci il tarixli, 2101 nömrəli) verilmişdir. Bununla əlaqədar İddiaçı xəstəliyi ilə bağlı həqiqi hərbi xidmətdən tərxis olunmuşdur. Qeyd edilməlidir ki, müalicə müddətində aidiyyəti üzrə Respublikanın yüksək ixtisaslı mütəxəssisləri tərəfindən xəstəyə baxış və konsultasiyalar təşkil edilmiş, həmçinin onun müalicəsi ilə bağlı müvafiq köməkliklər göstərilmişdir. Eyni zamanda, Bakı Sağlamlıq Mərkəzində müalicədə olduğu müddətdə İddiaçı müalicəsinə zəruri köməkliyin göstərilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına (Səhiyyə Nazirliyinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə) müvafiq müraciətlər edilmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən müraciətə cavab olaraq (19 noyabr 2021-ci il tarixli, PHŞ/1-2-2021- 31859 nömrəli) bildirilmişdir ki, Bakı Sağlamlıq Mərkəzində İddiaçı göstərilmiş ödənişli tibbi xidmətlər “Xidmətlər Zərfində” qeyd olunmuş tibbi xidmətlərə və müəyyən edilmiş tariflərə uyğun olaraq Agentlik tərəfindən ödəniləcəkdir. Sabiq kursant İddiaçı müalicədə olduğu müddətdə Türkiyə Respublikasından daxil olan məlumata əsasən COVİD-19 pandemiyası səbəbindən Gülhanə Tədris və Araşdırma Xəstəxanasına xəstə qəbullarının dayandırıldığı bildirilmiş və buna görə də həmin dövrdə onun müalicəsi ilə əlaqədar sözügedən tibb müəssisəsinə müraciət edilməmişdir. Bununla yanaşı, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 7-ci bəndinə əsasən yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlər və miçmanların, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının) hərbi-tibbi müəssisələrdə tibbi təminat hüququ saxlanılır. Bu baxımdan hərbitibbi müəssisələrdə müalicə olunmaq hüququna malik olan şəxslər Türkiyə Respublikası Gülhanə Tədris və Araşdırma Xəstəxanasına göndərilə bilər. Odur ki, A.X8 və Araşdırma Xəstəxanasına müalicəyə göndərilməsi Daxili Qoşunların səlahiyyətləri daxilində deyil. Xətai rayonu 9 saylı Uşaq Poliklinikasında tərtib edilmiş tibbi kitabçalara əsasən kursant İddiaçı beyin funksiyasının pozulması patologiyası (“Ensefalopatiya” diaqnozu) ilə nevropatoloqun dispanser qeydiyyatında olmuş, 2005-ci ildə sahə nevropatoloqu tərəfindən beyin patologiyasının nəticəsi olaraq nitq inkişafının da geriliyi təyin olunmuşdur.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X20 Hərbi Məktəb Rəisinin 204 nömrəli 31 avqust 2021-ci il tarixli əmrindən çıxarışa əsasən xx.xx.2020-ci ildən DİN X20 Hərbi Məktəbində zabit hazırlayan tədris taborunun 4-cü zabit hazırlayn tədris bölüyündə 5-ci zabit hazırlayan tədris taqımının 3-cü manqasında kursant əsgər İddiaçı, xəstəliyə görə “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin 22 “a” maddəsinin İİ qrafasının “D” bəndinə (həm dinc dövründə, həm də müharibə dövündə hərbi xidmətə yararsızdır) əsasən həqiqi hərbi xdimətdən azad edilib, xx.xx.2021-ci il tarixdən hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov rayon İdarrəsinə göndərilməsi qərara alınmışdır. Əsas: Daxili işlər nazirinin müavini X6 xx.xx.2021-ci il tarixli 102 nömrəli əmri və Ali Hərbi Məktəbdən verilən xx.xx.2021-ci il tarixli 123 nömrəli göndəriş vərəqəsi.

9. MED Corporation MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 017 nömrəli arayışa əsasən ünvan 3 ünvanda qeydiyyatda olan xx.xx.2003-cü il təvəllüdlü İddiaçı 2021-ci ildə “Autoimmun ensefalit” diaqnozu ilə müalicə alıb. Müalicədən sonra “Dirəncli epileptik tutmalar və kəskin psixoz” diaqnozu ilə müalicələrini davam etdirmişdir. 13 dekabr 2021-ci il tarixdə hündürlükdən yıxılaraq “Qapalı kəllə beyin travması, subdural qanaxma, sol bud sümüyünün sınığı” diaqnozu ilə əməliyyat olmuşdur. Dərman müalicələri davam etdirir. Müayinə və reabilitasiya məqsədilə Türkiyə Respublikasına getməsi tövsiyə olunur.

10. Cavabdeh tərəfindən iddiaçının qanuni nümayəndəsinin müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli 014-3627B-3222 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, X20 Hərbi Məktəbinin kursantı olmuş, övladı - İddiaçı xəstəliyi ilə bağlı aidiyyəti üzrə respublikanın yüksək ixtisaslı mütəxəssisləri tərəfindən ona baxış və konsultasiyalar təşkil edilmiş, həmçinin onun müalicəsi ilə bağlı müvafiq köməkliklər göstərilmişdir. Bununla yanaşı, tərəfindən (iltizamnaməsi) əsasında Bakı Sağlamlıq Mərkəzinə köçürülmüş övladının müayinə və müalicəsinə zəruri köməkliyin göstərilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarına (Səhiyyə Nazirliyinə, icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə) müraciətlər edilmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən müraciətə cavab olaraq bildirilmişdir ki, Bakı Sağlamlıq Mərkəzində İddiaçı göstərilmiş ödənişli tibbi xidmətlər Xidmətlər Zərfində qeyd olunmuş tibbi xidmətlərə və müəyyən edilmiş tariflərə uyğun olaraq Agentlik tərəfindən ödənilmişdir. Əlavə olaraq bildirilmişdir ki, sabiq kursant İddiaçı müalicədə olduğu müddətdə Türkiyə Respublikasından daxil olan məlumata əsasən COVİD-19 pandemiyası səbəbindən Gülhanə Tədris və Araşdırma Xəstəxanasına xəstə qəbullarının dayandırıldığı bildirilmiş və buna görə də həmin dövrdə onun müalicəsi ilə əlaqədar sözügedən tibb müəssisəsinə müraciət edilməmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən hazırda övladı Gülhanə Tədris və Araşdırma Xəstəxanasında müalicə olunmaq hüququna malik deyildir. Odur ki, Azərbaycanda müalicəsi mümkün olmayan xəstəliklərlə bağlı vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələsi Səhiyyə Nazirliyinin “Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya”sı tərəfindən müəyyən edilir. Bu səbəbdən qaldırılan məsələ ilə bağlı adıçəkilən Nazirliyiə müraciət etməsi məqsədəmüvafiqdir.

11. İddiaçının qanuni nümayəndəsi tərəfindən məhkəməyə apteklərə və müalicə müəsissələrinə pul vəsaitlərinin ödənilməsinə dair qəbzlər təqdim edilmişdir.

12. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 014-5715-1222 nömrəli məktuba əsasən, İddiaçı valideynləri X4 və X3 müşayiəti ilə xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikası Gülhanə Tədris və Araşdırmalar Xəstəxanasında müayinə və müalicə məqsədilə Daxili Qoşunlar üçün ayrılmış xəstə yeri hesabına göndərilmişdir. Halhazırda İddiaçı Türkiyə Respublikası Gülhanə Tədris və Araşdırmalar Xəstəxanasında müalicəsi davam edir.

13. T.C X13 X16 Gülhane Eğitim və Araşdırma Hastanesi tərəfindən verilmiş X21 Kurulu raporlarına əsasən İddiaçı əvvəlki müayinə məlumatları, Gülhanə Eğitim və Araştırma Hastanesindəki müayinə və müalicə olunması ilə bağlı yekun qərarlar əks olunmuşdur.

14. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı Hərbi Attaşelik Aparatı Azərbaycan Cumhuriyeti Ankara X2 tərəfindən Daxili İşlər Nazirliyinin X6 müavini – Şəxsi Heyət üzrə İdarənin rəisinə ünanlanmış 12 nömrəli xx.xx.2023-cü il tarixli məktuba əsasən Türkiyə Respublikası Gülhanə Tədris və Araşdırma Xəstəxanasında xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasında müalicə almış Azərbaycan Respublikası vətəndaşı Bayramlı X1, Nevrologiya və İnfeksiya Şöbələrində yüksək ixtisaslı həkimlər tərəfindən müayinə olunmuşdur. Müalicəsi zamanı daim nəzarətdə saxlanılmış və səhhətindəki müəyyən edilmiş narahatlıq üzrə həkimlər tərəfindən müalicə kursu müəyyən edilmişdir. Xəstənin müalicəsi zamanı qaraciyərində “Hepatit C” virusunun olduğu aşkar edilmiş və müalicəsi üçün yüksək ixtisaslı həkimlər tərəfindən sofosbuvir/velpatasvir/voksilaprevir dərman peraparatının istifadəsi uyğun görülmüşdür. “Azərbaycan Respublikası Höküməti ilə Türkiyə Respublikası Höküməti arasında hərbi tibb sahəsində əməkdaşlıq haqqında Protokol”un 5-ci maddəsinin “Müalicə xidmətləri” hissəsinin “d” bəndinin tələblərinə uyğun olaraq xəstədə aşkar edilmiş “Hepatit C” virusunun müalicəsi üçün lazım olan dərman praparatının X25 tərəfindən qarşılanmayacağına baxmayaraq, lazım olan dərman preparatının təmin edilməsi üçün Hərbi Attaşelik Aparatı tərəfindən dəfələrlə Türkiyə Respublikasının Milli Müdafiə Nazilriyinə müraciət edilmişdir. Müraciətlərinə cavab olaraq iki ölkə arasında imzalanmış protokol çərçivəsində ödənişsiz müalicə və müayinə olunan xəstəyə sofosbuvir/velpatasvir/voksilaprevir dərman preparatının X25in milli qanunvericiliyinə əsasən təmin edilmədiyi tərəflərinə bildirilmişdir. Bununla əlaqədar olaraq, Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi tərəfindən Hərbi Attaşelik Aparatına daxil olmuş məlumat təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

21. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır:

22. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 13. Sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi hüququ

1. Hərbi qulluqçular sanitar-gigiyena, epidemiyaya qarşı, müalicə-profilaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, tibbi bölmələrdə, hissələrdə və idarələrdə hər növ tibbi yardım göstərilməsi hüququna malikdirlər. (...)

7. Hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi qulluqçuların səhhətinə zərər dəydikdə onların Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada və şərtlərlə zərərin ödənilməsi hüququ vardır.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1117. Müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir.

24. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2 Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

25. Beləliklə, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndinin məzmunundan göründüyü kimi, hərbi qulluqçular sanitar-gigiyena, epidemiyaya qarşı, müalicə-profilaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, tibbi bölmələrdə, hissələrdə və idarələrdə hər növ tibbi yardım göstərilməsi hüquqna malikdirlər.

26. İşin hallarının məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X20 Hərbi Məktəbinin kursantı (1-ci kurs) olmuş, 2003-cü il təvəllüdlü X14 “Su çiçəyi” diaqnozu ilə deyil, 2021-ci il 9 iyun tarixdə bədən hərarətinin yüksək olması səbəbindən məktəbin tibb məntəqəsinə qəbul edilmiş, ixtisaslı müayinə məqsədilə iyun ayının 11-də Daxili Qoşunların hərbi qospitalına təxliyyə olunmuşdur. “Kəskin respirator xəstəlik” diaqnozu ilə müalicə tədbirlərinin aparılmasına baxmayaraq, iyun ayının 14-də xəstədə anidən qıcolmalar başlamış, davamlı olaraq təkrarlandığından qospitalın reanimasiya şöbəsinə köçürülmüşdür. Qıcolmaların intensivliyi artdığından iyun ayının 19-da xəstə “Epilektik status. Ensefalit” diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yerləşdirilmiş, Həyata keçirilən tibbi tədbirlərə baxmayaraq, xəstənin vəziyyətində müsbət dinamika müşahidə olunmadığından, valideynləri tərəfindən (iltizamnaməsi əsasında) iyun ayının 27-də Səhiyyə Nazirliyinin tabeliyində olan Bakı Sağlamlıq Mərkəzinə köçürülmüşdür. Bakı Sağlamlıq Mərkəzində müalicədə olduğu müddətdə İddiaçı müalicəsinə zəruri köməkliyin göstərilməsi məqsədilə aidiyyəti cavabdeh tərəfindən dövlət qurumlarına (Səhiyyə Nazirliyinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə) müvafiq müraciətlər edilmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən müraciətə cavab olaraq (19 noyabr 2021-ci il tarixli, PHŞ/1-2-2021-31859 nömrəli) bildirilmişdir ki, Bakı Sağlamlıq Mərkəzində İddiaçı göstərilmiş ödənişli tibbi xidmətlər “Xidmətlər Zərfində” qeyd olunmuş tibbi xidmətlərə və müəyyən edilmiş tariflərə uyğun olaraq Agentlik tərəfindən ödəniləcəkdir. İddiaçı Bakı Sağlamlıq Mərkəzində stasionar müalicəsi başa çatmışdır. Məhkəmə icraatının gedişatında da, cavabdeh tərəfindən iddiaçının sağlamlıq vəziyyətinin yaxılaşdırılması ilə əlaqədar ona müvafiq köməklik göstərilərək müalicəsinin davam etdirilməsi məqsədilə Türkiyə Respublikası Gülhanə Tədris və Araşdırmalar Xəstəxanasında müayinə və müalicə məqsədilə Daxili Qoşunlar üçün ayrılmış xəstə yeri hesabına iddiaçı valideynlərinin müşayiəti ilə Türkiyə Respublikası Gülhanə Tədris və Araşdırmalar Xəstəxanasına göndərilmişdir.

27. İddiaçının sağlamlıq vəziyyəti ilə bağlı yuxarıda qeyd edilən nüanslar T.C X13 X16 Gülhane Eğitim və Araşdırma Hastanesi tərəfindən verilmiş X21 Kurulu raporlarında göstərilən müayinə məlumatları ilə bir daha öz təsdiqini tapmışdır.

28. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsinin 7-ci bəndinin hazırkı mübahisəyə tətbiqi imkanına gəldikdə, normanın məzmunundan göründüyü kimi, bu norma o halda tətbiq oluna bilər ki, hərbi qulluqçuların səhhətinə zərər dəyməsi hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olsun. Hazırkı işdə belə hal yoxdur. Belə ki, işin hallarından göründüyü kimi, İddiaçı stasionar müalicəsi başa çatdıqdan sonra o, Daxili Qoşunların Hərbi-həkim komissiyasında şəhadətləndirilərək, barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq, “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” qərarı (xx.xx.2021 -ci il tarixli, 2101 nömrəli) verilmişdir. Bununla əlaqədar İddiaçı xəstəliyi ilə bağlı həqiqi hərbi xidmətdən tərxis olunmuşdur.

29. Mülki Məcəllənin 1117-ci maddəsinin tətbiqinə gəldikdə, nəzərə alınmalıdır ki, həmin norma müqavilə öhdəliklərinin və ya digər vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinin, Mülki Məcəllənin 1097.1-ci və 1100-cü maddələrinin əlaqəli təhlilinə görə isə, Mülki Məcəllənin 1117-ci maddəsində sadalanmış şəxslərə onların həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi bilavasitə zərəri vuranın və onun təqsirinin müəyyən edilməsi ilə şərtlənir.

30. Məhkəmə nəzərə alır ki, hərbi xidmət keçən şəxslərin üzərinə qoyulmuş öhdəliklər onlara həvalə edilmiş vəzifələrin istənilən, o cümlədən onların həyatı və sağlamlığı üçün risklərlə müşayiət olunan şəraitdə icrasını nəzərdə tutduğundan, bu, dövlət tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş təminat tədbirlərinin görülməsini tələb edir.

31. Bununla yanaşı, yuxarıda da qeyd olunduğu kimi, iddiaçının səhhətinə zərər dəyməsi hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmamış, xəstəlik haqqında məlumatlara əsasən ona zəruri tibb xidmət göstərilmişdir.

32. Beləliklə, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş hüquqların təmin olunmadığı və iddiaçının sağlamlığına vurulan zərərin həmin hüquqların təmin olunmaması ilə səbəbli əlaqədə olduğu müəyyən edilmədiyindən cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.

33. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

34. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

35. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

36. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

38. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X9 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

41. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar