Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-857/2021 03.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının qanuni təmsilçisi X7 oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti)nə qarşı ƏDV hesabının, yəni depozit hesabının blokdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə inzibati mübahisəyə dair işə Bakı şəhərində məhkəmənin binasında şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC 23.04.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin riskli əməliyyatlar aparılan qrupdan çıxarılması və 18 faizlik ƏDV hesabının yəni depozit hesabının faktiki bloklanmasının açılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Umid İnşaat" MMC-nin 18 faizlik ƏDV hesabının yəni depozit hesabının faktiki bloklanmasının açılması haqda məhkəmə mübahisəsi bitənə qədər müvəqqəti xarakterli müdafiə tədbiri kimi qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27 aprel 2020-ci il tarixli, 2-1(112)-4194/2020 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir. İddiaçı 06.07.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin 27 aprel 2020-ci il tarixli, 2-1(112)-4194/2020 nömrəli qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust 2020-ci il tarixli, 2- 1(103)-1418/2020 saylı Qərardadı ilə İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 27 aprel 2020-ci il tarixli, 2-1(112)- 4194/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş məhkəməyə daxil olduqdan sonra bir sıra qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra şifahi məhkəmə baxışı iclası 03 iyun 2021-ci il tarixə təyin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC qanunla nəzərdə dutulmuş qaydada rəsmi qeydiyyatdan keçməklə, qanuna müvafiq qaydada sahibkarlıq fəaliyyəti ilə məşquldur. İddiaçı ƏDV ödəyicisidir. Cavabdeh tərəfindəb iddiaçının 18 faiz ƏDV yəni depozit hesbı bloklanmışdır. Sözügedən bloklanma barəsində cavabdeh tərəfindən heç bir qərar olmadan iddiaçının ƏDV yəni depozit hesabı, cavabdeh tərəfindən faktiki bloklanmışdır. Bununla əlaqədar cavabdehə elektron məktub göndərmiş və cavabdeh tərəfindən elektron məktubla imtina almışlar. Cavabdeh imtinasını onunla əsalandırmışdır ki, depizot üzrə aparılan əməliyatlar cavabdehin demək olar ki xoşuna gəlməyibdir və bu səbəbdəndə iddiaçı kimi bizi risqli qurupa daxil edərək bizim 18 faiz yəni ƏDV hesabımızı, ( depozit hesabımızı) heç bir qərar olamadan bir müddətdir ki blokda saxlayır. Bundan əlavə hesab edirlər ki, iddiaçı faktiki işlayan və işçilərinə əmək haqqı verən faktiki sahibkarlıqla məşdul olan şəxs kimi ƏDV hesabının, yəni depozit hesabının cavabdeh tərəfindən bu şəkildə bloklanması qanusuzdur və işi dayandırır. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ƏDV hesabının, yəni depozit hesabının blokdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, "xxxx" MMC Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək riskli əməliyyatlar aparan vergi ödəyiciləri qrupundan çıxarılması və ƏDV depozit hesabına qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdeh iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət Vergi Xidməti aşağıda qeyd olunan səbəblərə əsasən iddia ərizəsi ilə razı deyil: Qüvvədə olan Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 13.2.81-ci maddəsinə əsasən isə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyatlardır. Bu cür əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (VM,109.9 maddə) və həmin əməliyyatların rəsmiləşdirildiyi sənədlər Vergi Məcəlləsinin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir (VM, 178.11 maddə). Belə ki, "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma hallarının və risklərin müəyyən edilməsi baxımından bir sıra uyğunsuzluqlar aşkarlanmış və onlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək, vergidən yayınma sxeminin tətbiq edildiyini ehtimal etməyə əsas vermişdir. Cəmiyyət tərəfindən 2019-cu il ərzində riskli vergi ödəyicisi olan "xxxx" MMC və "xxxx" MMC-dən dəmir və qutu profillər, "xxxx" MMC və "xxxx" MMC-dən metal profillər, "xxxx" MMC-dən taxta olmaqla, ümumilikdə 313.300,0 manat (ƏDV-si 56.400,0 manat) məbləğində mənbəyi şübhəli bilinən maliyyə əməliyyatı apararaq mallar əldə edilmişdir. Aparılmış araşdırmalar ilə adıçəkilən vergi ödəyiciləri tərəfindən, "xxxx" MMC-yə satılmış malların əldə edilmədiyi, idxal olunmadığı və eləcədə özləri tərəfindən istehsal edilmədiyi müəyyən edilmişdir. Uçot baza məlumatlarına əsasən qeyd olunan riskli vergi ödəyiciləri tərəfindən banan, ananas, bibər, sarımsaq, mebel, xırda mətbəx məişət ləvazimatları əldə edildiyi və ya idxal olunduğu aşkarlanmışdır. ƏDV və mənfəət vergisi ödəyiciləri olan riskli vergi ödəyiciləri tərəfindən təqdim edilmiş malların əldə edilmə mənbəyi məlum olmadığından real rentabellik səviyyəsinin və vergi öhdəliklərinin müəyyən edilməsi mümkün olmamışdır. Beləliklə, riskli vergi ödəyicilərindən əldə edilmiş malların mənbəyinin bəlli olmaması gəlir və xərclərin uçotunun düzgün aparılmamasına, aparılan maliyyə əməliyyatlarının uçotda əks etdirilməməsinə, nəticədə şəffaflığın təmin edilməməsinə və büdcə qarşısındakı vergi öhdəliyinin azaldılmasına dəlalət edir. Göründüyü kimi, vergi orqanı tərəfindən "xxxx" MMC-nin riskli vergi ödəyiciləri qrupuna aid edilməsi əsassız olmamışdır. Cəmiyyətin ƏDV sub-uçot hesabına Dövlət Vergi Xidməti tərəfindən məhdudiyyətin qoyulmasına gəldikdə isə, iddiaçı bu halın əsaslandırılması üçün hər hansı bir sübut təqdim etməmişdir. Vergi ödəyicisinin iş qovluğu məlumatları təhlil edilərkən ƏDV sub-uçot hesabının bağlanılması halını təsdiq edən hər hansı məlumat aşkar olunmamış, müəssiəsə tərəfindən bununla bağlı ünvanlanmış müraciətlərin isə müvafiq qaydada cavablandırıldığı müəyyən edilmişdir. Analoji məhkəmə mübahisəsinə baxmış Ali Məhkəmənin 11.05.2018-ci il tarixli 2- 1(102)-830/18 nömrəli (hakim Sevda Hüseynova) qərarında qeyd edilmişdir ki, iddiaçı hesab etmişdir ki, onun ƏDV sub-uçot hesabına məhdudiyyət cavabdeh tərəfindən qoyulmuşdur. Bu halın əsaslandırılması kimi hər hansı bir sübutu təqdim etməmişdir. Aşağı instansiya məhkəmələri tərəfindən iddiaçının əsaslandığı hallar hər hansı bir qaydada yoxlanılmamış və iddiaçının ƏDV sub-uçot hesabına məhdudiyyətin qoyulması hüququnun cavabdehlərdə olub-olmaması, mövcud olduğu halda, hansı əsaslarla və hansı qaydada qoyulması, qoyulduğu təqdirdə iddia tələbi ilə bağlılığı müəyyən edilməmişdir.” Qeyd olunanlardan göründüyü kimi, iddiaçı ƏDV depozit hesabına qoyulmuş məhdudiyyətlərin və qadağaların aradan qaldırılmasını tələb etməsinə baxmayaraq, belə bir məhdudiyyətin mövcudluğunu, eləcə də bu məhdudiyyətin cavabdeh qismində seçdiyi vergi orqanı tərəfindən həyata keçirilməsini sübut edə bilməmişdir. Həmçinin, iddiaçının iddia etdiyi məhdudiyyətlə vergi orqanının hərəkətləri arasında səbəbli-əlaqənin mövcudluğu müəyyən edilməmişdir. Eyni zamanda, bildirirlər ki, ƏDV-nin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları (bundan sonra - Qaydalar) ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV sub-uçot hesabları üzrə vəsaitlərin hərəkəti, ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili, məxarici və bu hesabda uçotun aparılması isə Qaydalarla tənzimlənir. İstər Vergi Məcəlləsində, istərsə də Qaydalarda ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti haqqında Əsasnaməyə müvafiq olaraq Xidmət Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Qeyd olunan Əsasnamə ilə Xidmətin ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər-hansı məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Göründüyü kimi, "xxxx" MMC-nin iddiası əsassız və qanunvericiliyinin tələblərinə tamamilə ziddir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının qanuni təmsilçisi X7 oğlu iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X2 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 03.04.2014-cü il tarixli Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ********** nömrəli VÖEN ilə fəaliyyət göstərir, Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsində vergi uçotu qeydiyatına alınmışdır, təşkilatihüquqi forması məhdud məsuliyyətli cəmiyyətdir, hüquqi ünvanı AZ 1029, ünvan 1dır, dövlət qeydiyyatına alındığı tarix 03.11.2014-cü ildir. Qanuni təmsilçisi X5r. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə ünvanlanan ərizədən görünür ki, iddiaçı onun depozit hesabının cavabdeh orqan tərəfindən bağlanıldığını bildirərək, bununla əlaqədar olaraq müəssisənin faktiki fəaliyyətinin dayandığını, müəssisənin depozit hesabının açılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 29 fevral 2020-ci il tarixli məktubla iddiaçıya iddiaçının müraciəti araşdırılmış və aparılan araşdırma zamanı ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlığın müəyyən olunmamışdır. Vergi məsələləri ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (<http://www.taxes.gov.az>) və ya Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilinməsi iddiaçıya tövsiyə edilmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 03 mart 2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının eyni məzmunlu 02.03.2020-ci il tarixli **********636900 nömrəli müraciətinin 11.03.2020-ci il tarixli **********457900 nömrəli məktubla cavablandırıldığı, əlavə olaraq iddiaçı tərəfindən "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) ilə aparılmış əməliyyatların vergi orqanı tərəfindən risklərinin müəyyən edildiyi bildirilmişdir. Müəssisə tərəfindən göndərilmiş elektron müraciətin Vergilər Nazirliyinin AVİS Kargüzarlıq altsistemində **********785200 nömrəsi ilə qeydiyyata alındığı, müraciətə baxılma vəziyyəti ilə onlayn rejimdə sənədin “əməliyyat tarixçəsi”ndə tanış ola biləcəyi qeyd edilmişdir. Məhkəmə araşdırması dövründə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4194/2020 saylı, 20.11.2020-ci il tarixli qərardadına əsasən iş üzrə kompüter-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında "xxxx" MMC-nin ƏDV depozit hesabından ƏDV köçürmələrinin, elektron ödənişlərin və əvəzləşmələrin aparılmasında yaranan məhdudiyyət texniki qüsur və ya kənar müdaxilə nəticəsində yaranmışdırmı, ekspertiza tədqiqatı aparıldığı dövrdə "xxxx" MMC-nin ƏDV depozit hesabından köçürmələrinin, elektron ödənişlərin və əvəzləşmələrin həyata keçirilməsi ilə bağlı hər hansı məhdudiyyət olmadığı müəyyən edilərsə, əvvəlki dövrdən ekspertiza aparılan günədək "xxxx" MMC-nin ƏDV depozit hesabından köçürmələrinin həyata keçirilməsində yaranmış məhdudiyyətin səbəbinin nə olması (texniki qüsur və ya kənar müdaxilə) barədə suallar qoyulmuşdur. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 mart 2021-ci il tarixli, 5/970 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən tədqiq olunan "www.etaxes.gov.az” internet resursda "xxxx" MMC-yə məxsus hesabdan “Digər sub-uçot hesaba köçürmə” üsulu ilə diqər hesablara köçürmələri həyata keçirmək naməlum məhdudiyyət səbəbindən (texniki qüsur, nəzərdə tutulmuş texniki əməliyyat, kənar müdaxilə) mümkün olmadığı, “www.e-taxes.gov.az” intemelreşursda saxlanılan məlumatlara, informasiyanı əks etdirən serverlərə və məlumat səbəbdən qeyd olunan üsul məhdudiyyətin səbəblərini (texniki və digər səbəblər) müəyyən etməyin mümkün olmadığı müəyyən edilmişdir. İddiaçının hazırkı tələbi ƏDV hesabının, yəni depozit hesabının blokdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 219 saylı qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi» Qaydalarının 1.2-ci bəndinə əsasən, əlavə dəyər vergisinin depozit hesabı-ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır; ƏDV-nin depozit hesabı X1 (bundan sonra-DXA ) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir; ƏDV sub-uçot hesabı - ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Göründüyü kimi, vergi ödəyicisinin ƏDV üzrə iki hesabı - depozit və sub-uçot hesabı mövcuddur. ƏDV sub-uçot hesabına münasibətdə qeyd olunan Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuşdur ki, vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər bu Qaydaların 2.1 -ci bəndində göstərilən mənbələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər; Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin köçürülməsi aşağıdakı ardıcıllıqla aparılır: dövlət büdcəsinə; dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına; ƏDV sub-uçot hesablarına. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir. Sadalanan normalardan göründüyü kimi, ƏDV üzrə vergi ödəyicisi elektron vergi hesab fakturası üzrə ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsini həyata keçirmək məqsədilə vergi orqanında yaradılmış elektron xidmətdən istifadə etməlidir və özünə məxsus ƏDV sub-uçot hesabı üzrə hərəkətin edilməsində yalnız özü səlahiyyətlidir. Bu halda, cavabdeh inzibati orqanın vergi ödəyicisinin ƏDV sub-uçot hesabına hər hansı bir qaydada məhdudiyyətin qoyulmasının hüquqi və ya texniki əsasları qanunvericlikdə təsbit olunmamışdır, çünki ƏDV-nin sub-uçot hesabı üzrə hər hansı bir əməliyyatın aparılması səlahiyyəti yalnız vergi ödəyicisinə aiddir və ona verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə o, həmin hesab üzrə proqram təminatı vasitəsilə əməliyyatlarını həyata keçirə bilər. Bununla yanaşı, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV sub-uçot hesabları üzrə vəsaitlərin hərəkəti, ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili, məxarici və bu hesabda uçotun aparılması isə Qaydalarla tənzimlənir. Göründüyü kimi qanunvericiliklə ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti haqqında Əsasnaməyə müvafiq olaraq Xidmət Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Qeyd olunan Əsasnamə ilə Xidmətin ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər-hansı məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmədən ƏDV hesabının, yəni depozit hesabının blokdan çıxarılmasını xahiş etsə də, təqdim etdiyi sənədlər üzrə onun ƏDV depozit hesabında məhdudiyyətin qoyulub-qoyulmaması, iddiaçı tərəfindən hüquqi şəxs olaraq ümumiyyətlə əməliyyat aparıla bilməməsi müəssisənin fəaliyyətinə hansı manenin yaradılmasını və ya onun işini dayandırmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin analoji məhkəmə mübahisəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəmənin 11.05.2018-ci il tarixli 2-1(102)-830/18 nömrəli (hakim Sevda Hüseynova) qərarında müəyyən edilən hallara: “iddiaçı hesab etmişdir ki, onun ƏDV sub-uçot hesabına məhdudiyyət cavabdeh tərəfindən qoyulmuşdur. Bu halın əsaslandırılması kimi hər hansı bir sübutu təqdim etməmişdir. Aşağı instansiya məhkəmələri tərəfindən iddiaçının əsaslandığı hallar hər hansı bir qaydada yoxlanılmamış və iddiaçının ƏDV subuçot hesabına məhdudiyyətin qoyulması hüququnun cavabdehlərdə olub-olmaması, mövcud olduğu halda, hansı əsaslarla və hansı qaydada qoyulması, qoyulduğu təqdirdə iddia tələbi ilə bağlılığı müəyyən edilməmişdir.” istinadən qeyd edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.2-ci maddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə məhkəmə kompüter-texniki ekspertizasının dəyəri olan 61,17 (altmış bir manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 36, 52, 58, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsn. İş üzrə məhkəmə kompüter-texniki ekspertizasının dəyəri olan (altmış bir manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-dən tutularaq dövlət nəfinə keçirilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qərar qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-857/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-857/2021
03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver