Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-857/2024 09.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Vəkil1, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əliliyin səbəbinin istehsalat zədəsi kimi müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Əlilliyin və ya sağlamlığ imkanları məhdudluğu müəyyən edilməsi barədə məlumatına əlavə “Təkrar əlilik” “istehsalat zədəsi” nəticəsində gözdən əlil olmağı sözlərin qeyd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi (oğlu) məhkəməyə ərizə təqdim edərək İddiaçı əlilliyinin səbəbli əlaqənin “istehsalat zədəsi” olmasının Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəyində qeyd olunmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının sol gözündə katarakta xəstəliyi olunmuşdur. TSEK-in qiymətləndirilməsi nəticəsində iddiaçı xx.xx.2021-ci ildə,3 dərəcə gözdən əlil təyin edilmişdir (Forma 88 ******* AAEP2). Gözun amputassiyasına səbəbi ilə keçirilmiş kəllə beyin travması nəticəsində katarakta xəstəliyi olmuşdur. İddiaçı hesab edir ki, TSEKtərəfdən təyinat qiymətləndiriləndə düzgün qiymətləndirilməmişdir. Təkrar əlillik qeyd olunmamışdır. TSEK-xəstəliyi təyinat verəndə və Forma 88 tərtib olunanda “İZ AKTA” 11 may 1966-ci ildə aldığı “istehsalat zədəsi” olmağı sübüt edilə bilməmişdik. 2021-ci il və 2022-ci il tarixlərində Məhkəmə Tibbi Ekspertizası keçirilərək “Katraktanın” yaranma səbəbinin kəllə beyin travma olması barədə rəy vermişdir. İddiaçı “təkrar” əlilliyi olması göstərilməmişdir, vətəndaşın əlilliyi “ilkin” kimi qeyd olunmuşdur. İddiaçı oglu 1966-1972-ci illərdə, 2 ci qrup kəllə beyin travması “istehsalat zədəsi” almışdır. Bu barədəaqda Dövlət Sosial Fondunun 15 dekabr tarixli **********3 nömrəli məktubu ilə 10 vərəq “müayinə aktının çıxarışının” surəti təqdim edilmişdir. İddiaçı hesab edir ki, işlədiyi telefon qovşağında qeydlər yarımçıq aparılmışdır. Buna səbəb “istehsalat zədəsi” olması ilə bağlı telefon qovşağının hər ay əlavə kompensasiya pul ödəmələrinin qarşısın almasıdır. X6 xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixə kimi keçirilmiş “kəllə beyin travması” bağlı müalicə 1966-ci ildə aldığı “istehsalat zədəsi” travması əsas olmuşdur. İddiaçıda müşahidə olunan yanaşı xəstəliklər sağlam olmağının və 3-cü qrup əlil kimi qiymətləndirilmişdir. İddiaçı hər iki travmanın nəticəsində qulaqlarının süni yuxu altında testi, 33,1 rate, 2000 sweep click şiddətində aparılan test zamanı sol qulaq 70 dBnHL intensevlikdə dalğa əldə edilmiş, sağ qulaq 60 dBnHL intensevlikdə V dalğa əldə edilmiş, sol qulağda 3-4 cü dərəcə, sağ qulaqda 3cü dərəcə neyrosensor tip ağır eşitmə qeyd edilmişdir. xx.xx.2022-ci ildə göndərişlə X7 Cərrahiyə Klinikasında keçirilən müaqyinə zamanı protezləşmə tövsiyə olunmuşdur. Bununla yanaşı X12 müayinlər zamanı başda və ayaqlarda qan dövranının pozulması, dizdən aşağı ətraflarda keyləşmələr aşkarlanmışdır ki, epikrizdə xüsusi damar dopleri olunaraq rəy qeyd olunmuşdur. İddiaçı qeyd edir ki, qeyd etdiyi əlavə ağırlaşdırıcı və yanaşı xəstəliklərin heç biri nəzərə alınmamışdır. Məhkəmə tərəfindən Məhkəmə Tibbi Ekspertiziyasının təyin olunması barədə qərardad qəbul edilərsə da, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndələrinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir.
4. Oktyabr rayonu Rabitə şəbəkəsi üzrə xx.xx.1966-cı il tarixli, OK-93 nömrəli Əmrdə qeyd edilmişdir ki, Kabel briqadasının 5-ci dərəcəli kabelçisi (İddiaçı) Əmək haqqında Qanunlar Məcəlləsinin (КЗОТ) 47-ci maddəsi “V” bəndinə əsasən xx.xx.1966-cı il tarixdən 2-ci qrup əlilliyə görə təqaüdə çıxması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir.
5. Oktyabr rayonu Rabitə şəbəkəsi üzrə xx.xx.1966-cı il tarixli, OK-109 nömrəli Əmrdə qeyd edilmişdir ki, Əmək haqqında Qanunlar Məcəlləsinin (КЗОТ) 47-ci maddəsi “V” bəndinə əsasən xx.xx.1966-cı il tarixdən 2-ci qrup əlilliyə görə təqaüdə çıxması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilən Kabel briqadasının 5-ci dərəcəli kabelçisinə (İddiaçı) əmək haqqında 80% qədər fərq ödənilməsi qərara alınmışdır.
6. TSEK-Müayinəsi xx.xx.2021-ci il tarixində anoftalm, mikroftalm və makroftalm, OS anoftalmiya (protez) Ağırlaşma Birincili açıqbucaqlı qlaukoma, OS terminal ağrılı qlaukoma. VİSOD=0.3 k/etmir (onda üç), VİSOS=0 (sıfır) anoftalm diaqnozun mətni ilə müddətsiz ilkin 2.3. üçüncü dərəcə dərəcə əlillik (2.5.14. bir gözün olmaması və ya əməli korluğu. Görmə itiliyinin korreksiya ilə 0.04 və ondanaz olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması. H54.4) təyin edilmişdir (Səbəbi: ümumi xəstəlik. Gözdən əlilliyi olan şəxs).
7. 4 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-cü il tarixli, xxxxxxx0001 nömrəli Qərarına əsasən İddiaçı 2.3. üçüncü dərəcə dərəcə əlillik. 2.5.14. bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0.04 və ondanaz olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması (H54.4) əlillik meyarı ilə ümumi xəstəlik (gözdən əlil) səbəbi ilə ilkin müddətsiz üçüncü dərəcə əllillik təyin edilmişdir.
8. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0006 nömrəli Qərarına əsasən İddiaçı 8.1.6. Gözün və gözün əlavə aparatının xəstəlikləri. Görmə itiliyi. Görmə itiliyi bir gözdə korreksiya ilə 0-0.05, digər gözdə korreksiya ilə 0.11-0.2 əlillik meyarı ilə ümumi xəstəlik (gözdən əlil) səbəbi ilə təkrar müddətsiz 70% orqanizmin funksiyalarının pozulması (ikinci dərəcə əlillik) müəyyən edilmişdir.
9. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti 19 nömrəli Şəhər Poliklinikasının 0108003AAEP2 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə vətəndaşa dair əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsi tərəfindən K00114715PAJ nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq ümumi xəstəlikgözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının 70 faiz pozulması barədə qərar qəbul edilmişdir.
10. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əmək pensiyaları və müavinətlər üzrə məlumat bazasında İddiaçı əlilliyə görə pensiya, müavinət və ya təqaüd təyin edilməsi barədə məlumat aşkar edilməmişdir.
11. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemlərində İddiaçı əlilliyə görə hər hansı pensiya, təqaüd, müavinət təyin edilməsi barədə məlumat aşkar edilməmiş və idarə tərəfindən xx.xx.2023cü il tarixli 3-17-1/2-275361/2023 nömrəli məktubla bu barədə məlumat verilmişdir. Vətəndaş A.X8 xx.xx.2023-cü il tarixli müraciəti zamanı müəyyən olmuşdur ki, vətəndaşa xx.xx.1966-cı il tarixində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işinə daxil olan vətəndaşın əlilliyini təsdiq edən sənədlərin surəti məhkəməyə təqdim olunur.
12. Azərbaycan SSR Sosial Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.1966-cı il tarixli, 1116 nömrəli X9 əsasən İddiaçı kəllə beyin travması alması ilə əlaqədar 1 illik ikinci dərəcə əlillik təyin edilmişdir (Səbəb: istehsalat zədəsi).
13. xx.xx.1969-cu il tarixli, A 234666 nömrəli Arayışa (X9) əsasən İddiaçı 1 illik ikinci dərəcə əlillik təyin edilmişdir (Səbəb: istehsalat zədəsi).
14. xx.xx.1970-ci il tarixli, A 294359 nömrəli Arayışa (X9) əsasən İddiaçı 1 illik ikinci dərəcə əlillik təyin edilmişdir (Səbəb: istehsalat zədəsi).
15. xx.xx.1972-ci il tarixli, VTE-1 061484 nömrəli Arayışa (X9) əsasən İddiaçı 1 illik üçüncü dərəcə əlillik təyin edilmişdir (Səbəb: istehsalat zədəsi).
16. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə zəruri olduğu halda əyani müayinəyə cəlb etməklə əlillik səbəbinin dəyişdirilməsi ilə bağlı İddiaçı müraciətinin araşdırılması üçün 10 (on) gün müddət təyin edilmişdir. İş materiallarından olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim edilmişdir.
17. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin K00114715PAJ nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir.
18. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-9631/2024 nömrəli Qərarında qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1938cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair xx.xx.2023-ci il tarixindən ümumi xəstəlik => gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının pozulmasına görə 70 % (yetmiş faiz) əlillik təyinatı barədə qərarın verilməsi ilə razılaşmayaraq, əlillik səbəbinin istehsalat zədəsi səbəbindən olduğunu iddia etmiş və məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı A. Musayeva əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən, məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti ilk dəfə Bakı 19 nömrəli Şəhər Poliklinikasının rəsmiləşdirdiyi göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək ona, “ilkin “olaraq xx.xx.2021-ci il tarixindən müddətsiz ümumi xəstəlik=>gözdən əlilliyi olan şəxs səbəbindən üçüncü dərəcə, xx.xx.2023-cü il tarixdən ümumi xəstəlik => gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının pozulmasına görə 70% (yetmiş faiz) sistem üzərindən “təkrar“ əlillik təyinatı aparılmışdır. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri baş ağrıları, başgicəllənmə, görmə qabiliyyətinin zəiflənməsindən olmuş, xx.xx.1972-xx.xx.1973-cü il tarixli əmək zədəsi səbəbindən üçüncü dərəcə əlillik təyinatı barədə TSEK arayışı, xx.xx.1966-xx.xx.1967-ci il tarixli əmək zədəsi səbəbindən ikinci dərəcə əlillik məlumatlarının yer aldığı arayış (diaqnoz: Baş travmasından sonra astenik vəziyyət) təqdim edilmişdir. Təqdim edilmiş sənədlər arasında “Lanset” Klinikasının xx.xx.2020-ci il tarixli 544/20 nömrəli epikrizinə əsasən xx.xx.2020-ci il tarixində yerli anesteziya altında “OD-KEE+İOL implantasiyası” cərrahi əməliyyatı aparıldığı, X13 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2021 -ci il tarixli 1068 saylı, xx.xx.2022-ci il tarixli 4743 saylı tibbi rəyinə əsasən diaqnoz “OD-artifakiya. İkincili katarakta, cərrahi əməliyyat olunmuş 2-3 A qlaukoma. OSanoftalm.” kimi qeyd edilmiş, ATU-nin X4 xx.xx.2022-ci il tarixli təbii yuxu altında BERA testinin nəticəsinə əsasən ”Sol qulaqda 3-4- cü dərəcə, ağ qulaqda 3-cü dərəcə neyrosensor tip ağıreşitmə “ qeyd olunduğu göstərilmişdir. X15 Mərkəzin 597 nömrəli xəstəlik tarixindən çıxarışına əsasən xx.xx.2023-cu il tarixdən xx.xx.2023-cü il tarixədək “Hipertenziv ensefalopatiya. Hipertoniya xəstəliyi İİİ mərhələ. Baş beyinin xroniki işemiyası, koqnitiv funksiyalarının pozulması ilə. İkitərəfli neyrosensor ağıreşitmə.” diaqnozları ilə stasionar müalicə alması və müayinələrdən keçməsi məlum olmuş, müayinələrin nəticəsi: EXO kardioqrafiya “sol mədəciyin sistolik funksiyası norma daxilində (LVEF- 57%), seqmentar hərəkə pozğunluğu qeyd olunmadı, perikard və plevra boşluqları təmiz” olmuş, Aşağı ətrafların arteriyaların doppleroqrafiyası müayinəsində “Hər iki aşağı ətrafın arteriyalarında bifazik qan axımı qeyd olunur.” kimi, Baş beyin MRT müayinəsində “Hər iki beyin yarımkürəsində beyin toxumasının dərin ağ maddəsində kiçik ölçülü postişemik demiyelinizsaiya sahələri izlənilir- xroniki beyin qan dövranı pozqunluğuna uyğun.” şəklində qeyd edilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaları adi rəngdə olmuş. Həkim-Oftalmoloqun müayinəsinin nəticəsinə “VİS OD 0,5 (onda beş) kJ\ 0, 8 (onda səkkiz), VİS OS=anoftalm.” müəyyən edilmişdir. Hazırda əlilliyə səbəb olan “OD-artifakiya.İkincili katarakta, cərrahi əməliyyat olunmuş 2- 3 A qlaukoma. OS-anoftalm.” Diaqnozun travmanın birbaşa əlaqənin olmasını təsdiq edən vətəndaşın Azərbaycan SSR-nın Sosial Təminat Nazirliyinin ixtisaslaşmış HƏEK-nın verdiyi şəhadətləndirmə aktından çıxarışda qeyd olunmuş “Keçirilmiş kəllə beyin travmasından sonra astenik vəziyyət” diaqnozunda əksini tapmadığından, məhkəmə qərarı, istehsalat zədəsi haqda müəssisənin aktı olmadığından əlilliyin səbəbini dəyişdirilməsi mümkün olmamışdır. X10 Haqqında Azərbaycan Respublikasının Qanunun 33- cü bəndinə əsasən ümumi xəstəlik səbəbindən əlilliyə görə təyin edilmiş pensiya ödənişi kəsildiyi gündən beş ildən gec olmayaraq bərpa edilərsə, dayanmış ödəniş “təkrar” təyinat olaraq bərpa oluna, beş ildən çox vaxt keçdikdən sonra yenidən əlillik baş verərsə əlilliyə görə pensiya ümumi əsaslarla “ilkin” təyinat olaraq aparılmalıdır. Bu səbəbdən də xx.xx.2021-ci il tarixli təyinat “ilkin” təyinat olaraq saxlanılmışdır. Ekspertiza müayinəsi zamanı əldə edilən anamnestik məlumatlar, obyektiv müayinə nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədləri və DTSERA-da aparılmış obyektiv və instrumental müayinə nəticəsinə əsasən, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.1966-xx.xx.1967-ci il tarixli əmək zədəsi səbəbindən ikinci dərəcə, xx.xx.1972-xx.xx.1973-cü il tarixli əmək zədəsi səbəbindən üçüncü dərəcə əlillik məlumatları əlillik altsisteminə daxil edilsin, xx.xx.2021-ci il tarixli əlillik təyinatı “ilkin” təyinat olaraq saxlanılsın, xx.xx.2024-cü il tarixindən etibarən hissəvi reabilitasiya olunmasına dair qərar qəbul edilsin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”nın 8.1.4 bəndinə müvafiq ümumi xəstəlik=>qözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması barədə qərar qəbul edilsin.
19. Elektron sistemdən Sosial Arayışın Çıxarışına əsasən: Əlilliyin təyin Əlilliyin Tarix Əlillik səbəbi Əlillik qrupu edilmə tarixi müddəti xx.xx.2024 Ümumi xx.xx.2024 Üçüncü dərəcəli Müddətsiz 17:52:00 tarixli xəstəlik- əlillik müayinə Gözdən əlil xx.xx.2024 Ümumi xx.xx.2021 Üçüncü dərəcəli Müddətsiz 17:52:00 tarixli xəstəlik- əlillik müayinə Gözdən əlil xx.xx.2024 İstehsalat xx.xx.1972 Üçüncü dərəcəli 1 il 17:52:00 tarixli zədəsi əlillik müayinə xx.xx.2024 İstehsalat xx.xx.1966 İkinci dərəcəli 1 il 17:52:00 tarixli zədəsi əlillik müayinə xx.xx.2024 Ümumi xx.xx.2023 İkinci dərəcəli Müddətsiz 17:52:00 tarixli xəstəlik- əlillik müayinə Gözdən əlil
20. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0010 nömrəli Qərarına əsasən İddiaçı 8.1.4. Gözün və gözün əlavə aparatının xəstəlikləri. Görmə itiliyi. Görmə itiliyi bir gözdə korreksiya ilə 0-0.05, digər gözdə korreksiya ilə 0.3-dən yuxarı əlillik meyarı ilə ümumi xəstəlik (gözdən əlil) səbəbi ilə təkrar müddətsiz 50% orqanizmin funksiyalarının pozulması (ikinci dərəcə əlillik) müəyyən edilmişdir.
21. Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti 1 saylı Rabitə Xidmətləri Mərkəzi tərəfindən məhkəməyə ünvanlana yazılı etirazda qeyd edilmişdir ki, inə əsasən məhkəmənin icraatında 2-1 (112)-7104/2023 saylı inzibati iş vardır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, keçmiş adla X14 indiki yeni adla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 saylı Rabitə Xidmətləri Mərkəzində “kabel lehimləyici" vəzifəsində işlədiyi vaxtlarda təxminən 1966-cı il tarixində istehsalatda iş başında olarkən bədbəxt hadisə nəticəsində aldığı (qapalı kəllə beyin travmasl) xəsarətləri olmuşdur. Həmin xəsarətlər nəticəsində ona aidiyyəti orqan tərəfindən 1966-cı il tarixindən - 1972-ci il tarixinə kimi əlillik dərəcəsi müəyyən edilmişdir. İddiaçının bildirdiyinə görə həmin illər ərzində işlədiyi idarəyə əlili olmasını təsdiq edən məlumatları təqdim etmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçının tələbində göstərdiyi məsələlərin üzərindən uzun illər keçdiyindən təlimat və qaydalara uyğun formada sənədlərin arxivdə saxlanılması üçün təhvil verilmiş, sonra isə Nazirlər Kabinetinin qərar və qaydalarına əsasən müəyyən müddət keçdikdən sonra bir çox sənədlər aktlaşdırılaraq məhv edilir. Qeyd olunan uzun zaman keçdiyindən iddiaçıya aid əlilliyini təsdiq edən məlumatların (sənədlərin) məhkəməyə təqdim edilməsi mümkünsüzdür. Bundan başqa əlillik dərəcəsini təyin edən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentiiyi olduğu üçün tələb onlara ünvanlanmalıdır. Eyni zamanda bildirmək istərdik ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti rabitə xidmətləri göstərməkdən ibarətdir. Odur ki, iddiaçı Cəmiyyəti cavabdeh qismində yox müstəqil tələblər irəli sürməyən üçünçü şəxs qismində olmalıdır. Bundan əlavə iddiaçının əmək müqaviləsinə xitam verildikdə ona lazım olan sənədlər (əmək kitabçası və s) təqdim edilmiş və hər zaman olduğu kimi iddiaçı tərəfindən Cəmiyyətə daxil olan müraciət (sorğu) ərizələrinin də cavablandırılması təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Məcəllənin 57.2-ci bəndinə əsasən isə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Mübahisəli məsələdə xüsusilə qeyd olunmalıdır ki, iddiaçının ərizəsində olan tələbin aidiyyəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Ağentiiyi olduğu üçün iddia tələbi Cəmiyyətə münasibətdə rədd edilməlidir.
22. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilmiş, qərardad icra olunması üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilmişdir.
23. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən tərtib edilmiş T 275/2021 nömrəli Ekspert Rəyində (Bakı İnzibati Məhkəməsinin hakimi Həmid Ağalarovun xx.xx.2021-ci il tarixli qərardadı əsasında) qeyd olunmuşdur ki, Vətəndaş İddiaçı hal hazırda "anoftalm, mikroftalm, makroftalm, OD-ağırlaşmış katarakta; OSanoftaimiya (protez); birincili açıqbucaqlı qlaukoma, OS terminal ağrılı qlaukoma; VİS OD- 0,3 k\etmir, VİS OS-0 (sıfır), OS-anoftalm” diaqnozdakı xəstəlik və onun ağırlaşmalarından əziyyət çəkir. “Katarakta” xəstəliyinin yaranma səbəblərindən biri də travmadır. Qeyd edilən xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.5.14-cü bəndinə uyğun gəldiyindən İİİ dərəcəli əlillik təyin edilmişdir.
24. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1579/2022 nömrəli Qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və X13 adına Milli Oftalmologiya Mərkəzi üçüncü şəxs qismində cəlb edilməklə “əlillik dərəcəsinin dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
25. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdirlər.
26. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
27. İddia tələbi iddiaçıya təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi ilə bağlıdır.
28. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
29. İddianın növü məcburetmə haqqında iddiadır.
30. Məhkəmə araşdırmasının gedişində məhkəmə tərəfindən zəruri olduğu halda əyani müayinəyə cəlb etməklə əlillik səbəbinin dəyişdirilməsi ilə bağlı İddiaçı müraciətinin araşdırılması üçün 10 (on) gün müddət təyin edilmiş və iş materiallarından olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim edilmişdir. Lakin əlilliyin səbəbi cavabdeh tərəfindən iddiaçının hüquqi marağına uyğun olaraq müəyyən edilməmişdir (dəyişdirilməmişdir).
31. İddia mümkündür.
İİİ. Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”:
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.10. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X1 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
İV. Məhkəmənin mövqeyi
36. Məhkəmə ilk növbədə qeyd edir ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əsasən İddiaçı xx.xx.1996-cı il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edildiyi bildirmiş və iddiaçının əlilliyini təsdiq edən sənədlərin surəti məhkəməyə təqdim edilmişdir: - Azərbaycan SSR Sosial Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.1966-cı il tarixli, 1116 nömrəli X9 əsasən İddiaçı kəllə beyin travması alması ilə əlaqədar 1 illik ikinci dərəcə əlillik təyin edilmişdir (Səbəb: istehsalat zədəsi). - xx.xx.1969-cu il tarixli, A 234666 nömrəli Arayışa (X9) əsasən İddiaçı 1 illik ikinci dərəcə əlillik təyin edilmişdir (Səbəb: istehsalat zədəsi). - xx.xx.1970-ci il tarixli, A 294359 nömrəli Arayışa (X9) əsasən İddiaçı 1 illik ikinci dərəcə əlillik təyin edilmişdir (Səbəb: istehsalat zədəsi). - xx.xx.1972-ci il tarixli, VTE-1 061484 nömrəli Arayışa (X9) əsasən İddiaçı 1 illik üçüncü dərəcə əlillik təyin edilmişdir (Səbəb: istehsalat zədəsi).
37. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş Oktyabr rayonu Rabitə şəbəkəsinin xx.xx.1966-cı il tarixli, OK-93 nömrəli Əmrinə və xx.xx.1966-cı il tarixli, OK-109 nömrəli Əmrinə əsasən görünür ki, İddiaçı (kabel briqadasının 5-ci dərəcəli kabelçisi) xx.xx.1966-cı il tarixdən 2-ci qrup əlilliyə görə təqaüdə çıxması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir.
38. İş materiallarının araşdırılması əlillik səbəbinin dəyişdirilməsi (iddia tələbi) ilə bağlı iddiaçının müraciəti üzrə cavabdeh tərəfindən hər hansı inzibati araşdırılma aparılmadığı müəyyən edilmiş və məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə zəruri olduğu halda əyani müayinəyə cəlb etməklə əlillik səbəbinin dəyişdirilməsi ilə bağlı İddiaçı müraciətinin araşdırılması üçün 10 (on) gün müddət təyin edilmişdir. İş materiallarından olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər (Bax: 35-ci bəndə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim edilmişdir.
39. Məhkəmə müəyyən edir ki, cavabdeh tərəfindən keçirilmiş ekspertiza müayinəsi nəticəsində iddiaçının hazırki əlillik vəziyyətinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”nın 8.1.4 bəndinə müvafiq ümumi xəstəlik=>gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması kimi qiymətləndirilməsinə baxmayaraq, xx.xx.1966-xx.xx.1967-ci il tarixli əmək zədəsi səbəbindən ikinci dərəcə, xx.xx.1972-xx.xx.1973-cü il tarixli əmək zədəsi səbəbindən üçüncü dərəcə əlillik məlumatları əlillik altsisteminə daxil edilmişdir. Əlilliyin təyin Əlilliyin Tarix Əlillik səbəbi Əlillik qrupu edilmə tarixi müddəti xx.xx.2024 Ümumi xx.xx.2024 Üçüncü dərəcəli Müddətsiz 17:52:00 tarixli xəstəlik- əlillik müayinə Gözdən əlil xx.xx.2024 Ümumi xx.xx.2021 Üçüncü dərəcəli Müddətsiz 17:52:00 tarixli xəstəlik- əlillik müayinə Gözdən əlil xx.xx.2024 İstehsalat xx.xx.1972 Üçüncü dərəcəli 1 il 17:52:00 tarixli zədəsi əlillik müayinə xx.xx.2024 İstehsalat xx.xx.1966 İkinci dərəcəli 1 il 17:52:00 tarixli zədəsi əlillik müayinə xx.xx.2024 Ümumi xx.xx.2023 İkinci dərəcəli Müddətsiz 17:52:00 tarixli xəstəlik- əlillik müayinə Gözdən əlil
40. Əyani müayinə nəticəsində iddiaçıya ““OD-artifakiya. İkincili katarakta, cərrahi əməliyyat olunmuş 2-3 A qlaukoma. OS-anoftalm.” diaqnozu qoyulmuşdur və bu diaqnozun travmanın birbaşa əlaqənin olmasını təsdiq edən vətəndaşın Azərbaycan SSR-nın Sosial Təminat Nazirliyinin ixtisaslaşmış HƏEK-nın verdiyi şəhadətləndirmə aktından çıxarışda qeyd olunmuş “Keçirilmiş kəllə beyin travmasından sonra astenik vəziyyət” diaqnozunda əksini tapmadığı, məhkəmə qərarı, istehsalat zədəsi haqda müəssisənin aktı olmadığından əlilliyin səbəbinin dəyişdirilməsinin mümkün olmadığı bildirilmişdir.
41. Məhkəmə müəyyən edir ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən tərtib edilmiş T 275/2021 nömrəli Ekspert Rəyində (Bakı İnzibati Məhkəməsinin hakimi Həmid Ağalarovun xx.xx.2021-ci il tarixli qərardadı əsasında) qeyd olunmuşdur ki, Vətəndaş İddiaçı hal hazırda "anoftalm, mikroftalm, makroftalm, OD-ağırlaşmış katarakta; OS-anoftaimiya (protez); birincili açıqbucaqlı qlaukoma, OS terminal ağrılı qlaukoma; VİS OD- 0,3 k\etmir, VİS OS-0 (sıfır), OS-anoftalm” diaqnozdakı xəstəlik və onun ağırlaşmalarından əziyyət çəkir. “Katarakta” xəstəliyinin yaranma səbəblərindən biri də travmadır.
42. Belə olan təqdirdə, cavabdeh tərəfindən iddiaçının əlilliyə səbəb olan xəstəliyinin 1966-cı ildə baş vermiş istehsalat zədəsi nəticəsində almış olduğu kəllə-beyin travması ilə əlaqəsinin inkar edilməsi anlaşılan deyil.
43. Odur ki, məhkəmə əlavə araşdırma aparmağa zərurət görmədən iddiaçının əlillik təyin edilməsi ilə əlaqədar olan xəstəliyin səbəbinin istehsalat zədəsi olduğu qənaətindədir və cavabdehin hərəkətləri nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağı əlilliyinin ümumi səbəbinin “istehsalat zədəsi” kimi müəyyən edilməsində (dəyişdirilməsində) ifadə olunur.
44. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
45. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
46. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
47. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı əlilliyinin ümumi səbəbinin “istehsalat zədəsi” kimi müəyyən edilməsi (dəyişdirilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva