Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8577/2024 01.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “sökülmüş tikililərin bərpa edilməsi və ya ziyanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı Sadiq oğlunun, İddiaçının vəkili Nümayəndə2 Əlizamin oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı 2005-ci ilin noyabr ayından bu vaxtadək və sonrakı illər üzrə qanunla müəyyən edilmiş qaydada ödənclərin müavinətlə əvəz edilərək ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ilin 4 oktyabrında qaynaqçı peşəsi üzrə əmək vəzifələrini icra edərkən əmək xəsarəti almış, əmək qabiliyyətinin 80%-ni itirmiş və 1996-cı ildən 2-ci qrup əlillik statusu almışdır. Qeyd olunur ki, aldığı xəsarətə görə o zaman ona ödənclər müəssisə tərəfindən verilmiş və lakin sonradan müəssisə hüququ statusunu dəyişdirmiş və ona ödəniməli ödənc AR Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilmişdir. Lakin 2003-cii ilin oktyabr ayından 2005-ci ilin sonuna kimi ona ödənclər ödənilməmişdir. İddiaçı ödənclərin ödənilməsi barədə dəfələrlə müxtəlif orqanlara, o cümlədən AR DSMF-nə, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş və verilmiş cavablarda ilkin olaraq ona bildirilmişdir ki, aldığı xəsarətə görə ona ödənilməli ödənclər ya Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyi və “Santexquraşdırma" İstehsalat Birliyinin 1 nömrəli Bakı Quraşdırma İdarəsi tərəfindən ödənilməlidir. Lakin o zaman “Santexquraşdırma" İstehsalat Birliyinin İ nömrəli Bakı Quraşdırma idarəsi tərəfindən ödənilsə də, lakin sonradan müəssisə ləğv edildiyindən ona ödənclər ödəməmişdir. Ona görə də o, yenidən məhkəmyə müraciət edərək ödənilməyən ödəncin ödənilməsini tələb etmişdir. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 2l(81)-2319/2016 saylı 14 iyul 2016-cı il tarixli Qərarı ilə “2003-cü ilin oktyabr ayında 08 noyabr 2005-ci ilə kimi dövr üzrə aylıq ödənc üzrə borcların əvəzinə aylıq müavinətin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinə həvalə edilmişdir.” Məhkəmənin Qərarı icra edilmiş və “ 2003-cü ilin oktyabr ayında 08 noyabr 2005-ci ilə kimi dövr üzrə ödənilməli ödənclər müavinətlə əvəz edilmiş və ona 1516 manat məbləğində müavinət ödənilmişdir. Lakin sonrakı dövrləri tələb etdikdə Təminat Xidməti müavinəti ona ödəməkdən imtina etmişdir. Belə olduğu təqdirdə iddiaçı təkrar məhkəməyə müraciət etmiş və məhkəmədə onun DSMF Nərimanov rayon şöbəsinə müraciət etmədiyi əsas gətirilərək iddiası mümkün sayılmamışdır. İddiaçı sonradan Azərbaycan Respublikası Dövlət Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət etmiş və xx/xx-2099 saylı xx.xx.2017ci il tarixli məktubunda ona ödəncin verilməsi "Az Qur ” ASC-nin tabeçiliyində olan “Santexquraşdırma ” İstehsalat Birliyinin 1 nömrəli Bakı Quraşdırma idarəsinə müraciət etməyini tövsiyə edir." Ona görə də iddiaçı Bakı şəhəri Nəsimi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin 2(006)-5276/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun "xxxx" Şəhimdar Firması “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli Bakı Quraşdırma İdarəsinə qarşı iddia tələbi təmin edilmişdir. Qətnamənin icrası ilə əlaqədar Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Pərviz Hüseynov xx.xx.2018-ci il tarixli icra vərəqəsi verilmiş və icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. Nəsimi Rayon İcra Şöbəsi Məhkəmə qətnaməsini icraata qəbul edərək, icra edilməsini təmin etmək üçün "xxxx" Şəhmdar Firması “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli Bakı Quraşdırma İdarəsinə göndərilmişdir. İddiaçı hesab edir ki, müəssisədə işlədiyi vaxtda aldığı xəsarətə görə ödənclər müəssisə tərəfindən ona ödənilməsi mümkün olmadığından, həmin ödənclərin müavinətlə əvəz edilərək ödənilməsindən imtina edilməsi əsasızdır.
3. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
4. Daha sonra iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-45905/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı iddia ərizəsində 1993-cü il 4 oktyabr tarixdə əmək vəzifələrini icra edərkən əmək xəsarəti aldığını, əmək qabiliyyətinin 80%-ni itirdiyini, buna görə də xəsarətə görə müavinət almağa hüququ olduğunu, 2003-2005-ci illər ərzində cavabdeh orqandan xəsarətə görə müavinət alsa da halhazırda ala bilmədiyini iddia edərək, ona sözügedən müavinətin təyin edilməsi və 2005-ci ilin noyabr ayından bu vaxtadək ödənilməmiş müavinətlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha əvvəl ona əmək xəsarətinə görə müavinətin təyin edilməsi üçün ərizəylə cavabdeh orqana müraciət etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə xx.xx.2023-cü il tarixli 3-17-1/2-K-56664/2023 nömrəli məktubla inzibati icraatın aparılması davam etdiyi üçün iddiaçının müraciətinə yenidən baxılacağını bildirmişdir. Bundan narazı qalan iddiaçı Bakı İnzibati Məhkəməsin müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2015-ci il tarixli 311 nömrəli “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının təsdiq edilməsi haqqında qərarına 7 nömrəli əlavənin 2.18-ci bəndinə özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və yaxud bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq və ya birdəfəlik müavinət istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə istehsalatda işçi ilə bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin qərarının surətini və işçinin peşə əmək qabiliyyətinin itirilmə faizi barədə tibbi- sosial ekspert komissiyasının müayinə aktından çıxarış təqdim edildikdə təyin olunur. Bildirilir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2003-cü il tarixli 920 saylı Fərmanı ilə təsdiq edilmiş “özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydalarının“ 2-ci bəndinə əsasən bu Qaydalar: 2.1.1 "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin bu Qaydalar qüvvəyə minənədək yaranmış borclarına; 2.1.2 idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydalarına əsasən bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Yuxarıda qeyd olunan fərmanın 5-ci bəndində qeyd edilir ki: aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003 cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə formasının 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı bildiriş göndərir. İş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2-4843/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubuna əsasən, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu "xxxx" Səhmdar Firmasının “Santexquraşdırma" İstehsalat Birliyinin 1 Saylı Bakı Quraşdırma İdarəsi “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı" və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydalarına uyğun olaraq xx.xx.2005-ci il tarixdə hərrac vasitəsilə özəlləşdirilmişdir. Aydın olur ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi müəssisə xx.xx.2005- ci il tarixdə hərrac vasitəsilə özəlləşdirildiyi üçün, sözügedən müavinətin ödənilməsindən imtina etməkdə haqlıdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya müvafiq müavinətin ödənilməsindən imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-45905/2024 nömrəli inzibati qərar da qəbul edilmişdir.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, onun vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Sadiq oğlu ünvan 2 ünvanında qeydiyyatdadır.
10. ünvan 36 noyabr 2018-ci il tarixli icra vərəqəsindən görünür ki, həmin icra vərəqəsi əsasında istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş İddiaçı Sadiq oğluna ödənclərin verilməsi vəzifəsi 08 noyabr 2005-ci il tarixdən cavabdeh "xxxx" Səhmdar Firması “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli Bakı Quraşdırma İdarəsinə həvalə edilmişdir.
11. "xxxx" Holdinq-Kompani tərəfindən verilmiş məktubdan görünür ki, "xxxx" Səhmdar Firması “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli Bakı Quraşdırma İdarəsinin "xxxx" ASCyə heç bir aidiyyəti olmamışdır.
12. İmtina məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2015-ci il tarixli 311 nömrəli “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarfmn təsdiq edilməsi haqqında qərarına 7 nömrəli əlavənin 2.18-ci bəndinə özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və yaxud bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq və ya birdəfəlik müavinət istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə istehsalatda işçi ilə bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin qərarının surətini və işçinin peşə əmək qabiliyyətinin itirilmə faizi barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış təqdim edildikdə təyin olunur. Müraciətə əsasən bildirilmişdir ki, yuxarıda qeyd edilən müvafiq sənədləri təqdim etdikdən sonra sözügedən müavinətin yenidən hesablanmasına baxıla bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Komitəsinə “Azqur" Səhmdar Firmasının “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli Bakı Quraşdırma İdarəsinin özəlləşdirilməsi barədə sorğu göndərilmişdir. Sözügedən sorğuya müvafiq cavab verildikdən və qeyd edilən aktı təqdim etdikdən sonra müraciətinizə yenidən baxılacaqdır.
13. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, "xxxx" Səhmdar firmasının “Santexquraşdırma” İstehsalat Birliyinin 1 saylı Bakı Quraşdırma İdarəsi “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq xx.xx.2005-ci il tarixdə hərrac vasitəsilə özəlləşdirilmişdir.
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-45905/2024 nömrəli qərarından görünür ki, həmin qərar əsasında iddiaçıya aylıq ödənc əvəzinə müavinətin təyin olunmasından imtina olunmuşdur.
15. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, "xxxx" Səhmdar Firması “Santexquraşdırma” İstehsalat Birliyinin 1 №-li Bakı Quraşdırma İdarəsi xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmış, ad dəyişikliyi, yenidən təşkili və hüquqi varislik barədə hər hansı məlumat aşkar edilməmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir.
18. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
19. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
21. Hazırki iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilməsidir.
22. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehlərə müraciət etmişdir. Cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə işdə iştirak edən şəxsin izahatlı dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia təmin olunmamalıdır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2015-ci il tarixli 311 nömrəli “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının təsdiq edilməsi haqqında qərarına 7 nömrəli əlavənin 2.18-ci bəndinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və yaxud bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq və ya birdəfəlik müavinət istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə istehsalatda işçi ilə bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin qərarının surətini və işçinin peşə əmək qabiliyyətinin itirilmə faizi barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış təqdim edildikdə təyin olunur.
25. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2003-cü il tarixli 920 saylı Fərmanı ilə təsdiq edilmiş “özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları”nın: - 1.1. Bu Qaydalar "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na uyğun olaraq özəlləşdirməyə açıq elan edilmiş, habelə idarəetməyə verilmiş dövlət müəssisələrinin (bundan sonra - dövlət müəssisələri) sosial ödənişləri üzrə ödənilməmiş borclarının (bundan sonra - borclar) ödənilməsi prosesini tənzimləyir. - 2.1. Bu Qaydalar: 2.1.1. "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin bu Qaydalar qüvvəyə minənədək yaranmış borclarına; 2.1.2. idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir.
26. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydalarının 1-ci maddəsinə əsasən bu Qaydalar “Azərbaycan Respublikasında 1995 – 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. Həmin Qaydaların 2.1-ci maddəsinə əsasən bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş, “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi” Qaydasının:
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı bildiriş göndərir. Həmin bildirişlə dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixi və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minməsi barədə təqdim olunan məlumatda belə müəssisələrin adlı siyahısı göstərilməlidir. Qurumlar bu bildirişi əsas götürməklə, həmin bildirişdə göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəncin verilməsini dayandırırlar. Həmin müəssisələr üzrə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş və bu səbəbdən həlak olmuş işçilərin sayt Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2003-cü il 27 sentyabr tarixinədək ödənilən ödənclərin verilməsi barədə siyahıya və müvafiq Qurum, Maliyyə İdarəsi (şöbəsi) və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyinə əsasən nəzərə alınır.
28. Məhkəmə diqqətə çatdırır ki, yuxarıda bəhs olunan Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nın İİ bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir.
29. Nəzərə alınmalıdır ki, aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003 cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.
30. Məhkəmə qeyd edir ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu "xxxx" Səhmdar Firmasının “Santexquraşdırma" İstehsalat Birliyinin 1 Saylı Bakı Quraşdırma İdarəsi “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı" və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydalarına uyğun olaraq xx.xx.2005-ci il tarixdə hərrac vasitəsilə özəlləşdirilmişdir.
31. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının işlədiyi müəssisə xx.xx.2005-ci il tarixdə hərrac vasitəsilə özəlləşdirildiyindən, onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş, “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi” Qaydasının 7-ci maddəsinə əsasən qeyd olunan müavinəti almaq hüququ olmamışdır.
32. Belə olan halda Məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, cavabdeh haqlı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir
33. İPM-nin 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
34. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva