Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8578/2021 20.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və onun altındakı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum əri X14 ilə 1989-cu ilə qədər Ermənistan, Krosnaselski rayonu, Krasnaselsk qəsəbəsi, Çkalov küçəsi ev 6 ünvanında yaşamışdırlar. Məlum hadisələrə görə iddiaçı və onun ailəsi Bakı şəhərinə gəlmişdirlər. Həmin dövrdə də Azərbaycanda olan ermənilər buranı tərk edirdilər. Burada onlar erməni ailəsi olan ünvan 3 ünvanında yaşayan Baqmanyan Qurgenin evinə baxaraq aralarında razılaşaraq Bakıda olan evi onlara, onlar da onun əvəzində olan öz Ermənistanda olan evlərini onlara verdilər. Onun əvəzində dəyişmə müqaviləsi üçün o, onlara etibarnamə vermişdir. 32 ildir ki, onlar qeyd edilən İ.Şükürov küçəsi ev 9 ünvanında yaşayırlar. Onun həyat yoldaşı vəfat etmişdir. Yoldaşı vəfat etdiyi üçün iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə X2rşı dəyişmə müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilmsinə xahiş edib. Suraxanı rayon məhkəməsinin 27.09.20219-cu il tarixli 2(010)-2760/2019 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Bundan sonra 2 dəfə cavabdehə müraciət etməsinə baxmayaraq, onun hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edilmişdir. O da hazırda iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edir. Hesab edir ki, cavabdehin onun torpaq sahəsinə çıxarışın verilməsindən imtinası əsasızdır və məhkəmə qaydası ilə həmin torpaq sahəsinə Çıxarışın verilməsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171 saylı 06.10.2010- cu il tarixli qərarının 7.2-ci bəndinə görə mövcud torpaq sahəsinin sərhədlərinin yerdə (naturada ) müəyyən edilməsi DTXK-nin müvafiq struktur bölməsinin mütəxəssisinin, DTXK-nin rayon (şəhər ) şöbəsinin nümayəndəsinin , bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) və ya onların müvafiq qaydada verilmiş etibarnamələri əsasında vəkil etdikləri nümayəndələrinin iştirakı ilə aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.2-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması ) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada ) və xəritədə müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən “Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü , çaylar, yollar və digər obyektlər ), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir”. Həmin Maddənin 5-ci bəndinə əsasən “Torpaq sahəsinin planının və təsvirinin hazırlanması , onun sərhədlərinin yerə ( naturaya ) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilən yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd edir ki, torpaq sahəsinin dörd tərəfdən daş hasar çəkdirib və torpaq sahəsinin ölçüləri İcra hakimiyyətinin səlahiyyətli şəxsləri tərəfindən ölçülərək ona verilmiş həddədir və bu vaxta kimi torpaq sahəsində hər hansı bir dəyişiklik olmamışdır. Azərbaycan Respublikası Prezidentini "Yerli İcra Hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfat idarələrinin ləğv edilməsi barədə" 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni istifadəsində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə müvafiq olaraq şəxslərə ayrılmış torpaq sahəsi birmənalı qaydada onların mülkiyyətinə verilməsinin rəsmiləşdirilməsi Dövlət Reyestr Xidmətinə tapşırılmışdır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahlərinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən , torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasındn və onun müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsindn sonra yaranır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında " Azərbaycan Respubliaksı Qnununun 8.0.5-ci maddəsinə göstərilir ki, 2007-ci il mayn 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri və orderlər həmin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2 və 10.2.2-ci bəndinə görə qeydiyyat orqanına verilən ərizəyə torpaq shaəsinin planı və ölçüsü, 10.2.3-cü bəndinə görə isə torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin ) texniki pasportu , plan -cizgisi əlavə olunur. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə səasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin , həyətyanı sahələrin , fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsi sədrinin 29.06.2009- cu il tarixli 06 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin" Əsasnaməsinin 2.2-ci bəndinə əsasən inventarlaşdırma, torpaq sahələrinin ölçü və planlarının çəkilməsi işləri İdarə tərəfindən tərtib edilir. "İnzibati icraat haqqıda "Azərbaycan Respublikası Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydda əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qəraın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla)n qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirirlir. Bakı şəhəri XDS tərəfindən 24.12.1988-ci il tarixində təsdiq edilmiş “Bakı şəhərində bağ sahəsi almaq istəyənlərin və ya bağ tikinti-kooperativinə daxil olan, bağ-tikinti kooperativ komplektlərinin bölüşdürülməsinin Qaydaları” qüvvədə olmuşdur, Qaydaların 24-cü bəndinə əsasən, əgər vətəndaş bağ sahəsini yaşıllaşdırmışdırsa və həmin bağ sahəsini on il müddətində fasiləsiz istifadə etdiyi təqdirdə bağ sahəsi onun adına keçirilməsi məsələsinə baxılır.
3. Cavabdeh qurum tərəfindən iddiaçıya verilən 09.07.2021-ci il tarixli yazılı imtinada bildirilmişdir ki, elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin 563.0 kv. m hissəsi və İ, İİ tikililəri yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşmişdir. Həmçinin ərazidə faktiki sahə ilə perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir, torpaq sahəsi elektrik şəbəkəsinin mühafizə zonasına düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
4. Məhkəmənin 23.08.2021-ci il tairixli qəraradadı ilə iddia tələbinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və onun altındakı torpaq sahəsinin 563.0 kv.m hissəsi və İ, İİ tikililəri azaldılaraq qalan hissənin, yəni 744,9 kv.m torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir.
5. Cavabdeh iddianın dəyişdirilməsinə etiraz etməmişdir.
6. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə və fərdi yaşayış evi ilə bağlı ‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun hüquq müəyyənedici sənədlər təqdim olunmamışdır. Qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin qeydiyyatdan keçməsi barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin, elektron kadastr baza məlumatlarına əsasən, torpaq sahəsinin 563,0 kv.m hissəsi və 1,2-ci tikililərin üzərində 35 kV yüksək gərginlikli elektrik xəttinin keçdiyi müəyyən edilmişdir. Bunlardan əlavə, ərazidə faktiki sahə ilə perimetrik ölçü və konfiqurasiya fərqləri mövcuddur. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********41 saylı 26.02.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bildirilmişdir ki, İddiaçı 07.03.2019-cu il, 09.07.2021-ci il və 11.01,2021-ci il tarixlərində müvafiq tələblə İdarəyə müraciət etmişdir, lakin göstərilmiş iradlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti . layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı və vəkili iddia tələbini müdafiə etdi və məhkəmə iclasında iştirak etməməsini üzrlü hesab edərək işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi xahiş etmişdir.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
10. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
11. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
12. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
15. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.
16. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
18. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər.
19. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar
20. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-2760/2019 saylı iş üzrə 27.09.2019-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdeh X3rşı dəyişdirmə müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddiası təmin edilmiş, cavabdeh X7 məxsus Bakı şəhəri, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində yerləşən 9 saylı yaşayış evinin X12 məxsus Ermənistan Respublikası, Krasnoselski rayonu, Krasnoselski qəsəbəsi, Çkalov küçəsində yeləşən 6 saylı evi ilə dəyişdirilməsi barədə X14 ilə X9 arasında dəyişmə müqaviləsi bağlanmış hesab edilmişdir. Həmin qətnaməyə əsasən müəyyən olunur ki, X8 ilə X14 05.01.1968-ci il tarixdə nikaha daxil olmuşlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 05.01.1968-ci il tarixdə 1 sayla qeyd edilmişdir.
21. X4 adına tərtib olunmuş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, 9 (Əmircan qəsəbəsi, Orconokidze rayonu, 2-ci mədən küçəsi 9) ünvanına dair 02.10.1989-cu il tarixli texniki pasportdan görünür ki, torpaq sahəsinin faktiki ərazisi 1307,9 kv.m. olmaqla A tikilisindən və İ, İİ tikililərdən ibarətdir.
22. Cavabdeh qurum tərəfindən təqdim edilən daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən, torpaq sahəsinin faktiki ölçüsü 0,1230 ha olmaqla, A tikilisi (5 otaq – 80,40 kv.m., köməkçi sahə 35,10 kv.m., ümumi sahə 115,5 kv.m., açıq eyvan 40,4 kv.m.) və B tikilisi (3 otaq – 66,5 kv.m., köməkçi sahə - 18,3 kv.m., ümumi sahə 84,8 kv.m.). Həyətin ortasından və dalan tərəfdən 35 kv.m-lik yüksək gərginlikli elektrix xətti keçir.
23. Məhkəmə tərəfindən qeyd edilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və onun altındakı torpaq sahəsində yerində müayinə aparıldı. Yerində müayinə zamanı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəs., İ.Şükürov küçəsində yerləşən 9 saylı evdə A və İ, İİ tikililərin mövcud olduğu, həmçinin İ, İİ tikililərin üzərindən yüksək gərginlikli elektrix xəttinin keçdiyi müəyyən olundu.
IV. Məhkəmənin mövqeyi
24. Məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda (bundan sonra - Siyahı) nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər cavabdeh quruma təqdim edilməmişdir, fərdi yaşayış evinə münasibətdə 2001-ci ilədək tərtib edilmiş texniki pasport mövcud deyildir, bu səbəbdən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun (əvəzsiz olaraq) qeydə alınması üçün iddiaçının qanuni gözləntisi yoxdur.
25. Siyahıya əsasən:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda.
26. X11 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
27. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
28. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
29. İddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
30. X15 Məhkəməsi dəfələrlə qərarlarında əmlak marağı olduqda “aktiv”i, eləcə də hüququ təsdiq edən məhkəmə qərarlarını (“X10 A.O” Belçikaya qarşı; Burdov Rusiyaya qarşı işlər), icarə hüququnu (İatridis Yunanıstana qarşı iş) mülkiyyət kimi qiymətləndirmişdir.
31. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq edilmiş maddi maraq iddiaçının mülkiyyətini təşkil edir və tikilinin yerləşdiyi torpaq sahəsinə ölçüsü texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasportda göstərildiyindən iddiaçının torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var (bax: İİİ. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar hissəsinə).
32. Məhkəmə nəzərə alır ki, iddiaçı iddia tələbinin həcmini azaldaraq torpaq sahəsinin faktiki ərazisi 1307,9 kv.m. hissədən fərdi yaşayış evinin və onun altındakı torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin keçdiyi 563.0 kv.m hissəsi və İ, İİ tikililəri hissəsində azaldılaraq qalan hissənin, yəni 744,9 kv.m torpaq sahəsi və fərdi yaşayış evi kimi “A” tikilisinin üzərində hüquqların qeydə alınmasını tələb edir.
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.
34. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. ünvan 1 ünvanında 744,9 kv.m torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi kimi “A” tikilisinin dövlət qeydiyyatına alınması və iddiaçının əri mərhum X12 məxsusluğu haqqında arayışın (çıxarışın) verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva