Məhkəmə qərarları › İş №2-1(112)-8586/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8586/2021

09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8586/2021 09.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2rşı vergi borcunun silinməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X4 və Bakı şəhər X5 Baş İdarəsinə qarşı VÖEN-nin ləğv edilməsi və s barədə məhkəməyə müraciət etmişdir. Sonradan, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək qərarın ləğv edilməsi və vergi borcunun silinməsinin cavabdeh Cəbrayıl Rayon Vergilər Şöbəsinə, VÖEN-nin ləğv edilməsinin isə cavabdeh Bakı şəhər X5 Baş İdarəsinə üzərinə öhdəlik kimi qoyulmasının xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5032/2021 saylı, 05.07.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər X4 və Bakı şəhər X5 Baş İdarəsinə qarşı VÖEN-nin ləğv edilməsi və vergilərin, sosial sığorta, işsizlikdən sığorta haqqlarının hesablanması barədə qərarın ləğv edilməsi və 3575,25 manat vergi borcunun silinməsi iddia tələbi üzrə 2- 1(112)-5032/2021 nömrəli inzibati iş üzrə icraatdan İddiaçı cavabdeh X2rşı vergilərin, sosial sığorta, işsizlikdən sığorta haqqlarının hesablanması barədə qərarın ləğv edilməsi və 3575,25 manat vergi borcunun silinməsi iddia tələbi üzrə icraat sonrakı icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılması; İddiaçı cavabdeh Bakı şəhər X5 Baş İdarəsinə qarşı VÖEN-nin ləğv edilməsi tələbinə dair icraat 2-1(112)-5032/2021 nömrə ilə saxlanılması qərara alınmışdır. Məhkəmə 09.08.2021-ci il tarixli məhkəmə iclasında məhkəmə ərazi aidiyyət məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iş ərazi aidiyyəti baxımından Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Əvvəla qeyd olunmalıdır ki, mübahisənin təbiətinin düzgün müəyyənləşdirilməsi və aidiyyət, nəzarət meyarlarının dəqiqləşdirilməsi inzibati prosesin başlanması üçün həlledici məqam kimi çıxış edir. Nəzərə alınmalıdır ki, inzibati mübahisələrin məhkəmə aidiyyəti İPM-in 8-ci maddəsi ilə müəyyənləşdirilmişdir. Bu zaman aidiyyəti ayırd etmək üçün iddianın növü əhəmiyyətli rol oynayır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə görə: -8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; -8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; -8.1.3-ci maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; -8.1.3-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. -8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi, qanunvericilik aidiyyətin müəyyən edilməsini müxtəlif əsaslar ilə fərqləndirmişdir ki, bunlardan biri də mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yer ilə bağlı olmuşdur. Yuxarıda göstərilənləri hazırki iddia tələbinə tətbiq etdikdə məlum olur ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirdiyi məsələ hesablanmış vergi borcunun silinməsi ilə bağlı olmuşdur ki, bu zaman iddiaçi onun barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş edir. Nəzərə alınmalıdır ki, həmin tələb İPM-nin 2.2.1-cü maddəsinin əhatə dairəsinə düşməklə, mübahisələndirmə haqqında iddia hesab olunur. Məhkəmənin qənaətinə görə, tərəflər arasında yaranmış mübahisə İPM-in 8.1.3-cü maddəsində göstərilən (cavabdehin yerləşdiyi yer üzrə) aidiyyətin təsir dairəsinə düşür. Məhkəmə tərəfindən “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi“ bazasına (www.e-taxes.az) əlavə olunmuş məlumatlardan müəyyən olunmuşdur ki, iddiaçı Quliyev X1 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi orqanında vergi uçotunda durmuşdur. Lakin buna baxmayaraq, iddiaçaya borc məbləğinin hesablanması və bu barədə “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” Qərar Cəbrayıl rayon Vergilər Şöbəsi tərəfindən həyata keçirilmişdir. Cəbrayıl rayonu Vergilər Şöbəsi isə Şirvan İnzibati Məhkəməsinin dislokasiyasına aid olan Biləsuvar rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommerasiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Biləsuvar rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər Qeyd olunanları nəzərə laraq və İPM-in 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan hazırkı iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar