Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8588/2023 04.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Abıyevin sədrliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “inzibati xəta haqqında protokolun və həmin protokol əsasında tətbiq olunmuş cərimənin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz və əsassız olduğuna görə cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 MMC barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokolunun və həmin protokola əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3 MMC-lərin inzibati cərimə edilməsinin məhkəmə qaydasında ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, təmsilçisi olduqları İddiaçı1, İddiaçı2, İddiaçı3 MMC-lər qanunla müəyyən edilmiş qaydada hüquqi şəxs kimi vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınmaqla kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar və vergi orqanlarına müvafiq qaydada və müddətlərdə vergi hesabatları təqdim edilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı İddiaçı1, İddiaçı2, İddiaçı3 MMC-lər tərəfindən xaricə köçürülmüş vəsait hesabına alınan malların ölkəyə idxal edilməyi və valyuta vəsaitinin geri qaytanlmaması qənaətinə gəlinərək, İddiaçı1, İddiaçı2, İddiaçı3 MMC-lər tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında tərtib etdiyi protokola əsasən cərimə edilmişlər. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının İddiaçı1, İddiaçı2, İddiaçı3 MMC-lər barəsində tərtib etdiyi yuxarıda qeyd olunan inzibati xəta haqqında protokolları qanunsuz və əsassızdır. Ona görə ki, faktiki olaraq İddiaçı1, İddiaçı2, İddiaçı3 MMC-lər tərəfindən ona istinad edilən inzibati xəta törədilməmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 MMC-lər tərəfindən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş pul vəsaitinin hesabına alınmış malların ölkəyə idxalını təsdiq edən bütün sənədlər iddiaçı tərəfindən mütəmadi olaraq müvafiq banka təqdim edilmiş yuxarıda qeyd edilən protokollarda göstərilən bütün valyuta vəsaitinin hesabına alınan malların hamısı ölkəyə idxal edilmiş və həmin malların satışından müvafiq qaydada vergi ödənilmişdir. Qabaqcadan ödənilmiş valyuta vəsaitindən xaricdən geri qaytarılmayan hissəsi olmamışdır. Milli Bank indiyə qədər mübahisələndiridiyi iddia bərəsində heç vaxt rəsmi olaraq qabaqcadan onlara bildirməmişdir. Ona görə də cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının İnzibati xəta haqqqında protokolunda göstərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta İddiaçı1, İddiaçı2, İddiaçı3 MMC-lər tərəfindən törədilmədiyindən, protokol qanunsuz və əsassız tərtib edildiyinə görə cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş həmin inzibati xəta haqqında protokol məhkəmə qaydasında mübahisələndirilərək ləğv edilməlidir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmiş və nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, xx.xx.2005-ci il tarixdə qəbul edilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minən “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından göründüyü kimi, iddiaçı inzibati orqanın inzibati xəta üzrə fəaliyyəti ilə əlaqədar məhkəmədə iddia qaldırmışdır. Bundan əlavə məhkəməyə daxil olmuş iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 adından verilmiş iddia ərizəsi imzalanmamış və müəssisələrin möhürü ilə təsdiqlənməmişdir. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İddiaçıya izah olunur ki, hazırki tələblə bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “inzibati xəta haqqında protokolun və həmin protokol əsasında tətbiq olunmuş cərimənin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-8588/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8588/2023
04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver