Məhkəmə qərarları › İş №2-1(112)-8589/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8589/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8589/2021 08.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X28 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, 3-cü şəxs X9 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Sabunçu rayon Nardaran bələdiyyəsinə qarşı X15 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “qərarların ləğvi və s.” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sabunçu rayon Nardaran bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Bilgəh-Pirşağı dəmir yolunun 16-cı kilometrin 8ci zolağının sol tərəfindən atası X13 adına olmuş 21,0 sot torpaq sahəsinin qanunsuz olaraq sonradan bacısı Mübarək Həsənovanın adına rəsmiləşdirilməsi barədə Nardaran bələdiyyəsi tərəfindən 93 saylı, 18 aprel 2011-ci il tarixli qərarının ləğv edilməsi və Nardaran bələdiyyəsinin 06 saylı, 16 may 2011-ci il tarixli iclas protokolunun qərarı ilə göstərilən qərarın ləğv edilməsi və atası X13 adına verilməsi barədə 138 saylı, 18 may 2011-ci il tarixli qərarının bərpa edilməsi vəzifəsinin Bakı şəhəri Nardaran bələdiyyəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8589/2021 nömrəli 22 iyul 2021-ci il tarixli qərardadı ilə X15 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atası X17 uzun müddət “Azərbaycan Dəmir Yolların”-da işləmiş və o zaman bir çox işçilər kimi atasına da dəmir yolu zolağında bağ sahəsi kimi torpaq ayrılmışdır. Belə ki, Dəmir Yol İdarəsinin Yol Xidməti atası X14 bağ torpaq sahəsinin ayrılması faktı Sərəncamla rəsmiləşdirilmişdir. Bu fakt Yol Xidmətinin “Bakı-Sabunçu ara-məsafə- yolu rəisinə ünvanlanmış” 05.07.1984-cü ildə P-802 saylı məktubunda öz təsdiqini tapmışdır. Həmin sənədin məzumununda qeyd olunur ki, “Bostançılıq məqsədilə Bilgə-Pirşağı dəmiryolunun 16-cı kilometrin 8-ci zolağının sol tərəfindən “12,5 sot torpaq sahəsi ayrılmışdır”. O zaman atası özünə ayrılmış torpaq sahəsinin sağ-sol tərəfindən boş torpaq sahələri olduğundan dəmir yolunun məsul şəxslərinin razılığı ilə əlavə torpaq sahəsini hasara almışdır, uzun müddət bağ sahəsi kimi ailələri ilə birlikdə istifadə etmişlər və bu vaxta kimi həmin torpaq sahəsi ailələrinin istifadəsində olmuşdur. Sonradan mənzil sahəsinə ehtiyacları olduğu üçün atası və o, istifadələrində olan bağ -torpaq sahəsində yaşayış üçün ev tikmişlər və həmin evdə yaşamışlar. Bağ torpaq sahəsində inşa etdikləri evin 20 kv.m. olan sahəsi uzun müddət onun və övladının istifadəsində olmuşdur. Atasının istifadəsində bağ torpaq sahəsi sənədlə 0,12 hektar olmasına baxmayaraq, lakin faktiki torpaq sahəsi 0,21 hektar omuşdur. Bu fakt Bələdiyyə tərəfindən ərazinin faktiki ölçüsünün aparılması barədə sənəddə öz təsdiqini tapmışdır. Eyni zamanda bu fakt onunla cavabdehlər qarşısında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılan mübahisəli işlər üzrə təqdim edilmiş sənədlər və şahidlərin ifadələrində öz təsdiqini tapmışdır. X8 1986-cı ildə Dəmir Yolu sistemində başqa işə keçsə də, lakin bağ torpaq sahəsi heç vaxt onlardan geri alınmamışdır və bağ torpaq sahəsinin ayrılması barədə Dəmir Yolu İdarəsinin Sərəncamı dəyişdirilməmişdir. 31.05.2008-ci ildə atası vəfat etmiş və onlar atalarının hüzürünü verərək bağ sahəsinə köçüb yaşamışlar və sonrakı 2009-2010-cu illərdə onlar ailələri ilə birlikdə bağ sahəsindən istifadə etmişlər. Həmin vaxta kimi bağ sahəsinin bölünməsindən heç bir söhbət olmamışdır. Lakin sonradan həmin bağ torpaq sahəsinin 354,8 kv.metr bacısı Həsənova İltifatın adına sənəd tərtib olmuşdur.O zaman atasının və onların hamısının istifadələrində olan torpaq sahəsinin yaxınlığında təxminən 5-6 metr aralıda Həsənova İltifat özünə ev tikmişdir. O zaman atası və onun vəsaiti ilə bağ torpaq sahəsində ailələri üçün ev tikib birlikdə yaşamışlar. Həmin evin 0,20 kv.m. sahəsi onun istifadəsində olmuşdur. 08 iyul 2009-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2930 saylı Sərəncamına əsasən "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün Tədbirlər Planı" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 08.07.2009-cu il tarixli Sərəncamından sonra Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihə üzrə həyata keçirilməyə başlanmışdır. Yolun tikinti sahəsinə düşən onların və digər vətəndaşların istifadəsində olan torpaq sahələrinə görə dövlət tərəfindən kompensasiya verilməsi nəzərdə tutulmuşdur. X4 atasının adına olan torpaq sahəsində özünün adına olan tikilmiş evdən istifadə edərək dövlət tərəfindən verilən kompensasiyanı bütün ailə üzvləri arasında bərabər bölüşdürülməsindən dolayı yolla boyun qaçırmış və dövlət tərəfindən verilən kompensasiyanı bütövlüklə mənimsəmişdir. Belə ki, əgər Mübarəkin tikdiyi evin altında olan torpaq sahəsi öz adına rəsmiləşdirildiyi təqdirdə heç bir mübahisə yaranmazdı. Lakin Mübarək tikdirdiyi evin yerləşdiyi torpaq sahəsini deyil, ümumi istifadələrində olan torpaq sahəsini öz adına rəsmiləşdirmişdir.Belə ki, o zaman Nardaran Bələdiyyəsi öz səlahiyyətini aşmış və artıq atasının istifadəsində olmuş torpaq sahəsini qanunsuz olaraq Həsənov Mübarəkin adına sənədləşdirmişdir. Halbuki o zaman torpaq sahəsinin yenidən onun adına rəsmiləşdirməsinə heç bir zərurət olmamışdır. 1984-cü ildə Azərbaycan Dəmir Yol İdarəsi Yol Xidmət İdarəsi tərəfindən mübahisəli torpaq sahəsi atasına verilmiş və həmin torpaq sahəsi bu vaxta kimi ondan geri alınmamışdır. Bu barədə iş materiallarına Arxiv sənədləri əlavə edilmişdir.Atasının adına olmuş torpaq sahəsi qanunsuz olaraq sonradan Nardaran Bələdiyyəsi tərəfindən 93 saylı 18 aprel 2011-ci il tarixli qərarla Mübarək Həsənovanın adına rəsmiləşdirilmişdir. Ona görə də onun xahişi əsasında Nardaran Bələdiyyəsinin 06 saylı, 16 may 2011-ci il tarixli iclas protokolunun qərarı ilə göstərilən qərar ləğv edilmiş və daha sonra isə 138 saylı, 18 may 2011-ci il tarixli qərarı ilə onun atası X14 istifadəsində olan Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi altına düşən sahəsi 354,8 kv.m torpaq sahəsi atasına məxsus hesab edilmişdir.Bundan sonra digər bacısı X5 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran Bələdiyyəsinə qarşı və 06 saylı 16.05.2011-ci il tarixli qərarı ilə “X2 istifadəsində olan torpaq sahəsinin ona məxsus hesab edilməsi barədə” 138 saylı qərarlarının ləğv edilməsi və “93 saylı 18.04.2011-ci il tarixli qərarının bərpa edilməsi “X1 istifadəsində olan torpaq sahəsinin ona məxsus hesab edilməsi “vəzifəsinin Sabunçu rayonu Nardaran Bələdiyyəsinə həvalə edilməsi barədə iddia tələbi ilə 2 saylı Bakı - İnzibati İqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2in(82)- 14555/2012 saylı 22.06.2012-ci il tarixli Qərarı ilə iddia tələbi təmin ediməmişdir. Bu faktlar bir daha təsdiq etmişdir ki, atasının istifadəsində 21 sot torpaq sahəsi oİmuşdur.Hazırda bacısı Mübarək Həsənova və Məmmədova Nisəxanım atasının adına olmuş torpaq sahəsini özlərininki kimi istifadə edirlər və həmin torpaq sahəsindən və onun üzərində tikilmiş evdən istifadə etməsinə imkan vermirlər. Ona görə də o hesab edir ki, ilkin atasının adına olmuş torpaq sahəsi bərpa edilməli və sonradan Nardaran bələdiyyəsi tərəfindən Həsənova Mübarəkin adına torpaq sahəsinin verilməsi barədə qərar qanunsuz və əsassız hesab edilməklə ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. 3-cü şəxs X10 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş etirazda qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 aprel 2011-ci il tarixli qətnaməsi ilə (hakim R.V. Salmanov, İş N 2(008)-1196/2011) İddiaçı cavabdehler X6 (anası), X7 və X11 qarşı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları ərazisində yerləşən bağ evinin 20 kv.m sahəsi olan bir otağına köçürülməsi barədə iddiası təmin edilmişdir.Bakı Apellyasiya Məhkəməsi MK-nin 23 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.M.Əliyev (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.R.Xələfov, iş N 2(103)-4135/2011) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 aprel 2011-ci il tarixli qətnaməsi ləğv edilib, İddiaçı iddiası təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 31 yanvar 2012-ci il tarixli 2(102)-315/12 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın 23 sentyabr 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qeyd olunan torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilinin 20 kv.metr hissəsinin istifadəçinin heç zaman İddiaçı istifadəsində olmaması və həmin hissəyə hüququnun yaranmaması qanuni qüvəyyə minmiş məhkəmə qətnamələri ilə öz əksini tapmışdır. Həmçinin iddiaçı X15 cavabdeh Sabunçu rayonu Nardaran Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Nardaran Bələdiyyəsinin “X1 istifadəsində olan torpaq sahəsinin ona məxsus hesab edilməsi barədə” 93 saylı 18.04.2011-ci il tarixli qərarının ləğv edilməsinə dair 06 saylı 16.05.2011 -ci il tarixli və “X2 istifadəsində olan torpaq sahəsinin ona məxsus hesab edilməsi barədə” 138 saylı qərarları əsassız və qanunsuz olduğuna görə ləğv edilməsini və bələdiyyənin onun barəsində olan 93 saylı 18.04.2011 -ci il tarixli qərarının bərpa edilməsinə dair yeni qərarın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında qərar çıxarılmasını tələb etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi (hakim- İ.Bayramova) iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran Bələdiyyəsinin “X1 istifadəsində olan torpaq sahəsinin ona məxsus hesab edilməsi barədə” 93 saylı 18.04.2011-ci il tarixli qərarının ləğv edilməsinə dair 06 saylı 16.05.2011ci il tarixli və “X2 istifadəsində olan torpaq sahəsinin ona məxsus hesab edilməsi barədə” 138 saylı qərarlarının ləğv edilməsi, 93 saylı 18.04.2011-ci il tarixli qərarının bərpa edilməsinə dair yeni qərarın verilməsi vəzifəsinin Sabunçu rayonu Nardaran Bələdiyyəsinə həvalə edilməsi barədə 2in(82)-1581/2013 saylı 29 oktyabr 2013-cü il tarixli qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası (hakimlər- K.Abiyeva, M.Tağızadə, N.Mustafayev) üçüncü şəxs İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1581 /2013 saylı, 29 oktyabr 2013-cü il tarixli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə 2-1(103)- 506/2014 saylı 06 may 2014-cü il tarixli qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası (hakimlər - S.Hüseynova, R.Nəbizadə və X.Məmmədov) iddiaçı X15 və üçüncü şəxslər X12 və X3 həmin qərardaddan verdiyi kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-506/2014 saylı 06 may 2014-cü il tarixli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə 22 oktyabr 2014-cü il 2-1(102)-962/14 saylı qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası (hakimlər-C.Yusifov, V.Ağayev, Ü.Mayılov) üçüncü şəxs İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1581/2013 saylı, 29 oktyabr 2013-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə 2-1(103)-280/2015 saylı 19 fevral 2015-ci tarixli qərar qəbul etmişdir. Göstərilən qərardan həmin iş üzrə üçüncü şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-689-15 saylı 16 may 2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-280/2015 saylı 19 fevral 2015-ci tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin işə müxtəlif instansiya məhkəmələrində baxılarkən torpaq sahəsinin və orada inşa edilən tikilinin hüquqi rejimini müəyyən etmək üçün ətraflı araşdırma aparılmış, torpaq sahəsi və üzərində inşa edilmiş tikilinin İltifat Məmmədova və İddiaçı heç bir aidiyyəti olmadığı öz təsdiqini tapmış və iddia tələbi haqlı olduğu üçün təmin edilmişdir. Sözügedən məhkəmə qətnamələri qanuni qüvvəsini aldıqdan sonra Sabunçu rayonu Nardaran Bələdiyyəsinin 01 saylı 29 iyun 2015-ci il tarixli qərarı ilə X1 istifadəsində olan Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi altına düşən 354,8 kv.m torpaq sahəsi ona aid edilmişdir. Göründüyü kimi hazırkı iddia predmeti ilə bağlı qanuni qüvvəsini almış və artıq icra olunmuş məhkəmə aktları mövcuddur. Yuxarıda qeyd olunan qanun normalarına əsasən hesab edir ki, hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. 3-cü şəxs X10 nümayəndəsi və vəkili Vəkil iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk növbədə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia tələbindən aydın göründüyü kimi, iddiaçı Sabunçu rayonu Nardaran bələdiyyəsinin 93 saylı, 18 aprel 2011-ci il tarixli qərarının, Nardaran Bələdiyyəsinin 06 saylı, 16 may 2011-ci il tarixli iclas protokolunun qərarı ilə göstərilən qərarının ləğv edilməsini və 138 saylı 18 may 2011-ci il tarixli qərarın bərpa edilməsini xahiş edir. İşin araşdırılmış hallarından göründüyü kimi, hazırda mübahisələndirilən qərarlar hazırki iş üzrə 3-cü şəxs qismində cəlb olunan X15 tərəfindən inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilmiş, məhkəmə qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bələdiyyəsinin “X1 istifadəsində olan torpaq sahəsinin ona məxsus hesab edilməsi barədə” 93 saylı 18.04.2011-ci il tarixli qərarının ləğv edilməsinə dair 06 saylı 16.05.2011-ci il tarixli və “X2 istifadəsində olan torpaq sahəsinin ona məxsus hesab edilməsi barədə” 138 saylı qərarlarının ləğv edilməsi, 93 saylı 18.04.2011-ci il tarixli qərarının bərpa edilməsinə dair yeni qərarın verilməsi vəzifəsi Sabunçu rayonu Nardaran Bələdiyyəsinə həvalə edilmişdir. Hazırki iş üzrə İddiaçı həmin iş üzrə 3-cü şəxs qismində çıxış etmiş və həmin məhkəmə qərarından verdiyi şikayəti təmin edilməmişdir. Belə ki, iddiaçı X10 cavabdeh Bakı şəhəri Sabunçu rayonu Nardaran bələdiyyəsinə, 3-cü şəxslər X7, İddiaçı və X6 qarşı Nardaran bələdiyyəsinin “X1 istifadəsində olan torpaq sahəsinin ona məxsus hesab edilməsi barədə” 93 saylı, 18.04.2011-ci il tarixli qərarının ləğv edilməsinə dair” 06 saylı, 16.05.2011-cil tarixli qərarının və “X2 istifadəsində olan torpaq sahəsinin ona məxsus hesab edilməsi barədə” 138 saylı tarixsiz qərarının ləğv edilməsi, 93 saylı, 18.04.2011-ci il tarixli qərarın bərpa edilməsinə dair yeni qərarın verilməsi vəzifəsinin Bakı şəhəri Sabunçu rayonu Nardaran bələdiyyəsinə həvalə edilməsi barədə iddia ərizəsinə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 29 oktyabr 2013-cü il tarixdə baxılmış və 2in(82)-1581/2013 nömrəli qərarla iddia təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1581/2013 nömrəli 29 oktyabr 2013-cü il tarixli qərarından 3-cü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-506/2014 nömrəli 06 may 2014-cü il tarixli qərardadı ilə qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1581/2013 saylı, 29 oktyabr 2013-cü il tarixli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-962/14 nömrəli 22 oktyabr 2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-506/2014 nömrəli 06 may 2014-cü il tarixli qərardadından iddiaçı Mübarək Həsənova və üçüncü şəxslər Nisəxanım Məmmədova və Tahirə Məmmədova tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 06 may 2014-cü il tarixli, 2-1(103)-506/2014 saylı qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-280/15 nömrəli 19 fevral 2015-ci il tarixli qərarı ilə üçüncü şəxs İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1581/2013 nömrəli 29 oktyabr 2013-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-689/15 nömrəli 26 may 2015-ci il tarixli qərarı ilə üçüncü şəxs İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-280/15 nömrəli 19 fevral 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırda iddiaçı tərəfindən mübahisələndirilən 93 saylı, 18.04.2011ci il tarixli qərarı və həmin qərarın ləğv edilməsinə dair” 06 saylı, 16.05.2011-cil tarixli qərarı ilə bağlı inzibati işə 2013-cü il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılarkən həmin iş üzrə İddiaçı 3-cü şəxs qismində inzibati məhkəmə icraatında iştirak etmiş, həmçinin qeyd olunan iş üzrə qəbul edilmiş məhkəmə qərarlarından apellyasiya və kassasiya şikayətləri vermişdir. Bütün qeyd olunan hallar birmənalı olaraq onu deməyə əsas verir ki, iddiaçı mübahisələndirdiyi qərardan ən geci 2013-cü il tarixdə məlumatı olmuş, hətta həmin qərar üzrə mübahisəyə baxılarkən iddiaçı məhkəmə icraatına cəlb olunaraq iştirak etmişdir. Beləliklə, hazırda mübahisləndirilən qərarlara vaxtilə məhkəmə qaydasında qiymət verilmişdir. Belə olan halda İddiaçı qaldırıdığı iddia mümkün sayıla bilməz. Bununla əlavə hətta iddiaçı həmin qərarları mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti də ötürmüşdür. Belə ki, işin araşdıırlmış hallarından aydın görünür ki, iddiaçı sözügedən qərarlar barədə ən geci 2013-cü ildə məlumatlı olmuş, digər məhkəmə mübahisəsində həmin qərarlar barədə qəbul edilmiş məhkəmə qərarını mübahisələndirmiş, lakin verdiyi şikayətlər təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi, iddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malik olsa da, hazırkı halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd);”Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd);” Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar