Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-859/2020 16.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin direktoru X4, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı “xxxx” MMC-yə hesablanmış 1.550.24 (bir min beş yüz əlli manat, iyirmi dörd qəpik) manat vergi borcunun silinməsi və artıq ödənilmiş verginin qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı “xxxx” MMC-nin direktoru X6 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********251300 saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və artıq ödənilmiş verginin “xxxx” MMC-yə qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi kimi oxunması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin avqust-sentyabr aylarında bir neçə hüquqi şəxs təsis edib ticarət fəaliyyətinə başlamışdır. Həmin hüquqi şəxslərdən biri də, “xxxx” MMC olmuşdur. Təsis etdiyi zaman dövlət təşkilatlarında (xüsusən gömrük və vergi orqanlarında) dövlət üçün zərərli hallar müşahidə etmişdir. xx.xx.2018-ci il tarixdən Türkiyədən ilk və son dəfə idxal etdiyi mebel materiallarından olan yükü Gömrük İdarəsindən keçirib satışa çıxartdıqdan sonra qərara gəlmişdir ki, şirkətin fəaliyyətini dayandırmışdır. xx.xx.2018-ci il tarixdə şirkətin fəaliyyətini dayandırmışdır. xx.xx.2018-ci il tarixdə gömrük və digər xərclərdən başqa 5.997.39 manat artıq ödəniş etmişdir. 2019-cu ilin iyun ayının 17-də və 31-də Prezidentə və Vitse Prezidentə müraciət edərək, mebel yükünü idxal etdiyi vaxt yaranan artıq ödənilmiş vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Bundan 15 gün sonra” Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarında dəyişiklik edilməsi sahibkarların işinə daha da müsbət təsir etməli idi. xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə cavabdehə ərizə yazıb artıq ödənilmiş vergilərin qaytarılmasını tələb etmişdir. Bununla yanaşı xx.xx.2019-cu il tarixdə bir daha Prezidentə və Vitse Prezidentə məktub yazaraq köməklik etməsini istəmişdir. Həmin məktuba əsasən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş X7 Yoxlamaları İdarəsinin rəisi Akif Allahverdiyev və şöbə müdiri Zeynəb Məmmədova onu qəbul etmişlər. Lakin, buna baxmayaraq müxtəlif bəhanələr gətirərək artıq ödənilmiş vergini verməkdən imtina etmişlər. Bundan 1 ay sonra artıq ödəmələr silinmiş, bununla yanaşı 1546.79 manat borc bildirişi göndərilmişdir. Bildirir ki, xx.xx.2019-cu il tarixdə həmin səbəblərlə artıq ödəmədən 1.150.22 manat pul silinmişdir. Təqdim etdiyi sənədlər sübut edir ki, cavabdeh eyni əsaslarla 2 dəfə artıq ödəmədən vəsait silib. Göründüyü kimi, onun qurumlarla əməkdaşlıq etməsi və Prezident Administrasiyasına müraciət etməsi, vergi xidmətini qəzəbləndirib və ona qarşı qərəzli mövqedədir. Buna görə də, cavabdeh tərəfindən 1550.24 manaat vergi borcunun hesablanması qanunsuz və əsassız hesab edilərək həmin vergi borcu silinməli və artıq ödənilmiş vergi qaytarılmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının silinməsini tələb etdiyi 1550.24 manat vergi borcu 2018-ci ilin mənfəət vergisi üzrə hesablanmanı əks etdirən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********251300 saylı qərar əsasında yaranmışdır. Belə ki, vergi orqanı tərəfindən araşdırma zamanı baza məlumatlarına əsasən 2018-ci il üzrə əldə edilmiş elektron vergi hesab fakturalarının (EVHF) 40.00 manat, əldə edilmiş E-qaimələrin 11.00 manat olmasına, eyni zamanda iddiaçı tərəfindən 28755.5 manat məbləğində idxal əməliyyatlarının aparılmasına baxmayaraq, mənfəət vergi bəyannaməsinin vergi orqanına təqdim edilmədiyi müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli. **********378700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə cari (dəqqiləşdirilmiş) vergi bəyananmələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğnsuzluq məktublarına qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2018-ci il mənfəət vergisi üzrə 1150.22 manat əlavə vergi məbləğləri hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli, **********702800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Hesablamanın əsası ilə bağlı bildirirlər ki, vergi ödəyicisi tərəfindən 28755.5 manat məbləğində idxal əməliyyatları həyata keçirildiyindən, xərclər əsasında “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarına əsasən vergi ödəyicisinin mənfəəti müəyyən edilmiş və ona 2018-ci il üzrə 1550.22 manat mənfəət vergisi hesablanmışdır. Odur ki, vergi ödəyicisinin 2018-ci il üzrə vergiyə cəlb edilən əməliyyatlarının olmasına baxmayaraq həmin dövr üzrə bəyannamə təqdim edilmədiyindən və vergi orqanı tərəfindən göndərilmiş uyğunsuzluq məktublarındakı hallar aradan qaldırılmadığından vergi orqanı həmin dövrə münasibətdə haqlı olaraq hesablama həyata keçirmişdir. İddianın digər hissəsinə - artıq ödənilmiş verginin geri qaytarılması hissəsinə münasibətdə bildirilir ki, iddiaçının şəxsi hesab vərəqəsinə əsasən onun artıq ödəməsi mövcud deyiildir. Hal-hazırki inzibati iş üzrə mübahisələndirilən xx.xx.2019-cu il tarilxi, **********702800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ləğv olunduğu və iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəməsi yarandığı halda belə, artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə idida üzrə mümkünlük şərtlərinə əməl edilməmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının şəxsi hesab vərəqəsində artıq ödənilmiş vəsaiti olduqda, həmin vəsaitin qaytarılması barədə rəy tərtib edilməsi üçün müəyyən edilmiş forma üzrə vergi orqanına müraciət etməlidir. Vergi orqanına isə artıq ödənilmiş vəsaitin geri qaytarılması üzrə deyil, həmin vəsaitin qaytarılması üzrə rəy tərtib etmək səlahiyyətinə malikdir. Başqa sözlə, vergi orqanının artıq ödənilmiş vəsaiti geri qaytarılmaq səlahiyyəti mövcud deyildir və bu səbəbdən də, iddiaçının artıq ödəməsi olduqda belə, həmin artıq ödəmənin qaytarılması tələbi üzrə vergi orqanı cavabdeh qismində çıxış edə bilməz. Odur ki, iddia artıq ödəmənin geri qaytarılması ilə bağlı hissədə həmin mübahisə predmetinin mövcudluğu məsələsində, həm də cavabdehin düzgün müəyyən edilməsi məsələsində mümkünlük ilə bağlı tələblərə cavab vermir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən xxxx” MMC-nin direktoru X6 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********702800 nömrəli Qərarın surətindən görünür ki, 2018-ci il hesabat dövrü, mənfəət vergisi üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı məbləği 1150.22 manat olmuşdur. İşdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli Qərarın surətindən görünür ki, dekabr 2018-ci il hesabat dövrü, əlavə dəyər vergisi üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı məbləği 5.997.39 manat olmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli, **********683300 qeydiyyat nömrəli, “Vergi borcunun ödənilməsinə dair” **********5 nömrəli bildirişin surətindən görünür ki, “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixinə dövlət büdcəsinə ümumilikdə 1546.79 manat (vergilər üzrə 1150.22 manat, maliyyə sanksiyaları üzrə 40.00 manat, faizlər üzrə 356.57 manat) vergi borcu vardır. İşdə olan ərizələrdən görünür ki, iddiaçı cavabdehə artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə ərizələrlə müraciət etmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “artıq ödənilmiş məbləğin geri qaytarılması barədə” xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, tərəflərindən təqdim edilmiş ərizədə vergi orqanının adının, ödəniş tarixinin düzgün qeyd olunmadığı, ərizəni tərtib edən şəxsin vəzifəsinin və artıq ödəmənin yaranma səbəbinin qeyd olunmaması və ərizənin düzgün tərtib olunmaması səbəblərindən müraciətinin icrası mümkün olmamışdır. Qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra dürüstləşdirilmiş ərizə ilə müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunamüvafiq qaydada baxılaraq zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir. Beləliklə işin halları ilə müəyyən olunur ki, vergi orqanı tərəfindən araşdırma zamanı baza məlumatlarına əsasən 2018-ci il üzrə əldə edilmiş elektron vergi hesab fakturalarının (EVHF) 40.00 manat, əldə edilmiş E-qaimələrin 110.00 manat olmasına, eyni zamanda iddiaçı tərəfindən 28755.5 manat məbləğində idxal əməliyyatlarının aparılmasına baxmayaraq, mənfəət vergi bəyannaməsinin vergi orqanına təqdim edilmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar iddiaçının hazırda mübahisələndirdiyi Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən araşdırma zamanı vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli, **********378700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə cari (dəqiqləşdirilmiş) bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi olan ididaçı tərəfindən uyğunsuzluq məktublarına qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2018-ci il mənfəət vergisi üzrə 1150.22 manat əlavə vergi məbləğləri hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2019cu il tarixli, **********702800 nömrəli “Vergilərin, sosial sığorta və işsizik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmin qərara əsasən hesablamanın əsası kimi qeyd olunmuşdur ki, vergi ödəyicisi tərəfindən 28755.5 manat məbləğində idxal əməliyyatları həyata keçirildiyindən, xərclər əsasında “Vergi ödəyicisinin əldə etdiyi mənfəət (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarına əsasən vergi ödəyicisinin mənfəəti müəyyən edilmiş və ona 2018-ci il üzrə 1550.22 manat mənfəət vergisi hesablanmışdır. Eləcə də, məhkəmə iclasında iddiaçı MMC-nin direktoru özü də təsdiq edərək bildirmişdir ki, tərəflərindən idxal əməliyyatları aparılmış, lakin aparılan əməliyyatlar rəsmiləşdirilmədiyindən, təsdiqedici sənədlərin təqdim edilməsi qeyri-mümkün olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, vergi ödəyicisinin 2018-ci il üzrə vergiyə cəlb edilən əməliyyatlarının olmasına baxmayaraq həmin dövr üzrə bəyannamə təqdim edilmədiyindən və vergi orqanı tərəfindən göndərilmiş uyğunsuzluq məktublarındakı hallar aradan qaldırılmadığından vergi orqanı həmin dövrə münasibətdə əsaslı olaraq hesablama həyata keçirərək, hazırki iş üzrə mübahisəli qərarı qəbul etmişdir. Odur ki, cavabdeh tərəfindən mübahisəli qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edildiyindən hazırki iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Məhkəmə eləcə də qeyd edir ki, iddiaçıya vergi borcu hesablanması barədə qərar qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında ləğv olunduqa və iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəməsi yarandığı halda, iddiaçının artıq ödənilmiş verginin geri qaytarılması barədə rəy verilməsi tələbi əsaslı ola bilərdi. Lakin, hazırda həmin hallar iş üzrə müəyyən edilmədiyindən iddia tələbi bu hissədə də, əsassızdır. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. HakimAygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-859/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-859/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver