Məhkəmə qərarları › İş №2-1(112)-8594/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8594/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8594/2022 14.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı kompensasiyanın və maliyyə yardımının verilməsi tələbinə dair mübahisəyə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən bir mərtəbəli binada 25,4 kv.m ümumi, 14,0 kv.m yaşayış sahəsindən ibarət mənzilin sökülməsi ilə əlaqədar onun adına ayrılan 50000 manat kompensasiyanın və 12000 manat maliyyə yardımının cavabdehdən alınaraq onun xeyrinə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən "xxxx" ASC 3-cü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbi baxımından iddiaçıya 13 may 2022-ci il tarixli məktub ünvanlayaraq müvafiq iddia tələbi ilə bağlı inzibati orqana müraciət edilməsi, cavabdeh inzibati orqan tərəfindən müraciətin təmin edilməsindən imtina edilməsinə dair müvafiq sənədlərin məhkəmə təqdim edilməsi iddiaçıya təklif edilmiş, lakin iddiaçı tərəfindən buna dair müvafiq hərəkət edilməmişdir. Mümkünlük məsələsinin araşdırılması məqsədilə məhkəmə iclası 14 iyun 2022-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasında öz nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə müvafiq qanuni qüvvəsini almış məhkəmə qərarlarını təqdim edərək iddianın qeyri mümkün hesab edilməsi barədə müvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iddianın mümkünlüyü məsələsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 7.1-ci bəndində göstərilmişdir ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göründüyü kimi, iddiaçının tələbi Bakı şəhəri Cavabdehnə qarşı yönəlməklə iddiaçının ünvan 1 ünvanında yerləşən bir mərtəbəli binada 25,4 kv.m ümumi, 14,0 kv.m yaşayış sahəsindən ibarət mənzilin sökülməsi ilə əlaqədar onun adına ayrılan 50000 manat kompensasiyanın və 12000 manat maliyyə yardımının cavabdehdən alınaraq onun xeyrinə verilməsindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçı "xxxx" ASC Cavabdehnə və üçüncü şəxs İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş və hal-hazırda bankın mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli binada 25,4 kvm. ümumi, 14,0 kvm. yaşayış sahəsindən ibarət mənzilinin sökülməsi ilə əlaqədar əmlakın əvvəlki mülkiyyətçisi və banka borclu olan şəxs İddiaçı Bakı şəhəri Cavabdeh tərəfindən ayrılmış kompensasiyanın (yardımın) "xxxx" ASC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəmənin 2-1(112)-644/2021 saylı 15 aprel 2021-ci il tarixli Qərarına əsasən iddia tələbinin təmin edilməsi, iddiaçı "xxxx" ("xxxx" İKB) ASC-də ipoteka ilə yüklü edilmiş və hal-hazırda bankın mülkiyyətində olan ünvan 2 ünvanında yeləşən 1 mərtəbəli binada 24,4 kvm. ümumi, 14,0 kvm. yaşayış sahəsindən ibarət mənzilin sökülməsi ilə əlaqədar əmlakın əvvəlki mülkiyyətçisi və banka borclu olan şəxs İddiaçı Bakı şəhəri, Cavabdeh tərəfindən ayrılmış kompensasiya (yardım) "xxxx" ("xxxx" İKB) ASC-yə ödənilməsi qərara alınmışdır. Üçüncü şəxs İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1891/2021 nömrəli iş üzrə 04 oktyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və C.A.Yusifov) üçüncü şəxsin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-644/2021 saylı, 15 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı şəhəri Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Üçüncü şəxs İddiaçı həmin qərardan kassasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 315/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1891/2021 nömrəli, 04 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmaması və şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi mənzilin sökülməsi ilə əlaqədar onun adına ayrılan 50000 manat kompensasiyanın və 12000 manat maliyyə yardımının cavabdehdən alınaraq onun xeyrinə verilməsini tələb etdiyi əmlak "xxxx" ("xxxx" İKB) ASC-də ipoteka ilə yüklü edildiyindən və hazırki İddiaçı əmlakın əvvəlki mülkiyyətçisi və banka borclu olan şəxs hesab edildiyindən, Bakı şəhəri, Cavabdeh tərəfindən ayrılmış kompensasiya (yardım) "xxxx" ("xxxx" İKB) ASC-yə ödənilməsi qərara alındığından və istinad olunan məhkəmə qərarı artıq qanuni qüvvəsini aldığından, iddiaçı tərəfindən mövcud tələb hazırki inzibati icraat çərçivəsində mübahisələndirilə bilməz. Məhkəmə bir daha vurğulayır ki, iddiaçı tərəfindən müvafiq kompensasiyanın və maliyyə yardımının alınması üçün əmlakı hesab etdiyi mənzilə dair istinad edilən qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında Cavabdeh tərəfindən ayrılmış kompensasiya (yardım) "xxxx" ("xxxx" İKB) ASC-yə ödənilməsi qərara alındığından, qeyd olunan mənzillə bağlı hər hansı kompensasiya, yaxud maliyyə yardımının iddiaçıya ödənilməsinə dair tələbi hazırki inzibati icraatın predmetini təşkil edə bilməz. Başqa sözlə iddiaçının sözügedən mənzilə dair subyektiv hüuqunun olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddia qeyri mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddianın inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia mümkün sayılmamalıdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar