Məhkəmə qərarları › İş №2-1(112)-8598/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8598/2023

18.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8598/2023 18.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, iddiaçıların qanuni nümayəndəsi X5 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “iddiaçılara məcburi köçkün statusunun verilməsi və buna müvafiq olaraq vəsiqənin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: I. Mübahisənin predmeti

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “iddiaçılara məcburi köçkün statusunun verilməsi və buna müvafiq olaraq vəsiqənin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər.

2. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçıların atası X2 rayonunda anadan olmuş, 1988-ci il tarixində Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Xankəndi rayonunundan ailə üzvləri ilə birgə məcburi köçkün düşmüşdür. Məcburi köçkün düşdükdən indiki vaxtadək ünvan 1 ünvanında yaşayırlar. Onların atalarının məcburi köçkün statusu vardır. Bunu məcburi köçkün vəsiqəsi təsdiq edir. İddiaçılara məcburi köçkün statusunun verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət edilmişdir. Bu müraciətə imtina məktubu ilə cavab verilmişdir. Həmin imtina məktubunu 18 mart 2023-cü il tarixində almışlar. Bu imtinanın verilməsi hüquqaziddir. Belə ki, həmin məktubda yalnız müvafiq qaydaların norması göstərilmişdir, bu isə Azərbaycan Respublikasının inzibati qanunvericiliyi ilə inzibati akta qoyulan tələblərə uyğun deyildir. Cavabdeh tərəfindən tələb olunan bütün sənədlər onlara təqdim olunmuşdur. İddiaçılar müvafiq elektron sistemdə məcburi köçkün kimi qeydiyyatdadır. Bunlara baxmayaraq cavabdeh orqan tərəfindən məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina edilir. İddiaçı1 hazırda Gəncə Dövlət Universitetində ödənişli əsaslarla təhsil alır. Təhsil ödənişinin verilməsinə görə çətinlik çəkirlər. Məcburi köçkün statusunun verilməsi ilə təhsil ödənişindən azad edilməsinə səbəb ola bilər. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

5. Hazırda iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışlar, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdur.

6. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. İnzibati Prosessual Məcəllənin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışında nümayəndəsinin iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmışdır.

İş materiallarında olan sənədlər.

İddiaçılar tərəfindən iddia tələbinin təmin edilməsi məqsədi ilə məhkəməyə ataları X6 məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, ona məxsus AA seriyalı 356718 nömrəli məcburi köçkün vəsiqəsinin surəti, İddiaçı1 məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, ona məxsus AZ-İN 691811 doğum haqqında şəhadətnamənin surəti, İddiaçı2 məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, ona məxsus AZ-İN 870081 nömrəli doğum haqqında şəhadətnamənin surəti, AZ-İN 118726 nömrəli valideynlərinin nikah haqqında şəhadətnaməsinin surəti, Qaçqınlar və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, 01/59 nömrəli məktubunu, Qaçqınlar və X4 üzrə Dövlət Komitəsinin Bakı şəhər Xətai rayon sektorunun A348 nömrəli, xx.xx.2022-ci il tarixli arayışını, iddiaçılar barəsində İQ 399987 nömrəli və İQ 485997 nömrəli ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin surətlərini, yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli Daxili İşlər Nazirliyinin arayışını təqdim etmişlər.

İİİ. Məhkəmənin mövqeyi

8. Məhkəmə iddiaçıların nümayəndələrinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, iddia tələbinə etirazı nəzərdən keçirərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hesab edir ki, iddiа tələbi əsassızdır

9. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifVaqif şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

10. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. - 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir.

11. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən: Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi həyata keçirir.

12. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ının (dövlət qeydiyyatına 05 iyun 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır)4.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: ... 4.1.6-cı valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan; Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir:...4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrVaqif qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir.

14. İşin faktiki hallarına əsasən, iddiaçıların ataları X8 ünvan 1 ünvanında, anaları X1 qeydiyyatı isə ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə hesab edir ki, qeydiyyatları daimi yaşayış yeri üzrə işğal olunmuş, hazırda işğaldan azad olmuş rayon (şəhər) olmadığından iddiaçılara “məcburi köçkün” statusunun verilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Cavabdehin iddiaçılara münasibətdə hər hansı bir qanunsuz hərəkət etməsi ilə iddiaçının hüquqlarının pozulması inzibati məhkəmə icraatının gedişi zamanı təsdiq edilməmişdir.

15. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilmVaqifdir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

16. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “iddiaçılara məcburi köçkün statusunun verilməsi və buna müvafiq olaraq vəsiqənin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi rədd edilməlidir.

17. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

18. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci,69-cü, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq

QƏRАRА АLDİ:

İddia təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasina Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar