Məhkəmə qərarları › İş №2-1(112)-8599/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8599/2021

22.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8599/2021 22.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi X9, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X16, Üüçüncü şəxs X13 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X22) qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı 06.08.2013-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilməsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsində və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin onun adına ilkin qeydiyyata alınması, fərdi yaşayış evinə dair dövlət reyestrindən çixarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə ediiməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmışdır. Həmin torpaq sahələri Azərbaycan Respublikası Əmlak X12 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli və MH seriyalı, ******* nömrəli çıxarışlara əsasən tam mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahələri onun tərəfindən daş hasara alınmış və həyətdə meyvə ağacları əkilmişdir. İddiaçı 2009-cu ildə sözügedən torpaq sahələrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş layihəyə əsasən ikimərtəbəli ev tikmiş və hazırda həmin evdə yaşayır. İddiaçı tərəfindən həmin fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair **********5 saylı, 06.07.2013-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi **********59 saylı, 13 iyul 2013-cü il tarixli məktubla müraciətə cavab olaraq bildirmişdir ki, ərizənizə Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin BŞƏİ-də baxılmışdır. Araşdırma aparılan zaman ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyini, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci və 12.1-ci maddələrinə istinad edərək ərizənin təmin olunmasından imtina etmişdir. İddia ərizəsinə əlavə olunmuş çıxarışlardan da göründüyü kimi tikinti aparılmış hər bir torpaq sahəsi onun mülkiyyətindədir. Ona görə də hesab edir ki, cavabdeh tərəfindən onun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha sahəsində və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin qeydiyyata alınması, evə dair texniki pasportun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə müraciətinin təmin olunmaması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan heç biri mövcud olmamışdır. Cavabdeh orqanın iddiaya yazılı etirazı təqdim olunmuş və etirazda bildirilmişdir ki, aparılmış araşdırılma nəticəsində məlum olmuşdur ki, müvafiq ünvana dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Hüquqmüəyyənedici sənədləri qanunvericiliyin tələblərinə uyğun olmadığından müvafiq əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması kimi iddia əsassızdır və etirazla qarşılanır. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Qanunvericiliyə əsasən fərdi yaşayış evləri üzərində hüquqların dövlət qeydiyyatı üçün torpaq sahəsinin ayrılmasına dair şəhər (rayon) icra hakimiyyətinin sərəncamının və ya XDS-nin (ZDS-nin) qərarının təsdiq edilmiş surəti, zəruri hallarda sərəncamın (qərarın) arxivdən çıxarışı və torpaq sahəsinin aktı (planı), torpaq sahəsinin planı və ölçüsü; və ya bələdiyyənin qərarı, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsinin ayrıc aktı (planı) və arxiv arayışı, DTXK və bələdiyyə tərəfindən təsdiq edilmiş alqı-satqı aktı (01.12.2007-ci il tarixdən sonra isə hərrac protokolu və ya hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi); və ya torpaq sahəsi üzərində ərizəçinin mülkiyyət hüquqlarını təsdiq edən şəhadətnamə və ya dövlət reyestrindən çıxarış; tikilinin yerli icra hakimiyyəti orqanının memarlıq xidməti tərəfindən təsdiq edilmiş layihəsi, tikilinin istismara qəbul aktı və ya tikilinin istismara yararlı olduğu və ərizəçinin tikili üzərində hüquqlarının qeydiyyata alınması barədə yerli icra hakimiyyəti orqanının sərəncamı (hündürlüyü 12 m-dən az olan binalar üçün), hündürlüyü 12-dən artıq olan binalar üçün ekspertiza rəyi təqdim olunmalıdır. Qeyd olunanlara əsasən X7 iddiasının mümkünsüz hesab edilməsi xahiş edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-3244/2013 saylı, 18.10.2013-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsində və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin İddiaçı adına ilkin qeydiyyata alınması, fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Sonradan maraqlı şəxs X22 12.05.2016-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 2inz(81)-3244/2013 saylı, 18.10.2013-cü il tarixli qərar onun maraqlarına toxunduğundan, onun iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini, qərarın ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3244/2013 saylı, 26.07.2016-cı il tarixli qərardadında göstərilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 iyun 2016-cı il tarixli qərardadı ilə X13 ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3244/2013 saylı inzibati iş üzrə X22 üçüncü şəxs qismində cəlb edilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3244/2013 saylı, 18.10.2013-cü il tarixli qərarı ləğv edilərək işin icraatı təzələnmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3244/2013 saylı, 26.07.2016-cı il tarixli qərardadı ilə iddia geri götürülmüş sayılaraq, iş üzrə icraata xitam verilmişdir. İddiaçının nümayəndəsi X10 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.06.2016-cı il və 26.07.2016-cı il tarixli, 2inz(81)-3244/2013 saylı qərardadlarından apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1964/2019 saylı, 31.07.2019-cu il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi İ.Rüstəmzadənin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.06.2016-cı il və 26.07.2016-cı il tarixli, 2inz(81)- 3244/2013 saylı qərardadlarından verilmiş apelyasiya şikayəti mümkün sayılmamış və apelyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1151/2020 saylı, 09.06.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2016-cı il tarixli, 2inz(81)-3244/2013 saylı qərardadından iddiaçının apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin olunmamışdır. İddiaçı adıçəkilən qərardaddan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1733/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.06.2020-ci il tarixli, 2-1(103)-1151/2020 nömrəli qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-271/2021 saylı, 08.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2016-cı il tarixli, 2-1(81)-3244/2013 saylı qərardadından apelyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin ötürülməmiş hesab edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 iyul 2016-cı il tarixli, 2-1(81)- 3244/2013 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkün hesab edilməsi, İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2016-cı il tarixli, 2-1(81)-3244/2013 saylı qərardadının ləğv edilməsi və inzibati işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş 15.07.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştrak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, əvvəl Səbail rayon İcra şöbəsinin 29.02.2012-ci il tarixdə İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivi, 154 saylı 0.02 ha torpaq sahəsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 156 saylı 0.06 ha torpaq sahəsi açıq hərraca çıxarılmış və hərrac vasitəsilə ona satılmışdır. Lakin Nərimanov Rayon Məhkəməsinin 15.10.2012-ci il tarixli qətnaməsi ilə hərracın nəticələri ləğv olunduqdan sonra sözügedən daşınmaz əmlaklar yenidən 2013-cü ildə hərraca çıxarılmış və hərracın qalibi özü olmuşdur. Hərrac vasitəsilə satılmış qeyd edilən daşınmaz əmlakların qiymətləri ödənilmiş, bundan sonra onun adına 10.09.2014 və 12.09.2014-cü il tarixlərdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Hal-hazırda da mülkiyyətində olan torpaq sahələri üzərində hər hansı fərdi yaşayış evinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydiyyata alınması barədə tələb birbaşa onun mülkiyyət hüquqlarını pozduğundan iddia tələbi təmin edilməməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, X14 (etibarnamə əsasında nümayəndəsi X15) ilə İddiaçı arasında 26.07.2007-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 saylı sahədə yerləşən 0.02 ha torpaq sahəsinə dair AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, X21 (etibarnamə üzrə nümayəndəsi X15) ilə İddiaçı arasında 26.07.2007-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 156 saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsinə dair AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 saylı sahədə yerləşən 0.02 ha ölçüdə torpaq sahəsi ********* qeydiyyat nömrəsi ilə 12.09.2007-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 156 saylı sahədə yerləşən 0.06 ha ölçüdə torpaq sahəsi ********* qeydiyyat nömrəsi ilə 13.09.2007-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 13.07.2013-cü il tarixli, **********59 nömrəli imtina məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 saylı sahədə yerləşən 0,02 ha torpaq sahəsi və Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 156 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair 06.07.2013-cü il tarixli ərizə və ona əlavə edilmiş sənədlərə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində baxılmışdır. Araşdırma zamanı ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2985/2011 saylı, 26 avqust 2011-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh X6 "xxxx" İKB ASC-nin xeyrinə 18.882 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 40 manat dövlət rüsumunun, bildirişin qeydə alınması və xidmət haqqı üçün ödənilmiş xərclərin tutulmalı, X6 "xxxx" İKB-nin xeyrinə 139.373 ABŞ dolları 58 sent əsas borcu ödəniş gününə məzənnə ilə manatla tutulmalı, tələb ipoteka ilə yüklü edilmiş X7 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 və 156 saylı torpaq sahələrinə yönəldilməli, torpaq sahələri açıq hərracda satılmalı, satışdan əldə edilmiş məbləğ hesabına X6 "xxxx" İKB-ə olan borcu ödənilməlidir. İcra vərəqəsi 02.12.2011-ci ildə verilmişdir. Səbail rayon İcra şöbəsinin 14 dekabr 2011-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2985/2011 saylı, 26 avqust 2011-ci il tarixli icra vərəqəsinə əsasən iş üzrə icraata başlanılmışdır. Səbail rayon İcra şöbəsinin 25.01.2012-ci il tarixli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 və 156 saylı torpaq sahələrinin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilmişdir. Səbail rayon İcra şöbəsinin "xxxx" MMC-yə ünvanladığı 25.01.2012-ci il tarixli, 17/64 3882/11/8 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-2985/2011 saylı, 26.08.2011-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 və 156 saylı torpaq sahələrinin qiymətləndirilməsini təmin edilməsi xahiş olunur. "xxxx" MMC-nin 29.02.2012-ci il tarixli, 65 saylı qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsi 14000 manat təşkil edir. "xxxx" MMC-nin 29.02.2012-ci il tarixli, 65/1 saylı qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsi 42000 manat təşkil edir. Səbail rayon İcra şöbəsinin "xxxx" MMC-yə ünvanlandığı 29.02.2012-ci il tarixli, 17/64 3882/8 nömrəli məktubunda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-2985/2011 saylı, 26.08.2011-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh X6 "xxxx" İKB ASC-nin xeyrinə 18.882 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 40 manat dövlət rüsumunun, bildirişin qeydə alınması və xidmət haqqı üçün ödənilmiş xərclərin tutulmalı, X6 "xxxx" İKB ASC-nin xeyrinə 139.373 ABŞ dolları 58 sent əsas borcu ödəniş gününə məzənnə ilə manatla tutulmalı, tələb ipoteka lə yüklü edilmiş X7 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 və 156 saylı torpaq sahələrinə yönəldilməli, torpaq sahələri açıq hərracda satılmalı, satışdan əldə edilmiş məbləğ hesabına X6 "xxxx" İKB ASC-ə olan borcu ödənilməlidir. Səbail rayon İcra şöbəsinə 29.02.2012-ci il tarixdə daxil olmuş 29.02.2012-ci il tarixli ekspert rəyinə əsasən borclu X7 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 və 156 saylı torpaq sahələri müvafiq olaraq 14000 və 42000 manat məbləğində qiymətləndirilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə qeyd olunan torpaq sahələrinin hərrac vasitəsilə satışını təmin etməyiniz xahiş olunur. Hərracın nəticələri haqqında 13.03.2012-ci il tarixli, 24/03 nömrəli protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-2985/2011 saylı, 26.08.2011-ci il tarixli icra vərəqəsinin və Səbail rayon İcra şöbəsinin 17/64 3882/8 saylı, 29.02.2012-ci il tarixli sifariş məktubunun icrasına əsasən satılan əmlak X8 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsi, əmlakın dəyəri 14000 manat, qalibi alıcı X17r. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 13.03.2012-ci il tarixli müqavilədən görünür ki, sifarişçi Səbail rayon İcra şöbəsi icra məmuru Fəqan Şabanov və alıcı X22 arasında X8 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 saylı 0.02 ha torpaq sahəsi barədə alqı-satqı müqaviləsi bağlanmışdır. Hərracın nəticələri haqqında 13.03.2012-ci il tarixli, 24/02 nömrəli protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-2985/2011 saylı, 26.08.2011-ci il tarixli icra vərəqəsinin və Səbail rayon İcra şöbəsinin 17/64 3882/8 saylı, 29.02.2012-ci il tarixli sifariş məktubunun icrasına əsasən satılan əmlak X8 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsi, əmlakın dəyəri 42000 manat, qalibi alıcı X17r. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 13.03.2012-ci il tarixli müqavilədən görünür ki, sifarişçi Səbail rayon İcra şöbəsinin icra məmuru Fəqan Şabanov və alıcı X22 arasında X8 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 156 saylı 0.06 ha torpaq sahəsi barədə alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Ali Məkəməsinin 2(102)-2277/2012 saylı, 18 iyul 2012-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 may 2012-ci il tarixli qərardadı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, X7 mülkiyyətində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsi və həmin torpaq sahələrində yerləşən fərdi yaşayış evləri ilə bağlı hər hansı hərəkətlərin edilməsi qadağan edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 15.10.2012-ci il tarixli 2(005)-1405/2012 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" MMC-nin qiymətləndirici eksperti tərəfindən X8 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə 29.02.2012-ci il tarixli, 65 saylı və və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə 29.02.2012-ci il tarixli, 65/1 saylı ekspert rəylərinin etibarsız hesab edilməsi, X8 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsinə dair yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi, "xxxx" MMC-nin X8 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsinin X1 dair hərracın nəticələri haqqında 24/02 və 24/03 saylı, 13 mart 2012-ci il tarixli protokollar və onların nəticələrinin etibarsız hesab edilməsi, X22 tərəfindən "xxxx" MMC-yə ödənilmiş 56000 manatın X18 qaytarılması qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 15.10.2012-ci il tarixli, 2(005)-1405/2012 saylı qətnaməsi əsasında 03.12.2012-ci il tarixdə icra vərəqəsi verilmişdir. Nəimanov Rayon Məhkəməsinin X8 ünvanlandığı 16 avqust 2018-ci il tarixli, 2(005)-1405/2012 nömrəli məktubda bildirilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1405/2012 nömrəli, 15.10.2012-ci il tarixli qətnaməsi 03.12.2012-ci il tarixdə icra olunması üçün Nərimanov rayon İcra şöbəsinə və Səbail rayon İcra şöbəsinə göndərilmişdir. Səbail rayon İcra şöbəsinin icra məmuru Fəqan Şabanov tərəfindən 11.12.2012-ci il tarixdə Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru Elgiz Qəmbərov tərəfindən isə 04.12.2012-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Nərimanov rayon İcra şöbəsinin 4845/2012 saylı, 04.12.2012-ci il tarixli qərarına əsasən Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-1405/2012 saylı, 15.10.2012-ci il tarixli icra sənədinə əsasən X22 tərəfindən "xxxx" MMC-yə ödənilmiş 56000 manat X18 qaytarılmalıdır. Nərimanov Rayon Məhkəməsi tərəfindən 04.12.2012-ci il tarixində verilmiş icra sənədinə əsasən icra üzrə icraata başlanılması qərara alınmışdır. Səbail rayon İcra şöbəsinin 11.12.2012-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-1405/2009 saylı, 15.10.2012-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-nin qiymətləndirici eksperti tərəfindən X8 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə 29.02.2012-ci il tarixli, 65 saylı və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə 29.02.2012-ci il tarixli, 65/1 saylı ekspert rəyləri etibarsız hesab edilməli, X8 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsinə dair yenidən ekspert qiymətləndirilməsinin təyin edilməli, "xxxx" MMC-nin X8 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsinin X1 dair hərracın nəticələri haqqında 24/02 və 24/03 saylı, 13 mart 2012-ci il tarixli protokollar və onların nəticələrinin etibarsız hesab edilməlidir. Səbail rayon İcra şöbəsinin "xxxx" MMC-yə ünvanlandığı 27.06.2013-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 2(009)- 1405/2012 saylı, 15 oktyabr 2012-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-nin qiymətləndirici eksperti tərəfindən X8 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsinə dair yenidən ekspert qiymətləndirilməsi təyin edilmişdir. "xxxx" MMC-nin X8 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsinin X1 dair hərracın nəticələri haqqında 24/02 və 24/03 saylı, 13 mart 2012-ci il tarixli protokollar və onların nəticələrinin etibarsız hesab edilməsi qərara alınmışdır. Səbail rayon İcra şöbəsinə daxil olmuş 14.06.2013-cü il tarixli ekspert rəyinə əsasən borclu X7 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsi 15000 manat məbləğində və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsi 45000 manat məbləğində qiymətləndirilməlidir. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə qeyd olunan qeyri-yaşayış sahəsinin hərrac vasitəsilə satışını təmin etməyiniz xahiş olunur. "xxxx" MMC-nin 20.08.2013-cü il tarili, 68/02 nömrəli protokolunun surətindən görünür ki, gündəlikdə duran məsələ: -Səbail rayon İcra şöbəsinin 17/64 3167/6/F saylı, 27.06.2013-cü il tarixli sifariş məktubuna əsasən X8 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0.06 ha torpaq sahəsi (ilkin qiyməti 45000 manat) - 45000 manat olmaqla açıq hərraca çıxarılması barədə, -Səbail rayon İcra şöbəsinin 17/64 3167/6/F saylı, 27.06.2013-cü il tarixli sifariş məktubuna əsasən X8 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0.02 ha torpaq sahəsi (ilkin qiyməti 15000 manat) - 15000 manat olmaqla açıq hərraca çıxarılması barədə. Qərar: X5 Cəbrayıl Cəfər oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0.06 ha topraq sahəsi qiyməti 45100 manata, Cəbrayıl Cəfər oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0.02 ha topraq sahəsi qiyməti 15100 manata 02 saylı qalib alıcı - X4 hesab edilməsi və lazımi sənədlərin tərtib edilməsi qərara alınmışdır. Hərracın nəticələri haqqında 20.08.2013-cü il tarixli, 69/11 nömrəli protokoldan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(009)-1405/2012 saylı, 15.10.2012-ci il tarixli icra vərəqəsinin və Səbail rayon İcra şöbəsinin 17/64 3167/6/F saylı, 27.06.2013-cü il, Səbail rayon İcra şöbəsinin 17/64 3882/6/F saylı, 20.08.2013-cü il tarixli sifariş məktubunun icrasına əsasən satılan əmlak X8 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 saylı 0.02 ha torpaq sahəsi, əmlakın dəyəri 15100 manat, qalib alıcı X17r. Hərracın nəticələri haqqında 20.08.2013-cü il tarixli, 69/10 nömrəli protokoldan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(009)-1405/2012 saylı, 15.10.2012-ci il tarixli icra vərəqəsinin və Səbail rayon İcra şöbəsinin 17/64 3167/6/F saylı, 27.06.2013-cü il, Səbail rayon İcra şöbəsinin 17/64 3882/6/F saylı, 20.08.2013-cü il tarixli sifariş məktubunun icrasına əsasən satılan əmlak X8 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 156 saylı 0.06 ha torpaq sahəsi, əmlakın dəyəri 45100 manat, qalib alıcı X17r. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 20.08.2013-cü il tarixli müqavilədən görünür ki, hərrac təşkilatçısı "xxxx" MMC ilə alıcı X22 arasında X8 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 saylı 0.02 ha torpaq sahəsi barədə alqı-satqı müqaviləsi bağlanmışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 20.08.2013-cü il tarixli müqavilədən görünür ki, hərrac təşkilatçısı "xxxx" MMC ilə alıcı X22 arasında X8 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 156 saylı 0.06 ha torpaq sahəsi barədə alqı-satqı müqaviləsi bağlanmışdır. Səbail rayon İcra şöbəsinin 29.08.2013-cü il tarixli “qismən icra edilən icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarına əsasən Səbail rayon İcra şöbəsinə 26.08.2013-cü il tarixdə "xxxx" MMC-dən daxil olmuş məktubda X8 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 156 saylı 0,06 ha torpaq sahəsinin qiyməti 45100 manata, X8 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 saylı 0,02 ha torpaq sahəsinin qiyməti 15100 manata X3 göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-2985/2011 saylı, 26.08.2011-ci il tarixli icra sənədinin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin iddiaçının nümayəndəsi X11 ünvanladığı 31.10.2017-ci il tarixli, **********96 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2277/2012 nömrəli, 18.07.2012-ci il tarixli qərarı 07.08.2012-ci il tarixdə İdarəyə daxil olmuş, qərar tərəfimizdən 07.08.2012-ci il tarixdə icra olunaraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 və 156 saylı sahələrinin üzərinə qadağa qoyulmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsi X11 ünvanladığı 03.10.2018-ci il tarixli, **********16 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1405/2012 nömrəli, 15.10.2012-ci il tarixli qətnaməsinin icrası təmin edildiyindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 10934/14 nömrəli, 10.07.2014-cü il tarixli məktubu əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 saylı 0.02 ha və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 156 saylı 0.06 ha torpaq sahələri üzərinə AR Ali Məhkəməsinin 2(102)-2277/2012 nömrəli, 18.07.2012-ci il tarixli qərarı ilə qoyulmuş məhdudiyyət götürülmüşdür. Azəbaycan Respublikası Ali Məhkəməsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı 10.07.2014-cü il tarixli, 10934/14 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məkəməsinin 2(102)-2277/2012 saylı, 18 iyul 2012-ci il tarixli qərarı ilə X7 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsi və həmin torpaq sahələrində yerləşən fərdi yaşayış evləri ilə bağlı hər hansı hərəkətlərin edilməsi qadağan olunmuşdur. Göstərilən mülki iş Nərimanov Rayon Məhkəməsində mahiyyəti üzrə baxılaraq 15 oktyabr 2012-ci il tarixdə 2(005)-1405/2012 saylı qətnamə qəbul edilmiş və Nərimanov rayon İcra şöbəsi tərəfindən icra olunmuşdur. Odur ki, həmin əmlakların üzərinə qadağanın qoyulması zərurəti aradan qaldırılmışdır. Qeyd olunanlara əsasən nəzərinizə çatdırılır ki, iddianın təmini tədbiri barədə Ali Məhkəmənin Mülki Kollegiaysının 18 iyul 2012-ci il tarixli, 2(102)-2277/2012 saylı qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsi və həmin torpaq sahələrində yerləşən fərdi yaşayış evlərinin üzərinə qoyulmuş qadağa zərurəti aradan qaldırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 saylı sahədə yerləşən 0,02 ha torpaq sahəsi 12.09.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 saylı sahədə yerləşən 0,02 ha torpaq sahəsi ilə bağlı 09.09.2014-cü il tarixdə **********44 reyestr nömrəsi ilə hüquq sahibi X13 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 156 saylı sahədə yerləşən 0,0585 ha torpaq sahəsi 10.09.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 156 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı 09.09.2014-cü il tarixdə **********82 reyestr nömrəsi ilə hüquq sahibi X13 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Beləliklə, işin hallarından görünür ki, iddiaçı 2007-ci il tarixli daşınmaz əmlakın dövlət reystrindən verilmiş çıxarışlara əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0.02 ha torpaq sahəsi və 156 saylı 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını əsas gətirərək, həmin torpaq sahələri üzərində tikilmiş fərdi yaşayış evinin onun adına mülkiyyət hüququ əsasında qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsini inzibati məhkəmə icraatında mübahisələndirmiş, cavabdeh iddiaçının müvafiq fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərinin olmadığına əsaslanaraq iddiaya etiraz etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə görə Xidmət dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsinin təmin edilməsi (bənd 2.0.1), eləcə də bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığının müəyyən edilməsi (bənd 3.0.4), hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatların daxil edilməsi (bənd 3.0.5), hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış verilməsi (bənd 3.0.11) kimi səlahiyyətlərini Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) vasitəsilə həyata keçirir (bənd 1.3). İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsassız iddiadır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 29 iyun 2012-ci il tarixli 407-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olmuş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinin redaksiyasında Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunurdu: 8.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; 8.0.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.4. bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. 8.0.5. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; 8.0.6. qanunvericilikdə nəzərdə tutulan digər əsaslar. İş materiallarından müəyyən olunur ki, iddiaçı 26.07.2007-ci il tarixli alqı-satqı müqavilələri əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0.02 ha torpaq sahəsi və 156 saylı 0,06 ha torpaq sahəsini əldə etmişdir, alqı-satqı müqavilələrində üzərində hər hansı tikilinin, o cümlədən hazırkı mübahisəli fərdi yaşayış evinin yerləşdiyi barədə qeydlər edilməmişdir, dolayısı ilə 2007-ci ildə iddiaçı boş torpaq sahələrini mülkiyyətinə əldə etmişdir. İddiaçı fərdi yaşayış evini torpaq sahələrinə mülkiyyət hüquqlarını əldə etdikdən sonra tikdiyini iddia edir. Beləliklə, iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evinin 2007-ci ildən sonra, 2013-cü ilədək tikildiyi işin mübahisəsiz halıdır. Qeyd edilən fərdi yaşayış evi tikildiyi zaman və eləcə də iddiaçı həmin fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyi və hazırkı iddia ilə məhkəmədə iddia qaldırdığı zaman qüvvədə olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda adıçəkilən 8-ci maddəsində daşınmaz əmlakın qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısı sadalanmışdır ki, iddiaçı nə məhkəmədə iddia qaldırdığı 2013-cü ildə, nə də hazırkı icraatda mübahisələndirdiyi fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına əsas olan həmin sənədlərin siyahısına uyğun olaraq hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, həmin dövr qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 27-ci bəndinə görə memarlıq fəaliyyəti, tarix və memarlıq abidələrinin qorunması sahəsində rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının səlahiyyətləri sırasında: 1) qanunvericiliklə müəyyən edilmiş qaydada şəhərsalma və memarlıq məsələləri ilə məşğul olan bölmələri (idarələri, şöbələri) yaratmaq və fəaliyyətini təşkil etmək; 2) öz səlahiyyətləri hüdudlarında mövcud qaydalar əsasında təsdiq edilmiş memarlıq layihəsini qeydiyyatdan keçirmək; 3) memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydaları memarlıq-planlaşdırma tapşırıqları verən orqanla razılaşdırılmaqla mövcud qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri hüdudlarında təsdiq etmək nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin: -4.11.11.5-ci bəndinə görə İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; -4.11.12-ci bəndinə görə müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində səlahiyyətlərindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 sentyabr 2008-ci il tarixli 214 nömrəli Qərarı ilə təsdiq edilmiş “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı”na əsasən yaşayış evləri (12 metr hündürlüyədək yaşayış evləri istisna olmaqla) İİ normal məsuliyyət səviyyəli bina və qurğulara, 12 metr hündürlüyədək fərdi yaşayış evləri İİİ aşağı məsuliyyət səviyyəli bina və qurğulara aid edilmişdir. 01 yanvar 2013-cü ilədək qüvvədə olmuş “Şəhərsalmanın əsasları haqqında” Qanunun 17-ci maddəsinə əsasən şəhərsalma fəaliyyəti sahəsində hüquqi və fiziki şəxslərin vəzifələri aşağıdakılardır: şəhərsalma norma və qaydalarına, tikinti qaydalarına, təsdiq olunmuş şəhərsalma sənədlərinə əməl etmə; yaşayış mühitini, şəhərsalma, memarlıq, tarix və mədəniyyət abidələrini, təbii-mədəni landşaftı, ətraf mühiti qorumaq və yaxşılaşdırmaq; torpaq sahələrindən, mühəndis və nəqliyyat şəbəkələri və sistemlərindən, digər daşınmaz əmlakdan, təbii ehtiyatlardan qanunvericilikdə müəyyən edilmiş qaydada istifadə etmək; mövcud tikililərdə yenidən planlaşdırma, yenidənqurma, konstruktiv dəyişiklikləri müvafiq orqanlarla razılaşdırmaqla həyata keçirmək; özlərinə məxsus daşınmaz əmlak və onlardakı dəyişikliklər haqqında dövlət şəhərsalma kadastrı və monitorinqini aparan müvafiq icra hakimiyyəti orqanına məlumat vermək; şəhərsalma sənədlərinin bir nüsxəsini mütləq müvafiq icra hakimiyyəti orqanlarının arxivlərinə təhvil vermək. Həmin Qanunun 25-ci maddəsinə əsasən şəhərsalmanın əsasları haqqında qanunvericilik hüquqi və fiziki şəxslər tərəfindən aşağıdakı hallarda pozulduqda onlar cinayət, inzibati və mülki məsuliyyət daşıyırlar: -xüsusi razılıq (lisenziya) olmadan İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi, mühəndis-axtarış və tikinti-quraşdırma işləri ilə məşğul olduqda; -baş planlarda, müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində müvafiq rəy alınmadan dəyişiklik edildikdə; -mühəndis-axtarış işləri və layihə sənədlərinin dövlət ekspertizası aparılmadan İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların tikintisi həyata keçirildikdə; -mühəndis-axtarış və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı tikinti norma və qaydaları pozulduqda; -tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydaları pozulduqda; -Baş plan, müəyyənləşdirilmiş qırmızı xətlər və tikinti tənzimləmə xəbəri pozulmaqla, tikinti üçün torpaq sahələri ayrıldıqda; -təsdiq olunmuş digər şəhərsalma sənədlərinə əməl olunmadıqda; -torpaq sahələrindən və digər daşınmaz əmlak obyektlərindən icazəsiz istifadə edildikdə; -qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmadan özbaşına bina və qurğular tikildikdə (Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən tanındığı hallar istisna olmaqla), mövcud tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma və yenidənqurma işləri aparıldıqda, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulma və dəyişikliklər edildikdə. Məhkəmə sadalanan normalara istinadən qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsi qəbul edilənədək qüvvədə olmuş qanunvericilikdə tikinti işlərinin aparılması ilə bağlı fərq (məlumatlandırma və icazə icaatı) müəyyən edilməmiş, tikinti işlərinin yerli icra hakimiyyəti orqanları ilə bilavasitə razılaşdırılmış qaydada və müvafiq icazə qaydasında aparılması nəzərdə tutulmuşdur. İddiaçı isə həmin dövrdə qüvvədə olmuş hüquq normalarının tələblərinə uyğun olaraq qeydiyyata alınmasını tələb etdiyi fərdi yaşayış evinə dair yerli icra hakimiyyətinin memarlıq-tikinti xidməti ilə razılaşdırılmış layihə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. -180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. -180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. -180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, lazımi icazələr almadan tikilmiş tikili hüquqi statusuna görə özbaşına tikili hesab olunur. İddiaçı iş materiallarına yalnız "xxxx" MMC tərəfindən təsdiq edilmiş fərdi yaşayış evinin eskiz layihəsini təqdim etmişdir ki, qeyd edilən layihə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmamışdır. Memar tərəfindən tərtib edilmiş layihə yalnız tikilməsi nəzərdə tutulan fərdi yaşayış evinin texniki xüsusiyyətləri ilə bağlı tərtib olunmuş layihədir və heç bir halda fərdi yaşayış evinin şəhərsalma tikinti norma və qaydalarına uyğun olaraq tikilməsi nəticəsinə gəlinməsinə əsas hesab edilmir. Eyni zamanda həmin dövr qanunvericiliyi ilə tikinti işləri başa çatdıqdan sonra tikilinin istismara qəbul aktı və ya tikilinin istismara yararlı olduğu və ərizəçinin tikili üzərində hüquqlarının qeydiyyata alınması barədə yerli icra hakimiyyəti orqanının sərəncamı (hündürlüyü 12 m-dən az olan binalar üçün), hündürlüyü 12 m-dən artıq olan binalar üçün ekspertiza rəyi tələb olunduğu halda, iddiaçı tikilmiş fərdi yaşayış evi ilə bağlı qeyd edilən sənədlərdən hər hansı birini təqdim etməmişdir. Beləliklə, sözügedən fərdi yaşayış evi lazımi icazə almadan tikilmiş, şəhərsalma tikinti norma və qaydalarına əməl edilməklə tikilməsi müəyyən edilməmiş, istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi barədə yerli icra hakimiyyəti orqanının sərəncamı olmayan tikili olduğundan özbaşına tikili statusundadır. Özbaşına tikiliyə mülkiyyət hüququnu şəxs isə Mülki Məcəllənin adıçəkilən 180-ci maddəsinə əsasən yalnız o halda məhkəmə qaydasında tanıda bilər ki: 1. tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun; 2. tikili digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmasın, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmasın. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirmə haqqında iddia növü üzrə iddialara, bir qayda olaraq, inzibati aktın qəbul edildiyi vaxt qüvvədə olan maddi hüquq normaları əsasında baxılırsa, öhdəliyin icrası və məcburetmə haqqında iddialara isə məhkəmə qərarının qəbul edildiyi vaxt qüvvədə olan maddi hüquq normaları tətbiq olunur. Bu baxımdan məhkəmə qeyd edir ki, hazırkı iddia ilə bağlı iddiaçı 06.08.2013-cü il tarixdə məhkəmədə iddia qaldırmış olsa da, iddiaçının tələbinin təmin edilməsi ilə bağlı məhkəmə qərarı ləğv edilmiş və sonuncu dəfə apelyasiya instansiyası məhkəməsi iddiaya mahiyyəti üzrə baxılması üçün işi birinci instansiya məhkəməsinə qaytarmışdır. Hazırkı məhkəmə icraatı dövründə fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı tələb öhdəliyin icrası haqqında iddia növü olduğundan mübahisəli fərdi yaşayış evinə hüquqların qeydiyyatı məsələsi üzrə məhkəmə qərarının qəbul edildiyi hazırda qüvvədə olan maddi hüquq normaları baxımından da dəyərləndirmə aparılmalıdır. Belə ki, 24 fevral 2015-ci il tarixli 1198-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş və hazırkı məhkəmə icraatı dövründə qüvvədə olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinin redakasiyasına əsasən: -8.0.9-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi 01.01.2013-cü il tarixədək tikilmiş yaşayış evlərinə münasibətdə mülkiyyət hüququnun qeydə alınması üçün hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən yaşayış evlərinə münasibətdə isə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı tələb olunur. Beləliklə, iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlərdən biri - ilk növbədə torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını təsdiq edən sənədin təqdim edilməsi istər özbaşına tikililər üçün Mülki Məcəllənin 180-ci maddəsinin tələbi, istərsə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinin tələbi baxımından zəruridir. İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 və 156 saylı torpaq sahələri 2007-ci ildə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2985/2011 saylı, 26 avqust 2011-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçıdan "xxxx" İKB ASC-nin xeyrinə tutulmalı olan borc tələbinin ipoteka ilə yüklü edilmiş 154 və 156 saylı torpaq sahələrinə yönəldilməsi, torpaq sahələrinin açıq hərracda satılması, satışdan əldə edilmiş məbləğ hesabına X6 "xxxx" İKB ASC-yə olan borcunun ödənilməsi nəzərdə tutulmuşdur. İcra vərəqi 02.11.2011-ci il tarixdə verilmiş, Səbail rayon İcra şöbəsi tərəfindən qeyd edilən icra sənədi üzrə 14 dekabr 2011-ci il tarixli icraata başlama haqqında qərar qəbul edilmişdir. Tələbin yönəldilməli olduğu 154 və 156 saylı torpaq sahələrinin ilkin satış qiyməti məhkəmə qətnaməsi ilə müəyyən edilmədiyindən icra icraatı gedişində İcra şöbəsinin dəvəti ilə "xxxx" MMC tərəfindən 29.02.2012-ci il tarixdə 154 və 156 saylı torpaq sahələri müvafiq olaraq 14000 və 42000 manat məbləğində qiymətləndirilmişdir. İcra şöbəsinin sifarişi ilə qeyd edilən torpaq sahələri "xxxx" MMC tərəfindən hərraca çıxarılmış və 13.03.2012-ci il tarixində qeyd edilən torpaq sahələri hərracın qalibi X2. Daha sonra Nərimanov Rayon Məhkəməsinin 15.10.2012-ci il tarixli, 2(005)- 1405/2012 saylı qətnaməsi ilə "xxxx" MMC tərəfindən torpaq sahələrinin qiymətləndirilməsinə dair qiymətləndirici rəyləri, hərracın nəticələri haqqında 24/02 və 24/03 saylı, 13 mart 2012-ci il tarixli protokollar və onların nəticələri etibarsız hesab edilmiş, eyni zamanda torpaq sahəsinə dair yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin adıçəkilən qətnaməsi əsasında 03.12.2012-ci il tarixdə icra vərəqəsi verilmişdir. Səbail rayon İcra şöbəsinin 17/64 3167/6/F saylı, 27.06.2013-cü il tarixli sifariş məktubu ilə Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən qeyd edilən torpaq sahələri açıq hərraca çıxarılmış və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 saylı sahədə yerləşən 0.02 ha torpaq sahəsi qiyməti 15100 manat, 156 saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsi qiyməti 45100 manat olmaqla X4, Hərracın nəticələri haqqında 20.08.2013-cü il tarixli, 69/10 və 69/11 saylı protokollar tərtib olunmuş, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 20.08.2013-cü il tarixli müqavilələr bağlanmışdır. Qeyd edilən hərracın nəticələrinə dair protokollar, alqı-satqı müqavilələri əsasında 154 və 156 saylı torpaq sahələri üzərində X13 mülkiyyət hüquqları 09.09.2014-cü il və 12.09.2014-cü il tarixdə qeydə alınmış, sonuncunun adına torpaq sahələrinin plan və ölçüləri tərtib edilmişdir. İşin qeyd edilən hallarından görünür ki, iddiaçı fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı hazırkı tələblə məhkəmədə 06.08.2013-cü il tarixdə iddia qaldırdığı vaxt fərdi yaşayış evinin yerləşdiyi 154 və 156 saylı torpaq sahələrinə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə icra tələbi yönəlmiş idi, icra sənədi üzrə həmin torpaq sahələrinin qiymətləndirilməsi, açıq hərracdan satılması ilə bağlı icra icraatı gedirdi. Bəhs edilən torpaq sahələri 20.08.2013-cü ildə baş tutmuş ikinci hərracın nəticəsində üçüncü şəxs X4, daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən cavabdeh orqan həmin hərracın nəticələri üzrə 09.09.2014-cü il və 12.09.2014-cü il tarixlərdə sonuncunun adına mülkiyyət hüquqlarının qeydiyyatını aparmışdır. Beləliklə, iş üzrə mübahisəli fərdi yaşayış evinin yerləşdiyi 154 və 156 saylı torpaq sahələri ilə bağlı ləğv edilməmiş və ya etibarsız hesab edilməmiş hərrac protokolları, alqısatqı müqavilələri və onların nəticələrinə dair üçüncü şəxsin mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər mövcuddur. Müki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İddiaçının qeydə alınmasını tələb etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahələri hazırda onun mülkiyyətində deyildir. Belə olan halda sözügedən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanunla tələb olunan şərtlər də mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina qanunazidd hesab oluna və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X22) qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X22) qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar