Məhkəmə qərarları › İş №2-1(112)-860/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-860/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-860/2022 13.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, X3, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Təhsildə X1rşı diplomun tanınması tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə ona 2015-2019-cu illərdə X2 və Texnologiya Universitetində proqram mühəndisliyi hazırlıq istiqaməti proqram təminatı hazırlanması və sınaqdan keçirilməsi üzrə mütəxəssis ixtisası üzrə aldığı B19 № 155771 saylı bakalavr diplomunun Azərbaycan Respublikasında eyni ixtisas və ya müvafiq olan oxşar ixtisas/istiqamət üzrə eyni və ya müvafiq olan oxşar ixtisas dərəcəsi verilən diploma ekvivalent (bərabər) olmasını təsdiq edən şəhadətnamə verilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-860/2022 nömrəli qərardadı ilə İddiaçı X2 və Texnologiya Universiteti tərəfindən xx.xx.2019-cu ildə verilmiş B19 155771 nömrəli bakalavr diplomu üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması ilə əlaqədar Təhsildə Keyfiyyət Təminatı Agentliyində yaradılmış Ekspert Qrupu tərəfindən iddiaçı ilə ixtisası üzrə yenidən müsahibənin aparılması Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 00-05-615/TKTA nömrəli məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-860/2022 nömrəli qərardadının icrası məqsədi ilə İddiaçı X2 və Texnologiya Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, B19 seriyalı, 155771 №-li diplom üzrə aldığı ixtisasın tanınması məsələsi yenidən araşdırılmış və ona müvafiq şəhadətnamələr verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, iddia tələbi üzrə mübahisə məhkəmədən kənar qaydada cavabdeh orqan tərəfindən həllini tapdığından, qaldırdığı iddia tələbi ilə bağlı aralarında hər hansı mübahisə qalmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaçıya X2 və Texnologiya Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, B19 seriyalı, 155771 №li diplom üzrə müvafiq şəhadətnamələrin verildiyini, mübahisənin həll olunduğunu bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Təhsildə X1rşı diplomun tanınması tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar