Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8610/2023 17.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı Müqabil qızının iştirakı ilə, İddiaçı Müqabil qızının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Müqabil qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu. Bəhruz Nuriyev küçəsi, 81 saylı evin, 66 saylı mənzilinə qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuşdur, orta təhsillidir. İddiaçının anası X8 Bakı şəhəri, Xətai rayonu 7 Saylı Şəhər Poliklinikasında "tibb bacısı" işləyib. İddiaçı və anasının Bakı şəhərində yaşamağa mənzili olmamış, kirayə mənzillərdə yaşamışlar. Mənzil şəraitini yaxşılaşdırmaq üçün X3 "Bakı Baş Tikinti Mənzil Kommunal İdarəsi" tərəfindən "xx.xx.2000-ci il tarixli 71 Nömrəli Order verilmiş, həmin Orderdə iddiaçının adı da qeyd olunmuşdur. İddiaçı anası ilə həmin Order əsasında ünvan 1 ünvanında yerləşən 8 Saylı Yataqxananın 86-87-ci otaqlarına köçərək həmin ünvanada yaşamışlar. Sözügedən mənzil yaşayıştipli yataqxanadır. Həmin Order əsasında iddiaçı və anası mənzilə qeydiyyata alınmışdırlar. 12 aprel 2003-cü il tarixdə iddiaçı X12 ilə nigahını rəsmi olaraq qeyd etdirməklə ailə qurmuş, həyat yoldaşının yaşadığı mənzilə gəlin köçmüş və həyat yoldaşının mənzilinə qeydiyyata alınmışdır. Həmin nigahdan 3 övladı var. 1) X13 - xx.xx.2004, 2) X10, 3) X11 xx.xx.2008. İddiaçı bildirir ki, ailə qurub mənzildən həyat yoldaşının mənzilinə köçsə də, anası tək yaşadığı üçün tez-tez anasın baş çəkmişsir və çox vaxt anasının yanında qalmışdır. İddiaçı yaşı və xəstəliyi ilə əlaqədar olaraq bir çox işlərin (ev işləri, bazara, həkim müayinələrinə getmək, aptekdən dərman olmaq və s.) həlli üçün çox vaxt anasının yanında qalmışdır. İddiaçının anası X8 xx.xx.2017-ci il tarixdə rəhmətə gedib, iddiaçı öz vəsaiti hesabına anasının dəfnini təşkil etmiş və dəfnlə bağlı mərasimləri həyata keçirmişdir. Anası rəhmətə gedəndən sonra iddiaçı həmin mənzildə yaşayır. Bakı şəhəri Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, 2017-ci ildən mütəmadi olaraq yaşadığı ünvan 2 ünvanına qeydiyyata alınmağını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Polis İdarəsi iddiaçının ərizəsinə xx.xx.2023-cü il tarixli məktubla cavab vermişdir ki, "ünvan 4 ünvanına qeydiyyata alınmaqla bağlı müraciətə baxılmışdır. Bildirilir ki, göstərilən ünvana yaşayış yeri üzrə qeydiyyata alınması üçün "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən həmin mənzilin qanunvericiliklə nəzərdə tutulmuş sənədi (mülkiyyət hüququnun qeydiyyata alınması haqqında daşınmaz əmlkaın dövlət reyestrindən çıxarış, order, icarə və kirayə müqaviləsini, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və mülkiyyət sahibinin razılıq ərizəsi QMB-nə təqdim edilməlidir. Qeyd olunan sənədlərin hər hansı birini X7 təqdim edə bilmədiyiniz təqdirdə aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət edilə bilər”. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
3. Nizami rayon Polis İdarəsinin iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, göstərilən ünvana yaşayış yeri üzrə qeydiyyata alınması üçün "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən həmin mənzilin qanunvericiliklə nəzərdə tutulmuş sənədi (mülkiyyət hüququnun qeydiyyata alınması haqqında daşınmaz əmlkaın dövlət reyestrindən çıxarış, order, icarə və kirayə müqaviləsini, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və mülkiyyət sahibinin razılıq ərizəsi QMB-nə təqdim edilməlidir. Qeyd olunan sənədlərin hər hansı birini X7 təqdim edə bilmədiyiniz təqdirdə aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət edilə bilər.
4. İddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd kimi təqdim olunan Bakı Baş Tikinti Mənzil Kommunal İdarəsinin 71 saylı, xx.xx.2000-ci il tarixli Orderə əsasən, B.Nuriyev küçəsi,ev 81 (otaq 86-87) ünvanındakı mənzil X8 və 2 nəfər ailə tərkibinə (özü və qızı X9) verilmişdir.
5. İİ-AZ 040240 qeydiyyat nömrəli xx.xx.2003-cü il tarixli Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən iddiaçı X9 və X12 arasında nikah bağlanmışdır. Nikah bağlanandan sonra iddiaçıya İsmayılova soyadı verilmişdir.
6. AZ-İ 860320 qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli Ölüm haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.2017-ci il tarixdə ölmüşdür.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 15 saylı xüsusi notariat kontoru tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanan xx.xx.2018-ci il tarixli 660 nömrəli məktubda qeyd olunmuşdur ki, 09 fevral 2017-ci il tarixdə X2 ölümü ilə əlaqədar vərəsəsi X5 ərizəsi əsasında xx.xx.2018-ci il tarixdə vərəsəlik işi açılmışdır.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 15 saylı Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanan xx.xx.2019-cu il tarixli 577 nömrəli məktubda qeyd olunmuşdur ki, “X1 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 15 saylı notariat ofisinə onun vərəsəsi: qızı – X5 etibarnamə üzrə nümayəndəsi X14 tərəfindən müraciət daxil olmuşdur. Miras qoyanın adında qalmış ünvan 7 ünvanında yerləşən 8 nömrəli yataqxana, 86-87 saylı otaqların özəlləşdirilməsinə və çıxarış verilməsinə etiraz etmirik”.
9. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı Baş Tikinti Mənzil Kommunal İdarəsinin arxiv sənədləri, o cümlədən xx.xx.2000-ci il tarixli, 71 saylı order Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir.
10. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərərrüfatı Departameti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli, 3-52- 13/2-580/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, əvvəllər Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinə məxsus olmuş qeyd edilən keçmiş yataqxana binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 113 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə mövcud vəziyyətdə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 709 saylı sərəncamı ilə balansa qəbul edilmişdir. Hal-Hazırda qeyd edilən bina 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Göstərilən bina balansa qəbul edilərkən 86 və 87 saylı mənzillərə dair İddiaçı Müqabil qızının və ya digər ailə üzvlərinin adına order verilməsinə dair heç bir sənəd mövcud olmadığından təhvil verilməmişdir. Təqdim edilmiş xx.xx.2000-ci il tarixli 71 saylı yataqxana orderində Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 81 saylı binada 86 və 87 saylı mənzillərin işlədiyi dövrdə verilməsi göstərilməsinə baxmayaraq, X8 heç vaxt binanın əvvəllər məxsus olduğu təşkilatla əmək münasibətlərində olmamışdır. Aparılan araşdırma zamanı qeyd edilən binanın 86 saylı mənzilinin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X6, 87 saylı mənzilinin isə xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən X4 xüsusi mülkiyyətində olduğu müəyyən edilmişdir. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Həmin Mənzil Məcəlləsinin 50-ci maddəsinə görə, Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunu və yaşayış sahələrinin bölüşdürülməsinin nümunəvi qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Həmin Məcəllənin 106-cı maddəsinin tələbinə görə fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadı edə bilər. Məcəllənin 107-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli, 363 nömrəli qərarı ilə (halhazırda qüvvədə olan) təsdiq edilmiş "Yataqxanalar haqqında nümunəvi Əsasnamə"nin 2ci bəndinin İİİ hissəsinə əsasən "Yataqxanalar aşağıdakı tipdə ola bilər: çarpayı tipli kişi və qadın yataqxanaları, bu halda 1 otaqda bir neçə nəfər yaşayaraq ayrı-ayrı çarpayıları tuturlar; yaxud otaq tipli yataqxana, bu halda həmin müəssisədə, idarədə, təşkilatda işlədiyi (oxuduğu müddətdə) orada yaşayana və onun ailə üzvlərinə müstəsna olaraq bir və ya ayrı-ayrı hallarda birdən artıq otaq verilir". Qanunvericiliyin qeyd edilən normaların tələblərinə əsasən yataqxanalarda yaşayış sahələri yalnız iş (və ya təhsil) dövründə yaşamaq (və ya təhsil almaq) üçün verilməsi təsbit edilmiş, yəni idarə, müəssisə və təşkilatlarla yalnız əmək münasibətlərində olan, müəssisədə faktiki olaraq işləyən, yaşayış sahəsinə ehtiyacı olan qismində həmin müəssisədə mənzil uçotunda olan vətəndaşlar iş dövründə yaşamaq üçün yataqxanadan istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qatnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 37-ci maddəsinə görə, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların müəssisələrdə, idarələrdə, təşkilatda uçotunun vəziyyətinə yerli xalq deputatları sovetinin icraiyyə komitələri və müvafiq həmkarlar ittifaqı orqanları nəzarət edirlər. İş yerində uçota götürülmüş vətəndaşların siyahılarını yerli xalq deputatları sovetinin icraiyyə komitələri təsdiq edir. Həmin Məcəllənin 49-cu maddəsinin tələbinə əsasən mənzil şəraitini yaxşılaşdırılmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüququ aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir ödhibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə oozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyması üçün iddia verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər, 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
11. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli, 3-52/2-3052/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı Baş Tikinti Mənzil Kommunal İdarəsi tərəfindən verilən orderlər Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır.
12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
13. Cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2023-cu il tarixli ərizədə iddiaya yazılı etiraz təqdim edilmədən məhkəmə tərəfindən çıxarılacaq qətnamənin icraya yönəldikdən sonra cavabdeh tərəfindən icra olunacağı qeyd olunmuşdur.
II. İddianın növü və mümkünlüyü
14. İPM-dən: 30.1 Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır.
15. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
16. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
17. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
18. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2023-cü il tarixli cavabda qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
21. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir.
23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.
25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi evə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. İddiaçının ona aid olduğunu bildirdiyi Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 81 saylı binadakı 86 və 87 saylı mənzillər digər fiziki şəxslərin xüsusi mülkiyyətindədir. Odur ki, məhkəmə hesab edir ki, həmin ünvan ilə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılığının (əlaqənin) mövcudluğu müəyyən olunmur.
27. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası qanunsuz deyil, bu səbəbdən iddia təmin edilməməlidir.
29. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva