Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8618/2025 23.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İ İşin halları İddiaçı1 xx.xx.2025-ci il tarixdə ərizə ilə cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə müraciət edərək, onun və ailə üzvləri İddiaçı5, X2, İddiaçı2, İddiaçı3 və X3 Bakı şəhəri, ünvan 1 ünvanına qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-13-46/2-Q-76xx/xx/2025 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və göstərmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınma üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd ) təqdim etməlidir. Əks təqdirdə müraciətdə adları qeyd olunan vətəndaşların qeydiyyata alınması mümkün deyildir. Bundan sonra İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooperativindən almış olduğu Binəqədi rayonu, Binəqədi şossesi 5 ünvanında yerləşən 10-e4 blok, 5-ci mərtəbə, 30 nömrəli mənzildə özü- İddiaçı1 Xatış qızının, oğlu-İddiaçı5, oğlunun həyat yoldaşı-X2 və 3 nəvəsi İddiaçı2, İddiaçı3 və X3 qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı1, X5, X6, İddiaçı2, İddiaçı3 və X10 ərizə ilə müraciət edərək, onların da iddiaçı qismində qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, X5, X6, İddiaçı2, İddiaçı3 və X10 hazırkı iş üzrə iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, ev 16, 4 saylı yaşayış mənzili 6 ay əvvəl alıcı qismində çıxış edən X1. Lakin, qarşı tərəfin də razılığı ilə qeydiyyata düşə biləcəyi başqa yaşayış ünvanı olmadığı üçün İddiaçı1, İddiaçı5, X6 və X7, İddiaçı3, X10 həmin ünvanda yeni mənzil alana kimi qeydiyyatda qalmaqları təmin edilmişdir. xx.xx.2025-ci il tarixində "xxxx" Mənzil Tikinti Koperativi ilə ünvan 2 ünvanında yerləşən, 10-e4 blok, 5-ci mərtəbə “ 30 ” nömrəli mənzil, izole edilmiş 1 (bir) otaqdan ibarət sahəsi 55.38 m2 olan mənzilə 27,690.00 AZN (iyirmi yeddi min altı yüz doxsan manat ) tam ödəniş edilərək 00000982 saylı Mənzil tikinti haqqında müqavilə bağlanılmışdır. Lakin, müqavilədəki öhdəliyi tam yerinə yetirməklərinə baxmayaraq MTK ona ətrafda daha 2 binanın tikintisinin başa çatmaması səbəbi ilə mənzilin dövlət reysterindən çıxarışını təqdim edə bilmədiyini bəyan etmişdir. Bu məsələ ilə bağlı ünvan 2 ünvanında yerləşən, 10-e4 blok, 5-ci mərtəbə “30” nömrəli mənzildə qeydiyyata düşmək üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə müraciət edilmiş və xx.xx.2025 tarixində rəsmi cavab alınmışdır ki, qeydiyyata düşmək üçün dövlət reysterindən çıxarış və ya icarə müqaviləsi əsasında qeydiyyata salına bilər. Əks təqdirdə müraciətlərində qeyd edilən vətəndaşların həmin ünvanda qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Hazırda qeydiyyatda olduğu 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, ev 16, 4 saylı yaşayış mənzilini satdığı X9 müəyyən səbəblərdən dolayı iddiaçıların həmin ünvandan qeydiyyatdan çıxmaqlarını tələb etmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş, cavabdeh isə ərizəni təmin etməkdən imtina etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: -şəxsiyyət vəsiqəsi; -yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidi Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşdən görünür ki, iddiaçılar hazırda qeydiyyata alınma ilə bağlı yuxarıda istinad olunan sənədlərdən hər hansı birini təqdim etməmişlər. Belə ki, iş materiallarında olan ******* nömrəli, xx.xx.2025-ci il tarixli Mənzil tikintisi haqqında müqavilədən görünür ki, “İcraçı” "xxxx" MTK Bakı şəhər icra hakimiyyətinin başçısının xx.xx.2018-ci il tarixli, 133 saylı sərəncamı ilə ünvan 2 ünvanında yerləşən, 10e4 blok, 5-ci mərtəbə, “30” nömrəli mənzil, izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi İddiaçı1 verməyi öz öhdəsinə götürür. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı1 30 saylı mənzilin pay dəyərini ödəmişdir. - Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-9785 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X8 01,03.1979cu il tarixdən xx.xx.2012-ci il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, Mədən 2, korpus 73, ev 399-da, xx.xx.2012-ci il tarixdən hazırki vaxtadək ünvan 4 ünvanında qeydiyyatdadır. xx.xx.1981-ci il təvəllüdlü İddiaçı5 xx.xx.2000-ci il tarixdən xx.xx.2016-cı il tarixədək tarixədək Bakı şəhəri, Binəqədi rayonu, Mədən 2, korpus 73, ev 399-da, xx.xx.2016-cı il tarixdən hazırki vaxtadək ünvan 4 ünvanında qeydiyyatdadır. 02.01,1988-ci il təvəllüdlü X6 31,07.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Bakı şəhəri, A.Sultanova küçəsi, ev 14/28-də, xx.xx.2016-cı il tarixdən hazırki vaxtadək ünvan 4 ünvanında qeydiyyatdadır. xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, Mədən 2, korpus 73, ev 399-da, xx.xx.2016-cı il tarixdən, 21,08.2014-cü il təvəllüdlü İddiaçı3 xx.xx.2016-cı il tarixdən hazırki vaxtadək ünvan 4 ünvanında qeydiyyatdadırlar. xx.xx.2013-cü il təvəllüdlü X11 xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək tarixədək Bakı şəhəri, Binəqədi rayonu, Mədən 2, korpus 73, ev 399-da, xx.xx.2016-cı il tarixdən hazırki vaxtadək ünvan 4 ünvanında qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, sözügedən ünvana dair daha ətraflı (rayon küçə və s) məlumat verildikdən sonra müraciətə yenidən baxıla bilər. Qeyd olunanlardan müəyyən edilir ki, iddiaçıların qeydiyyata alınmasını xahiş etdikləri əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır, ünvan rekvizitinə malik deyil. Belə olan halda aydın olur ki, iddiaçılar yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün istinad edilən Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən hər hansı birinə malik deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları həmin Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. İş materiallarından müəyyən olunur ki, cavabdeh orqan məhz göstərilən normaya əsasən müvafiq sənədlərin təqdim edilməsinin zəruri olduğunu bildirməklə müraciətin təmin olunmasından imtina etmişdir. Beləliklə, məhkəmə yuxarıda istinad olunan normalara əsasən cavabdehin imtinasını qanuna uyğun hesab edir və belə nəticəyə gəlir ki, iddiaçılar qeydə alınmalarını tələb etdikləri evə dair Qanunun 5-ci maddəsində nəzərdə tutulan mülkiyyət və ya qanuni istifadə hüquqlarını təsdiq edən sənədi və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməməklə aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-8618/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8618/2025
23.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver